İngilis dilində Whose istifadəsi: Mövzu izahı - Wordly Danışır ...

İngilis dilində Whose istifadəsi: Mövzu izahı


İngilis dilində Whose istifadəsi_ Mövzu izahı

Whose sözünün Azərbycan dilindəki mənası “kimin”, “onun” deməkdir. Müasir İngilis dili qrammatikasında həm insanlar, həm də heyvanlar üçün istifadə edilir. Əsas cümlədə adjective clause ilə təyin edilən isim, bu sifət cümləsində bir işi icra edirsə, o zaman isimdən sonra gələn adjective clause who ilə başlamalıdır.

Bu yazımızda Azərbaycan dilində “kimin” mənasına gələn, İngilis dilində whose sual əvəzliyinin izahını verəcəyik. Bu mövzunun məqsədi İngilis dilində bir əşyanın kimə aid olduğunu soruşmağı və ya izahını verməyi izah etməkdir. Bundan əlavə Whose bir sıra fərqli məqsədlər üçün də istifadə edilir. Bu mövzumuzda siz aşağıdakı başlıqlar ilə tanış olacaqsınız:

  • Whose ilə bağlı nümunə cümlə nümunələri
  • “Whose” və Adjective Clauses (Sifət Tamlamaları) ilə Bağlı Cümlə Nümunələri

Azərbaycan dilində bir varlığın kimə aid olduğunu soruşmaq üçün “bu kimin maşınıdır?”, “o kimin itidir?” kimi sual cümlələrindən istifadə edirik. İngilis dilində isə bu növ sualları soruşmaq üçün “whose” sual əvəzliyindən istifadə edilir. Whose ilə sual verməyin iki forması mövcuddur.

1. Whose + noun +  be  + demonstratives (This, that, these, those, it, they) : Whose car is this? – Bu kimin maşınıdır?    

2. Whose + isim + be feili + işarə əvəzliyi ( o, bu, onlar, bunlar) : Whose gloves are they? – Onlar kimin əlcəyidir?

Sual sözü olaraq Whose: Whose, sual cümlələrində sual sözü olaraq istifadə edilir:

  • Whose birthday is it today? – Bu gün kimin ad günüdür?
  • Whose house was used in the film ‘Gosford Park’? – ‘Gosford Park’ filmində kimin evindən istifadə edildi?
  • Whose are these gloves? – Bu əlcəklər kimindir?

Birbaşa olmayan sual cümlələrində istifadə edilir: Juliet wondered whose the sports car was – Juliet idman maşınının kimin olması ilə maraqlandı.

Relative Clauses olaraq Whose

İnsanların, heyvanların və əşyaların sahibinin kimliyini göstərmək üçün Whose istifadə edilir:

  • John works with that other chap whose name I can’t remember – John adını xatırlaya bilmədiyim başqa bölümlə işləyir.
  • Shirley has a 17-year-old daughter whose ambition is to be a photographer – Shirleyin 17 yaşında bir qızı var, ambisiyası fotoqraf olmaqdır.
  • This is the book whose title I couldn’t remember – Bu adını xatırlaya bilmədiyim kitabdır.

Diqqət:

Whose və who’s qarışıq salınmamalıdır. Who’s, who is-n qısaldılmış formasıdır:

  • Whose book is this? (Who does this book belong to?) – Bu kimin kitabıdır? (Bu kitab kimə aiddir?)
  • Who’s driving us home? (Who is driving us home?) – Bizi evimizə kim aparır? (Bizi evimizə kim aparır?)
  • Who’s there? – Orada kim var?
  • Not: Whose there?
  • Whose little brother is he? – o kimin kiçik qardaşıdır?
  • Not: Who’s little brother is he?

Whose ilə bağlı nümunə cümlə nümunələri

Aşağıda Whose istifadəsinə aid verilmiş nümunələrlə tanış ola bilərsiniz:

