İngilis Dilində The İstifadəsi - Wordly

İngilis Dilində The İstifadəsi


İngilis Dilində The İstifadəsi

İngilis dilini öyrəndiyimiz zaman qarşımıza, söz önü və ya arxası istifadə edə biləcəyimiz bir çox əlavələr çıxır. Bunlar sözün və ya əşyanın xüsusiyyətlərini dəqiqləşdirmək məqsədi ilə istifadə edilə bilir. The əlavəsi də bunlardan biridir və sözün önündə istifadə edilir. Bu yazımızda “İngilis dilində The nə deməkdir?” sualını cavablandıracayıq. Bundan əlavə funksiyası və bu söz önü əlavənin vacibliyindən bəhs edəcəyik.

“The” sözü İngilis dilində ən çox yayılmış sözlərdən biridir. Bu sözlə çox qarşılaşacaqsınız, buna görə harada istifadə olunduğunu və harada istifadə edilmədiyini bilmək faydalıdır. İngilis dilində dəqiqlik bildirir. Mətnlərin tədqiqi və təhlili onların bütün çap olunmuş ingilis sözlərinin yüzdə yeddisini təşkil etdiyini aşkar etdi. Orta İngilis dilində birləşdirilmiş və hazırda hər iki cinsin əvəzlikləri ilə istifadə olunan tək bir forma sahib olan köhnə İngilis dilində əldə edilmişdir. Söz həm tək, həm də cəm isimləri və hər hansı bir hərflə başlayan bir isim ilə istifadə edilə bilər. Bu, fərqli cinslər və ya rəqəmlər üçün xüsusi əlavənin fərqli versiyalarına sahib olan bir çox dildən fərqlidir.

Mündəricat Göstər

İngilis Dilindəki Tək Şeylər Üçün “The” İstifadə Olunur

İngilis dilində ən çox istifadə olunan söz “the” dir. Bu sözlə çox qarşılaşacaqsınız, buna görə harada istifadə olunduğunu və harada istifadə edilmədiyini bilmək faydalıdır.

The sözü, ay, günəş, prezident, ən yaxşı tələbə və s. kimi tək şeylərdən əvvəl istifadə olunur. Məsələn;

  • The sun is shining today.- Bu gün günəş işıq saçır.
  • The prime minister is in Istanbul.- Baş nazir İstanbuldadır.
  • He is the best student.- Ən yaxşı tələbədir.

Gediləcək Yer Aydın yaxud Tək Olduğu Zaman “The” İstifadə Olunur

Evdən çölə çıxanda, məsələn, marketə gedərkən, ailəmizə və ya dostlarımıza “Mən markete gedirəm” deyirik, çünki həmişə getdiyimiz bir market var və ya ərazidə yalnız bir market var və hansından bəhs etdiyimiz göz qabağındadır. O zaman “the” sözü istifadə olunur. Məsələn;

  • Let’s go to the mall.- Gəlin ticarət mərkəzinə gedək.
  • I’m waiting in the car.- Mən maşında gözləyirəm.
  • He’s in front of the parking lot.- Dayanacağın qarşısında.

Daha Əvvəl İstifadə Edilən Bir Varlığdan Təkrar Bəhs Edərkən “The” İstifadə Olunur

Daha əvvəl qeyd etdiyimiz bir varlıqdan bəhs edərkən “the” istifadə olunur. Bu istifadəyə söhbətlərdə və hekayələrdə çox tez- tez rast gələcəksiniz. Məsələn;

  • A man was standing in the corner. The man shouted for no reason.- Küncdə bir kişi dayanmışdı. Kişi heç bir səbəb olmadan qışqırdı.
  • He will donate his math book to someone. The book can be yours.- Riyaziyyat kitabını kiməsə bağışlayacaq. Kitab sənin ola bilər.
  • Find a stone. Did you find one? Good! Now throw the stone.- Daş tapın. Birini tapdın? Yaxşı! İndi daşı at.

