İngilis dilində təqdimat mövzuları - Wordly Danışır ...

İngilis dilində təqdimat mövzuları


İngilis dilində təqdimat mövzuları

İngilis dilində təqdimat mövzusu axtaranlar üçün fərqli sahələrdən olan başlıqlardan ibarət geniş və ümumi bir İngilis dilində təqdimat mövzuları siyahısı ilə bu yazımızda tanış ola bilərsiniz. Universitet təhsilinizin və ya iş həyatınızın bir parçası olaraq zaman-zaman İngilis dilində təqdimat etməyinizə ehtiyac ola bilər. Bu kimi vəziyyətlərdə hədəf kütləyə xitab edəcək İngilis dilində təqdimat mövzuları tapmaq edəcəyiniz təqdimatın uğurlu olmasına səbəb olacaqdır. Aşağıda çeşidli mənbələrdən olan İngilis dilində təqdimat mövzularının siyahısı verilmişdir.

Müəyyən bir fikir sahibi olmaq üçün bu siyahıya nəzər sala bilərsiniz. Mövzunuzu seçdikdən sonra qənaətbəxş təqdimat etmək və təqdimat bacarıqlarınızı inkişaf etdirmək İngilis dilində olan təqdimatlarınızı daha da uğurlu edəcəkdir.

Mündəricat Göstər

Global Warming

Azərbaycan dilinə tərcüməsi qlobal istiləşmədir.

Bu mövzu bir çox şəkildən ibarət ola biləcəyi üçün 35-40 slide-dan ibarət təqdimat hazırlamaq dinləyicilər üçün sıxıcı olmayacaq. Ekologiya mövzusuna daxil olan “qlobal istiləşmə” başlığı günümüz dünyasından hamımız ilə əlaqəli olduğu üçün maraqlı mövzudur. Eyni zamanda Ekologiyaya həsr olunmuş hər hansı bir konfransda İngilis dilli və ya müxtəlif ölkələrdən olan iştirakçıları bu mövzu ilə məlumatlandırmaq olduqca vacib məsələ hesab edilir.

World War I

Azərbaycan dilinə tərcüməsi Birinci Dünya Müharibəsidir. Bu mövzu bütün dünyanı maraqlarındıran siyasi mövzulardan biri olduğu üçün siyasi məsələlərlə bağlı Beynəlxalq konfranslara qatılan şəxslərin məlumatlı olmalı olduqları bir təqdimat mövzusudur. Bu kimi mövzuları təxminən 20 slide ilə izah etmək mümkündür.

World War II

Azərbaycan dilinə tərcüməsi İkinci Dünya Müharibəsidir. Yuxarıdada qeyd edildiyi kimi bu mövzu bütün dünyanı maraqlarındıran siyasi mövzulardan biri olduğu üçün siyasi məsələlərlə bağlı Beynəlxalq konfranslara qatılan şəxslərin məlumatlı olmalı olduqları bir təqdimat mövzusudur. Bu kimi mövzuları təxminən 20 slide ilə izah etmək mümkündür.

Chernobyl Explosion

Azərbaycan dilinə tərcüməsi Çernobıl partlayışıdır. Çornobıl illərdir araşdırılan, bütün dünyanın gözünün üzərində olduğu bir məntəqə, qəsəbədir. Həm ekologiya, həm də siyasət mövzularını özündə birləşdirən Çornobıl hadisəsi 20-25 slide vasitəsi ilə izləyicilərə çatdırıla bilər.

The future of nuclear energy

Azərbaycan dilinə tərcüməsi “nüvə enerjisinin gələcəyi”-dir. Bu mövzu hər nə qədər dövrümüzdə yeni qəbul edilsə də, elm sahəsində haqqında saatlarla danışa biləcəyimiz mövzulardan biridir. Təxminən 20-25 slide ilə dinləyicilərə mövzunun əsas prinsiplərini izah etmək mümkündür.

Solar Power

Azərbaycan dilinə tərcüməsi “Günəş enerjisi”-dir. Günəş enerjisi də nüvə enerjisi kimi müasir dövrün tələblərindən biridir. Bu mövzu ekologiya sahəsinə aiddir və 30-35 slide ilə günəş enerjisinin baza məlumatlarını auditoriyaya çatdırmaq mümkündür. Slide sayının digərlərinə nisbətən çox olmasının səbəbi isə bu mövzuda şəkillərin və tətbiqlərin çox olması ilə bağlıdır.

Women’s Right and Feminism

Azərbaycan dilinə tərcüməsi “Qadın haqları və feminizim”-dir. Gender bərabərsizliyi, qadınlara qarşı olan təcavüzlər, əməyin istismarı və s. kimi mövzular hər birimizə yaxşı tanışdır. Odur ki, sosiologiya sahəsinə aid olan bu mövzu bütün auditoriyalara maraqlı olmaqla yanaşı 15-20 slide ilə çatdırılması da mümkün olan mövzudur.

The Impact of Smartphones

Azərbaycan dilinə tərcüməsi “smartfonların təsiri”-dir. Hamımıza yaxşı məlumdur ki, smartfonlar yeni nəslin həm qurtarıcısı, həm də ziyanvericisidir. Texnologiya sahəsinə aid olan bu mövzunu demək olar ki, 20 slide ilə izah təqdim etmək mümkündür.

