İngilis dilində Was və Were istifadəsi və nümunələrlə mövzunun izahı - Wordly

İngilis dilində Was və Were istifadəsi və nümunələrlə mövzunun izahı


Ingilis dilində Was Were

İngilis dilində Was/Were mövzusu olduqca vacib mövzulardan biri olaraq hesab edilir. Çünki bu mövzu İngilis dilinin ən təməl qaydalarından biridir və müxtəlif istifadə halları mövcuddur. Odur ki, bu mövzunu başa düşmədən düzgün şəkildə İngilis dilində danışmaq və ya yazmaq mümkün deyil. Dolayısı ilə, bu mövzunu doğru şəkildə qavramaq olduqca vacibdir. Bu səbəbdən də bu yazımızda sizin üçün faydalı olacağını düşündüyümüz müxtəlif nüanslara toxunacağıq. Beləliklə, bu yazımızda siz aşağıdakı başlıqlarla tanış ola biləcəksiniz;

  • İngilis dilində Was və Were istifadəsi və nümunələrlə mövzunun izahı
  • İngilis dilində Was və Were arasındakı fərq nədir?
  • Was və Were istifadəsi zamanı təkdə və cəmdə olan əvəzliklər
  • Was Were arzu şəkli (Subjunctive Mood) necə istifadə edilir?
  • İngilis dilində zaman qəlibləri nələrdir?
  • İngilis dilində Was və Were necə istifadə edilir?
  • Was və Were hansı vəziyyətlərdə istifadə edilir?
  • Sual cümlələri Was və Were vasitəsi ilə necə cavablandırılır?
  • İngilis dilində Was və Were istifadə edilən nümunə cümlələr

İngilis dilində Was və Were arasındakı fərq nədir?

Was və were sözlərinin hər ikisi keçmiş zamanda istifadə edilən sözlərdir. Was və were istifadəsi arasındakı fərqi başa düşə bilmək və hansının istifadə ediləcəyinə qərar verə bilmək üçün cümlənin mübtədasına baxmaq lazımdır. Was və were to be felinin keçmiş zaman formasıdır. Əgər cümlənin mübtədası birinci şəxsin təki və ya üçüncü şəxsdədirsə, yəni I və ya he, she, it –dirsə, o zaman cümlənin xəbəri də to be felinin keçmiş zaman forması olan was olacaqdır. Digər hallarda isə were köməkçi felindən istifadə edilir.

To be felinin indiki zaman formaları

  • I – mən – am
  • You – sən – are
  • He/She/It – o – is
  • We – biz – are
  • You – siz – are
  • They – onlar – are

To be felinin keçmiş zaman formaları

  • I – mən -was
  • You – sən – were
  • He/She/It – o – was
  • We – biz – were
  • You – siz – were
  • They – onlar – were

Qısacası, am və is fellərinin keçmiş zaman forması was, are felinin keçmiş zaman forması isə were olur.

Was və Were istifadəsi zamanı təkdə və cəmdə olan əvəzliklər

Was ilə birlikdə istifadə edilən şəxs əvəzlikləri I, he, she və it-dir. Were isə you, we və they əvəzlikləri ilə birlikdə istifadə edilir.

Təkdə olan (Singular) əvəzliklər

  • I was
  • You were
  • He was
  • She was
  • It was

Cəmdə olan (plural) əvəzliklər

  • We were
  • You were
  • They were

Qeyd: You istər sən, istərsə də siz mənasında olsun, hər zaman tək və ya cəm olmasından asılı olmayaraq were ilə birlikdə istifadə edilir. You was deyə bir ifadə yoxdur.

Was Were arzu şəkli (Subjunctive Mood) necə istifadə edilir?

Arzu şəkli və ya Subjunctive Mood adətən If sözü ilə başlayan cümlələrdə olur. Arzu şəklində istifadə edilən fellər aşağıdakılardır.

  • Ask – istəmək,
  • Demand – tələb etmək
  • Determine – müəyyən etmək
  • Insist – təkid etmək
  • Move – hərəkət etmək
  • Order – sifariş vermək
  • Pray – dua etmək
  • Prefer – üstünlük vermək
  • Recommend – tövsiyə etmək
  • Regret – peşman olmaq
  • Request – istəmək
  • Require  – tələb etmək
  • Suggest – təklif etmək
  • Wish – arzulamaq

To be felindən istifadə edilərək indiki zaman forması düzəldilsə də, to be felinin keçmiş zaman forması olan was/were vasitəsi ilə keçmiş zaman forması düzəldilir.

