İngilis dilində When və While istifadəsi - Wordly Danışır ...

İngilis dilində When və While istifadəsi


When və While istifadəsi

İngilis dilində ən çox istifadə edilən və istifadə sırasında qarışdırılan mövzulardan biri “when” və “while” bağlayıcılarıdır. Bu yazımızda tələbələrin çətin mövzu olaraq qəbul etdiyi “when while” mövzusu, “when while” cümlə nümunələri, “when while” testlərini incələyəcək, “when while” formullarını öyrənəcəyik. Bu mövzumuzda siz aşağıdakı başlıqlar ilə tanış olacaqsınız;

  • İngilis dilində When istifadəsi və formulu
  • When və While istifadəsindəki əsas fərq nədir?
  • While ilə İngilis dilində cümlə nümunələri və formulu
  • When və While sual cümləsi nümunələri
  • İngilis dilində When və While testi

İngilis dilində When istifadəsi və formulu

When … olduğu zaman, … baş verərkən kimi mənalar ifadə edir. When ilə bağlı formullara keçməzdən əvvəl When-n hansı məqsədlər üçün istifadə edildiyinə nəzər salaq;

Zərf olaraq: Nəyin nə vaxt baş verdiyini soruşmaq və ya bildirmək üçün istifadə edilir:

  • When are you going home? -sən nə vaxt evə gedirsən?
  • When did you get married? -sən nə vaxt ailə qurdun?
  • When is the press conference? -mətbuat konfransı nə vaxtdır?
  • When were you in this house last? -sən bu evdə sonuncu dəfə nə vaxt olmusan?
  • ‘I’ll be there this afternoon.’—’When?’ -‘Bu gün günortadan sonra orada olacam’ ” Nə vaxt? ‘
  • When the rate of exchange began to rise again, he felt obliged to call a meeting of the financial staff -O, valyuta dəyərləri yenidən artmağa başladığı zaman, iqtisadi işçi heyətini iclasa çağırmaq məcburiyyəti hiss etdi.
  • When I went out, it was snowing -Mən çölə çıxarkən qar yağırdı.
  • They were arguing when I entered the room -Mən otağa girdiyim zaman onlar mübahisə edirdilər.

Bağlayıcı olaraq: Bir şey baş verərkən baş verən digər bir hadisədən bəhs etmək üçün:

  • You can even track how many calories you burn when sleeping -Yatarkən nə qədər kalori itirdiyinizi belə izləyə bilərsiniz.
  • Mustard is grown in the field when weeds are there -Xardal, tarlada alaq otları olduğu zaman böyüyür.

Bir hal və hərəkət sırasında baş verən digər nöqtəni izah etmək üçün istifadə edirik: When I met the Gills, I had been gardening for nearly ten years -Gills ilə tanış olanda təxminən on il idi ki, bağçılıqla məşğul idim.

Əsas cümlədəki hərəkətin reallaşdığı və ya reallaşacağı şərtlərdən bəhs etdiyimiz zaman istifadə edirik:

  • When he brought Imelda her drink she gave him a genuine, sweet smile of thanks -İmelda içkisini gətirəndə ona əsl, şirin bir təbəssüm bəxş etdi.
  • I’ll start to think about it when I have to write my report -Hesabatımı yazmalı olduğum zaman bu barədə düşünməyə başlayacağam.

Müəyyən sözlərin, xüsusən də feillərin və sifətlərin ardınca bir şeyin meydana gəldiyi zamandan bəhs etdiyimiz bir cümlə əlavə etmək üçün “when” istifadə edirik.

  • I asked him when he’d be back to pick me up -Məni götürməyə nə vaxt dönəcəyini soruşdum.
  • I don’t know when the decision was made -Qərarın nə vaxt verildiyini bilmirəm.
  • It is important to check when the laboratory can do the tests -Laboratoriyanın testləri nə vaxt edə biləcəyini yoxlamaq vacibdir.

Bir fikrin, sualın və s. izahını vermək üçün istifadə edilir:

  • How can I love myself when I look like this? -Bunun kimi görünən zaman özümü necə sevə bilərəm?
  • Emerald starlings are fairly small when compared with other such birds -Zümrüd ulduzları digər bu cür quşlarla müqayisədə olduqca kiçikdir.

Cümlənin digər hissəsinə təəccüblü və ya xoşagəlməz məna qatmaq üçün istifadə edilir.