İngilis dilində maraqlı təqdimat mövzuları

Bu kateqoriyaya daxil olan mövzuların hər biri özlüyündə maraqlı və əyləncəli olduğu üçün əksər insanların məlumatlanmaq istədiyi kateqoriyadır.

The effect of the internet on interpersonal relations

Azərbaycan dilinə tərcüməsi “internetin şəxslərarası münasibətlərə təsiri”-dir. İnternet hər nə qədər məsafələri yaxın etsə də, bəzən şəxsi münasibətlərə də zərər verə bilir. Bu səbəblə də həm psixologiya, həm də texnologiya sahəsinə aid olan bu mövzunu bütün kateqoriyalardan olan auditoriyalar maraqla dinləyə bilər. Əgər dinləyicilərinizin yorulmasını istəmirsinizsə, o zaman təqdimatınızı 20 səhifədən uzun etməyin.

Genetically modified food

Azərbaycan dilinə tərcüməsi “genetikası dəyişdirilməsi ərzaqlar”-dır. Biologiya və genetika sahəsinə aid olan bu mövzunu 15-25 slide ilə qarşı tərəfə izah etmək mümkündür. Müasir dövrdə marketdən alınan qidaların hansı proseslərə məruz qaldığını necə bilə bilərik? Odur ki, bu mövzu ilə maraqlanan çox sayda dinləyici ordunuz olacaq.

Traffic congestion in big cities

Azərbaycan dilinə tərcüməsi “böyük şəhərlərdə tıxac”-dır. Xüsusən meqopolislərin ən böyük problemlərindən biri olan tıxac problemi necə həll edilməlidir? Əgər bu sualın cavabı sizdədirsə, o zaman mövzunun 20 slide-dan uzun olmamasına diqqət edin.

Aliens

Azərbaycan dilinə tərcüməsi “Yadplanetlilər”-dir. Yadplanetlilər var? Bəlkə yoxdur? Çox maraqlı yanaşmalarla təqdimatınızı canlandıracaq fikirlər olacaq! Odur ki, təqdimatı 15 slide ilə yekunlaşdırıb, hər slide üzərində dayanaraq fərqli fikirlər ala bilərsiniz.

Reincarnation

Azərbaycan dilinə tərcüməsi “Reinkarnasiya”-dır. Reinkarnasiya da maraqlı mövzulardan biri olduğu üçün onunla bağlı 20 slide hazırlamaq kifayət edər. Bu təqdimatda xüsusən auditoriya ilə sual-cavab formalı slide-lar hazırlamaq daha məqsədəuyğundur.

AIDS

Azərbaycan dilinə tərcüməsi “QİÇS”-dir. Virus, bakteriya mövzusuna aid olan bu mövzunu nəinki sadəcə bu kateqoriya ilə maraqlanan birisi, hər kəs bilməlidir. QİÇS və onun yoluxma yolları, fəsadları ilə bağlı hazırlayacağınız təqdimat 30 səhifədən ibarət ola bilər. Çünki mümkün olduğu qədər hamını bu mövzu ilə bağlı detallı formada məlumatlandırmaq vacibdir.

Air pollution

Azərbaycan dilinə tərcüməsi “Hava Çirkliliyi”-dir. Ekologiya mövzusunda olan bu mövzu haqqında 25-30 səhifədən ibarət təqdimat hazırlamaq məqsədəuyğundur. Dövrümüzün qlobal problemlərindən birinə çevrilmiş hava kirliliyindən insanları yayındırmaq üçün əlimizdən gələn heç nəyi əsirgəməməliyik.

Animal rights

Azərbaycan dilinə tərcüməsi “heyvan haqları”-dır. Heyvanlar da artıq uşaqlar və qadınlar kimi fiziki gücə məruz qalırlar. Dünya birliyi bununla mübarizə aparmaq üçün müxtəlif yollara əl atsa da, problem hələ də kökündən həll olunmayıb. Siz də bu mövzudakı 20-25 səhifədən ibarət təqdimatlarınız ilə diqqətləri bir az daha bu mövzuya çəkməyi bacara bilərsiniz.

Blood donation

Azərbaycan dilinə tərcüməsi “Qanvermə”-dir. Hamımıza məlumdur ki, qan donorluğu bir çox insanın həyatını xilas edir. Elə isə daha çox insanı bu mövzuda məlumatlandırmaq üçün 15 səhifədən ibarət təqdimatlar hazırlaya bilərsiniz.

İngilis dilində qeyri-adi təqdimat mövzuları

Bu başlıq altında olan mövzular iş, təhsil həyatınızda daha çox dinləyici auditoriyanızın olmasını təmin edə bilər.

Organ donors

Azərbaycan dilinə tərcüməsi “orqan donorları”-dır. Qanvermə kimi orqan transplantasiyası, dolayısı ilə orqan donorluğu da vacib məqamdır. Təxminən 15-20 səhifədən ibarət təqdimat vasitəsi ilə yüzlərlə insanı məlumatlandırmağınız mümkündür.

Capital punishment

Azərbaycan dilinə tərcüməsi “edam cəzası”-dır. Edam cəzası nədir? Harada və hansı cinayətlər üçün tətbiq olunur? Bu mövzuda edəcəyiniz araşdırma ilə “Dünya” kateqoriyasındakı xəbərlərlə maraqlanan auditoriyanızı 20-25 səhifəlik təqdimat ilə məlumatlandıra bilərsiniz.