  • Those people whose names are on the list will go to camp – Adları siyahıda olanlar düşərgəyə gedəcəklər.
  • I know someone whose father served in World War II – Atası İkinci Dünya Müharibəsində xidmət edən birini tanıyıram.
  • I enjoy telling people about Janet Evanovich, whose latest book was fantastic – Son kitabı fantastik janrda olan Janet Evanoviç haqqında insanlara danışmağı xoşlayıram.
  • Never go to a doctor whose office plants have died – Heç vaxt ofis bitkiləri ölən bir həkimə müraciət etməyin.
  • I know the doctor whose wife is a nurse – Həyat yoldaşı tibb bacısı olan həkimi tanıyıram.
  • He is the boy whose bicycle was stolen – o, velosipedi oğurlanan uşaqdır.
  • I apologized to the man whose bumped his elbow – Dirsəyini yerə vuran adamdan üzr istədim.
  • The woman called the police whose purse was stolen – çantası oğurlanan qadın polisə zəng etdi.
  • The parents are thrilled whose daughter won the Miss America pageant – Miss America yarışmasını qazanan qızın valideynlər həyəcanlanır.
  • She is the girl whose dress was torn on that nail – O, mismarla paltarı cırılan qızdır.
  • They are the students whose teacher scolded them – Onlar müəllimlərinin tənbeh etdiyi şagirdlərdir.
  • Melanie couldn’t remember the name of the student whose science project received the $100,000 prize – Melani, elmi layihəsi 100.000 dollar mükafat aldığı tələbənin adını xatırlaya bilmir.
  • The national park is being renamed in honor of Dian Fossey, whose scientific research and environmental efforts helped save the last remaining mountain gorillas – Milli parkın adı, elmi tədqiqat və ətraf mühit səyləri son qalan dağ qorillalarını xilas etməyə kömək edən Dian Fossey-in şərəfinə dəyişdirilir.
  • Whose car is parked in the handicapped parking space? If someone doesn’t move it, it’s going to be towed – Əlil dayanacağında kimin maşını dayanır? Kimsə onu hərəkət etdirməsə, götürüləcəkdir.
  • The police have called in an expert to identify whose handwriting is actually on the ransom letter – Polis, girov məktubundakı əlyazmalarının kimə aid olduğunu müəyyənləşdirmək üçün bir mütəxəssis çağırdı.
  • Diane felt manipulated by her beagle Santana, whose big, brown eyes pleaded for another cookie – Diane, iri, qəhvəyi gözləri başqa bir peçenye üçün yalvaran Santana tərəfindən idarə olunduğunu hiss etdi.
  • The boy whose shoes are on the floor is my little brother – Ayaqqabısı yerdə olan oğlan mənim kiçik qardaşımdır.
  • Mia is the person whose family owns a horse ranch – Mia, ailəsi at fermasına sahib olan şəxsdir.
  • The man whose car was stolen called the police – Maşını oğurlanan şəxs polisə zəng edib.
  • The teacher whose course I am taking gives hard tests – Dərs aldığım müəllim çətin sınaqlar verir.
  • This is the girl whose books I borrowed – Bu, kitabları borc aldığım qızdır.
  • This is the car whose seats are leather – Bu, oturacaqları dəri olan avtomobildir.
  • My brother, whose company has branches in 42 countries, makes a lot of money – Şirkətinin 42 ölkədə filialı olan qardaşım çox pul qazanır.
  • Titanic, whose budget was over $200 million, was a great movie – Büdcəsi 200 milyon dollardan çox olan Titanik, əla bir film idi.
  • I visited a country whose people love to go hiking – İnsanlarının gəzintiyə çıxmağı sevən bir ölkəyə baş çəkdim.
  • The doctor whose moustache is very bushy was very kind – Bığları çox gur olan həkim çox mehriban idi.
  • I love a clothes store whose selection is the biggest in town – Seçimi şəhərdəki ən çox olan bir geyim mağazasını sevirəm.
  • A friend whose family owns an electronics store fixed my computer – Ailəsi bir elektronika mağazasına sahib olan dostum kompüterimi düzəltdi.
  • She just came back from an art exhibition whose variety of paintings was terrific – O, yalnız çox çeşidli şəkilləri müdhiş olan sənət sərgisindən qayıtdı.
  • I work for a woman whose annual salary exceeds $1,000,000 – İllik məvacibi 1 000 000 dollardan çox olan bir qadın üçün işləyirəm.
  • He’s the artist whose  paintings sell for millions. –Bu, rəsmləri milyonlarla satan rəssamdır.  
  • The student whose phone just rang should stand up. – Telefonu zəng edən tələbə ayağa qalxmalıdır.
  • The woman whose husband was wounded was crying. –Həyat yoldaşı yaralanan qadın ağlayırdı.
  • He’s marrying a girl whose family don’t seem to like him. –O, ailəsi onu sevmirmiş kimi görünən bir qızla evlənirdi.  
  • Nergiz whose father is an English teacher lives in Baku. –Atası İngilis dili müəllimi olan Nərgiz Bakıda yaşayır.
  • She is the woman whose brother lives in İstanbul. –Qardaşı İstanbulda yaşayan qadın budur.

Yuxarıda qeyd edilən cümlələrin hər birində subyekt və ya obyektin əlamət və məlumatları izah edilir və bu məqsədlə “whose” bağlayıcısından istifadə edilir. Bu növ cümlələr 4 formada qurula bilər. Belə ki,

Yanaqları həmişə qırmızı olan uşaq sabah gələcək cümləsi üzərindən nümunələrə baxaq:

  •  “whose” ilə istifadə: The child whose cheeks are red will come tomorrow. – Yanaqları qırmızı olan uşaq sabah gələcək.
  • “Who” və ya “have” – “Nominative Relative Pronoun” feillərini əlavə etməklə:   The child who has red cheeks will come tomorrow. – yanaqları qırmızı olan uşaq sabah gələcək.
  • “With” ədatı ilə: The child with red cheeks will come tomorrow. –qırmızı yanaqlı uşaq sabah gələcək.