  • Our mothers sat us down to read and paint, when all we really wanted to do was to make a mess –Analarımız bizi oxumaq və şəkil çəkmək üçün otuzdurdular, əslində isə etmək istədiyimiz tək şey ortalığı dağıtmaq idi.
  • The temperature sensor is making the computer think the engine is cold when, in fact, it’s hot -Temperatur sensoru, realda isti olsa da, kompüteri məcbur edir ki, mühərrikin soyuq olduğunu düşünsün.

Əvəzlik: Bir şeyin baş verdiyi vaxtı bildirən bir cümlə təqdim edərkən istifadə edirik:

  • He could remember a time when he had worked like that himself. -O, özü kimi işlədiyi bir dövrü xatırlaya bilər.
  • She remembered clearly that day when she’d gone exploring the rockpools. -O, qaya daşlarını araşdırmağa getdiyi günü aydın xatırladı.
  • In 1973, when he lived in Rome, his sixteen-year-old son was kidnapped -1973-cü ildə Romada yaşadığı zaman on altı yaşlı oğlu qaçırıldı.

Formullar: İngilis dilində qısa və uzunmüddətli hərəkətlərlə bağlı cümlələrin necə qurulduğunu bilmək üçün When və While ilə bağlı formulları başa düşmək lazımdır. Yadda saxlamaq lazımdır ki, “when”, bağlayıcı olan “while” ilə oxşardır və çox geniş istifadə yeri mövcuddur. Bu sahələr 3 müxtəlif formul ilə bir-birindən ayrılır:

Formul 1: “When” ilə qurulmuş zərf budaq cümləsi (adverbial clause), adətən əsas cümlədəki (main clause) hadisənin davam etməkdə olduğunu açıqlayır və “bir hadisə baş verən zaman başqa bir hadisə olurdu” kimi bir mənaya gəlir. Bu səbəbdəndir ki, “when”-n bağlı olduğu cümlədə Simple Past, əsas cümlədə isə Past Continuous istifadə edilir və formulu aşağıdakı kimidir:

  • (When) + (Simple Past Tense) (,) (Past Continuous Tense)
  • (Past Continuous Tense) (When) + (Simple Past Tense)
  • When the doorbell rang, I was sleeping -Qapının zəngi çalanda mən yatırdım.
  • John was playing the guitar when Linda came in -Linda girəndə Con gitara çalırdı.
  • When he came, I was studying -O gələn zaman mən dərs oxuyurdum.

Formul 2: İkinci halda isə “when” bağlayıcısı iki qısa müddət davam edən hərəkətin sırasını bildirmək üçün istifadə edilir. Dolayısı ilə, bu formulda “when” hərəkətin bitdiyi zamanı deyil, davamlı baş verən hərəkətləri vurğulayır və formulu (When) + (Simple Past Tense) (,) (Simple Past Tense) şəklindədir.

  • When they went into the room, they saw the surprise -Otağa girəndə sürprizi gördülər.
  • When the teacher summoned me, I put down my pen and handed my exam paper -Müəllim məni çağırdığında qələmimi qoyub imtahan sənədlərimi verdim.
  • When he arrived,we went into the cinema -O gələn zaman biz kinoya girdik.

Formul 3: Üçüncü və sonuncu halda isə “when” bağlayıcısı hərəkəti keçmişdə baş verən digər hərəkətə bağlamaq və keçmiş zamana vurğu etmək üçün istifadə edilir. Bu bağlayıcı zaman zərfi istifadə etmək əvəzinə digər bir hərəkətin keçmiş zamanını təyin edir və formulu aşağıdakı kimidir:

  • (When) + (Object) + (Simple Past Tense / Action-1),
  • (Object) + (Simple Past Tense / used to / Modal / Action-2)
  • Mike used to speak four languages when he started primary school -Mayk ibtidai məktəbə başlayanda dörd dildə danışırdı.
  • When Mike started primary school, he used to speak four languages -Mayk ibtidai məktəbə başlayanda dörd dildə danışırdı.

When və While istifadəsindəki əsas fərq nədir?

Bəzi cümlələrdə məna olaraq heç bir fərq yaratmadan həm when, həm də while istifadə edə bilərik. When/While I was walking home from work, I bumped into an old friend on the street -Mən işdən evə doğru gedərkən, küçədə bir dostumla qarşılaşdım.

