İngilis dilində Some - bir az, Any - heç mövzu izahı - Wordly Danışır ...

İngilis dilində Some – bir az, Any – heç mövzu izahı


İngilis dilində Some - bir az, Any - heç_ mövzu izahı

Some, any, much, many, a lot of, a few, a little sözləri İngilis dilində miqdar bildirən sözlərdir və bu yazımızda gündəlik həyatda sıx-sıx sıqarşımıza çıxan Some, Any mövzularını incələyəcəyik.

Azərbaycan dilində “bir az”, “bəzi”, “kimi”, “bir neçə” kimi mənalara gələn, sayılabilən və sayılabilməyən isimlərlə birlikdə istifadə edilən “some” gündəlik danışıqlarda tez-tez qarşılaşdığımız sözlərdəndir. İstifadəsi cümlənin quruluşuna və vəziyyətə görə dəyişiklik göstərə bilir. Sayılabilən isimlərlə birlikdə istifadə edildiyi zaman ”bir neçə”, sayılabilməyən isimlərlə isə “bir az” mənasına gəlir. Təbii olaraq sayılabilən isimlərin əvvəlinə gəldiyi zaman isimlər cəmdə, sayılabilməyən isimlər isə məcburən təkdə olur (some, any və a, an).

“Heç, heç bir” mənalarında istifadə edilən “any” sözü “some”-n əksinə həm sayılabilən, həm də sayılabilməyən isimlərlə birlikdə istifadə edilə bilir. Sayılabilən ismin əvvəlinə gəldiyi zaman isim cəmdə, sayılabilməyən ismin əvvəlinə gəldiyi zaman isə təkdə olmalıdır.

Some, Any mövzu izahında siz aşağıdakı başlıqlar ilə tanış olacaqsınız:

  • İngilis dilində Some nədir?
  • İngilis dilində Some təsdiq cümləsi nümunələri
  • İngilis dilində Some sual cümləsi nümunələri
  • İngilis dilində Any nədir?
  • İngilis dilində Any inkar cümləsi nümunələri
  • İngilis dilində Any sual cümləsi nümunələri
  • İngilis dilində Some və Any fərqi nədədir?

İngilis dilində Some nədir?

Some, bir az, bir neçə mənasında istifadə edilir və həm sayılabilən, həm də sayılabilməyən isimlərlə birlikdə istifadə edilir. Sayılabilən isimlərlə birlikdə istifadə edildiyi zaman bir neçə, sayılabilməyən isimlərlə istifadə edildiyi zaman isə bir az mənalarına gəlir. Some, sayılabilən isimlərlə istifadə edildiyi zaman isimlər cəmdə, sayılabilməyən isimlərlə istifadə edildiyi zaman isə hər zaman təkdə olaraq işlənir. Bir neçə istisna vəziyyətdən əlavə some hər zaman təsdiq cümlələrində istifadə edilir.

Aşağıda İngilis dilində Some, Any ilə bağlı ümumi qaydalarla tanış ola bilərsiniz:

AffirmativeSomeThere is some cheese in the fridge.
NegativeAnyThere isn’t any cheese in the fridge.
questionsAnyIs there any cheese in the fridge?

Some Any mövzusunda a, an artikllarından doğru istifadə etmək olduqca vacibdir. Aşağıda a, an və Some, Any arasında əlaqələri göstərən cədvəl verilmişdir:

 Countable singularCountable pluralUncountable
Affirmativea/anSomeSome
Negativea/anAnyAny
questionsa/anAnyAny

İngilis dilində Some təsdiq cümləsi nümunələri

Aşağıdakı cümlələrdə some, sayılabilən isimlərlə istifadə edilməkdədir və isimlər hər zaman cəmdə olurlar.

  • There are some children in front of your house -sizin evinizin önündə bir neçə uşaq var.
  • There are some flowers in a vase on his table -Masanın üzərindəki güldanın içərisində bir neçə çiçək var.
  • Her mother has some pairs of shoes -onun anasının bir neçə cüt ayaqqabısı var.
  • Some people called the police this morning -Bir neçə şəxs bu səhər polisə zəng etdilər.

Sayılabilən təkdə olan isimlərlə istifadə ediləcəyi halda some “bir neçə” mənasına gəlir. Aşağıdakı cümlələrdə some sayılabilən isimlərlə istifadə edilmişdir və təkdədir.

  • There is some water in the bottle -Şüşədə bir az su var.
  • I have got some money in my purse -pul qabımda bir az pulum var.
  • Dad is going to buy some sugar –mənim atam bir az şəkər alacaq.
  • He needs some medicine -mənim bir az dərmana ehtiyacım var.
  • I bought some Harry Potter DVDs -mən bir neçə Harry  Potter DVD-si aldım.
  • I saw some French students at the school -mən məktəbdə bir neçə Fransız tələbə gördüm.