Dördüncü və sonuncu formada isə, əlaməti bildirən sözün sonuna “-ed” şəkilçisi əlavə edilir. Yadda saxlayın ki, bu növün istifadəsi sadəcə anatomik özəlliklər üçün nəzərdə tutulub. Daha sonra qazanılan özəlliklər üçün isə bu metod doğru deyil. Məsələn, “yaşıl gözlü qız” üçün istifadə edilsə də, “yaşıl donlu qız”-n istifadə edildiyi cümləni bu formada qurmaq olmaz.

The red cheeked child will come tomorrow. – qırmızı yanaqlı uşaq sabah gələcək.

4-cü növün istifadəsinə “Adjective Clauses” (Sifət Tamlamaları) deyilir.

“Whose” və Adjective Clauses (Sifət Tamlamaları) ilə Bağlı Cümlə Nümunələri

Bu başlıq altında “whose”-n Adjective Clause, yəni sifət tamlaması olaraq istifadəsini öyrənəcəyik. Aşağıda bununla bağlı nümunələr verilmişdir:

  • big headed boy – yekə baş oğlan
  • long legged man – uzun ayaqlı kişi
  • five roomed house – beş otaqlı ev
  • two doored car – iki qapılı maşın
  • long tailed cat – uzun quyruqlu pişik

Bu nümunələrin hər biri doğuşdan etibarən (cansız varlıqlar üçün istehsaldan etibarən) mövcud olan özəllikləri bildirir. Buradan da aydın olur ki, sadəcə ilk başdan var olan özəlliklər üçün “-ed” şəkilçisindən istifadə edilir. Bu səbəbdən də fərqi daha aydın görmək üçün həm “whose” ilə, həm də sifət tamlaması ilə qurulan cümlə nümunələrinə nəzər salaq:

  • The girl whose hair is long has gone to Baku. – Uzun saçı olan qız Bakıya getdi.
  • The girl who has long hair has gone to Baku. – Saçı uzun olan qız Bakıya getdi.
  • The girl with long hair has gone to Baku. – Uzun saçlı qız Bakıya getdi.
  • The long haired girl has gone to Baku. – Uzun saçlı qız Bakıya getdi.

Uzun saç qızın anatomik özəlliyidir və ona görə də cümləni hər dörd formada qurmaq mümkündür. Lakin qızın uzun saçlı özəlliyini çəhrayı donla əvəz etsək, o zaman cümlələr aşağıdakı kimi olacaq və dördüncü formanın qurulması mümkün olmayacaq:

  • The girl whose dress are pink read book. – Çəhrayı donu olan qız kitab oxudu.
  • The girl who has pink dress read book. – Çəhrayı donu olan qız kitab oxudu.
  • The girl with pink dress read book. – Çəhrayı donlu qız kitab oxudu.

4-cü növü istifadə etmək mümkün deyil. Çünki, çəhrayı don, qızın xarakterik və ya anatomik özəlliyi deyil.

Bundan əlavə, insanlarda “whose” ilə istifadə edilərkən, əşyalarda “which” ilə istifadə olunur. Lakin, yuxarıda da qeyd etdiyimiz kimi müasir qrammatikada canlı və cansızlarda da “whose” görməyiniz mümkündür.

Bir mövzumuzun daha sonuna gəldik. Əgər bu mövzuların sizin üçün yetərli olmadığını düşünürsünüzsə və daimi olaraq yeni sözlər öyrənmək istəyirsinizsə, o zaman Wordly məhz sizin üçündür. Wordly sizə nə qatacaq? Bu platforma vasitəsi ilə siz hər gün səviyyənizə və maraq dairənizə uyğun olan sözləri tərcümələri ilə birlikdə görəcəksiniz. Sözlərin mənası, cümlə içərisində istifadə qaydası və cümlələrin tərcüməsi ilə tanış olacaqsınız.

Platforma bildirişlər vasitəsi ilə öyrəndiyiniz sözləri müəyyən aralıqlarla yadınıza salacaq və unutqanlığın qarşısına keçəcəkdir. Səsləndirmə vasitəsi ilə həm cümlələrin, həm də sözlərin oxunuşunu eşidəcəksiniz. İnternetsiz, offline olaraq işləyə bilmə özəlliyinə sahib olduğu üçün hər yerdə, hər zaman öyrənməyə davam edə biləcəksiniz.

Recent Content