İngilis dilində Used to: mövzu izahı və nümunə cümlələr - Wordly Danışır ...

İngilis dilində Used to: mövzu izahı və nümunə cümlələr


İngilis dilində Used to_mövzu izahı və nümunə cümlələr

İngilis dilində “Used to” mövzusu ən önəmli mövzulardan biridir. Used to qəlibinin fərqli istifadələri və diqqət edilməli olan önəmli nöqtələr var. Bu yazımızda bunların hamısını incələyəcəyik. Yazımızın sonunda “used to” qəlibinin mənasını və istifadə qaydalarını öyrənmiş olacaqsınız. “Used to” qəlibi “əvvəldən”, “köhnədən” mənasına gəlir və əvvəllər edilən, amma artıq edilməyən hadisələri izah etmək üçün istifadə edilir. Bu mövzumuzda siz aşağıdakı başlıqlar ilə tanış olacaqsınız:

  • İngilis dilində Used to formulu
  • İngilis dilində Used to ilə təsdiq cümləyə aid nümunələr
  • İngilis dilində Used to ilə inkar cümləyə aid nümunələr
  • İngilis dilində Used to ilə sual cümləsinə aid nümunələr
  • İngilis dilində Used to fərqli istifadəlri və mənaları
  • Used to – öyrəşmiş olmaq mənasında
  • Get Used to – öyrəşmək mənasında
  • İngilis dilində Used to istifadə formulu

İngilis dilində Used to formulu

“Used to”-n istifadə edildiyi cümlələrin quruluşu aşağıdakı kimidir: subject + used to + verb + object.

Nümunə üçün: I used to go to the beach every day – Hər gün çimərliyə gedirdim.

Used to ilə sual və inkar cümlələrində istifadə etməmək məqsədəuyğundur. Lakin bəzən qeyri-rəsmi danışıq dilində bu formadan istifadə edilir. İnkar və sual forması üçün Past Simple zaman formasından istifadə etmək daha uyğundur.

“Used to” bütün subyetklər üçün eynidir:

  • I used to smoke – Mən siqaret çəkirdim.
  • You used to smoke – Sən siqaret çəkirdin.
  • He used to smoke – O siqaret çəkirdi.
  • She used to smoke – O siqaret çəkirdi.
  • We used to smoke – Biz siqaret çəkirdik.
  • You used to smoke – Siz siqaret çəkirdiniz.
  • They used to smoke – Onlar siqaret çəkirdilər.

Used to və Simple Past qarşılaşdırılması: Həm used to, həm də Past Simple, keçmiş zamandakı davranışları, faktları və ümumiləşdirmələri izah etmək üçün istifadə edilsə də, used to təsdiq cümlələri, Past Simple zaman forması isə inkar və sual cümlələri üçün istifadə edilir.

  • You used to play the piano – Sən pianoda çalırdın.
  • Did you play the piano when you were young? – sən gənc olanda fortepiano çalmısan?
  • You did not play the piano when you were young –  sən gənc olanda fortepiano çalmamısan.

Used to ilə aktiv və passiv cümlə formasının qarşılaşdırılması:

  • Jerry used to pay the bills. – Jerry hesabları ödəyirdi (aktiv forma)
  • The bills used to be paid by Jerry. – hesablar Jerry tərəfindən ödənirdi (passiv forma)

İngilis dilində Used to ilə təsdiq cümləyə aid nümunələr

  • I used to drink coffee every morning but now I drink teamən əvvəllər hər səhər qəhvə içirdim, indi isə çay içirəm.
  • She used to live in London but now she lives in New Yorko, əvvəl Londonda yaşayırdı, indi isə Nyu Yorkda yaşayır.
  • He used to play football professionally but he had to quit because of an injuryO, peşəkar şəkildə futbol oynayırdı, ancaq zədə səbəbindən oyundan çıxmalı idi.
  • He used to play football for the local team, but he’s too old nowO, yerli komanda üçün futbol oynayırdı, amma artıq qocalıb.
  • That white house over there used to belong to my family Oradakı o ağ ev ailəmə aid idi.
  • He used to be a pretty good mechanicO, olduqca yaxşı mexanik idi.
  • I used to trust DadMən ataya güvənirdim.
  • We are so used to being with the big boys Biz böyük oğlanların yanında olmağa öyrəşmişik.
  • I used to eat meat, but I don’t anymore – Ət yeyirdim, amma artıq yemirəm.
  • They used to study English every day in high school – onlar hər gün orta məktəbdə ingilis dilini öyrənirdilər.
  • Our mothers used to be married at twelve or thirteen – Bizim analarımız on iki və ya on üç yaşlarında evlənərdilər.

