İngilis dilində danışmağı öyrənərkən bir çox mövzular üzərindən praktika edilir. Kitablarda müxtəlif mövzularla qarşılaşmaq mümkündür; mağazada dialoq, tətildə dialoq, məktəbdə dialoq, və s. Bu gün isə kitablarda nadir hallarda paylaşılan, lakin gərəkli olan mövzulardan birini sizlərlə bölüşəcəyik.
İngilis dilini öyrənməkdə bəlkə də ən vacib məsələlərdən biri, xəstələnəndə özümüzü ifadə edə bilmək və xəstəlik adlarını ingilis dilində bilməkdir. Xarici ölkəyə getdiyinizi xəyal edin. Bir sağlamlıq probleminiz varsa xəstəxanaya getməyiniz vacibdir. Əgər özünüzü yaxşı ifadə edə bilmirsinizsə və şikayətinizi təsvir edə bilmirsinizsə, müalicə almaq çətin və mümkünsüz olacaq.
İngilis dilində tibbi terminləri bilmək olduqca vacibdir. Həyatda hər şeydən öncə sağlıq gəldiyi üçün sağlıqda bir problem yarandıqda ilk ünvanımız həkim, xəstəxana olur. Həyat şərtləri gərəyi əgər, İngilis dilli xarici ölkədə isəniz, bu zaman xəstəxanada həkimlə İngilis dilində danışmalı olacaqsınız. Bu zaman, həkimə doğru semptomlardan bəhs etmək üçün və həkimlə bir-birinizi doğru anlamaq üçün düzgün kəlimələrdən istifadə etmək çox vacibdir. Buna görə də, İngilis dilində ümumi keçərli tibbi terminləri bilməkdə fayda var. Bu gün sizi mürəkkəb və çətin İngilis dili tibbi terminlərlə boğmayacağıq. Özünüzü başqa bir ölkədəki bir xəstəxanada görməyiniz halında – Allah qorusun – İngilis dilində bilməyiniz lazım olan əsas tibbi sözlərlə tanış edəcəyik.
Bu sözlərini öyrənsəniz, həkimlərin nə barədə danışdıqlarını başa düşməklə yanaşı, tibbi mövzulu İngilis dilindəki televiziya seriallarını da anlaya biləcəksiniz. Kəlimələri lüğətinizə əlavə etmək və yazı, danışıqda sıx-sız istifadə etməklə kəlimələrə daha asanlıqla hakim ola bilərsiniz.
İngilis Dilində Xəstəxana və Cərrahiyyə Sözləri
- Urine sample – İdrar nümunəsi
- Blood sample – Qan testi
- Hypertension – Yüksək təzyiq
- Cast – Gips
- Vein – Damar
- Syringe – Şpris
- Painkiller/pain reliever – Ağrı kəsici
- Dosage – Doz
- Hospital – Xəstəxana
- Emergency Room (ER) – Tibbi yardım
- Intensive Care Unit (ICU) – Reanimasiya Bölməsi
- Operating Room (OR) – Əməliyyat otağı
- Exam – Test
- Diagnosis – Diaqnoz
- Prescription – Reseptli dərman
- Travma – Travma
- First aid kit – İlk yardım dəsti
- X-ray -X-ray
- Check-up – Yoxlamaq
- Epidemic – Epidemiya
- Emergency – Təcili
- Emergency room – Təcili yardım
- İntensive care unit – Reanimasiya şöbəsi
- Emergency – Təcili
- Emergency room – Təcili yardım
- İntensive care unit – Reanimasiya şöbəsi
- Plaster – Gips
- Thermometer – Termometr
Tibbi Qısaltmalar
- CBC – Tam qan sayımı
- MRI – MRT
- EKG / Echocardiogram – Ekokardiyaqram
- X-ray – Rentgen
- I.D. – Latınca “bis in die”, yəni “gündə iki dəfə”
Cümlə Nümunələri
- We called the ambulance when Josh stopped breathing.- Josh nəfəsi kəsiləndə təcili yardım çağırdıq.
- He learned that in the first year of medical school.- Tibb fakültəsinin birinci kursunda öyrəndi.