Əgər hadisə o anda davam edən bir hadisədirsə, o zaman while, əgər birdəfəlik hadisədirsə və daha davam etmirsə, o zaman when bağlayıcılarından istifadə edilir. Ümumi olaraq bir müddət davam edən bir hərəkətə fokslanmaq istəyiriksə, o zaman while + a progressive tense istifadə etməliyik.

While I was washing the dishes, my wife came home -mən qabları yuyarkən, mənim həyat yoldaşım evə gəldi. (Qabların yuyulmasının müddəti var, təxminən 3-4 dəqiqə kimi). Burada when də istifadə edə bilərik ancaq ümumi qayda olaraq while daha uyğundur.

Digər halda isə, yəni bir hərəkətin davam etdiyini və ya hərəkətin müəyyən bir müddətə malik olduğunu vurğulamağa ehtiyac duymadığımız zamanlarda simple tense ilə birlikdə when istifadə edilir. Məsələn,

When it started to rain, we went inside -yağış başlayan kimi biz içəri getdik. Burada başlanan hərəkət çox qısa müddət olub və davam etməyib.

Aşağıda bu iki bağlayıcı ilə bağlı bəzi detallar qeyd edilmişdir:

Tip 1: Fokslandığımız hal və hərəkəti bildirmək üçün While ilə birlikdə Continuous Tense istifadə edilir.

Davamedici zaman forması BE + a verb-ing şəklindədir. Məsələn;

  • While I was cooking dinner, the phone rang -mən yemək bişirərkən telefon çaldı.
  • I will be sleeping at 11:00 p.m. tonight, so don’t phone me -mən axşam saat 11:00-da yatacağam. bu axşam mənə zəng etmə.

Spesifik zamanlarda (məs, saat 11) baş verən hadisələri bildirmək üçün While istifadəsi geniş tətbiq edilir. Hətta daha uzun fəaliyyət müddətində (xüsusən keçmiş davamedici zamanda,  I was cooking dinner) daha qısa hadisənin (xüsusən keçmiş zaman formalarında, the phone rang) baş verdiyini göstərmək üçün də while istifadə edirik. Adətən bu qısa hərəkət, digər daha uzun müddət davam edən hərəkətə mane olur.

Tip #2: Limitli müddəti olan hərəkətlərlə birlikdə While istifadəsi
  • When I was a child, I played soccer. (Correct)
  • While I was a child, I played soccer. (Not natural)                           

Nəyə görə 2-ci cümlənin təbii olmadığına baxaq. Əgər hərəkət çox uzundursa (e.g. I was a child), o zaman biz fokslana bilmirik. Uşaqlığımızdakı 12 il zaman müddəti davamedici zamandan istifadə edə bilmək üçün çox uzundur. Qısacası, həyatımızın uzun davam edən dövrlərindən bəhs etmək üçün ‘while’ istifadə edə bilmirik və bunun yerinə past simple ilə birlikdə when istifadə edirik.

Tip #3: Hərəkət feilləri ilə birlikdə While istifadəsi

Also, “While I was a child” qeyri-təbiidir, çünki BE feili (was a child) sabit feildir. Sabit feillər jump, kick, shower, drink kimi hərəkət feilləri deyillər. Be, live, understand, know, exist kimi statik feillər hal və vəziyyəti izah edirlər. Nəticə olaraq, sabit feillər ilə birlikdə adətən while istifadə edilmir.

Müqayisə üçün; While she was driving, I played with the radio. (Natural) -O maşın sürərkən mən radioya qulaq asdım.Bu cümlə doğrudur. Sürmək hərəkət feilidir və müəyyən müddətlə limitlidir. Başqa sözlə, sürmək başlanğıcı və sonu aydın olan qısa hərəkətdir.

While When I lived in my hometown, my mother made me dinner. (While is not natural) -Mən məmləkətimdə yaşadığım zaman anam mənə yemək hazırladı.BuradaLive – yaşamaq, statik feildir və ehtimal ki, danışan şəxsin öz şəhərində yaşaması təxminən 18 il davam edib. Bu isə fokslanmaq üçün olduqca uzun müddətdir.

İstisna: Davam edən feilə fokslanmaq

Əgər həqiqətən də keçmişdə spesifik bir zamanda davam etməkdə olan hərəkətə fokslanmaq istəyiriksə, o zaman Live kimi statik feillərlə birlikdə while istifadə etmək mümkündür. Məsələn,

While I was living in India, there was a big earthquake -mən Hindistanda yaşayarkən böyük bir zəlzələ oldu.