Musiqi Alətlərindən Bəhs Edildikdə “The” İstifadə Olunur

“The” musiqi alətlərinə istinad etmək üçün istifadə olunur. Musiqi alətlərində çalmaq,ifa etmək dedikdə işlədilir. Buna misal olaraq;

  • Can you play the piano?- Piano çala bilərsən?
  • My favorite music instrument is the flute.- Ən çox sevdiyim musiqi aləti fleytadır.
  • I can play the bass guitar, but not electric guitar.- Bas gitara çala bilirəm, elektro gitara çala bilmirəm.

Bəzi Sistemlərdən və Xidmətlərdən Əvvəl “The” İstifadə Edilir

İngilis dilində, bəzi xidmətlər və sistemlərdən əvvəl istifadə edilə bilər. Məsələn;

  • I’m taking the train.- Mən qatarla gedirəm.
  • The plane used by everyone was stopped today.- Hərkəsin istifadə etdiyi təyyarə bugün dayandırılıb.
  • Turn on the radio.- Radionu açın.

İnsanları Qruplaşdıran Sifətlərdən Əvvəl “The” İstifadə Olunur

İngilis dilində “The”, insanları qruplaşdıran sifətlərdən əvvəl də istifadə olunur. Məsələn;

  • When the archers come here, be ready.- Oxçular bura gələndə hazır olun.
  • The losers are unhappy.- Məğlub olanlar məyusdurlar.
  • The main player of the team did not come.- Komandanın əsas oyunçusu gəlmədi.

İngilis Dilində Məşhur Binalardan və Əsərlərdən Bəhs Edilərkən “The” İstifadə Olunur

“The” tanınmış binalardan və sənət əsərlərindən əvvəl istifadə olunur.

  • The Mona Lisa is very expensive.- Mona Lisa çox bahalıdır.
  • The Flame Towers is in the center of Baku.- Alov Qülleler, Bakı şəhərinin mərkəzindədir.
  • He visited the Empire State Building.- O Empire State Building binasını ziyatər etdi.
  • The Museum of Ankara is the biggest.- Ankara Muzeyi ən böyükdür.

İngilis Dilində Təşkilat və Yayımçı Adları Üçün “The” İstifadə Olunur

“The” istifadəsi də İngilis dilində çox vacib məqamlarından biri də Təşkilatlar və Yayım qruplarından bahs edərkəndir. Məsələn;

  • He wrote stories, interviews and novels for the newspapers Son Posta, Cumhuriyet, Tan and Milliyet.- Son Posta, Cumhuriyet, Tan və Milliyet qəzetlərinə hekayələr, reportajlar və romanlar yazdı.
  • One of the best is the Washington Post.- Ən yaxşılarından biri də Washington Post`dur.
  • The magazine was very interesting, but the newspaper was boring.- Jurnal çox maraqlı idi, amma qəzet darıxdırıcı idi.

İngilis Dilində Ailə Adlarından Əvvəl “The” İstifadə Olunur

Ailə adlarının olduğu cümlələrdə “The” istifadə edilir. Məsələn;

  • The Ahmadovs have just returned to the country.- Əhmədovlar təzəlikcə ölkəyə qayıtdı.
  • The Karimzade still lives in Azerbaijan.- Kərimzadə hələki Azərbaycanda yaşayır.
  • The Trump’s man lives here.- Trampın adamı burada yaşayır.

İngilis Dilində “The” Harada İstifadə Edilmir?

Bir çox İngilis dili öyrənənlər üçün tamamlayıcı sözləri xatırlamaq ən çətin şeylərdən biridir. Bu sözlər qarışıqdır, çünki İngilis dilində bir söz önü tamamlayıcıdan istifadə etmək həmişə lazım olmur. İngilis Dilində bəzi hallarda “the” istifadə edilmir. Burada istifadə etməməli olduğunuz bəzi halları sizinlə paylaşacayıq.

İngilis Dilində Ölkə Adlarından Əvvəl “The” İstifadə Olunmur

Ölkə adlardan əvvəl “the” istifadə edilmir.

  • There are many products imported from Poland to Turkey.- Polşadan Türkiyəyə gətirilən məhsullar çoxdur.
  • Expert opinions have been advanced stating that gold- mining in Uruguay is capable of development into an important industry.- Uruqvayda qızıl yığımının əhəmiyyətli bir sahəyə çevrilə biləcəyinə dair mütəxəssis fikirləri irəli sürüldü.
  • Canada is a good place to go if it’s your first experience living abroad.- Xaricdə yaşamaq ilk təcrübənizdirsə Kanada getmək üçün yaxşı bir yerdir.