Bollywood

Azərbaycan dilinə tərcüməsi “Bollivud”-dur. Film kateqoriyasına daxil olan bu mövzu ilə bağlı təqdimat etməyiniz üçün əvvəlcə Hindistan filmlərini yaxşıca araşdırmalısınız. Bu mövzuda 30-40 slide-dan istifadə edə bilərsiniz.

Intellectual property rights

Azərbaycan dilinə tərcüməsi “əqli mülkiyyət hüquqları”-dır. Bu hüquqlar haqqında neçə nəfər məlumatlıdır? Əgər bu mövzuda təqdimat hazırlayacaqsınızsa, o zaman detallı formada araşdırma etməyiniz vacib şərtdir. Bu mövzuda da 20-25 slide sizin işiniz üçün əlverişli rəqəmdir.

Nikola Tesla

Azərbaycan dilinə tərcüməsi elə “Nikola Tesla”-dır. Nikola Tesla kimdir? Elm və fizika ilə maraqlanan auditoriya üçün maraqlı mövzulardan biri hesab edilən Tesla-Edison  ikilisi haqqında 10-15 slide ilə mövzunu izah etməyiniz mümkündür.

Distance learning

Azərbaycan dilinə tərcüməsi “distant təhsil”-dir. Bu günlərdə həm avantajının, həm də dezavantajının daha yaxından şahidi olduğumuz texnologiya kateqoriyasındakı bu mövzu haqqında 30-35 şəkildən, slide-dan ibarət təqdimat hazırlamaq uyğundur.

Euthanasia

Azərbaycan dilinə tərcüməsi “evtanaziya”-dır. Evtanaziyanın nə olduğu haqqında özünüz də araşdırma etdikdən sonra 18-20 slide hazırlamaqla mövzunu auditoriyaya çatdıra bilərsiniz.

Globalization

Azərbaycan dilinə tərcüməsi “qloballaşma”-dır. Qloballaşma nədir? Ölkəmizdəki təsirləri nələrdir? İqtisadiyyat kateqoriyasına daxil olan bu mövzunu izah etmək üçün 20-35 slide sizə kömək edəcəkdir.

Azerbaijani economy

Azərbaycan dilinə tərcüməsi “Azərbaycan iqtisadiyyatı”-dır. Qloballaşma kimi bu mövzu da iqtisadiyyat mövzusundadır. Xüsusi ilə bank və digər qurumlarda verilən təlimlərdə və ya təqdimatlarda təxminən 35 slide hazırlamalı olacaqsınız.

Human rights

Azərbaycan dilinə tərcüməsi “insan haqları”-dır. Sosial kateqoriyada olan bir digər mövzu isə insan haqlarıdır. Nəzərə alsaq ki, öz haqqınının nələrdən ibarət olmadığını bilən minlərlə, hətta milyonlarla insan var, odur ki, bu mövzuda təqdimat hazırlamağınız olduqca məqsədəuyğundur. Hədəfinizə çatmaq üçün təxminən 25 slide-a ehtiyacınız olacaq.

İngilis dilində sadə təqdimat mövzuları

Sadə təqdimat mövzuları deyərkən nəzərdə tutulan hamının başa düşəcəyi qəbildən olan mövzulardır.

European Union

Azərbaycan dilinə tərcüməsi “Avropa Birliyi”-dir. Siyasət kateqoriyasına aid olan bu mövzuda Avropa Birliyinə hansı ölkələrin daxil olması, həmin ölkələr haqqında da məlumat verəcəyiniz üçün 40 slide belə dinləyici üçün yorucu olmayacaqdır.

Olympics

Azərbaycan dilinə tərcüməsi “olimpiyalar”-dır. Dünya kateqoriyasına daxil olan bu mövzu üçün çox slide hazırlamağa ehtiyac yoxdur. 10-15 slide da işinizi görə bilər. İdman kateqoriyasına daxil olan bu mövzu hər il olimpiya zamanında xüsusi ilə aktual olur.

Renewable energy

Azərbaycan dilinə tərcüməsi “yenilənəbilən enerji”-dir. Həm elm, həm də ekologiya kateqoriyasına daxil olan bu mövzunu izah etmək üçün 30-40 slide hazırlamalısınız. Əgər siz ekologiya sahəsi ilə bağlı xidmətləri yerinə yetirən hər hansı bir şirkətdə işləyirsinizsə və bu şirkətin dili İngilis dilidirsə, o zaman İngilis dilində yenilənə bilən enerji haqqında təqdimat etməyiniz olduqca faydalı olacaqdır.

Sustainable tourism

Azərbaycan dilinə tərcüməsi “stabil turizm”-dir. Adından da göründüyü kimi turizm kateqoriyasına daxil olan bu mövzu həm tur şirkətlərinin, həm də səyahət etməyi sevənlərin maraq dairəsindədir. Adından da göründüyü kimi turizm kateqoriyasında olan bu mövzu haqqında 23-30 slide-dan ibarət təqdimat hazırlaya bilərsiniz.

Terrorism

Azərbaycan dilinə tərcüməsi “terrorizm”-dir. Azərbaycan da uzun illərdir terrorla mübarizə aparan dövlətlərdən biri olduğu üçün siyasət kateqoriyasındakı bu mövzu bir çoxlarının marağına səbəb olacaqdır. Dünya, siyasət kateqoriyasına daxil olan bu mövzu haqqında 20-25 slide-dan ibarət təqdimat hazırlaya bilərsiniz.

