İngilis dilində sözdüzəldici şəkilçilər - Wordly Danışır ...

İngilis dilində sözdüzəldici şəkilçilər


İngilis dilində sözdüzəldici şəkilçilər

İngilis dilini öyrənmə müddətində, mövcud söz ehtiyatınızın yetərsiz olduğunu hiss etdiyiniz anları mütləq yaşayırsınız. İllərdir İngilis dilinin zamanları, deyimləri və digər qrammatika qaydalarını öyrənməyə çalışarkən “nəhayət öyrəndim” dedikdən sonra cümlələrin quruluşlarını həll etsəniz də, İngilis dilindəki bəzi sözlərin mənasını bilmədiyiniz üçün məyus ola bilərsiniz. İllər keçdikcə bütün sözləri ingilis dilində əzbərləmək mümkün olmaya bilər, ancaq sizə faydalı ola biləcək, ilk dəfə görsəniz də, eşitsəniz də çox sözləri asanlıqla anlaya bilmənizi təmin edəcək bir neçə ipucunu bu yazımızda tapa bilərsiniz. Bunun üçün müxtəlif ön şəkilçi və sonluq şəkilçilərinin mənalarını və hansı məqsədlər üçün istifadə olunduğunu öyrənmək lazımdır. İngilis dili lüğətinizi sürətlə inkişaf etdirməyə və yazı və nitq anlayışınızı artırmağa kömək edəcək bəzi tövsiyələr bu yazımızdadır.

Bu yazımızda siz eyni zamanda aşağıdakı başlıqlar ilə də tanış olacaqsınız:

  • İngilis dilində söz düzəltmək üçün istifadə edilə biləcək şəkilçilər
  • Co (ilə, bərabər, birlikdə) İngilis dili şəkilçisi ilə söz düzəltmə
  • Contra (qarşı, zidd) İngilis dili şəkilçisi ilə söz düzəltmə
  • De (qarşı, tərs) İngilis dili şəkilçisi ilə söz düzəltmə
  • İngilis dilində inkar şəkilçisi ilə söz düzəltmə
  • Inter (arası, arasında) İngilis dili şəkilçisi ilə söz düzəltmə
  • Mis (yanlış olan, xətalı) İngilis dili şəkilçisi ilə söz düzəltmə
  • Multi (çox, birdən çox) İngilis dili şəkilçisi ilə söz düzəltmə
  • Non (olmayan, xaricində qalan) İngilis dili şəkilçisi ilə söz düzəltmə
  • Out (daha çox) İngilis dili şəkilçisi ilə söz düzəltmə
  • Over (ifrat) İngilis dili şəkilçisi ilə söz düzəltmə
  • Post (sonrasında) İngilis dili şəkilçisi ilə söz düzəltmə
  • Pre (əvvəlində) İngilis dili şəkilçisi ilə söz düzəltmə
  • Re (təkrar) İngilis dili şəkilçisi ilə söz düzəltmə
  • Sub (alt) İngilis dili şəkilçisi ilə söz düzəltmə
  • Super (inkişaf etmiş) İngilis dili şəkilçisi ilə söz düzəltmə
  • Uni (tək, yalnız) İngilis dili şəkilçisi ilə söz düzəltmə
  • Under (altında, vəziyyətində) İngilis dili şəkilçisi ilə söz düzəltmə
  • İngilis dilində suffikslər və söz düzəltmə
  • -er sonluq şəkilçisi ilə söz düzəltmə
  • -lan sonluq şəkilçisi ilə söz düzəltmə
  • -ment sonluq şəkilçisi ilə söz düzəltmə
  • -ism sonluq şəkilçisi ilə söz düzəltmə
  • -ist sonluq şəkilçisi ilə söz düzəltmə
  • İngilis dilində isimdən feil düzəltmək üçün istifadə edilən şəkilçilər
  • -lfy sonluq şəkilçisi ilə söz düzəltmə
  • -lse sonluq şəkilçisi ilə söz düzəltmə
  • İngilis dilində isimdən sifət düzəltmək üçün istifadə edilən şəkilçilər
  • -lc sonluq şəkilçisi ilə söz düzəltmə
  • -proof sonluq şəkilçisi ilə söz düzəltmə
  • -free sonluq şəkilçisi ilə söz düzəltmə
  • -less sonluq şəkilçisi ilə söz düzəltmə
  • İngilis dilində sözlərin həm isim, həm də feil olaraq istifadə edilə bilməsi (Conversion)
  • İngilis dilində bitişik söz düzəltmə (Compounding)
  • İngilis dilində qaydasız feillərdən meydana gələn sözlər
  • İngilis dilindəki “-da2” şəkilçisi (Too)

