- Wordly Danışır ... - Wordly Danışır ...

İngilis dilində xarici xəbər saytları: İngilis dilində xəbər oxumaq və dinləmək


İngilis dilində xarici xəbər saytları

İngilis dilini öyrənməyin ən yaxşı metodlarından biri də məhz xəbərləri izləməkdir. Xəbər proqramları açıq və birbaşa yazıldığı üçün dil öyrənmək üçün mükəmməl metoddur. Bundan əlavə, dil real həyatdakı problemləri başa düşməklə əlaqəlidir. Xəbərlərə İngilis dilində “news” deyilir. Çünki xəbərlər daima yeni və aktualdırlar. Xəbər proqramları, insanların önəm verdiyi problemlərə fokslanır. İngilis dilini bu formada öyrənmək bu səbəbdən də ən məqsədəuyğunudur. Beləliklə, bu mövzumuzda siz aşağıdakı başlıqlar ilə tanış olacaqsınız:

  • BBC
  • CNN
  • Daily Mail Online
  • Independent
  • USA Today
  • Buzzfeed
  • Al Jazeera English
  • The Telegraph
  • The Guardian
  • Vice
  • E-News
  • The Times in Plain English
  • theSkimm
  • The New York Times
  • Washington Post
  • This American Life
  • İngiliscə-Azərbaycanca xəbər tərcüməsinə aid nümunə
  • İngilis dilində xəbər oxumağın İngilis dilini öyrənməyə faydası
  • İngilis dilində təcrübə qazanmaq üçün xəbər oxumaq

1.BBC

British Broadcasting Company, Ltd. 1922-ci ildə özel bir şirkət olaraq qurulub. Qurulduğu ildən 1954-cü ilə qədər televiziya, 1972-ci ilə qədər də radio yayımları mövzusunda tək qurum olmuşdur. Mərkəzi Londondadır.

Getdiyiniz hər yerdə dünyadan xəbərlər: BBC World Service-in gündəlk podcast-ı işə gedib-gələrkən və ya ev işlərini görərkən dinləmə bacarıqlarını inkişaf etdirmək üçün idealdır. Bu podcast-da dil tələbələri dünyanın hər yerindən fərqli İngilis dili aksentlərinə (Amerikan, İngilis, Avstraliya və Hind aksentləri də daxil olmaqla) sahib olan və ya xarici dil olaraq İngilis dilində danışan müxbirlərə qulaq asa bilirlər.

Real dünyada – ofis, universitetlər və ya sosial tədbirlər – sadəcə İngilis dilindəki aksentləri eşitməklə qalmayıb, eyni zamanda da sizinlə eyni dildə danışmayan digər ölkə vətəndaşları ilə ünsiyyət olmaq üçün İngilis dilindən istifadə etmək dəyərli dinləmə məşqləri təqdim etmiş olur.

https://www.bbc.com/

2. CNN

Cable News Network (CNN), Ted Turner tərəfindən 1980-ci ildə qurulan Amerikan xəbər kanalıdır. Quruluşundan sonra, ABŞ-da 24 saat xəbər proqramları təqdim edən və sadəcə xəbər yayımlayan tək kanaldır. 

CNN Beynəlxalq xəbər xidməti  idmandan texnologiyaya, regional xəbərlərdən qlobal dəyişikliklərə, ekologiyadan kinoya, avtomobillərdən əl işi xəbərlərinə qədər geniş şkalaya sahib olan və İngilis dilində xəbər izləmək istəyənlərə təqdim edə biləcəyimiz bir portaldır. CNN günün hər saatı aktual hadisələri öyrənə biləcəyiniz, gecə-gündüz yayımlanan xəbər kanalıdır. Bu Amerika kanalı adətən Amerika xaricində də, məsələn Cənubi Amerika və Orta Amerikada da kabel yayım edə bilən kanaldır. Kanal Amerika ilə bağlı xəbərlərə fokslanmışdır.

http://edition.cnn.com

3. Daily Mail Online

İngiltərədə yayımlanan bir qəzetdir. Yayım həyatına 4 may 1896-cı ildə başlayıb. Qatı yayım anlayışına sahibdir. Üslubu və gülməli xəbərləri sayəsində daha çox izləyicinin diqqətini çəkməyi bacarır. Beləliklə, beynəlxalq xəbərləri yorulmadan, əylənərək izləyib İngilis dilimizi inkişaf etdirə biləcəyimiz bir xəbər kanalı daha. Mail Online vasitəsi ilə beynəlxalq xəbərlərin hamısını İngilis dilində eyni saytda tapa bilərsiniz.

https://www.dailymail.co.uk/home/index.html

4. Independent

%70 Rus – %30 Səudiyyə ortaqlığındakı bu qəzet 1986-cı ildə İngiltərədə gündəlik qəzet olaraq yayım həyatına başlayan internet qəzetidir.

İngiltərənin ən vacib mətbuat qurumlarından biri olan “The Independent” qəzeti internet saytına baş çəkməyinizi məsləhət görürük. Çünki bu xəbər saytı təqdim etdiyi xəbərlərlə sizin İngilis dili öyrənmə prosesinizi olduqca sürətləndirəcəkdir. Ən prestijli xəbər qurumlarından biri hesab edilən Independent

http://www.independent.co.uk

5. USA Today

USA Today, 15 sentyabr 1982-ci ildə Al Neuharth tərəfindən əsası qoyulan beynəlxalq səviyyədə tanınmış şirkətdir. USA Today, sahibi Gannett-in Virciniya ştatındakı qərargahından fəaliyyət göstərir və orta səviyyə bazar-iqtisadiyyat qəzetidir. Amerika Birləşmiş Ştatları daxilində 37 saytda və beynəlxalq səviyyədə beş saytda çap olunur. Dinamik dizaynına qısa hesabatlar, rəngli şəkillər, məlumat qrafikləri və populyar mədəniyyət hekayələrini daxil etməsi ilə dünya miqyasında yerli, regional və milli qəzetlərin üslubunu təsir etməyi bacarıb.