Cybercrimes

Azərbaycan dilinə tərcüməsi “kiber cinayətlər”-dir. İnternetin bu qədər həyatımıza daxil olmasının nəticəsi olaraq kiber cinayətlər də gündən-günə artmaqdadır. Dinləyicilərinizi bu mövzuda məlumatlandırmaq üçün 20-25 slide hazırlamağınız kifayətdir.

Nuclear Power: Merits and demerits

Azərbaycan dilinə tərcüməsi “Nüvə gücü: dəyərlər və dezavantajlar” olan bu mövzu elm sahəsinə aiddir. Bu mövzu haqqında 30 slide belə hazırlamaq az olacaqdır. Elm kateqoriyasına daxil olan bu mövzu Fizika və nüvə enerjisi ilə maraqlananların olmazsa, olmazlarındandır.

Smoking in Public

Azərbaycan dilinə tərcüməsi “cəmiyyətdə siqaret çəkmək”-dir. İnsanlar arasında siqaret çəkən şəxslər bir çoxlarının səhhətinə problem yaratmaqla yanaşı, onların narahatlığına da səbəb olurlar. Bu problemu 15 slide ilə izah edə bilərsiniz.

Should Marijuana be legalized?

Azərbaycan dilinə tərcüməsi “Marixuana leqallaşdırılmalıdır?” şəklindədir. Cavabınlz hər nə olursa olsun, bu mövzuda təqdimat hazırlamalısınızsa, o zaman həm müsbət, həm də mənfi cəhətlərin debatını aparmalısınız.

İngilis dilində gözəl təqdimat mövzuları

Aşağıda İngilis dilində gözəl və maraqlı təqdimat mövzuları ilə tanış ola bilərsiniz:

Cosmetic Surgery Risks

Azərbaycan dilinə tərcüməsi “kosmetik əməliyyatların riskləri” olan bu mövzu da hər iki tərəfdən qarşılaşdırılmalı olan mövzulardandır. Kosmetik əməliyyatların risklərini bilirikmi? Əməliyyat zamanı və əməliyyatdan 6 ay, 1 il, 5 il sonra nə kimi  problemlərlə qarşılaşmaq mümkündür? Bu sualın cavabını bilməyən şəxslərin çoxluğunu nəzərə alaraq İngilis dilli auditoriyalarda bu mövzunu təqdimat olaraq hazırlaya bilərsiniz.

Cross Culture Adoption

Azərbaycan dilinə tərcüməsi “çarpaz mədəniyyətlərin qəbulu” olan bu mövzu haqqında 40 slide da hazırlamaq olar. Olduqca maraqlı mövzusu olduğu üçün təqdimatınız yorucu olmayacaqdır. 30-35, hətta 40 slide belə bu mövzu üçün uyğundur. Miqrant və immiqrantlar özləri ilə birlikdə hansı mədəniyyətlərin köç etməsinə səbəb olur? Ümumiyyətlə, çarpaz mədəniyyətlər nədir? Olduqca maraqlı bir mövzu olan çarpaz mədəniyyətlər hər kəsin maraq dairəsində olduğu üçün uğurlu seçimdir.

Case study on Homelessness in America

Azərbaycan dilinə tərcüməsi “Amerikada evsizlik ilə bağlı keys çalışması” olan bu mövzunun auditoriyanız üçün maraqlı olduğunu düşünürsünüzsə, o zaman 15 slide hazırlaya bilərsiniz. Əslində mövzunun əhatə dairəsindən asılı olaraq 15 yox, 25 və hətta daha çox sayda slide-dan da istifadə edə bilərsiniz.

Drinking Age: How to lower it

Azərbaycan dilinə tərcüməsi “içki yaşı: necə endirilməlidir?” mövzusunda 15-20 slide hazırlamanız və səhifələrin hər birini əsaslandırmağınız önəmlidir. İçki içən şəxslərin həm özləri üçün, həm də cəmiyyətdə hansı problemlərə yol açdıqları məlum məsələdir. Ümid edirik ki, hamı bu mövzuda bizimlə həmfikirdir və bəzi ölkələrdə 21 olaraq müəyyən edilən içki yaş həddi daha aşağı yaşlara endirilməz.

Online Dating is Safe or Risky

Azərbaycan dilində “Online görüş təyin etmək güvənlidir, yoxsa təhlükəli?” mənasına gələn bu mövzunu təqdim etmək üçün hər iki sualı da bir-biri ilə qarşılaşdırıb, 15-20 slide-dan ibarət təqdimat hazırlaya bilərsiniz. Online metodlarla görüş təşkil edən gənc yeniyetmələrin hansı problemlərlə qarşılaşdıqlarının tez-tez şahidi oluruq. Odur ki, bu problemlər haqqında onları da xəbərdar etməliyik.

Age Discrimination in the Workplace

Azərbaycan dilinə tərcüməsi “iş yerlərində yaş diskriminasiyası” olan bu mövzu haqqında iş yerləri və ya müdirlərdən ibarət auditoriyalar üçün təqdimatlar hazırlamaq olduqca məqsədəuyğundur. 25-30 slide-dan ibarət ola biləcək bu təqdimatda işləyənlərin, xüsusən də qadınların yaş məsələsi ilə bağlı hansı çətinliklərlə qarşılaşdıqlarını diqqətlərə çatdıra bilərsiniz.