- People should eat enough fruits and vegetables in order to be healty.- İnsanlar sağlam olmaq üçün kifayət qədər meyvə və tərəvəz yeməlidirlər.
- I have got high temperature. Yüksək temperatur var.- You should take some medicine. Sən dərman içməlisən.
- Did you get all the test result?- Bütün test nəticələrini əldə etdiniz?
- You are ill. You should go to the doctor.- Xəstəsən. Həkimə getməlisən.
- How long have you had this pain?- Nə vaxtdan bəri bu ağrını çəkirsən?
- He has an ache. So he should take a painkiller.- Ağrısı var. Buna görə ağrıkəsici qəbul etməlidir.
- I will write a medical certificate for a week.- Sizə bir həftəlik ərizə yazacağam.
- He shouln’t listen to loud music. He should go to a doctor. / He should see a doctor.- Yüksək musiqi dinləməməlidir. Bir həkimə getməlidir. / Bir həkimə müraciət etməlidir.
- You have sore throat. You shouldn’t drink cold water.- Boğaz ağrısı var. Soyuq su içməməlisən.
İngilis Dilində Həkim Və Tibbi Terminlər
- Physical Therapy – Fizioterapiya
- Surgeon – Cərrah
- Ophthalmologist – Göz həkimi
- Family doctor – Ailə həkimi
- Anesthesiologist – Anestezioloq
- Psychologist – Psixoloq
- Dentist – Diş həkimi
- Cardiologist – Kardioloq
- Doctor – Həkim
- Radiologist – Rentgenoloq
- Dermatologist – Dermatoloq
- Paediatrician – Pediatr
- Traumatologist – Travmatoloq
- Orthopedist – Ortoped
- Urologist – Uroloq
- Terapist – Terapevt
- Nurse – Tibb bacısı
- Injury – Şikəstlənmə
- Trauma – Travma
- Disease – Xəstəlik
- Wound – Yara
- Burn – Yanıq
- Break / bone fracture – Qırıq
- Heal – Sağalma
- Treat – Müalicə etmək
- Cure – Müalicə
Cümlə Nümunələri
- She will become a doctor in two years.- İki ildən sonra həkim olacaq.
- The people crowded round the injured man, but they made way for the doctor when he reached the scene of the accident.- İnsanlar yaralı kişinin ətrafına toplaşdı, lakin həkim hadisə yerinə yaxınlaşdıqda ona yol verdiler.
- If the pain continues you have to go to the doctor.- Ağrı davam edərsə həkimə müraciət etməlisiniz.
- The doctors are looking at an x- ray.- Həkimlər rentgen müayinəsinə baxırlar.
- Doctors suggest drugs to fight diseases.- Həkimlər xəstəliklərlə mübarizə aparmaq üçün dərmanlar tövsiyə edirlər.
- My father sent for the family doctor.- Atam ailə həkiminə müraciət etdi.
- I’m going to go to the doctor this afternoon.- Bu gün günortadan sonra həkimə gedəcəm.
- A doctor is an expert in medicine.- Həkim tibb üzrə mütəxəssisdir.
İngilis Dilində Xəstəlik Adları
- Illness – Xəstəlik, naxoşluq
- Sickness – Xəstəlik
- Cold – Soyuqdəymə
- Flu – Qrip
- Bug / Virus – Mikrob / virus
- Remedy – Çarə
- Disease – Xəstəlik
- Chronic – Xronik
- Benign – Xoş xassəli
- Malignant – Bəd xassəli
- Terminal – Ölümcül
- Allergy – Alergiya
- Asthma – Asma
- Fever – Hərarət
- Flu – Qrip
- Diabetes – Diabet, şəkər
- Migraine – Miqren
- Myopia – Miyop (uzağı görə bilməmək)
- Rheumatism – Revmatizm
- Diarrhea – İshal
- Cough – Öskürək
- Dizzy – Baş dönməsi
- Sneeze – Asqırmaq
- Cancer – Xərçəng
- Measles – Qızılca
- Chicken pox – Su çiçəyi
- Apoplexy – Beyin qanaması
Xəstəliklərlə daha çox məlumat almaq üçün “İngilis Dilində Xəstəliklər” yazısını oxuya bilərsiniz.