Some sayıla bilməyən isimlərlə istifadə edildiyi zaman bir az mənasına gəlir.

  • I have some money in my wallet -Pul qabımda bir az pul var.
  • I added some milk to my coffee -mən kofemə bir az süd əlavə etdim.
  • There is some milk in the refrigerator -soyuducuda bir az süd var.  

“Bəzi” sözü üçün də some istifadə edilir. Belə olan halda Some həm sayılabilən, həm də sayılabilməyən ismin əvvəlində istifadə edilir.

  • Some people like cartoons -bəzi insanlar cizgi filmlərini xoşlayırlar.
  • They play some classical beats on radio 3 -Radio 3-də bəzi klassik mahnılar çalınır.

Sayılabilən isimlərlə birlikdə

  • I have got some questions for you -mənim sənə bir neçə sualım var.
  • They have already gotten some offers to buy their car -onlara maşınlarını almaq üçün bir neçə təklif artıq gəlib.
  • I went to the cinema with some of my friends yesterday -mən dünən bir neçə dostum ilə birlikdə kinoteatra getdim.
  • I think I’d better put some flowers on the table -Masanın üzərinə bir neçə çiçək qoysam pis olmaz deyə düşünürəm.
  • Some students only come to school because they want to have fun, not because they want to learn -bəzi tələbələr məktəbə öyrənmək istədikləri üçün yox, əylənmək istədikləri üçün gəlirlər.
  • It’s natural for some trees to lose their leaves in the autumn -payızda bəzi ağacların yarpaqlarını tökməsi təbiidir.

Sayılabilməyən isimlərlə birlikdə

  • I need to buy some food for the cat -mən pişiyə bir neçə yeməli şey almalıyam
  • There’s some butter in the fridge -Şkafda bir az yağ var.
  • I said it was a good idea to take some cash with us -mən yanımızda bir az pul götürməyin yaxşı fikir olduğunu demişdim.
  • They are looking for someone with some experience -Onlar bir az təcrübəli birini axtarırlar.
  • The doctor gave my son some medicine for his throat -həkim oğluma boğazı üçün bir az dərman verdi.

İngilis dilində Some sual cümləsi nümunələri

“Some” bəzi hallarda sual inkar cümlələrində də istifadə edilir. Sual cümlələrində istifadə edilməsi zamanı həmin suallara adətən “hə” və ya “yox” kimi cavablar verilə bilər və bu hallarda adətən sualı verən şəxs “hə” cavabını gözləyir. Nümunələrlə bu vəziyyəti daha yaxşı başa düşək.

  • Have you got some milk? -bir az süd var?
  • Jack, can you lend me some money for candy? -Jack, şirniyyat üçün mənə bir az pul verə bilərsən?
  • How about some help with that? -sən bir az köməyə nə deyərsən?
  • It was a very long journey and I’m dying of thirst. Have you got some water? -çox uzun yoldan gəldim və susuzluqdan ölürəm. Bir az suyun var?

“Have you got some water?” sualında diqqət edilməli olan nöqtə odur ki, “some” burada sualı verən şəxsin “hə” cavabını gözlədiyini göstərir. “some” əvəzinə “any” istifadə edildiyi hallarda isə cümlə hər iki cavaba da açıq halda olur. “Hə” cavabının gözləndiyi “some” cümlələrinə “some”-n  “weak form” – “vurğusuz forması” deyə bilərik. Vurğusuz formada sayılabilən təkdə olan isimlər istifadə edilmir. Yəni “I’m looking for some movie to watch” gibi bir cümle yanlıştır. Bunun yerinə “I’m looking for a movie to watch” deyə bilərik. Vurğulu forma “strong form” üçün uyğun olan suallara aşağıdakı nümunələr verilər bilər.

Why do some people get more mosquito bites than other people? -Ağcaqanadlar nəyə görə bəzi insanları daha çox dişləyir?

Some sözü adətən təsdiq cümlələrində istifadə edilir. Ancaq bəzi hallarda sual cümlələrində də istifadə edilə bilir. Əgər sual cümləsini quran şəxs cavabın “hə” olacağını düşünürsə və ya elə cavab gözləyirsə, sual cümləsində də some istifadə edilə bilər.

  • Have you got some coffee? -bir az kofeniz var mı?
  • Dad, can you give me some money? -Ata, mənə bir az pul verə bilərsən?

Bunlardan əlavə, Some, xahiş, təklif mənasına gələn sual cümlələrində də istifadə edilir. Bu cümlələr struktur olaraq sual cümləsi olsa da, məna olaraq sual yox, xahiş və ya təklif cümlələridir.