Television Violence: How it Affects Children

Azərbaycan dilinə tərcüməsi “televizor şiddəti: uşaqlara necə təsir edir?” olan bu mövzu televizor və texnologiya qrupuna daxil olan alətlərin uşaqların əqli və fiziki inkişafına necə təsir etməsi ilə bağlıdır.

İngilis dilində qısa təqdimat mövzuları

Bəzi auditoriyalar üçün qısa təqdimatlar hazırlamağımız lazım gələ bilər. Bu kimi mövzulara aşağıdakılar daxildir:

Recycling: Conserve your Environment

Azərbaycan dilinə tərcüməsi “Təkrar emal: Ətraf mühitinizi qoruyun” mövzusu da ekologiya kateqoriyasında diqqət etməli olduğumuz mövzulardan biridir. Digər ətraf mühit mövzuları kimi bu mövzuda da 15-25 slide hazırlamaq kifayətdir. Artan zavod və fabriklərin təsiri ilə ətraf mühitimizin çirklənməsi və bu çirkliliyi azaltmaq üçün təkrar emal mövzusu Ekologiya kateqoriyası ilə maraqlanan insanlar üçün olduqca vacibdir.

Adolescent Depression: A rampant Problem

Azərbaycan dilinə tərcüməsi “Yeniyetmələrin depressiya problemi” mənasına gələn bu mövzu haqqında elə təqdimat hazırlamalısınız ki, psixologiya haqqında heç bir məlumatı olmayan valideynlər belə başa düşə bilsin. Bu mövzu haqqında 20-30 slide sizə kömək edəcəkdir.

Adolescent Behavior Problems

Azərbaycan dilinə tərcüməsi “Yeniyetmələrin Davranış Problemləri”-dir. Bu mövzu haqqında 15 slide hazırlamaq kifayətdir. Yeniyetməlik həm şəxsin özü, həm də ailəsi üçün çətin mərhələ olduğundan bu mövzuda dəstək almaq olduqca vacibdir. Odur ki, valideynlərdən ibarət auditoriyalara bu mövzularla xitab edə bilərsiniz.

Environment vs. Technology

Azərbaycan dilinə tərcüməsi “Çevrə və texnologiya” mənasına gələn bu mövzuda inkişaf edən texnologiyanın çevrəmizə təsirindən bəhs edə bilərsiniz. 25 slide bu mövzu üçün də yetərlidir. İnsan nüfuzunun artması ilə düz mütənasib olan tuallantılar texnologiyanın inkişaf etməsinin nəticəsi olaraq azaldıla bilərmi? Mövzu olduqca aktualdır.

Impact of technology on learning

Azərbaycan dilinə tərcüməsi “Texnologiyanın öyrənməyə təsiri” mənasına gəlir. Texnologiyanın faydası saymaqla bitməz. Bəs onlar nələrdir? Bununla bağlı 25 slide hazırlamaq fikrinizi çatdırmaqda sizə kömək edəcəkdir.

How technology has led to moral decay in societies

Azərbaycan dilinə tərcüməsi “Texnologiyalar cəmiyyətlərdə mənəvi çürüməyə necə gətirib çıxardı?” olan bu mövzu haqqında 15 slide hazırlamaq kifayətdir. Texnologiyalar müasir dövrün vazkeçilməz tərkib hissəsi olduqları üçün mövzu haqqında təqdimat hazırlamaq diqqətəlayiq olacaqdır.

Why children should be allowed to interact with mobile devices

Azərbaycan dilinə tərcüməsi  Uşaqların niyə mobil cihazlar ilə qarşılıqlı əlaqə qurmasına icazə verilməlidir? Mənasına gələn bu mövzu da valideynlərdən ibarət auditoriya üçün nəzərdə tutulub. 25-30 slide qənaətbəxşdir.

Popular games that are safe for small school going children

Mövzunun Azərbaycan dilinə tərcüməsi “kiçik məktəbli uşaqlar üçün təhlükəsiz olan populyar oyunlar”-dır. Hamımıza məlumdur ki, müasir dövrün balacaları artıq dərslərindən çox oyunlarla zaman keçirirlər. Odur ki, oyunlarla bağlı araşdırma etdikdən sonra 20 slide-dan ibarət təqdimat hazırlaya bilərsiniz.

İngilis dilində sosioloji təqdimat mövzuları

Ətrafımızda olan hər şey, bütün cəmiyyət sosiologiya kateqoriyasına daxil olduğu üçün mütləq ki, zaman-zaman bu mövzulardan biri ilə bağlı təqdimat etməyimiz lazım gələ bilər:

Impact of the internet on the fight against poverty

Azərbaycan dilinə tərcüməsi “yoxsulluqla mübarizəyə internetin təsiri” olan bu mövzuda təqdimat hazırlayarkən 15 slide-dan çox olmamasına diqqət göstərin. Bu mövzu iqtisadiyyat kateqoriyasında olduğu üçün İngilis dilində haqqında bəhs edilməsi olduqca aktualdır.

Impacts of the internet on racism

Azərbaycan dilinə tərcüməsi “internetin irqçiliyə təsiri”-dir. Son dövrlərdə irqçiliklə mübarizə aparıldığını hamımız bilsək də, internetin irqçiliyə və bu mübarizəyə necə təsir etdiyini sizin təqdimatınız vasitəsi ilə öyrənəcəyik.