Ölkə Adlarında Respublica, Kingdom, United və State Sözləri Varsa, “The” İstifadə Olunur.

  • The United States borders Canada.- Amerika Birləşmiş Ştatları Kanada ilə həmsərhəddir.
  • In 2009, Selena Gomez became the youngest person to be named a United Nations Children’s Fund Ambassador in the United States.- 2009-cu ildə Selena Gomez Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun ABŞ- dakı səfiri seçilən ən gənc şəxs oldu.
  • His immediate ancestors had been constables of the kingdom of Cyprus for the Venetian republic since 1464.- Onun yaxın əcdadları 1464-cü ildən bəri Venedik respublikası üçün Kipr krallığının konstulları olmuşlar.

Şəhər Adlarından Əvvəl “The” İstifadə Olunmur

Ölkələrdən olduğu kimi The sözü, şəhər adlarından əvvəl istifadə edilməməlidir. Əgər bir cümlədə The sözü şəhər adının qarşısındadırsa bu cümlə yanlış cümlədir. Məsələn;

  • The President leaves Washington for Paris next month.- Prezident gələn ay Vaşinqtondan Parisə yola düşür.
  • In addition large quantities are shipped at Baku direct for the Volga and the Transcaspian port of Krasnovodsk.- Bundan əlavə, Volqa və Zaqafqaziya Krasnovodsk limanına birbaşa Bakıdan böyük miqdarda yük göndərilir.
  • He fled to France, and lived for a time in Paris under the name of Conti.- Fransaya qaçdı və Conti adı altında bir müddət Parisdə yaşadı

İnsan Adlarından Əvvəl “The” İstifadə Olunmur

İngilis dilində insan adlarından əvvəl “the” istifadə edilmir. Baxmayaraq ki, ailə adlarında istifadə olunur, insan adlarında bunun tam əksi olaraq “The” istifadə edilmir. Məsələn;

  • Fuzuli is one of the greatest ports of the world.- Füzuli dünyanın ən böyük limanlarından biridir.
  • Adam was furious with me when I broke his watch.- Mən saatını qıranda Adam mənə qəzəbləndi.
  • I always confuse John and his twin brother.- John və onun əkiz qardaşını həmişə qarışdırıram.

İngilis Dilində “The” Söz Qəlibləri

Bəzi ifadələr ingilis dilində danışarkən sadədir və gündəlik istifadədə olduqca yaygındır. Bu tip cümlələri və sual nümunələrini öyrənərək çox rahat söhbətlər edə və mesajlara / e- poçtlara asanlıqla cavab verə bilərsiniz. Bunların arasında təbii ki, bu günün mövzusu olan THE ilə bağlı qəliblərdə var. Bu qəliblərin mənaları, haralarda istifadə olunduğu və əsasən haralarda qarşılaşacağınız ilə bağlı məlumat verəcəyik.

Essay  ingilis dilində bir sözdür və Azərbaycan dilindəki tam qarşılığı məqalədir.Məqalələr ənənəvi olaraq rəsmi və qeyri- rəsmi olaraq təsnif edilmişdir. Rəsmi oçerklər “ciddi məqsəd, ləyaqət, məntiqi təşkilatlanma, uzunluq“, qeyri-rəsmi oçerk “fərdi ünsür (özünü aşkar etmə, fərdi zövq və təcrübə, məxfi tərz), yumor, zərif üslub, əyləncəli quruluş,” qeyri-ənənəvi və ya mövzunun yeniliyi “və s.

“The Fact That” İstifadəsi

Bəzi fel və ya ədatlardan sonra,özəlliklə fel və ya ədatı bir cümlə ilə əlaqələndirilməsinə baxmayaraq, xüsusən də gərçəği faktiki olaraq göz önündə bulunduraraq və buna rəğmən fel və ya ədat kimi ifadələrlə istifadə edirik.“The Fact That” qəlibi Azərbaycanca “faktiki olaraq” mənasını verir. Mövzuda istifadə edilərkən bəhs edilənin gerçəklərinə vurğu olaraq istifadə edilir.