  • Would you like some more orange juice? -bir az daha portağal suyu istərdiniz?
  • May I have some of your pens? -mən qələmlərdən bir neçəsini götürə bilərəmmi?

SOME sual cümlələrində aşağıdakı situasiyalarda istifadə edilir:

1. Nəyinsə təklif edildiyi zamanlarda:

  • Would you like some coffee? -bir az qəhvə istərdiniz?
  • Do you want some sugar for your coffee? -qəhvəniz üçün bir az şəkər istəyirsiniz?
  • Why don’t we watch some movies on TV tonight? -niyə bu gün televiziyada bəzi filmlərə baxmırıq?
  • Why don’t you give her some advice? -niyə ona bir məsləhət vermirsən?

2. Nə isə soruşan zaman:

  • Could I have some salt, please? -bir az duz ala bilərəm, zəhmət olmasa?
  • Can I have some fries with that? -bununla bir qədər kartof qızartması ala bilərəm?

Hər hansı bir təklif və ya xahiş edən zaman da sual cümlələrində Some istifadə edilə bilir.

  • Would you like some coffee ? -kofe istəyərsən? (təklif cümləsi)
  • What would like to eat ? -sən nə yemək istəyərsən?
  • I would like some Ice cream -mən bir az dondurma istəyərəm (xahiş cümləsi)
  • Can I have some water please? -mən bir az su ala bilərəmmi? (xahiş cümləsi)
  • Would you like some toys?  -sən bir neçə oyuncaq istəyərsən? (təklif cümləsi)

İngilis dilində Any nədir?

İngilis dilində “any” miqdar bildirmək üçün həm sayılabilən, həm də sayılabilməyən isimlərlə istifadə edilən kəmiyyət bildirən sifətdir. “Any” sözü Azərbaycan dilində “heç” mənasına gəlir və həm sayılabilən, həm də sayılabilməyən isimlərlə birlikdə istifadə edilir. Sayılabilən isimlərlə istifadə edildiyi zaman həmişə cəmdə, sayılabilməyən isimlərlə istifadə edildiyi zaman isə həmişə təkdə olur. “Any” sözü yalnız inkar və sual cümlələrində istifadə edilir.

İngilis dilində Any adətən mənfi məna bildirir və bu səbəbdən də inkar cümlələrdə və sual cümlələrində istifadə edilir. Azərbaycan dilində məktəbə gedən uşaqların valideynlərinin “pulun var?” sualına verdikləri “pulum heç yoxdur” cümləsindəki “heç”-in İngilis dilində qarşılığı any-dir. Yuxarıda vermiş olduğumuz cümlələr İngilis dilində aşağıdakı kimi qurulur:

  • Dou you have any money? -Heç pulun var?
  • No, I don’t have any Money. -Xeyr, heç pulum yoxdur.

İngilis dilində Any inkar cümləsi nümunələri

İnkar cümlələrində həm sayılabilən, həm də sayılabilməyən isimlərdən əvvəl istifadə edilir.

  • I have not got any Money -Mənim heç pulum yoxdur.
  • There isn’t any sugar in the sugar bowl -qənd qabında heç qənd yoxdur.
  • There aren’t any girls in our class -Bizim sinifdə heç qız yoxdur.
  • I haven’t watched any of those Harry Potter movies -mən bu Harry Potter filmlərindən heç birini izləməmişəm.
  • There isn’t any jam in the fridge -Soyuducuda heç cem yoxdur.
  • There aren’t any students in the classroom -Sinifdə heç tələbə yoxdur.

Any sözü, yalnız If  və weather kimi bağlayıcılarla birlikdə istifadə edilərsə, təsdiq cümlələrində istifadə edilə bilər.

  • I’m not sure if/weather there is any jam in the jar -Bankada cem olub-olmadığından əmin deyiləm.
  • I’ll always help you if you have any problems -əgər sənin problemlərin olsa sənə daima kömək edəcəyəm.

İngilis dilində Any sual cümləsi nümunələri

Sual cümlələrində “heç” mənasında isimdən əvvəl istifadə edilir.

  • Have you got any girl firend? -Heç qız dostun varmı?
  • Have you got any matches -Heç kibritin varmı?
  • Is there any milk in the refrigerator? -soyuducuda süd varmı?
  • Has your sister got any pets ? -sənin heç ev heyvanın varmı?
  • Have you got any money in your purse? -sənin pul qabında heç pul varmı?
  • Don’t you eat any butter for breakfast? -sən səhər yeməyində heç kərə yağı yemirsən?
  • Do you know any famous people? -Sən məşhur insanları tanıyırsan?
  • Do you have any children? -Sənin heç uşağın var?
  • Are there any cars in the garage? -Qarajda heç maşın var?
  • Did he bring any friends to the party last week? -O, keçən həftə əyləncəyə heç dostlarını gətirdimi?
  • Doesn’t your teacher have any books on this subject? -Bu mövzu haqqında müəlliminizin heç kitabı yoxdur?
  • Have you got any brothers or sisters? -sənin heç bacın və ya qardaşın varmı?
  • Have you got any questions? -heç sualınız varmı?