İnternet led to increased terrorism activities

Azərbaycan dilinə tərcüməsi “İnternet artan terror fəaliyyətlərinə yol açır”-dır.  Bu mövzunun bir arqument olduğunu düşünməli və hər iki tərəfdən də yanaşmanı təmin etməlisiniz. 20 slide kifayətdir.

Academic Freedom

Azərbaycan dilinə tərcüməsi “akademik azadlıq”-dır. Elmi tədqiqat aparan şəxslər üçün akademik azadlıq olduqca vacib məsələdir. Odur ki, professor-müəllim heyəti üçün bu mövzularda təqdimatlar hazırlaya bilərsiniz.

Human Capital

Azərbaycan dilinə tərcüməsi “insan kapitalı”-dır. İnsanların iş həyatı ilə bağlı olan bu mövzuda immiqrant və miqrantların rolundan bəhs edə bilərsiniz. Təxminən 18-20 slide ilə fikirlərinizi səhnənin digər tərəfinə çatdırmağınız mümkündür. Hazırki dövrdə insan köçünün artmasını da nəzərə alsaq mövzu yetəri qədər aktualdır.

Life as a nomad

Azərbaycan dilinə tərcüməsi “köçəri kimi həyat”-dır. Bir növ dərviş həyatı ilə bağlı olan bu mövzu olduqca maraqlıdır. Bu mövzunu auditoriyanıza 18-20 slide ilə izah etməniz mümkündür. Artıq dünya ölkələri arasında səyahətin asanlaşdığını, buna baxmayaraq səyahət, otel xərclərinin yetəri qədər çox olmasını nəzərə alsaq, avtostop vasitəsi ilə, belində çantası ilə dünyanı dolaşan tanışlarımızı başa düşə bilərik.

Yuxarı siniflər üçün təqdimat mövzuları

Məktəbin yuxarı siniflərində oxuyursunuz və sizdən təqdimat hazırlamağınız tələb olundu? Elə isə vaxt itirmədən potensial mövzunuzun içində ola biləcəyi siyahı ilə tanış olmağa tələsin:

Classroom of the future

Azərbaycan dilinə tərcüməsi “gələcəyin sinfi”-dir. Təhsil kateqoriyasına daxil olan bu mövzu həyatımızın hər bir mərhələsində təhsil olduğu üçün aktualdır. 18-25 slide-dan ibarət təqdimat hazırlamağınız yetərlidir.

How to be a teacher of tomorrow?

Azərbaycan dilinə tərcüməsi “sabahın müəllimi necə olmalıdır?” şəklindədir. Əminik ki, sizin də öz müəllimlərinizlə bağlı xoşunuza gəlməyən özəlliklər var. Bu halda siz onların hansı özəlliklərini dəyişdirmək istəyərdiniz? Bununla bağlı 25-30 slide-dan ibarət təqdimat məqbuldur.

The stress associated with being a student

Azərbaycan dilinə tərcüməsi “tələbə olmaqla əlaqəli stress” kimidir. İstər universitetdə olsun, istər məktəbdə. Ömrümüzün ortalama 15 ilinin təhsil almaqla keçdiyini nəzərə alsaq hamımız bu streslə üz-üzə gəlirik. Elə buna görə də bu kimi mövzuların təqdimatına təhsil müəssisələrində yer verilməlidir. Bu haqqda 20 slide məqbul hesab edilir.

Economic growth and the role of development

Azərbaycan dilinə tərcüməsi “iqtisadi artım və inkişafın rolu”-dur. Bu mövzu haqqında bəhs etmək üçün 25 slide yetərlidir. Adından da göründüyü kimi İqtisadiyyat kateqoriyasına daxil olan bu mövzu dünya hər dəqiqə tərəqqidə olduğu üçün kifayət qədər təqdimatının aparılmasına uyğun mövzudur.

Should mobile phones be allowed in classrooms?

Azərbaycan dilinə tərcüməsi “siniflərdə mobil telefonlara icazə verilməlidir?” formasındadır. Bu mövzu da bəzi digər mövzular kimi təsdiq və inkar mövqeyindən yanaşmanın mümkün olduğu mövzulardandır. Belə ki, hazırlayacağınız təqdimatda siniflərdə mobil telefonlardan istifadə edilməsinin avantaj və dezavantajlarından bəhs edə bilərsiniz. 23-27 slide yetərlidir.

Things you want to change about your teacher

Azərbaycan dilinə tərcüməsi “müəllimin ilə bağlı nəyi dəyişmək istədiyini düşün” şəklindədir. Bu mövzuda 10-15 səhifədən ibarət təqdimat hazırlaya bilərsiniz. Maraqlı olduğu qədər də əyləncəli olan bu mövzuya gəlin digər tərəfdən baxaq. Müəllimlər bu qayda pozuntularından yola çıxaraq özlərini necə inkişaf etdirə bilərlər? Bunu tədrisə necə tətbiq edə bilərlər? Bu mövzuda təxminən 15 səhifədən ibarət təqdimat hazırlaya bilərsiniz.

What rules do students break that teachers never find out about?

Azərbaycan dilinə tərcüməsi “şagirdlər müəllimlərin heç vaxt öyrənmədiyi hansı qaydaları pozurlar?” kimidir. Maraqlı olduğu qədər də əyləncəli olan və təhsil kateqoriyasına daxil olan bu mövzu haqqında təxminən 15 səhifədən ibarət təqdimat hazırlaya bilərsiniz.

What would you do if you switched places with your teacher for a day?