İngilis dilində söz düzəltmək üçün istifadə edilə biləcək şəkilçilər

İngilis dilində sözlərin sonuna əlavə edilən şəkilçilərin də olmasına baxmayaraq, şəkilçilərin çoxu Azərbaycan dilindən fərqli olaraq sözlərin qarşısında istifadə olunur. Bu səbəbdən də ön şəkilçilər İngilis dili qramamtikasında bir hissəsini təşkil edir.

Co (ilə, bərabər, birlikdə) İngilis dili şəkilçisi ilə söz düzəltmə

-co sözə birlikdə mənasını qatır. Məsələn, “çalışdır, çalış” mənalarına gələn Operate sözünə -co şəkilçisi əlavə edildiyi zaman söz cooperate halını alır və “birlikdə işləmək, işbirliyi” mənasını ifadə edir. Bununla bağlı cümlə nümunələri ilə aşağıda tanış ola bilərsiniz:

  • We hope to have the windmill operating again tomorrow -Biz sabah yel dəyirmanının yenidən fəaliyyət göstərəcəyini ümid edirik.
  • These organizations cooperated in the relief efforts -Bu təşkilatlar yardım işlərində əməkdaşlıq etdilər.

Contra (qarşı, zidd) İngilis dili şəkilçisi ilə söz düzəltmə

Coup – contra coup; zərbə – əks zərbə. Bu nümunədə olduğu kimi -contra ön şəkilçisi sözə “qarşı, zidd” mənalarını gətirir. Bununla bağlı cümlə nümunələri ilə aşağıda tanış ola bilərsiniz:

  • It was a major coup when we got the Vice President to appear on their show for an interview –Vitse-prezidenti müsahibə üçün verilişlərinə çıxartdığımız zaman böyük bir zərbə oldu.

De (qarşı, tərs) İngilis dili şəkilçisi ilə söz düzəltmə

Hydration – dehydration; su tutma – su itkisi. -de şəkilçisi sözə “qarşı, tərs” mənalarını əlavə edir. Bununla bağlı cümlə nümunələri ilə aşağıda tanış ola bilərsiniz:

  • We must drink fluids to hydrate the body -Biz bədəni nəmləndirmək üçün maye içməliyik.
  • Without air conditioning at home, the baby David was sweating through her clothes in the heat of the night, putting his at risk for dehydration -Evdə kondisioner olmadan körpə David, gecənin istisində paltarlarını tərlədirdi, onu dehidrasiya riski altına alırdı.

İngilis dilində inkar şəkilçisi ilə söz düzəltmə

İngilis dilində bəzi ön şəkilçilər var ki, onlar birlikdə istifadə olunduqları sözün mənasını dəyişirlər. Məsələn, başa düşmək mənasına gələn “understand” sözü -mis ön şəkilçisi ilə birlikdə işləndiyi zaman bu söz “səhv başa düşmək”, “səhv başa düşülən” mənalarına gələcəkdir. İngilis dilində inkar mənaya gələn ön şəkilçilərə misal olaraq aşağıdakılar göstərilə bilər:

Inter (arası, arasında) İngilis dili şəkilçisi ilə söz düzəltmə

National – international; Milli – beynəlxalq. -inter ön şəkilçisi sözə “arasında” mənasını qatır. Beə ki, “national” sözünə -inter şəkilçisi əlavə edildikdən sonra söz “millətlər arası”, qısacası “beynəlxalq” mənasına gəlir. Bununla bağlı cümlə nümunələri ilə aşağıda tanış ola bilərsiniz:

  • David’s test scores were higher than the national average -Davidin test balları ölkə ortalamasından yüksək idi.
  • Jennifer has achieved international fame -Jennifer beynəlxalq çərçivədə şöhrət qazandı.