Cümlə Nümunələri
- A sudden illness forced her to cancel her appointment.- Ani bir xəstəlik onu randevusunu ləğv etməyə məcbur etdi.
- It is best to get chickenpox as a child so that you don’t get it worse as an adult.- Uşaqlıqdan su çiçəyi almaq ən yaxşısıdır ki, yetkin yaşda pisləşməsin.
- There are many different options when it comes to treating cancer.- Xərçəngin müalicəsinə gəldikdə bir çox fərqli seçim var.
- The wound should be covered when you swim to prevent it from becoming infected.- Üzən zaman infeksiyanın qarşısını almaq üçün yara örtülməlidir.
- You need to take some time off work and relieve some of your stress.- İşdən bir az vaxt ayıraraq stresinizi bir az da azaltmalısınız.
- If I had known about your illness, I could have visited you in the hospital.- Xəstəliyinizi bilsəydim, xəstəxanada sizi ziyarət edə bilərdim.
- Her allergies caused a rheum discharge from her eyes and nose that caused her to want to take allergy pills so she wouldn’t sniffle all day.- Allergiyası göz və burun axmasına səbəb oldu, bu da bütün gün allergiya həbləri qəbul etmək istəməsinə səbəb oldu.
- The same year, a technique for treating diabetes, insulin therapy, was developed.- Elə həmin il, diabetin müalicəsi üçün bir metod, insulin müalicəsi hazırlanmışdır.
- My husband passed away after having fought against his illness for a long time.- Həyat yoldaşım uzun müddət xəstəliyinə qarşı mübarizə apardıqdan sonra vəfat etdi.
- I carry an inhaler when I run because I have asthma.- Astım olduğum üçün qaçdığımda bir inhaler özümlə aparıram.
İngilis Dilində Tibbi Terminlər İlə Cümlə Nümunələri
- You must leave the diagnosis to your doctor.- Diaqnozu həkiminizə buraxmalısınız.
- He was rushed by ambulance to the nearby hospital.- Təcili yardım maşını ilə yaxınlıqdakı xəstəxanaya çatdırıldı.
- I’ll take your heart beat.- Ürəyinin döyüntüsünü alacağam.
- People who smoke are at greater risk of having a heart attack.- Siqaret çəkən insanların ürək tutması riski daha yüksəkdir.
- My grandfather suffers from hypertension.- Babam yüksək təzyiq əziyyət çəkir.
- I need a painkiller.- Ağrı kəsiciyə ehtiyacım var.
- Tom took a pill from the prescription bottle and put it in his mouth.- Tom resept şüşəsindən bir həb götürüb ağzına qoydu.
- You can purchase this medicine without a prescription.- Bu dərmanı resept olmadan ala bilərsiniz.
- This accident has caused him psychological trauma.- Bu qəza onun psixoloji travmasına səbəb oldu.
- The skier suffered a head trauma.- Xizəkçi baş travması alıb.
- The man was used to treating this kind of wound.- Adam bu cür yaranı müalicə etməyə alışmışdı.
- The wound left a scar on my arm.- Yara qolumda bir iz buraxdı.
- Don’t touch the wound, you could get an infection!- Yara toxunmayın, infeksiya ola bilər!
- Be careful not to burn yourself.- Özünüzü yandırmamağa diqqət edin.
- Sometimes, the cure is worse than the disease.- Bəzən müalicəsi xəstəlikdən daha pis olur.
- Some mental illnesses already have a cure.- Bəzi ruhi xəstəliklərin onsuz da müalicəsi var.
- That doctor may cure him of his cancer.- Bu həkim onu xərçəngdən müalicə edə bilər.
- This medicine will cure your cold.- Bu dərman ümumi soyuqdəyməni müalicə edəcəkdir.
- I need to examine you.- Mən səni sağaltmalıyam.
- People who have the flu should not visit hospital patients.- Qripi olan insanlar xəstəxanalara müraciət etməməlidirlər