Azərbaycan dilinə tərcüməsi “bir gün müəlliminlə yer dəyişsən nə edərdin?” formasındadır. Xüsusən özünüinkişafa meylli olan məktəblərdə tez-tez bu tip təqdimat mövzularına rast gələ bilirik. Bu mövzuda 10-15 səhifədən ibarət təqdimat hazırlaya bilərsiniz.

İngilis dilində elmi təqdimat mövzuları

İngilis dilində ən çox hazırlanan təqdimat kateqoriyalarından birincisi elmi tədqiqat kateqoriyasıdır. İstər iş, istərsə də, təhsil həyatımızda bu kateqoriyaya xüsusi ilə yer veririk. Aşağıda müxtəlif mövzularla bağlı qısa icmal verilmişdir:

Women’s right

Azərbaycan dilinə tərcüməsi “qadın haqları”-dır. Qadınların məruz qaldıqları təcavüz, ayrıseçkilik və s. kimi mövzular, qadınların öz haqlarından xəbərsiz olması bu mövzunu aktual edir. Mövzu haqqında təqdimat hazırlığı zamanı 20-25 slide-dan istifadə etməyiniz kafi hesab edilir.

NATO

Azərbaycan dilinə tərcüməsi elə NATO-dur. Adı çəkilən mövzu çox geniş olduğu üçün NATO-a aid olan ölkələrin hər birinin daxil ola biləcəyi 30-35 slidedan ibarət təqdimat hazırlaya bilərsiniz. Siyasət kateqoriyasına aid olan mövzu haqqında hamımızın məlumatlı olması məqsədəuyğundur.

Impact of technology on learning

Azərbaycan dilinə tərcüməsi “texnologiyanın öyrənmə prosesinə təsiri”-dir. Texnologiyanın öyrənmə prosesindəki müsbət cəhətləri olduqca çox olduğu üçün mövzu aktualdır. Texnologiya kateqoriyasına aid olan bu mövzu da NATO mövzusu kimi geniş olduğu üçün təxminən 20-30 slide-dan ibarət təqdimat hazırlaya bilərsiniz.

Television Violence

Azərbaycan dilinə tərcüməsi “televiziyanın şiddəti”-dir. Müasir dövrdə televizorun insanlara nə kimi yan təsirlərinin olduğu hamımız üçün olduqca maraqlıdır. Bu mövzuda 25-30 slidedan ibarət təqdimat hazırlamağınız məqsədəuyğundur.

İngilis dilində təqdimat hazırlayarkən nələrə diqqət etmək lazımdır?

İngilis dilində təqdimat hazırlayarkən mütləq şəkildə öz sözlərinizlə hazırlamağa diqqət göstərin. Bununla birlikdə, təqdimatın qalan hissəsinin də tonunu müəyyən etdiyi üçün giriş hissəsinə necə başlamağınız olduqca vacibdir. Əgər dinləyici sizi ən başdan dinləmirsə, böyük ehtimal ki, təqdimatın qalan hissəsində də dinləməyəcək. Öz sözlərinizlə yanaşı təqdimatın giriş hissəsində istifadə edə biləcəyiniz bəzi fikirlər və sözlər aşağıda verilmişdir:

  • “When I was a child…” – mən uşaq olanda… Diqqətləri cəlb edən statistika və ya reallıqdan bəhs edə bilərsiniz.
  • “Did you know the England is the only country that…” – bilirsiniz ki, İngiltərə … olan tək ölkədir? Dinləyənlərin hər hansı bir şeyi xəyal etməsini təmin edə bilərsiniz.
  • “Imagine you are sitting on the beach…”

Təqdimat ekranında maraqlı bir şəkil və ya video yerləşdirə bilərsiniz. Özünüzü tanıtmaq və ya dinləyicinin daha rahat hiss etməsini təmin edə bilər. Bunun detallı olmasına ehtiyac yoxdur.

  • “My name is Jennifer and I am…” – mənim adım Jenniferdir və mən …
  • “I became interested in this topic because…” – mən bu mövzu ilə maraqlanıram, çünki …

İngilis dili səviyyəsi sizdən daha yaxşı olan birinə yoxladın

Bu mərhələdə hazırladığınız təqdimatınızı auditoriya önünə çıxmazdan əvvəl İngilis dilinin sizinkindən daha yaxşı olduğunu düşündüyünüz birinin yanında etməlisiniz. Həm təqdimat mövzusundakı təcrübələri, həm də İngilis dili səviyyəsi daha yaxşı olan şəxs sizin önəm verməyib üzərində çox dayanmadığınız bəzi detalları da görməyinizi təmin edəcəkdir.

Təqdimatdan əvvəl məşq edin və axıcı dil seçin

Təqdimatdan əvvəl güzgü qarşısında məşq etmək vacib şərtlərdən bir digəridir. Ancaq unutmayın ki, danışığınızın inandırıcı olması üçün inandırıcı arqumentlərdən istifadə etməlisiniz. Hamının diqqətini çəkən sözlərə ehtiyacınız var? İngilis dilində ən diqqətçəkən sözlər hamımızın təəccübünə səbəb olacaq qədər asandır:

  • You – sən
  • Because – çünki
  • Instantly – dərhal
  • New – yeni
  • Free – pulsuz

Bu sözləri təqdimatınızın giriş hissəsində və təqdimat boyunca istifadə edərək dinləyicilərin diqqətini üzərinizdə saxlaya bilərsiniz. Məsələn, inandırıcı təqdimat edirsinizsə, dinləyici ilə birbaşa olaraq danışmaq daha yaxşı effekt verəcəkdir:

To help lessen the impacts of global warming, the planet needs you –qlobal istiləşmənin təsirlərini azaltmağa kömək etmək üçün planetin sənə ehtiyacı var.