Mis (yanlış olan, xətalı) İngilis dili şəkilçisi ilə söz düzəltmə

Understood, misunderstood; Başa düşülən – səhv başa düşülən. Bununla bağlı cümlə nümunələri ilə aşağıda tanış ola bilərsiniz:

  • These technologies could open new opportunities to scan mummies that are otherwise little-understood -Bu texnologiyalar az başa düşülən mumiyaların araşdırılması üçün yeni imkanlar aça bilər.
  • Jennifer has become a name in the animal rescue community for his fierce advocacy for the interests of the pit bull, which he sees as a misunderstood breed -Jennifer, səhv başa düşülən bir cins olaraq gördüyü pitbulun mənafeləri üçün şiddətli vəkilliyi ilə heyvan qurtarma cəmiyyətində bir ad halına gəldi.

Multi (çox, birdən çox) İngilis dili şəkilçisi ilə söz düzəltmə

Cultural – multicultural; Mədəniyyətli – çoxmədəniyyətli. Bununla bağlı cümlə nümunələri ilə aşağıda tanış ola bilərsiniz:

  • The school aims to use these cultural methods to help pupils gain more personal experience with people who are not like them Məktəb, bu mədəni metodlardan şagirdlərin özlərinə bənzəməyən insanlarla daha çox şəxsi təcrübə qazanmasına kömək etmək üçün istifadə etməyi hədəfləyir.
  • The tiny plastic cup captures Cooks’ multicultural and loose approach to cooking -Kiçik plastik fincan Cooks’un çox mədəniyyətli və yemək bişirməyə sərbəst yanaşmasını əks etdirir.

Non (olmayan, xaricində qalan) İngilis dili şəkilçisi ilə söz düzəltmə

Governmental – non governmental; Dövlətlə bağlı – dövlətlə bağlı olmayanş Bununla bağlı cümlə nümunələri ilə aşağıda tanış ola bilərsiniz:

  • This government has been slow to react to the pandemic -Bu hökumət bu pandemiyaya reaksiya verməyə gecikdi.
  • The big leaders of the World have echoed calls to prioritize nongovernmental organizations -Dünyanın böyük liderləri qeyri-hökumət təşkilatlarına üstünlük vermək çağırışlarını təkrarladılar.

Out (daha çox) İngilis dili şəkilçisi ilə söz düzəltmə

Perform – outperform; Oynamaq, etmək – daha yaxşı oynamaqş Bununla bağlı cümlə nümunələri ilə aşağıda tanış ola bilərsiniz:

  • The doctor had to perform surgery immediately -Həkim Cenifer dərhal əməliyyat olunmalı idi.
  • Today Jennifer who sells burgers can save enough money to buy a motorcycle that will outperform all but a couple of pricey sports cars -Bu gün burger satan Jennifer, bir neçə bahalı idman avtomobilindən başqa hamısını üstələyəcək bir motosiklet almaq üçün kifayət qədər pul qazana bilər.

Over (ifrat) İngilis dili şəkilçisi ilə söz düzəltmə

Over şəkilçisi İngilis dilindəki sözlərə “daha çox” mənasını əlavə edir. Thinking – overthinking; düşünmək – daha çox düşünmək. Bununla bağlı cümlə nümunələri ilə aşağıda tanış ola bilərsiniz:

  • You have been doing some thinking about this, and you don’t think you’re right after all -Sən bu mövzuda bir az düşünürdün və düşünürsən ki, sən özün haqlı deyilsən.
  • Don’t overthink it — birthday card messages don’t need to be long at all -Bunu çox düşünməyin – ad günü kartı mesajlarının ümumiyyətlə uzun olmasına ehtiyac yoxdur.