  • His chances do not seem good in view of the fact that the Chief Prosecutor has already voiced his public disapproval.- Baş prokurorun etirazını ictimaiyyət qarşısında dilə gətirdiyini nəzərə alsaq, onun bəxti elə də yaxşı görünmür.
  • Despite the fact that the disease is so prevalent, treatment is still far from satisfactory.- Xəstəliyin bu qədər geniş yayılmasına baxmayaraq, müalicə hələ də qənaətbəxş deyil.
  • And the fact that food must be consumed quickly means that wastage is high.- Yeməyin tez istehlak edilməsi isə israfın yüksək olması deməkdir.

“By The Way” İstifadəsi

“By the way ” Azərbaycan dilinə “Yeri gəlmişkən” kimi tərcümə olunur. Dediklərinizə bir şey əlavə edərkən, xüsusən də düşündüyünüz bir şey söylərkən istifadə edə bilərsiniz.

  • By the way, you forgot your book at school.- Yeri gəlmişkən, kitabınızı məktəbdə unutmusunuz.
  • By the way, I am going to meet with my friends tonight.- Yeri gəlmişkən, bu gecə dostlarımla görüşəcəyəm.

Bu ifadə yalnız cümlənin əvvəlində istifadə olunan bir cümlə deyil. Bəzi hallarda, cümlənin ortasına gələ və həmin anda ağla gələn bir şeyi göstərə bilərsiniz. Bu, gündəlik həyatda daha səlis danışmağa kömək edir.

  • I watched Spiderman yesterday, by the way it’s a very good movie and you should absolutely watch it.- Hörümçək adamı dünən izlədim, bu arada çox yaxşı bir filmdir və mütləq izləməlisiniz.
  • By the way, did you look at that e-mail that I sent you?- Yeri gəlmişkən, sənə göndərdiyim elektron poçta baxdın?

By the way mənfi mənada “yeri gəlmişkən” demək üçün də istifadə edə bilərsiniz. Bunu etmək istəyirsinizsə, sadəcə ifadədən sonra gələn cümləni mənfi olaraq istifadə edin. Məsələn;

  • By the way, please don’t disturb me.- Yeri gəlmişkən, xahiş edirəm məni narahat etməyin.
  • By the way, you don’t look too good.- Yeri gəlmişkən, çox yaxşı görünmürsən.
  • By the way, she didn’t call me back.- Yeri gəlmişkən, o mənə geri zəng etmədi.

By the way nümunəsinin istifadə olunduğu başqa bir vəziyyət var və bu barədə də danışmaq istəyirəm.

By the way, müəyyən bir mövzu haqqında danışarkən və mövzu haqqında əlavə məlumat vermək istədiyiniz zaman cümlənin ortasında da istifadə edilə bilər. Beləliklə, cümləni qurarkən ağlınıza gələn bir şeyi  qarşı tərəfə ötürə bilərsiniz. Bu da gündəlik söhbətlərdə çox faydalıdır.

  • My project with Cenk, by the way he is a very good friend, is about to finish.- Cenk ilə layihəm, yeri gəlmişkən, çox yaxşı bir dostdur, başa çatmaq üzrədir.
  • I think there are carrots in this, by the way it’s very good.- Düşünürəm ki, bunun içində yerkökü var, yeri gəlmişkən çox yaxşıdır.
  • At the concert we went yesterday, by the way it was very bad, we saw your brother.- Dünən getdiyimiz konsertdə, yeri gəlmişkən çox pis idi, qardaşınızı gördük.

“On The Other Hand” İstifadəsi

On the other hand bir-birinə zidd olan iki məqamdan, faktlardan və ya bir şeyə baxma yollarından ikincisini təqdim etmək üçün istifadə edirsiniz.“Bununla yanaşı, digər tərəfdən” kimi də tərcümə edə bilərik. Məsələn:

  • He is clever, but on the other hand he often makes careless mistakes.- Ağıllıdır, amma digər tərəfdən tez-tez diqqətsiz səhvlər edir.
  • That job was not very interesting, but on the other hand it was well paid.- Bu iş o qədər də maraqlı deyildi, amma digər tərəfdən yaxşı maaş alırdı.
  • It seems like a great building, on the other hand, you are displacing a lot of animals by building it.- Möhtəşəm bir bina kimi görünür, digər tərəfdən onu inşa edərək çox sayda heyvanı yerindən etdin.