Axıcı formada İngilis dilində danışa bilmirsinizsə, aksentiniz varsa, unutmayın ki, insanların diqqəti çox asan formada dağılır və bu səbəblə də diqqəti üzərinizdə saxlamaq üçün İngilis dilində aydın şəkildə danışmalısınız. Dodaqların, ağız və dilinizin necə hərəkət etdiyinə diqqət edin. Fərqli səslər və sözləri güzgünün qarşısında təkrar-təkrar de və ya bir dostunuzun sizi izləməsini təmin edin. Ağzınızın şəkildəyişməsi necədir? Diliniz nə vaxt üst damağa dəyir? Hər bir sözün daha aydın formada çıxması üçün bu hərəkətləri necə dəyişdirə bilərsiniz? Tələffüz ilə birlikdə yavaş danışmağı da öyrənməlisiniz. Gərgin olduğunuz zamanlarda bəzi şeyləri sürətli formada deyə bilərsiniz, ancaq çox sürətli danışdığınız təqdirdə dinləyici sizə qulaq asmayacaqdır. Yavaş danışmağa öyrəşmək üçün təqdimatını gündə bir-iki dəqiqə ərzində oxumağı yoxlaya bilərsiniz.

Məlumat sahibi olduğunuz bir mövzunu seçin 

Haqqında məlumat sahibi olduğunuz mövzu seçin. Əgər dissertasiyanızın təqdimatını edirsinizsə, o zaman tədqiqatınızı dəstəkləyən statistikalardan istifadə edin. Çünki burada önəmli olan şey qarşınızdakı şəxslərin diqqətini çəkmək, ələxsüs da onları inandırmaqdır. Təqdimatınızda dəstəkləyici məlumatlar olmalıdır. Birisini inandırmaq üçün bütün bu sadalananlara ehtiyacınız olacaq. “Qlobal istiləşməni dayandırmalıyıq. Çünki bu çox pisdir” kimi bir cümlə qursaq, bu heç də inandırıcı olmayacaqdır. Eyni zamanda İngilis dili ana diliniz olmadığı üçün düşüncələrinizi və arqumentlərinizi ifadə etmək çətin ola bilər. Bu səbəblə də haqqında çox yaxşı formada məlumat sahibi olduğunuz mövzunu seçməyiniz şərtdir.

Auditoriyaya uyğun bir təqdimat mövzusu seçin

Təqdimat prosesində ən önəmli sonuncu nüans isə auditoriyaya uyğun olan təqdimat mövzusu seçməkdir. Digər halda auditoriyada heç bir maraq yaratmamaqla yanaşı, onların diqqətini də mövzunun üzərinə çəkə bilməyəcəksiniz. Burada eyni zamanda məntiqi ardıcıllıqdan və keçidlərdən də istifadə etməlisiniz.

Heç elə olubmu ki, nə danışıldığı haqqında heç bir məlumatınız olmadığı üçün mövzunu dinləməmisiniz? Adətən xarici dil problemi bu qarışıqlığa səbəb olur. İngilis dilində edəcəyiniz təqdimatı auditoriyanın maraq dairəsini nəzərə almadan seçsəniz, bu diqqət dağınıqlığının daha çox şahidi olacaqsınız.

Buna görə də hadisə, nəticə və statistikaların müəyyən ardıcıllıqla izah edilməsi önəmlidir. Giriş, müzakirə və nəticə hissələrinin bir-birindən ayrılması qulaq asanların bu təqdimatı dinləməsini asanlaşdıracaqdır. Aşağıda İngilis dilindəki təqdimatlarınız zamanı keçidlər üçün istifadə edə biləcəyiniz sözlər verilmişdir:

  • First… – birinci
  • Next… – növbəti
  • Then… – onda
  • In addition/additionally… – əlavə olaraq

Təqdimatınızın sonuna yaxınlaşarkən auditoriyaya təqdimatın tezliklə bitəcəyini bildirmək vacibdir. Təqdimatın birdən-birə sonlanması dinləyicinin fikrinin qarışmasına səbəb ola bilər və ya təqdimatınız effektiv görünməz. Giriş və keçidlərdə olduğu kimi təqdimatınızı sonlandırmaq üçün də istifadə edə biləcəyiniz müəyyən sözlər vardır:

  • To conclude/In conclusion… -yekunlaşdırmaq / sonda …
  • To sum everything up… -hər şeyi yekunlaşdırmaq üçün …
  • Finally… – nəhayət …

 

 

İngilizce Kelime Ezberlemek Artık Çok Kolay

Uygulamayı Ücretsiz İndir; Her gün yeni kelimeler telefonuna gelsin
Örnek cümle ve anlamlarını öğren
Hatırlatmalarla pratik yap, kalıcı öğren, unutma
Offline modu ile Internete ihtiyacın olmadan kelime öğren
İngilizce Kelime Öğrenmeye Başla

Recent Content

×
wordly-logo
Wordly İngilizce Öğrenme ve Kelime Ezberleme Uygulaması
Uygulamayı Ücretsiz İndir
Her gün yeni kelimeler telefonuna gelsin
Uygulamayı İndir