İngilis dilində Used to ilə inkar cümləyə aid nümunələr

Əgər inkar cümləsi qurmaq istəyiriksə, o zaman didn’t hissəsi keçmiş zaman haqqında danışdığımızı göstərir. Bu, Used to üçün ümumi qayda hesab edilməsə də, necə istifadə edilməsinə aid nümunələrlə aşağıda tanış ola bilərsiniz. İnkar forma üçün subject + “didn’t” + use + to + verb quruluşundan istifadə edilir.

Used to ilə Past Tense zamanında təsdiq və inkar cümləsinin qarşılaşdırılması:

  • I played rugby on Saturday – Şənbə günü reqbi oynadım. (past – affirmative)
  • I didn’t play rugby on Saturday – Şənbə günü reqbi oynamırdım.

Used to vasitəsi ilə qurulan inkar cümlələr:

  • I used to like her, but now I hate her – mən əvvəllər onu sevirdim, amma indi ona nifrət edirəm.
  • I didn’t use to like her but now I think she is great – Mən onu bəyənməzdim, amma indi onun möhtəşəm olduğunu düşünürəm.
  • My teacher didn’t use to give us any homework. Now we get homework every day!

Bəzən didn’t yerinə never də istifadə edilə bilir. Burada biz keçmiş zaman üçün “used” istifadə edəcəyik. Müqayisə üçün:

  • I didn’t use to smoke. – Mən siqaret çəkmirdim.
  • I never used to smoke – Heç vaxt siqaret çəkmirdim.

Adətən used to –n inkar forması olaraq didn’t use(d) to istifadə edilir. Bəzən sonluğa –d şəkilçisi əlavə edilsə də, bəzən edilmir. Hər iki forma ümumidir və fərqli məqsədlər üçün istifadə edilir. İnkar formada didn’t ilə birlikdə istifadə edilən “used to” səhvdir.

  • It didn’t use to be so crowded in the shops as it is nowadays – Günümüzdə olduğu kimi dükanlar çox qarışıq deyildi.
  • My mother didn’t use to do much exercise. Now she goes walking with a friend – Anam çox idman etmirdi. İndi isə bir dostu ilə yürüyüşə gedir.
  • They didn’t use to smoke – onlar siqaret çəkmirdilər.
  • I didn’t used to like broccoli when I was younger, but I love it now. (Don’t use this form in exams.) – Mən balaca olanda brokkolini xoşlamazdım, amma indi xoşlayıram (imtahanda istifadə etməyin).

Bəzi hallarda isə inkar cümlə üçün “used not to” formasından istifadə edilir: She used not to live as poorly as she does now – O, indiki kimi yoxsul yaşamırdı.

İngilis dilində Used to ilə sual cümləsinə aid nümunələr

Past Tense zamanında keçmiş zaman Did ilə qurulduğu üçün feilin sonundakı  -d şəkilçisi düşür. Bu qayda “used to” üçün də keçərlidir. Aşağıda used to ilə qurulmuş təsdiq cümləsi və oxşar cümlənin sual forması ilə tanış ola bilərsiniz.

Sual cümləsinin quruluşu: did(n’t) + subject + use to + verb             

  • +  I used to ride a bike to school every day – Hər gün məktəbə velosiped sürürdüm.
  • ?  Did you use to ride a bike to school when you were a child? – Uşaq ikən məktəbə velosipedlə gedirdinmi?