Post (sonrasında) İngilis dili şəkilçisi ilə söz düzəltmə

Post şəkilçisinin sözə yüklədiyi məna “sonra”-dır. Aşağıdakı nümunədə yüksək təhsil deyərkən nəzərdə tutulan, bakalavr sonrakı təhsildir. Yəni İngilis dilində “gradute” sözü məzun mənasına gələrkən, “postgraduate” sözü məzuniyyətdən sonra mənasına gəlir. Graduate – məzun, Postgraduate – yüksək təhsil (magistr, doktorantura). Bununla bağlı cümlə nümunələri ilə aşağıda tanış ola bilərsiniz:

  • David graduated from the university last June -David keçən iyun ayında universiteti bitirdi.
  • After university, Jennifer spent her first postgraduate year studying abroad -Universitetdən sonra Jennifer ilk aspiranturasını xaricdə təhsil almağa sərf etdi.

Pre (əvvəlində) İngilis dili şəkilçisi ilə söz düzəltmə

Mature – premature; yetişmiş – yetişməmiş. Bununla bağlı cümlə nümunələri ilə aşağıda tanış ola bilərsiniz:

  • Jennifer is very mature for her age -Jennifer yaşına görə çox yetkindir.
  • David’s premature death at age 30 stunned her family and friends -Davidin 30 yaşında erkən ölümü ailəsini və dostlarını heyrətləndirdi.

Re (təkrar) İngilis dili şəkilçisi ilə söz düzəltmə

Re şəkilçisi sözlərə “yenidən” mənasını qatmaq üçün istifadə edilir. Incarnation – reincarnation; təcəssüm – təkrarən dünyaya gəlmə. Bununla bağlı cümlə nümunələri ilə aşağıda tanış ola bilərsiniz:

  • Jennifer is the very incarnation of grace and tactfulness -Jennifer lütfün və nəzakətin ən çox təcəssümüdür
  • Many people believe in reincarnation -Bir çox insan reenkarnasiyaya inanır.

Sub (alt) İngilis dili şəkilçisi ilə söz düzəltmə

Sub şəkilçisindən istifadə edildiyi zaman istifadə edildiyi sözün əvvəlinə “alt” sözü əlavə edilmiş olur. Məsələn, Title – subtitle; Başlıq – alt başlıq. Bununla bağlı cümlə nümunələri ilə aşağıda tanış ola bilərsiniz:

  • What was the title of these books she was reading last week? -Onun keçən həftə oxuduğu bu kitabların adı nə idi?
  • These subtitles provides an opening to disrupt the old talk and make space for new challenges -Bu alt başlıqlar köhnə danışıqları pozmağa və yeni problemlər üçün yer açmağa imkan yaradır.

Super (inkişaf etmiş) İngilis dili şəkilçisi ilə söz düzəltmə

Super şəkilçisi sözə daha güclü məna qatmaq üçün istifadə edilir: Market – supermarket; Kiçik market – böyük market. Bununla bağlı cümlə nümunələri ilə aşağıda tanış ola bilərsiniz:

  • Jennifer is trying to develop foreign markets for Azerbaijan cotton -Jennifer Azərbaycan pambığı üçün xarici bazarları inkişaf etdirməyə çalışır.
  • David and Jack moved to Phoenix in 1958 where David became a store manager for the supermarket chain -David və Jack 1958-ci ildə Phoenix-ə köçdü, burada David supermarket şəbəkəsi üçün mağaza müdiri oldu.

Uni (tək, yalnız) İngilis dili şəkilçisi ilə söz düzəltmə

Serial – uniserial; Sıra – tək sıra. Adətən “mono” ön şəkişçisi də buna oxşar formada işlənir. Lingual – monolingual; dil ilə bağlı – tək dil ilə bağlı. Bununla bağlı cümlə nümunələri ilə aşağıda tanış ola bilərsiniz:

  • These articles are numbered and arranged in serial order -Bu məqalələr nömrələnir və seriya qaydasında düzülür.

Under (altında, vəziyyətində) İngilis dili şəkilçisi ilə söz düzəltmə

Pressure – underpressure; Təzyiq – təzyiq altında. Bununla bağlı cümlə nümunələri ilə aşağıda tanış ola bilərsiniz:

  • You must apply pressure to the wound to stop the bleeding -Qanaxmanı dayandırmaq üçün yaraya təzyiq göstərməlisiniz.