“The Same As” İstifadəsi

İki şey, iki vəziyyət, iki hadisə arasında oxşarlığı ifadə edərkən istifadə olunan ifadələrdən biri “the same as” dır. Bir şey başqa bir şeylə eyni şəkildə baş verirsə, iki şey oxşar və ya tamamilə eyni şəkildə baş verir. Azərbaycan dilində qarşılığı ilə “eyni” olaraq tərcümə edə bilərik.

  • I am feeling much the same as yesterday.- Özümü dünənki kimi hiss edirəm.
  • My brother’s hair style is the same as mine.- Qardaşımın saç düzümü mənimki ilə eynidir.
  • My armchair is the same size and shape as yours.- Mənim kreslo səninki ilə eyni ölçüdə və formadadır.

“The Reason Why” İstifadəsi

Bir çox istifadə müəllifi nəyə görə lazım olduğundan bəhs etdiyini deyir. The reason why, “hansı səbəbdən” mənasını verir. Bir hadisənin hansı səbəblə baş verdiyi ilə bağlı fikir bildirir.

  • That’s not the reason why I’m standing here now.- İndi burada dayanmağımın səbəbi bu deyil.
  • That’s one of the reasons why it’s so frigging haunted.- Bu qədər xəyal qırıqlığının səbəblərindən biridir.
  • And the reason why this room is so big was this fireplace in the middle.- Və bu otağın bu qədər böyük olmasının səbəbi ortadakı bu kamin idi.

“With The Aim Of” İstifadəsi

“Məqsəd” mənasına gəlir və cümlədəki hərəkətin məqsədini bildirir. Əgər bir şey etmisinizsə bunu hansı məqsəd və səbəblə etməyinizə diqqət çəkir. Gəlin cümlələrlə göz gəzdirək.

  • After a hiatus of a few years, a group of like-minded researchers came together with the aim of reinvigorating the Network.- Bir neçə illik fasilədən sonra bir qrup həmfikir tədqiqatçılar Şəbəkəni gücləndirmək məqsədi ilə bir araya gəldilər.
  • The Earth- viewing angle turned into a secondary mission, with the aim of studying climate impacts.- İqlim təsirlərini öyrənmək məqsədi ilə yerə baxış bucağı ikinci dərəcəli bir missiyaya çevrildi.
  • Both were built with the aim of teaching the younger generation to love family members.- Hər ikisi də gənc nəslə ailə üzvlərini sevməyi öyrətmək məqsədi ilə inşa edilmişdir.

“To The” İstifadəsi

Əsasən istiqamət bildirmək, yön vermək üçün istifadə olunur. İsimdən və ya sifətdənəvvəl istifadə edilir. Cümlələrlə izah etsək;

  • I think my position is right, and I’ll defend it to the last.– Mənim mövqeyimin doğru olduğunu düşünürəm və bunu sonadək müdafiə edəcəyəm.
  • Students in my classroom are used to asking whatever they want to the teachers.- Sinifimdəki şagirdlər müəllimlərə istədiklərini soruşmağa öyrəşiblər.
  • According to the weather news of today, it will rain.- Bu günki hava xəbərlərinə görə, yağış yağacaq.

“By the End Of” İstifadəsi

“By the End Of” ifadə Azərbaycan dilində “axır ki, axırda, axırında” kimi tərcümə olunur.

  • I want this settled by the end of the day.- Bunun günün sonuna qədər həll olunmasını istəyirəm.
  • You will have guessed its meaning by the end of the chapter.- Fəslin sonuna qədər mənasını təxmin etmiş olacaqsınız.

“On The Grounds” İstifadəsi

“On The Grounds”  ifadə Azərbaycan dilində “Nəyə əsasən, nə səbəblə” kimi tərcümə olunur.

  • The clerk was dismissed on the grounds of her rude manners.- Katib kobud rəftarın səbəbiylə vəzifəsindən kənarlaşdırıldı.
  • He quit the company on the grounds that he was ill.- Xəstə olduğu səbəbi ilə şirkətdən çıxdı.
  • The song was banned on the grounds that it might increase racial tension.- Mahnı, irqi gərginliyi artıra biləcəyi səbəbiylə qadağan edildi.