Bir neçə əlavə nümunə:

  • Did you use to play video games when you were a child? – Sən uşaq ikən video oyun oynadın?
  • Did he use to work in your office? – o sənin ofisində işləyirdi?
  • Didn’t he use to work in your office? – o sənin ofisində işləmirdi?
  • Did you use to have a pet? – Bir ev heyvanınız var idi?
  • Did you use to get good grades in high school?  – Orta məktəbdə yaxşı qiymət alırdın?
  • Did Tom use to drink coffee? – Tom qəhvə içirdi?
  • Did Julie use to fly from London to Paris? – Julie Londondan Parisə uçurdu?
  • Did you use to drive to work? – sən işə maşın sürürdün?
  • Did Bill use to live in Wales? – Bill Uelsdə yaşayırdı?
  • Did Wendy use to eat meat? – Wendy ət yeməyə öyrəşmişdi?
  • Did Eva use to wear glasses? – Eva eynək taxırdı?
  • He used to be your boss, did he? – O, sizin müdiriniz idi, elə deyilmi?
  • Didn’t she used to live in the same street as us? (Don’t use this form in written exams.) – O, bizimlə eyni küçədə yaşayırdı? (Yazılı imtahanlarda bu formanı istifadə etməyin.)
  • I think we met once, a couple of years ago. Did you use to work with Kevin Harris? – Düşünürəm ki, bir neçə il əvvəl bir dəfə görüşmüşdük. Kevin Harris ilə işləyirdiniz?

Bundan əlavə “used to” cümlələrində sual formasını qurmaq üçün W-H sual sözlərindən istifadə edilir. Buna aid nümunələr aşağıda verilmişdir:

  • What is a food that you used to hate but now you like? – Nifrət etdiyiniz bir yemək nə idi ki, indi xoşunuz gəlir?
  • Who used to be your hero when you were young? – Gənc ikən qəhrəmanın kim idi?
  • What did you use to do after school when you were a kid?- Uşaq ikən məktəbdən sonra nələr edirdin?
  • Where did you use to go on vacation with your parents? – Valideynlərinizlə tətilə getmək üçün haraya gedirsiniz?
  • What used to be your favorite game to play? – Oynamaq üçün ən çox sevdiyiniz oyun nə idi?
  • Where did you use to play when you were a child? – Uşaq olduğunuz zaman harada oynayırdınız?
  • How often did you use to get in trouble when you were younger? – Gənc olduğunuz zaman tez-tez problem yaşayırdınız?
  • We never used to mix very much with the neighbours, but we did used to say hello to them in the street – biz heç vaxt qonşulara çox qarışmadıq, ancaq küçədə onlara salam verirdik.
  • We used to love going to the museum, didn’t we? – biz muzeyə getməyi sevirdik, elə deyilmi?

İngilis dilində Used to fərqli istifadələri və mənaları

Keçmiş zamandakı davranışlar: Bir şeyin keçmiş zamanda vərdiş halını aldığı, ancaq artıq edilmədiyi fikrini ifadə etmək üçün istifadə olunur. Bununla bağlı nümunələrlə aşağıda tanış ola bilərsiniz:

  • Jerry used to study English – Jerry əvvəllər ingilis dili öyrənirdi.
  • Sam and Mary used to go to Mexico in the summer – Sam və Mary yayda Meksikaya gedirdilər.
  • I used to start work at 9 o’clock – Smən saat 9-da işə başlayırdım.
  • Christine used to eat meat, but now she is a vegetarian. – Kristina əvvəllər ət yeyirdi, indi isə vegetariandır.

Faktlar və ümumiləşdirmə: Artıq keçərli olmayan keçmiş zamandakı reallıqlar və ya ümumiləşdirmələr haqqında danışmaq üçün istifadə edilir.

  • I used to live in Paris – mən Parisdə yaşayırdım.
  • Sarah used to be fat, but now she is thin – Sarah əvvəllər kök idi, ancaq indi arıqdır.
  • George used to be the best student in class, but now Lena is the best – Corc əvvəl sinifdə ən yaxşı tələbə idi, indi isə Lena ən yaxşısıdır.
  • Oranges used to cost very little in Florida, but now they are quite expensive – Florida-da portağal çox ucuz, indi olduqca baha başa gəlir.

Situasiyalar üçün: He used to live in London (but he doesn’t now) – o, Londonda yaşayırdı (indi yaşamır)

Davranışlar üçün: He used to go on holiday to Scotland every year (but he doesn’t now) – o, hər il tətildə Şotlandiyaya gedirdi.

“Used to” qəlibinə aid bir digər fərqli forma isə be used to + doing formasıdır.

Be used to

Used to do ilə used to doing arasındakı ən böyük fərq used to davranış və situasiyalardan bəhs edərkən, used to doing isə bir yerə və ya fəaliyyətə öyrəşmiş olmağımızdan bəhs edir. Quruluşu subject + verb to be + used to + verb (in the ing form / noun) şəklindədir.