  • If I were in the program, I would sing the song – əgər mən proqramda olsaydım, mən mahnı oxuyardım.
  • If I were in your place, I would not do it – əgər mən sənin yerində olsaydım, bunu etməzdim.
  • If Denis were here, he could have done it – əgər Denis burada olsaydı, o bunu edə bilərdi.
  • If today were Friday, I could have attended the program – əgər bu gün Cümə olsaydı mən proqrama qatıla bilərdim.
  • If we were in New Zealand, we would meet you – Yeni Zellandiyada olsaydıq sizinlə tanış ola bilərdik.
  • If Tom were here, he could have solved the issue – əgər Tom burada olsaydı, o, problem həll edə bilərdi.
  • If I were a cat, I would lie in the sun all day – əgər mən pişik olsaydım, bütün günü günəşlənərdim.
  • If I were you, I’d be careful – əgər mən sənin yerində olsaydım, diqqətli olardım.
  • If he were rich, he’d buy ten yachts – əgər o varlı olsaydı, 10 yaxta alacaqdı.
  • Sally wishes she were taller – Sally daha uzun olmağı diləyir.
  • I wish I were there to have a drink with you and dish – kaş ki, səninlə içki içib yemək yemək üçün orada olsaydım.
  • If I were President, I wouldn’t put up with it – əgər mən president olsaydım buna dözməzdim.

İngilis dilində zaman qəlibləri nələrdir?

Past Continuous Tense – keçmiş davamedici zaman – edirdim Keçmiş davamedici zaman formasında was və were istifadə edilir. Bu zaman formasının təsdiq, inkar və sual formasının qəlibləri aşağıdakı kimidir: Təsdiq: I, he, she, it + was / were + verb-ing  While John was sleeping last night, someone stole his car. Dünən gecə John yatarkən kimsə onun maşınını oğurladı. They were eating dinner, discussing their plans, and having a good time. Onlar yemək yeyir, planlarını müzakirə edir və yaxşı vaxt keçirirdilər.

İnkar: Subject + was not (wasn’t) /weren’t verb-ing They weren’t having a good time at the party when they decided to go home – Onlar evə getmək qərarına gəldikləri zaman partidə yaxşı vaxt keçirmirdilər. I wasn’t paying attention while I was writing the letter, so I made several mistakes – Mən məktubu yazarkən diqqət etmirdim, buna görə də bir neçə səhv etdim.

Question: Was / were + subject + verb-ing ? Were the patients reading magazines, talking on the phone and was the secretary typing anything on the computer while you were waiting at the doctor today? – Sən bu gün həkimi gözləyən zaman xəstələr jurnal oxuyurdular, telefonla danışırdılar və katibə də kompyuterdə nə isə yazırdı? Was she doing sport every day for years to become a good athlete? O yaxşı idmançı olmaq üçün illərlə hər gün idman edirdi?

İngilis dilində Was/Were necə istifadə edilir?

Was/were sözlərinin necə istifadə edildiyini başa düşmək üçün əvvəlcə nə  olduğu və nə zaman istifadə edildiyi ilə bağlı olan suallara cavab vermək lazımdır. Was/were “to be” felinin keçmiş zaman formasıdır. Mənimsənməsi olduqca asan olan bu mövzu gündəlik həyatda da çox geniş istifadə edilir. Keçmiş zamanda baş verən hadisəni izah edərkən mütləq şəkildə istifadə edilən Was/were başa düşüldükdən sonra Past Tense də rahatlıqla başa düşülə bilir. Was/were sözləri cümlə içərisində fərqli formalarda ola bilər, bu səbəblə də tam formada öyrənmək bir az vaxt tələb edir. Asan formada yadda saxlaya bilmək üçün was/were –n, indiki zamanda istifadə edilən am, is, are köməkçi fellərinin keçmiş zaman forması olduğunu düşünə bilərsiniz. Adətən mübtədası təkdə olan cümlələr üçün “was”, mübtədası cəmdə olan cümlələr üçün isə “were” istifadə edilir. Yəni I, he, she, it ilə birlikdə istifadə edilən “was” və you, we, they ilə birlikdə istifadə edilən “were” köməkçi fellərdir. Unutmayın ki, You “sən” mənasında olsa belə, yəni təkdə olsa belə You ilə birlikdə hər zaman “were” istifadə edilir; “you was” deyə bir ifadə yoxdur.

İngilis dilində Was/Were hansı vəziyyətlərdə istifadə edilir?