“In The Meantime” İstifadəsi

“In The Meantime”  ifadə Azərbaycan dilində “Bu arada” kimi tərcümə olunur. By the way ilə oxşar öhdəlikləri var.

  • She spent four years studying for her law degree. In the meantime, she continued to work at the bank.- Dörd ilini hüquq fakültəsində oxudu. Bu vaxt bankda işləməyə davam etdi.
  • But in the meantime, hunger will stay with us even in the world of plenty.- Ancaq bu vaxtda bolluq aləmində də aclıq yanımızda qalacaq.

“At The Moment” İstifadəsi

“At The Moment”  ifadə Azərbaycan dilində “İndi, hal hazırda” kimi tərcümə olunur. Qəlibin cümlədə istifadəsi isə digər cümlələrdəki kimi cümlənin sonunda, başında və ya ortasında ola bilər.

  • Can you mention some celebrities in Italy at the moment?- Bu anda İtaliyadakı bəzi məşhurlardan bəhs edə bilərsinizmi?
  • He is not available at the moment.- Hazırda mövcud deyil.
  • I am busy cooking at the moment.- Hazırda yemək bişirməklə məşğulam.

“The Most” İstifadəsi

“The Most”  ifadəsi üstünlüklü quruluş, sifət və zərflərin yuxarı və ya aşağıda olduğu hallarda istifadə olunur.

  • Time is the most precious thing in the world.- Zaman dünyanın ən qiymətli şeyidir.
  • Donald is the most talented artist in our class.- Donald sinifimizin ən istedadlı sənətkarıdır.
  • You are the most important person in my life.- Sən mənim həyatımdakı ən vacib insansan.

“In Spite of the Fact That” İstifadəsi

“In Spite of the Fact That”  ifadəsi Azərbaycan dilinə “a – baxmayaraq, na – baxmayaraq” kimi tərcümə olunur.

  • In spite of the fact that she’s rich, she says she’s poor.- Zəngin olmasına baxmayaraq, kasıb olduğunu söyləyir.
  • He never says thanks in spite of all that I’ve done for him.- Onun üçün etdiyim hər şeyə baxmayaraq heç vaxt təşəkkür etmir.
  • In spite of the fact that she was busy, she came to see me.- Məşğul olmasına baxmayaraq, məni görməyə gəldi.

“By The Time” İstifadəsi

“By The Time”  ifadəsi Azərbaycan dilinə ” ə – qədər, a – qədər” kimi tərcümə olunur.

  • The bus had left by the time we got to the bus station.- Avtovağzala çatana qədər avtobus getmişdi.
  • Set one’s watch by the time signal on the radio.- Saatın radiodakı saat qurma siqnalına uyğun olaraq tənzimlənməsi.

“The Reason for This” İstifadəsi

“The Reason for This”  ifadəsi Azərbaycan dilinə ” bunun səbəbi, buna səbəb” kimi tərcümə olunur.

  • Birds can fly. The reason for this is because they have wings.- Quşlar uça bilər. Bunun səbəbi qanadlarının olmasıdır.
  • The reason for this is that nodes of higher degree may not occur in every realization.- Bunun səbəbi daha yüksək dərəcədə qovşaqların hər reallaşmada meydana gəlməməsidir
  • Part of the reason for this is that companies like collecting data.- Bunun səbəbinin bir hissəsi şirkətlərin məlumat toplamağı sevməsidir.

“To The Extent That” İstifadəsi

“To The Extent That”  ifadəsi Azərbaycan dilinə ” O dərəcədə” kimi tərcümə olunur. Vəziyyətin çətin, təhlükəli və ya təəccüblü bir mərhələyə gəldiyini vurğulamaq üçün istifadə edilir.