Bu cümlənin “When I lived in India” şəklində istifadəsi daha geniş yayılsa da, yuxarıdakı formada istifadəsi daha doğrudur. Danışan şəxs davamedici zamanda baş verməkdə olan hərəkətə (living) fokslanmaq üçün ‘While’ + present progressive’ formasından istifadə edə bilər.

Yadda saxla: While Means an Action Had a Start and an End (a Duration)

Əgər cümlədə while istifadə edilirsə, burada müəyyən bir zaman perioduna vurğu edilir. Aşağıda bununla bağlı iki nümunə verilmişdir.

When the phone rang, I was making lunch -telefon çalan zaman mən nahar edirdim.

Daha uzun müddət davam edən hərəkətin (naharın) içərisində daha qısa müddət davam edən (zəng) hərəkət baş verdi.

Vacib sual: Telefon neçə dəfə zəng çaldı? Burada while yox, when istifadə edildiyi üçün hərəkətin müəyyən müddət davam etmədiyini başa düşürük. Böyük ehtimal ki, telefon bir dəfə zəng çalıb və dayanıb. Məsələn,

While the phone was ringing, I was making lunch.

Burada telefon neçə dəfə zəng çalıb? Bir dəfədən çox. Çünki biz While + present progressive formasından istifadə etmişik və müddətə fokslanmışıq. Bunun mənası odur ki, zəng müəyyən bir zaman periodunda baş verib və başlanğıc və son nöqtəsi var. Əgər davamedici zamanda ‘the phone was ringing’ cümləsi qururuqsa, hadisənin bir müddət davam etdiyini bildiririk.

While ilə İngilis dilində cümlə nümunələri və formulu

“while” bağlayıcısı keçmişdə baş verən iki hadisəni vurğulamaq üçün istifadə edilir. Bu səbəblə də “while”ın bağlı olduğu cümlə Past Continuous, əsas cümlə isə Simple Past Tense-dir.

İstifadə 1:

Keçmişdə bir hadisə baş verərkən, eyni anda fərqli obyektlərin başqa bir hərəkəti reallaşdırması ilə ilk hadisəni bölən və müdaxilə edən cümlələrdir.

  • While I was making a birthday cake, a bee flew in the kitchen through the open window -mən ad günü tortu hazırlayarkən, mətbəxdə açıq pəncərədən arı uçdu.
  • While I was making the birthday cake, I poured a glass of salt instead of sugar into it -mən ad günü tortu hazırlayarkən onun içinə şəkər əvəzinə bir stəkan duz tökdüm.

Birinci hadisə baş verərkən ikinci hərəkət də reallaşacaq və bu ilk hərəkətin davamlılığını pozacaq. Buradakı önəmli nöqtə davam etməkdə olan hadisələrlə birlikdə olan while (to make a cake) Past Continous Tense ilə, qısa müddətli hərəkət isə (to flow in / to pour) Simple Past Tense ilə göstərilir.

Bu cümlənin ümumiləşən formulları aşağıda verilmişdir:

  • (While) + (Past Continuous Tense) + (,) (Simple Past Tense)
  • (Simple Past Tense) + (while) + (Past Continuous Tense)

Eyni cümlə ikinci formula uyğun olaraq aşağıda qeyd edildiyi kimi də yazıla bilər:

İstifadə 2:

  • A bee flew in the kitchen through the open window while I was making a birthday cake – mən ad günü tortu hazırlayarkən arı açıq pəncərədən mətbəxə uçdu.
  • I poured a glass of salt instead of sugar into the birthday cake while I was making it -mən doğum günü tortuna şəkər əvəzinə bir stəkan duz tökdüm.

When və ya while ilə başlayan cümlələr, bağlayıcıdan sonra gələn cümlə ikinci cümlədən vergül ilə ayrılır. Ancaq When və ya while cümlənin əvvəlində deyil, ikinci hissəsində istifadə olunarsa, cümlələri vergüllə ayırmaq lazım deyil.

İkinci hal Past Continuous Tense ilədir və “while” eyni vaxtda iki fərqli obyekt tərəfindən baş verən iki hərəkəti açıqlamaq üçün istifadə edilir. Bu şərtə əməl edən iki hadisəi davam etdiyi zaman və ya uzun müddətli hadisələr olduğu zaman, hər ikisi də Past Continuous Tense ilə ifadə edilir.