İngilis dilində suffikslər və söz düzəltmə

İngilis dilində ön şəkilçilər qədər olmasa da, yeni sözlər düzəltmək üçün istifadə edilən sonluq şəkilçiləri, yəni suffix-lər də vardır. Məsələn, -er, -lan, -ment, -ism, -ist və s. misal göstərilə bilər. Bu şəkilçilərin istifadə qaydası və cümlə nümunələri ilə aşağıda tanış ola bilərsiniz:

-er sonluq şəkilçisi ilə söz düzəltmə

İngilis dilində -er şəkilçisi çox vaxt hər hansı bir hərəkəti həyata keçirən şəxsin ümumi adını təsvir etmək üçün istifadə olunur. Teach – teacher, öyrətmək – müəllim. Bununla bağlı cümlə nümunələri ilə aşağıda tanış ola bilərsiniz:

  • Jennifer enjoys teaching his students about history -Jennifer, tələbələrinə tarix haqqında öyrətməkdən zövq alır.
  • Good and bad experiences are the good teachers -Yaxşı və pis təcrübələr yaxşı müəllimlərdir.

-ian sonluq şəkilçisi ilə söz düzəltmə

-er şəkilçisinə bənzər şəkildə istifadə olunsa da, -ian daha çox müəyyən peşələri təsvir etmək üçün istifadə olunur. optic – optician; görmək – gözlükcü kimi.

  • David’s reputation grew rapidly, and in 1761 he was appointed optician to the king –Davidin nüfuzu sürətlə artdı və 1761-ci ildə kralın gözlükçüsü təyin edildi.

-ment sonluq şəkilçisi ilə söz düzəltmə

-ment şəkilçisi çox vaxt felin isim formasını göstərmək üçün istifadə olunur. Improve – improvement; inkişaf etmək – inkişaf. Bununla bağlı cümlə nümunələri ilə aşağıda tanış ola bilərsiniz:

  • This operation will greatly improve Jennifer’s chances of survival -Bu əməliyyat Cenniferin sağ qalma şansını xeyli yaxşılaşdıracaq.
  • You have noticed a significant improvement in your work since the summer -Yaydan bəri işinizdə ciddi bir irəliləyiş olduğunu gördünüz.

-ism sonluq şəkilçisi ilə söz düzəltmə

Azərbaycan dilində, -ism şəklində olan -ism şəkilçisi düşüncə cərəyanlarını göstərmək üçün istifadə olunur. Real – realism; real realistlik. Bununla bağlı cümlə nümunələri ilə aşağıda tanış ola bilərsiniz:

  • This documentary is based on real events -Bu sənədli film real hadisələrə əsaslanır.
  • David has a sense of realism about what can be done to improve the economy -David iqtisadiyyatı yaxşılaşdırmaq üçün nələrin edilə biləcəyinə dair realizm hissinə sahibdir.

-ist sonluq şəkilçisi ilə söz düzəltmə

Yenə də Azərbaycan dilində, İngilis dilində olduğu kimi istifadə edilən -ist şəkilçisi düşüncə axınlarına tabe olan insanları təsvir etmək üçün üstünlük verilir. Misal üçün; real – realist; reallıq – realist. Bununla bağlı cümlə nümunələri ilə aşağıda tanış ola bilərsiniz:

  • This documentary is based on real events -Bu sənədli film real hadisələrə əsaslanır.
  • Jennifer considers herself a realist when it comes to parenting -Cenifer, valideynlik məsələsində özünü realist hesab edir.

İngilis dilində isimdən feil düzəltmək üçün istifadə edilən şəkilçilər

Suffix- sonluq şəkilçilərin bir hissəsi İngilis dilində isimdən feil düzəltmək üçün istifadə edilir. Məsələn, -lfy, -lse və s. Bunlarla bağlı daha ətraflı məlumat aşağıdakı başlıqlarda verilmişdir:

-lfy sonluq şəkilçisi ilə söz düzəltmə

False – falsify; səhv – səhv başa düşmək. Bununla bağlı cümlə nümunələri ilə aşağıda tanış ola bilərsiniz:

  • David was caught falsifying financial accounts -David maliyyə hesablarını saxtalaşdırarkən tutuldu.
  • David registered at the hotel under a false name -David saxta adla oteldə qeydiyyatdan keçdi.