  • She liked travelling, but only to the extent that she could share her experiences with someone else.- Səyahət etməyi xoşlayırdı, ancaq təcrübələrini başqası ilə bölüşə biləcəyi dərəcədə.
  • A good book can completely absorb your attention, to the extent that you forget your surroundings and even your existence.- Yaxşı bir kitab ətrafınızı və hətta varlığınızı unutduğunuz dərəcədə diqqətinizi tamamilə cəlb edə bilər.
  • He said he didn’t like the president, but not to the extent of wanting to kill him.- Prezidentdən xoşu gəlmədiyini, ancaq onu öldürmək istəmədiyini söylədi.

“The Last Time” İstifadəsi

“The Last Time”  ifadəsi Azərbaycan dilinə ” Son dəfə” kimi tərcümə olunur.

  • I can’t remember the last time I rode a horse.- Axırıncı dəfə ata mindiyimi xatırlaya bilmirəm.
  • Let’s bring up our contestants for the last time.- Müsabiqə iştirakçılarımızı son dəfə yetişdirək.
  • This could be the last time we have to look at the green and gold.- Bu son dəfə yaşıla və qızıla baxmaq məcburiyyətində qala bilərik.

“In the Event of” İstifadəsi

“In the Event of”  ifadəsi Azərbaycan dilinə ” Vəziyyətdə, olduğu təqdirdə” kimi tərcümə olunur.

  • In the event of an actual emergency, you will be told what to do.- Həqiqi bir fövqəladə vəziyyət halında sizə nə edəcəyinizi izah edəcəklər.
  • Below it was a notice giving the fire drill in the event of an emergency.- Aşağıda, fövqəladə bir vəziyyətdə yanğın təlimini verən bir bildiriş var idi.
  • In the event of the performance is canceled, you can get your money back.- Tamaşanın ləğvi halında, pulunuzu geri ala bilərsiniz.

“The Majority of” İstifadəsi

“The Majority of”  ifadəsi Azərbaycan dilinə ” Əksəriyyəti” kimi tərcümə olunur.

  • Even though South Tyrol is in Italy, the majority of the population speaks German.- Cənubi Tirol İtaliyada olsa da, əhalinin əksəriyyəti Almanca danışır.
  • The majority of the Swiss can speak three or four languages.- İsveçrəlilərin əksəriyyəti üç və ya dörd dildə danışa bilir.
  • The majority of large Japanese companies depend on exports.- Böyük Yaponiya şirkətlərinin əksəriyyəti ixracatdan asılıdı

İngilis Dilində The Nə Deməkdir?

İngilis dilində “the” nin mənası, bir cümlədə harada və nə vaxt istifadə ediləcəyi həmişə maraq mövzusu olmuşdur. “The” sözü bir sözdür və Azərbaycan  dilində qarşılığı yoxdur. Əslində, işarə sifəti kimi bir funksiyaya da sahibdir.

İngilis Dilində yaxşı bilmək istiyirsinizsə, ingilis dilində qrammatikanı yaxşı bilməlisiniz. İngilis Dilində Qrammatika yazımıza keçid edərək daha ətraflı məlumat ala bilərsiniz.

Nazrin Akhundova

Mən Nəzrin Axundova 1998-ci il sentyabr ayında Bakıda anadan olmuşam.İlk təhsilim Azərbaycanda olsa da, ali təhsilimi İstanbul şəhərində almağa başlamışam.2016-ci ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsinə daxil olmuşam.Mənim dillərə marağım məni ingilis, türk, rus, italyan dillərini öyrənməyə həvəs yaradıb.5ildən artıqdır ki,ingilis dilində müxtəlif mətn və məqalələri,oçerkləri,esseləri tərcümə edirəm.Bu işdən zövq alıram.Ən böyük istəyim,arzum bundan yararlanana bilən insanlara kömək etməkdir.

İngilizce Kelime Ezberlemek Artık Çok Kolay

Uygulamayı Ücretsiz İndir; Her gün yeni kelimeler telefonuna gelsin
Örnek cümle ve anlamlarını öğren
Hatırlatmalarla pratik yap, kalıcı öğren, unutma
Offline modu ile Internete ihtiyacın olmadan kelime öğren
İngilizce Kelime Öğrenmeye Başla

Recent Content

×
wordly-logo
Wordly İngilizce Öğrenme ve Kelime Ezberleme Uygulaması
Uygulamayı Ücretsiz İndir
Her gün yeni kelimeler telefonuna gelsin
Uygulamayı İndir