  • While I was relaxing at the hotel, Tom and John were surfing over the waves -mən oteldə dincələrkən Tom və Con dalğalar üzərində sörf edirdilər.
  • Phil was trying to mend his car while his brother was curiously watching him -qardaşı onu maraqla seyr edən zaman Phil maşınını düzəltməyə çalışırdı.
  • Flight attendants were checking our tickets while we were gazing at the control panels in front of us –uçuş işçiləri qarşımızdakı idarəetmə panellərinə baxarkən biletlərimizi yoxlayırdılar.

İkinci cümlənin formulu aşağıdakı kimi ümumiləşdirilə bilər:

  • (While) + (Object-1) + (Past Continuous Tense/ Action-1), (Object-2) + (Past Continuous Tense/ Action-2)
  • (Object-1) + (Past Continuous Tense/ Action-1) + (While) + (Object-2) + (Past Continuous Tense/ Action-2)

Əlavə cümlələr:

  • While I was walking to home with my friends,it began to rain like cats and dogs –Mən dostlarımla evə tərəf gedərkən, vedrədən tökülürmüş kimi yağış yağmağa başladı.
  • While they were waiting for Jennifer, David and Jack met Londi and Fed -Onlar Jennifer, David və Jack-ı gözlədikləri zaman Londi və Fed ilə qarşılaşdılar.
  • I took a photograph while you were asleep -Sən yatarkən, mən bir şəkil çəkdim.
  • She had sprained her ankle while she was playing tennis -O, tenis oynayarkən topuğunu burxdu.

When və While sual cümləsi nümunələri

  • When did you leave? -sən nə vaxt ayrıldın?
  • When do the shops open? -mağazalar nə vaxt açılır?
  • When is his birthday? -onun ad günü nə vaxtdır?
  • When are we going to finish? -biz nə vaxt bitirəcəyik?
  • When are you going on holiday? -sən nə vaxt tətilə gedirsən?
  • When do you go to work? -sən nə vaxt işə gedirsən?
  • When will you know the result of the exam? -siz imtahanın nəticəsini nə vaxt biləcəksiniz?
  • When are you going? -sən nə vaxt gedirsən?
  • When’s the baby due? -körpə nə vaxt doğulacaq?
  • When do you expect to have the project completed by? -layihənin nə vaxt başa çatacağını gözləyirsiniz?
  • Why don’t you pull over and take a rest for a while? -niyə çəkib bir müddət dincəlmirsən?
  • We have a visitor right now. Would you mind waiting for a while? -Hazırda ziyarətçimiz var. Bir müddət gözləyə bilərsiniz?
  • Why don’t you hang around a while after everyone else leaves so we can talk? -Niyə hamı getdikdən sonra danışaq deyə bir müddət dolaşmırsan?

İngilis dilində When və While testi

Aşağıda When və While mövzusu ilə bağlı test, testin sonunda isə cavabları verilmişdir.

  • 1. I was having lunch ___  Jennifer arrived.
  • 2. ___ you heard the phone ring, you went to the door.
  • 3. ___ Jennifer was washing her hands, I did my homework.
  • 4. ___ I buy the juice, you can go to the grocer.
  • 5. She was at the grocer ___ she met David.
  • 6. The customer was being helped by the salesman ___ the thief came into the store.
  • 7. ___ you saw Jennifer, was he with David?
  • 8. I was in the cakehouse ___ someone stole my wallet.
  • 9. I hurt my back ___ I tried to lift the piano.
  • 10. ___ we were standing outside the cinema, someone picked my pocket.
  • 11. ___ Jennifer came back to her hotel, she called the bellboy.
  • 1. when
  • 2. When 
  • 3. While
  • 4. While
  • 5. when 
  • 6. when
  • 7. When 
  • 8. when 
  • 9. when
  • 10. While
  • 11. When

Daimi olaraq yeni sözlər öyrənib, söz ehtiyatınızı artırmaq istəyirsinizsə, o zaman Wordly platformasını ziyarət etməyi unutmayın. Bu platforma vasitəsi ilə siz sözlərin mənası, cümlə içərisində istifadə qaydası və cümlələrin tərcüməsi ilə tanış olacaqsınız. Səsləndirmə vasitəsi ilə həm cümlələrin, həm də sözlərin oxunuşunu eşidəcəksiniz. İnternetsiz, offline olaraq işləyə bilmə özəlliyinə sahib olduğu üçün hər yerdə, hər zaman öyrənməyə davam edə biləcəksiniz.

Recent Content