Qeyd: Any təsdiq cümlələrində də istifadə edilə bilir və belə halda “hər hansı bir” mənasına gəlir.

  • Any newspaper is good to follow the daily news– Günlük haberleri takip etmek için herhangi bir gazete iyidir 
  • Any bus from this bus stop goes to Taksim– Bu duraktan kalkan herhangi bir otobüs taksime gider  Any one would doe it– Bunu kim olsa yapar

İngilis dilində Some və Any fərqi nədədir?

Həm SOME, həm də ANY cəmdə olan və sayılabilməyən isimlərlə işlənir. Some adətən təsdiq cümlələrində, Any isə inkar cümlələrində istifadə edilir.

  • Təsdiqdə olan sayılabilən: I have some information for you about flights to Paris -Parisə uçuşlar barədə sizin üçün bir məlumatım var.
  • İnkarda olan, sayılabilməyən: I don’t have any information for you about flights to Paris -Parisə uçuşlar barədə sizin üçün heç bir məlumatım yoxdur.
  • Təsdiqdə olan, cəm, sayılabilən: We met some friends for drinks after work yesterday -Dünən işdən sonra içki üçün bəzi dostlarımızla görüşdük.
  • İnkar, cəm, sayılabilən: I didn’t see any friends there on Thursday -Cümə axşamı orada heç bir dost görmədim.
  • Təsdiq, sayılabilən: I think he will have some time to speak to you today -Düşünürəm ki, bu gün sizinlə danışmaq üçün bir az vaxtı olacaq.
  • İnkar, sayılabilməyən: I don’t think he will have any time to speak to you today -Düşünmürəm ki, bu gün sizinlə danışmaq üçün onun vaxtı olmayacaq.

Əgər cümlənin mənası aydındırsa, isim olmayan cümlələrdə SOME və ANY istifadə edilə bilər.

  • I didn’t eat any salad but Peter ate some -Mən heç salat yeməmişəm, amma Peter bir az yedi.
  • Sean took lots of photos of the mountains but Emma didn’t take any -Sean dağların şəkillərini çox çəkdi, amma Emma heç bir şey çəkmədi.

Qeyd: “Any” cümlələrdə tək halda istifadə edilməz. Bunun yerinə “no” və ya “any”-dən əvvəl “not” kimi inkar bildirən söz istifadə edilməlidir. Məsələn;

  • There were no wars between two sides since 1979 -1979-dən bəri iki tərəf arasında heç müharibə olmamışdı.
  • There weren’t any wars between two sides since 1979 -1979-dən bəri iki tərəf arasında heç müharibə olmamışdı.

Yuxarıda qeyd edilən cümlələrin hər ikisi doğrudur. Ancaq cümlə There were any wars şəklində olsaydı, o zaman səhv olmuş olacaqdı.

Bir şeyin miqdarının qeyri-müəyyən olduğu zamanlarda sayılabilən isimlərdən əvvəl “any” əvəzinə “some” istifadə edilir.

  • I going to purchase some sporty shoes this week. -mən bu həftə idman ayaqqabısı alacağam.
  • Cümlənin I going to purchase any sporty shoes this week formasında olması səhv hesab edilir.

Əgər siz də bunlarla kifayətlənmək istəməyib, daimi olaraq çox sayda söz öyrənmək istəyirsinizsə, o zaman Wordly məhz sizin üçündür. Wordly sizə nə qatacaq? Bu platforma vasitəsi ilə siz hər gün səviyyənizə və maraq dairənizə uyğun olan sözləri tərcümələri ilə birlikdə görəcəksiniz. Sözlərin mənası, cümlə içərisində istifadə qaydası və cümlələrin tərcüməsi ilə tanış olacaqsınız.

Platforma bildirişlər vasitəsi ilə öyrəndiyiniz sözləri müəyyən aralıqlarla yadınıza salacaq və unutqanlığın qarşısına keçəcəkdir. Səsləndirmə vasitəsi ilə həm cümlələrin, həm də sözlərin oxunuşunu eşidəcəksiniz. İnternetsiz, offline olaraq işləyə bilmə özəlliyinə sahib olduğu üçün hər yerdə, hər zaman öyrənməyə davam edə biləcəksiniz.

Recent Content