-lse sonluq şəkilçisi ilə söz düzəltmə

Modern – modernize; müasir – müasir formaya gətirmək. Bununla bağlı cümlə nümunələri ilə aşağıda tanış ola bilərsiniz:

  • David is known as the father of modern medicine -David müasir tibbin atası kimi tanınır.
  • They are modernizing their kitchen with a new microwave, refrigerator, and table -Onlar mətbəxlərini yeni mikrodalğalı soba, soyuducu və masa ilə müasirləşdirirlər.

İngilis dilində isimdən sifət düzəltmək üçün istifadə edilən şəkilçilər

İngilis dilində isimdən sifət düzəltmək üçün suffix – sonluq şəkilçilərinə misal olaraq -ic, -proof, -free, -less göstərilə bilər. Bunlarla bağlı nümunələr aşağıda verilmişdir:

-ic sonluq şəkilçisi ilə söz düzəltmə

-ic şəkilçisi, sonuna gəldiyi sözün canlandırılması mənasını verir. Misal üçün; idiot – idiotic; axmaq – axmaq və ya period – periodic; dövr – zaman-zaman kimi. Bununla bağlı cümlə nümunələri ilə aşağıda tanış ola bilərsiniz:

  • It is done each period for university students -Bu, hər dövr universitet tələbələri üçün edilir.
  • Eventually, all staff and volunteers will be tested, which will be followed by periodic testing, the district said -Nəhayət, bütün işçilər və könüllülər sınaqdan keçiriləcək, bunun ardınca periyodik testlər aparılacaq.

-proof sonluq şəkilçisi ilə söz düzəltmə

Sonuna gəldiyi sözə qarşı dayanıqlı mənasında istifadə edilən -proof şəkilçisi, -resistant ilə oxşar məqsədlər üçün istifadə edilir. Bullet – bulletproof; güllər –  güllə keçirməz, water – water resistant; su – su keçirməz kimi.

Bununla bağlı cümlə nümunələri ilə aşağıda tanış ola bilərsiniz:

  • The car of Jennifer has bulletproof Windows -Jenniferin maşınında güllə keçirməyən şüşələr var.
  • David was killed by an assassin’s bullet -David qatilin gülləsi ilə öldürüldü.

-free sonluq şəkilçisi ilə söz düzəltmə

Sonuna gəldiyi sözü keçərsiz edən -free şəkilçisi İngilis dilində olduqca geniş istifadə edilir. Məsələn,  alcohol – alcohol free; alkoqol – alkoqolsuz kimi.

  • Police found open containers of alcohol in the David’s car during the stop -polis saxladığı zaman Davidin maşınında açıq alkoqol qutuları tapdı.

-less sonluq şəkilçisi ilə söz düzəltmə

Sonuna gəldiyi sözün olmadığını izah edən bir şəkilçi olan -less, -free şəkilçisindən fərqli olaraq adətən neqativ təsir yaradır.  Məsələn, hope – hopeless; ümid – ümidsiz. Bununla bağlı cümlə nümunələri ilə aşağıda tanış ola bilərsiniz:

  • You hope Jennifer is feeling better soon -Sən Jenniferin özünü yaxında yaxşılaşdıracağına ümid edirsən.
  • David felt confused and hopeless after losing his job -David işini itirdikdən sonra özünü çaşqın və ümidsiz hiss etdi.

İngilis dilində sözlərin həm isim, həm də feil olaraq istifadə edilə bilməsi (Conversion)

İngilis dilindəki bəzi sözlər heç bir şəkilçi almadan isim və ya fel kimi istifadə edilə bilər. Məsələn; “text” sözü şifahi mesaj mənasına gəlsə də, “texting” mesajlaşmaq mənasına gəlir. Feilin sonuna gəldiyi zaman adətən o feili “phrasal verb” formasına gətirən “up” və “down”  kimi şəkilçilər də ayrılıqda istifadə edildikləri zaman “çıxış” və “eniş” kimi fərqli mənalara gəlirlər.