  • I am used to studying English every day – Hər gün ingilis dilini öyrənməyə alışmışam.
  • The attached letters were used in preparation of this report – Əlavə olunmuş məktublardan bu hesabatın hazırlanmasında istifadə edilmişdir.
  • I am used to something sweet – Mən şirin bir şey yeməyə alışmışam.
  • I was used to studying English every day – Hər gün ingilis dilini öyrənməyə öyrəşmişdim.
  • I am used to his jokes – Mən onun zarafatlarına öyrəşmişəm.
  • You are used to studying English every day – Hər gün ingilis dilini öyrənməyə öyrəşirsən.
  • You were used to studying English every day – Hər gün ingilis dilini öyrənməyə öyrəşmişdin.
  • He is used to studying English every day – o, hər gün İngilis dilini öyrənməyə alışır.
  • He was used to studying English every day – o, hər gün ingilis dilini öyrənməyə alışmışdı.
  • Is your friend used to the noise from the construction site next to her office? – sənin dostun ofisinin yanındakı tikinti sahəsindəki səs-küyə alışıb?
  • The teacher wasn’t used to answering so many questions during class – Müəllim dərs zamanı bu qədər suallara cavab verməyə öyrəşməmişdi.
  • By this time next year, I will be used to living in Brazil – Gələn il bu vaxta qədər Braziliyada yaşamağa alışacam.
  • I am used to driving in the rain – Mən yağışda maşın sürməyə alışmışam.
  • He was used to the cold – O soyuğa alışmışdı.
  • I am used to getting up early in the morning. I don’t mind it – Səhər tezdən durmağa alışmışam. Mən buna qarşı deyiləm.
  • Karen used to play with dolls – Karen kuklalarla oynayırdı.
  • I never used to get up so late – Heç vaxt belə gec durmamışdım.
  • His dog is used to staying home alone all day – Onun iti bütün günü evdə tək qalmağa alışır.
  • We didn’t use to use to fight like this – Biz bu şəkildə mübarizə aparmırdıq.
  • I wonder if you will ever be used to working so hard – Görəsən heç bu qədər dərs oxumağa alışacaqsan.
  • Herbert used to play basketball after school – Herbert məktəbdən sonra basketbol oynayırdı.
  • They aren’t used to staying out so late – Onlar bu qədər gecikməyə öyrəşməyiblər.
  • I wasn’t used to walking in high heels at the time – O vaxtlar hündürdaban ayaqqabı ilə yeriməyə öyrəşməmişdim.
  • Jordan is used to me trying new things in cooking – Jordan yemək hazırlayarkən yeni şeyləri yoxlamağıma öyrəncəklidir.

Yadda saxlayın:

  • I used to study – mən dərs oxumağa öyrəşmişdim (əvvəlki vərdiş, artıq tətbiq edilmir)
  • I am used to studying – mən dərs oxumağa öyrəşmişəm (öyrənməyə öyrəşmişəm)
  • İki cümlənin kombinasiyası olan “I am used to study.” cümləsi səhvdir.

Used to – öyrəşmiş olmaq mənasında

Used to öyrəşmiş olmaq mənasındadır və keçmiş zamandakı vərdiş və situasiyalardan bəhs edərkən bu mənaya gəlir.

Keçmiş vərdişlər haqqında:

  • If you used to do something, you did it for a period of time in the past, but you don’t do it any more – Bir şey etmisinizsə, əvvəllər bir müddət bunu etmişdiniz, amma daha etmirsiniz.
  • We used to live there when I was a child – Uşaq ikən orada yaşayırdıq.
  • I used to walk to school every day when I was a child – Uşaq ikən hər gün məktəbə gedirdim.

Keçmiş situasiyalar haqqında:

  • I used to like The Beatles, but now I never listen to them – Əvvəllər “Beatles”i sevirdim, amma indi heç vaxt qulaq asmıram.
  • He used to have long hair, but now it’s very short – Əvvəllər onun saçları uzun idi, amma indi çox qısadır.
  • I used to believe in magic when I was a child – Mən uşaq ikən sehrlərə inanırdım.

Get Used to – öyrəşmək mənasında

“Used to” qəlibinin “get” sözü ilə birlikdə istifadəsi geniş yayılmışdır. Bu istifadə “öyrəşmək” mənasına gəlir. Quruluşu Get used to + something / someone və ya Get used to + verb (-ing form)şəklindədir. Bu zaman “used to” öyrəşmək mənasına gətirilmiş olur.