Was/were köməkçi felinin harada və hansı vəziyyətlərdə istifadə edildiyini bilmək onları doğru formada istifadə edə bilmək üçün çox vacibdir. Keçmiş zamanda yaşanan hadisələr haqqında danışarkən was/were köməkçi fellərindən istifadə edilir: He was in France last year – o, keçən il Fransada idi. Əvvəllər sahib olduğu iş haqqında danışarkən və ya keçmiş zamanla əlaqəli bir şey izah edərkən istifadə edilir: She was the manager of the library – o, şirkətin idarəçisi idi. Arzu şəklində deyilmiş və ya yazılmış cümlələrdə, yəni If və ya Wish ilə birlikdə istifadə edilir. I wish you were here – burada olmağını diləyirəm (kaş ki, burada olsaydın).  If I were you, I would buy this book – əgər mən sənin yerində olsaydım, bu kitabı alardım. Was/were köməkçi fellərinin bir digər istifadə forması da Past Continous Tense (keçmiş davamedici zaman) ilə bağlıdır. Bu halda was/were əsas fel ilə birlikdə istifadə edilir. I was watching this film when you called me – sən mənə zəng etdiyin zaman mən bu filmi izləyirdim. Hansı köməkçi felin nə vaxt istifadə ediləcəyini bilmək üçün mübtədaya baxıb qərar vermək mümkündür. Bundan əlavə bu zaman formasının təsdiq, inkar və sual cümlələrində necə istifadə edildiyini də bilmək ayrı-ayrılıqda önəm daşıyır.

Əgər təsdiq formada cümlə qurmaq istəyirsinizsə; Mübtəda + was/were (köməkçi fel) + obyekt + ing formasında istifadə edilir.  Məsələn, She was a lazy pupil 5 years ago – o, 5 il əvvəl tənbəl şagird idi.

Əgər inkar formada cümlə qurmaq istəyirsinizsə; Mübtəda + was/were (köməkçi fel) + not (inkar forma) + obyekt + ing. Məsələn, She wasn’t a lazy pupil 5 years ago – o, 5 il əvvəl tənbəl şagird deyildi.

Əgər sual formasında cümlə qurmaq istəyirsinizsə; Köməkçi fel, yəni was/were başa gəlməlidir. Bu situasiyada qəlib aşağıdakı kimi olacaqdır: Was/Were (köməkçi fel) + Mübtəda + obyekt + ing və cümlənin sonuna da “?” əlavə ediləcəkdir. Bu kalıp kullanımına örnek olarak: “Was she a lazy pupil 5 years ago? – o, 5 il əvvəl tənbəl şagird idi?

Was/Were istifadə edilərək sual cümlələri necə cavablandırılır?

Sual cümlələrinə was/were istifadə edərək necə cavab veriləcəyini bilmək olduqca vacib olan mövzulardan biridir. Cavablandırılacaq sualın təsdiq və ya inkar cümlə olmasına bağlı olaraq cavablar dəyişiklik göstərə bilir. Əgər suala inkar formada cavab verəcəksinizsə, o zaman bu qəlibdən istifadə edilir: No + mübtəda + köməkçi fel + not (was not / were not) = No, they were not.

Əgər suala təsdiq formada cavab veriləcəksə, o zaman bu qəlibdən istifadə edilməlidir: Yes + mübtəda + köməkçi fel (was/were) – Yes, you were.

Nümunə cümlələr:

Were they still watching TV when she returned from work at 7 o’clock? O saat 7-də işdən qayıdan zaman onlar yenə də televizora baxırdılarmı? no, they were not – xeyr, baxmırdılar.

Was she practising sport every day last year to prepare for the race? O, keçən il yarışa hazırlaşmaq üçün hər gün idmanla məşğul idi? yes, she was – bəli, o məşğul idi.

Was she working on her thesis at the time? – Həmin vaxt o dissertasiyası üzərində işləyirdi? yes, she was – bəli, o işləyirdi.

Were the boys working in the garden when their uncle came round for a coffee? – Onların əmisi bir kofe üçün gəldiyi zaman oğlanlar bağda işləyirdilər? no, they were not – xeyr, onlar işləmirdilər.

Was she practising sport while her mother was cooking? – O, anası yemək bişirərkən idmanla məşğul idi? no, she was not – xeyr, o idmanla məşğul deyildi.

Were you still skating in the park when Jemma called you? – Jemma səni çağıran zaman sən hələ parkda konki sürürdün? yes, I was – bəli, mən sürürdüm.