İngilis dilində bitişik söz düzəltmə (Compounding)

İngilis dilində söz düzəltmək ilə bağlı bütün ip uclarının birləşməsindən ibarət olan “compounding”, “birləşmək, sıxlaşmaq” deməkdir. Misal üçün; “baby” və “sitting” kimi iki fərqli söz bir araya gələrək “uşaq baxıcılığı” sözünü meydana gətirir. Eynilə, “heart” və “breaking” sözləri bir-birindən tamamilə fərqli olsalar da, bir araya gəldikləri zaman “ürək sındıran” sözünü əmələ gətirirlər.

İngilis dilində qaydasız feillərdən meydana gələn sözlər

Azərbaycan dilində qarşılığı olmayan “qaydasız feillər” İngilis dilində geniş yayılmışdır. Qaydasız feilləri əzbərləməkdən başqa alternativ olmadığına baxmayaraq, bu feilləri əzbərlədikdən sonra bir çox fərqli məqsədlər üçün istifadə edə bilərsiniz. İngilis dilində yeni sözlər düzəltmək üçün qaydasız feillərin üçüncü formasından istifadə edilə bilər. Misal üçün; “broke” və “chair” sözlərindən meydana gələn “broken chair” “qırıq kreslo” deməkdir. Eynilə İngilis dilində indiki zamanda və isim kimi istifadə etməklə yeni sözlər əldə edilə bilər. “Body” ve “building” sözlərinin birləşməsindən ibarət olan “bodybulding” kimi.

Bütün bu metodlara əlavə olaraq, İngilis dilində texnologiyadan dekorasiyaya, geyimdən qidaya qədər mövcud olan bir çox söz tamamilə eyni şəkildə və ya kiçik dəyişikliklərlə Azərbaycan dilinə daxil edilib. Bu cür ümumi sözlərlə qarşılaşdığınız zaman mənalarından əmin deyilsinizsə, Azərbaycan dilindəki qarşılıqlarının sizə nəyi xatırlatdığını düşünə bilərsiniz. Belə olan halda unutmayın ki, İngilis və Azərbaycan dillərində oxşar sözlər həmişə eyni məna daşıyır. Bu sizin üçün hal-hazırda bir məna ifadə etməsə də, zaman-zaman çox önəmli metodlardan hesab edilir.

İngilis dilindəki “-da2” şəkilçisi (Too)

İngilis dilində “too” olduqca, -da2 mənalarında istifadə edilir. Bu istifadə ilə qeyri-rəsmi danışıqlarda daha çox qarşılaşırıq. Məsələn, aşağıdakı nümunədə restoranda ofisiant ilə müştərilər arasında keçən dialoq ilə tanış ola bilərsiniz:

  • Waiter: Have you decided? -Siz qərar verdiniz?
  • David: I think I’ll have the chicken -Düşünürəm ki, mən toyuq alacam.
  • Jennifer: I’ll have that too -Mən də.

Qeyri-rəsmi danışıqlarda, qısa cavablar olaraq “I too” yox, “me too” deyilir.

  • A: I love these colors -Mən bu rəngləri xoşlayıram.
  • B: Me too -Mən də.

Wordly platformasının İngilis dilində söz ehtiyatını artırmaq istəyənlər üçün hansı vədləri verdiyindən hələ də xəbəriniz yoxdur? Wordly platformasından istifadə zamanı siz hər gün seçdiyiniz İngilis dili səviyyənizə uyğun yeni sözlərlə tanış olacaqsınız. Wordly-nin səsli özəlliyi sayəsində müəyyən aralıqlarla sözləri təkrarlamağı unutmayacaq, səsləndirmə funksiyası vasitəsi ilə sözlərin necə tələffüz edildiklərini də eşidəcəksiniz. Eyni zamanda offline rejimdə işləyə bilmə xüsusiyyəti sayəsində siz öyrənməyə olduğunuz hər yerdə davam edə biləcəksiniz. Bu möhtəşəm platformanı istifadə etməyə nə deyirsiniz?

 

Recent Content