  • If you live in England, you will get used to driving on the left! – İngiltərədə yaşayırsan, solda sürməyə alışacaqsan!
  • I’ll just have to get used to being idle – mən boş qalmağa alışmalıyam.
  • He finally got used to the winter weather – o, nəhayət qış havasına öyrəşdi.
  • I am getting used to spinach – Keçmişdə ispanaq sevməzdim, amma indi sevməyə başlayıram və ispanaq yemək mənim üçün normallaşır.
  • I got used to the taste of spinach – Keçmişdə ispanaq sevməzdim, amma indi ispanaq dadına alışdım.
  • Are you getting used to the taste of spinach? – Sən ispanağın dadına alışırsan?
  • I can’t get used to the taste of spinach. İspanağı sevməyə çalışdım, amma hələ sevə bilmirəm və ehtimal ki, gələcəkdə də sevə bilməyəcəyəm.
  • We use get used to to talk about the process of becoming familiar with something – Biz bir şeylə tanış olmaq prosesi haqqında danışmağa alışırıq.
  • I’m finding this new job hard but I’m sure I’ll get used to it soon – Bu yeni işin çətin olduğunu düşünürəm, amma tezliklə alışacağımdan əminəm.
  • It took my mother years to get used to living in London after moving from Pakistan – Pakistandan köçdükdən sonra Londonda yaşamağa alışmaq anamın illərini aldı.
  • I’m getting used to the noise now. I found it really stressful when I first moved in – Artıq səs-küyə alışıram. Bura ilk köçdüyüm zaman həqiqətən stresli olduğunu gördüm.
  • I got used to his Scottish accent after a while – mən bir müddət sonra onun Şotlandiya aksentinə alışdım.
  • I got used to waking up early in the morning – mən səhər tezdən oyanmağa öyrəşdim.
  • If you get used to something, you become accustomed to it; it is no longer unusual or strange – Bir şeyə alışırsan, öyrəşirsən; artıq qeyri-adi və qəribə deyil.
  • Get used to is the process of becoming used to something – Öyrəşmək, bir şeyə öyrəşmə müddətidir.
  • After a while he didn’t mind the noise in the office; he got used to it – Bir müddətdən sonra ofisdəki səs-küyə fikir vermədi; alışdı.
  • It took them a long time to get used to their new boss – Yeni müdirinə alışmaq uzun müddət çəkdi.
  • Have you got used to driving on the left yet? – Solda sürməyə hələ öyrəş(mə)misən?
  • She is getting used to waking up early for her new job – Yeni işinə görə erkən oyanmağa alışır.
  • I am getting used to living with my new roommate – Yeni otaq yoldaşımla yaşamağa alışıram.
  • Our new teacher quickly got used to our large, multicultural class – Yeni müəllimimiz böyük, multikultural sinifimizə tez öyrəşdi.
  • They couldn’t get used to the noisy neighborhood, so they moved – onlar səs-küylü məhəlləyə öyrəşə bilmədilər və köçdülər.
  • Has your brother gotten used to his new boss yet? – Qardaşınız artıq yeni müdirinə alışıb?

İngilis dilində “Used to” ilə bağlı olan mövzumuz burada yekunlaşır. Əgər siz də daimi olaraq çox sayda söz öyrənmək istəyirsinizsə, o zaman Wordly məhz sizin üçündür. Wordly sizə nə qatacaq? Bu platforma vasitəsi ilə siz hər gün səviyyənizə və maraq dairənizə uyğun olan sözləri tərcümələri ilə birlikdə görəcəksiniz. Sözlərin mənası, cümlə içərisində istifadə qaydası və cümlələrin tərcüməsi ilə tanış olacaqsınız.

Platforma bildirişlər vasitəsi ilə öyrəndiyiniz sözləri müəyyən aralıqlarla yadınıza salacaq və unutqanlığın qarşısına keçəcəkdir. Səsləndirmə vasitəsi ilə həm cümlələrin, həm də sözlərin oxunuşunu eşidəcəksiniz. İnternetsiz, offline olaraq işləyə bilmə özəlliyinə sahib olduğu üçün hər yerdə, hər zaman öyrənməyə davam edə biləcəksiniz.

Recent Content