İngilis dilində Was və Were istifadə edilən cümlə nümunələri

Was ilə bağlı cümlələr

  • I was married for 5 years – mən 5 ildir ki, evliyəm.
  • She was unwell last week – o, keçən həftə narahat idi.
  • It was not my fault! – bu mənim səhvim deyildi!
  • If I was rude to you yesterday, I’m very sorry – əgər dünən sənə qarşı kobudluq etdimsə, üzr istəyirəm.
  • If I was annoying you last night, I’m sorry. I was in a bad mood – əgər dünən gecə səni narahat etdimsə üzr istəyirəm. Kefim pis idi.
  • If I was healthier, I probably would have been able to win the race – əgər mən dünən sağlam olsaydım, böyük ehtimal ki, yarışı qazana bilərdim.
  • Why was the teacher getting angry? – müəllim niyə əsəbiləşirdi?
  • Where  was Diana going at ten last night? – Diana dünən gecə saat 10-da hara gedirdi?
  • How many hours was she working every week? – o hər həftə neçə saat işləyirdi?
  • How was your new car working? – sənin yeni maşının necə işləyirdi?
  • How long was I sleeping? – mən nə qədər müddət idi yatırdım?

Were ilə bağlı cümlələr

  • We were worried about the test results – testin nəticələri ilə bağlı narahat idik.
  • They were busy working all day yesterday – onlür dünən bütün gün işləməklə məşğul idilər.
  • You were supposed to help me – sənin mənə kömək etməyin lazım idi.
  • You were asleep when he rang – o, zəng etdiyi zaman sən yatırdın.
  • Where were you yesterday? – sən dünən harada idin?
  • Whom were you talking to? – sən dünən kiminlə danışırdın?
  • If I were in his shoes, I would accept their offer – əgər mən onun yerində olsaydım, mən onların təklifini qəbul edərdim.
  • How were your children getting along? – sənin uşaqların necə yola gedirdi?
  • Why were the buses running late? – avtobuslar niyə gec işləyirdi?
  • How were you feeling yesterday? – sən dünən özünü necə hiss edirdin?
  • What were you doing yesterday evening? – sən dünən axşam nə edirdin?
  • Why were they carrying the buckets? – onlar niyə səbətləri apardılar?
  • What instruments were those musicians playing? – o musiqiçilər hansı alətlərdə çalırdılar?
  • Where were the children hiding? – uşaqlar harada gizlənirdilər?
  • Where were you living last year? – keçən il harada yaşayırdın?
  • How much were they paying you? – onlar sənə nə qədər pul verirdilər?

Əgər siz də oxumaqla kifayətlənməyib, daimi olaraq yeni sözlər öyrənmək, həmin sözlərin cümlə içərisində necə istifadə edildiyini bilmək istəyirsinizsə, o zaman getwordly.com məhz sizlər üçündür. Bu platforma vasitəsi ilə siz hər gün səviyyənizə və maraq dairənizə uyğun olan sözləri tərcümələri ilə birlikdə görəcəksiniz. Sözlərin mənası, cümlə içərisində istifadə qaydası və cümlələrin tərcüməsi ilə tanış olacaqsınız. Platforma bildirişlər vasitəsi ilə öyrəndiyiniz sözləri müəyyən aralıqlarla yadınıza salacaq və unutqanlığın qarşısına keçəcəkdir. Səsləndirmə vasitəsi ilə həm cümlələrin, həm də sözlərin oxunuşunu eşidəcəksiniz. İnternetsiz, offline olaraq işləyə bilmə özəlliyinə sahib olduğu üçün hər yerdə, hər zaman öyrənməyə davam edə bilərcəksiniz.

Düşüncələriniz bizim üçün dəyərlidir, bizimlə paylaşmaqdan çəkinməyin 🙂

İngilizce Kelime Ezberlemek Artık Çok Kolay

Uygulamayı Ücretsiz İndir; Her gün yeni kelimeler telefonuna gelsin
Örnek cümle ve anlamlarını öğren
Hatırlatmalarla pratik yap, kalıcı öğren, unutma
Offline modu ile Internete ihtiyacın olmadan kelime öğren
İngilizce Kelime Öğrenmeye Başla

Recent Content

×
wordly-logo
Wordly İngilizce Öğrenme ve Kelime Ezberleme Uygulaması
Uygulamayı Ücretsiz İndir
Her gün yeni kelimeler telefonuna gelsin
Uygulamayı İndir
×
wordly-logo
تطبيق Wordly لتعلم اللغة الإنجليزية وحفظ المفردات الإنجليزية
تحميل التطبيق مجانا
احصل على كلمات جديدة على هاتفك كل يوم
Uygulamayı İndir
×
wordly-logo
WORDLY ingilis dili öyrənmə və söz əzbərləmə proqramı
Tətbiqi ödənişsiz yüklə
Hər gün yeni sözlər telefonuna gəlsin
Uygulamayı İndir