İnternetdə çox sayda keyfiyyətsiz məzmun mövcuddur. Siz keyfiyyəti seçənlərdən olun. Aydın yazılmış və başa düşülən xəbər mənbələrini axtarın. Nəzərə alın ki, xəbərlər vasitəsi ilə İngilis dilini öyrənmək üçün cümlələr qısa və aydın başadüşülən olmalıdır. Xəbərdəki məqalənin başlığı üstdə və oxunması asan olmalıdır. USA Today dil öyrənənlərə çox şey təqdim edir, çünki yazı tərzi olduqca açıqdır.

Məzmunu fərqli mədəniyyətlərdən ibarət olan xəbər saytlarını tapmağa çalışın. Xəbərlər sizə bir baxışdan daha çoxunu verməyi bacarmalıdır. USA Today ABŞ-da və dünyada olanlara fokslanan olduqca güvənilən Amerikan qəzetidir. Online versiyası əlçatandır. Asan oxunur və hər növ vacib xəbəri zamanında çatdırır. Bu xəbər qaynağı həm başlanğıc, həm orta, həm də irəli səviyyədəki İngilis dili öyrənən tələbələr üçün möhtəşəmdir.

https://www.usatoday.com/

6. Buzzfeed

BuzzFeed, Inc., mərkəzinin ABŞ-da olduğu internet mediası, xəbər və əyləncə saytıdır. Sayt 2006-cı ildə Jonah Peretti və John S. Johnson III tərəfindən viral kontenti izləməyə fokslanmaq məqsədi ilə qurulmuşdur.  içeriği izlemeye odaklanmak amacıyla kurulmuştur.

Standart xəbər konsepsiyasının xaricində ‘news report’ və digər yenilikçi formatlarda viral kontentlər təqdim edən BuzzFeed trend yenilikləri oxuya biləcəyiniz paylaşım saytıdır. Böyük ehtimal ki, Buzzfeed haqqında daha çox məlumat eşitmişiniz. Buzzfeed, İngilis dilində danışılan ölkələrdə ən çox paylaşılan və danışılan mövzuları qələmə alan məqalələri bir araya gətirir. Populyar mədəniyyət və hadisələrə yer verməklə yanaşı mövzunu başa düşməyinizə kömək edəcək çox sayda şəkillərdən istifadə edirlər.

http://www.buzzfeed.com/news

7. Al Jazeera English

Kanal, 15 Noyabr 2006-cı ildə açılmışdır. İlk əvvəl kanalın adı Al Jazeera International olaqdı, ancaq kanalın dəstəkçilərindən birisi original ərəb dilində olan kanalın da onsuzda beynəlxaq əhatə dairəsinə dahib olduğunu iddia etdiyi üçün adı dəyişdirilmişdir.

Şərq xəbərləri mövzusunda geniş yayılmış müxbir şəbəkəsi ilə böyük bir mətbuat qurumu olan Al Jazeera-nın İngilis dilində xəbərlər ilə tanış olacağınız internet saytı da mövcuddur. Yaxın Şərqdən və dünyadan xəbərlər, analizlər, multimediya və interaktiv materiallar, fikirlər, sənədli filmlər, podkastlar ilə tanış olmaq istəyirsinizsə, bu saytı ziyarət etməyə tələsin.

Yuxarıda da qeyd edildiyi kimi Al Jazeera-nın foks nöqtəsi Yaxın Şərqdir. Ancaq aktual beynəlxalq və ABŞ xəbərlərini də möhtəşəm formada təqdim edə bilən xəbər agentliyidir. Nələr izləyə biləcəyinizi görmək üçün kanallar və videolar siyahısına girə bilərsiniz. The Last 24 adlı bölmə vasitəsi ilə ən son əlavə edilən xəbərləri izləyə bilərsiniz.

http://www.aljazeera.com/news/

8. The Telegraph

İnternetdə The Telegraph olaraq bilinən Daily Telegraph, Londonda Telegraph Media Group tərəfindən yayımlanan və Birləşmiş Krallıqda, eyni zamanda beynəlxalq olaraq paylanan yerli İngilis gündəlik qəzetidir.  Arthur B. Sleigh tərəfindın 1855-ci ildə Daily Telegraph & Courier olaraq qurulmuşdur. Telegraph bir rekorda imza atdı və keyfiyyət baxımından 20-ci əsrdə beynəlxalq ada sahib idi.

Qəzet o zamanki keyfiyyətini hələ də qoruyub saxladığı və ən yeni xəbərlər haqqında yayımlar hazırladığı üçün İngilis dilinizi inkişaf etdirməyinizə əvəzsiz kömək göstərəcəkdir. Çünki köklü mətbuat qurumlarından biri olan The Telegraph-ın internet saytı dünyadakı ən vacib yenilikləri təqdim edir.

http://www.telegraph.co.uk

9. The Guardian

The Guardian, Guardian Media Group-a aid olan İngilis qəzetidir. 1821-ci ildə ilk dəfə qurulan qəzetin adı 1959-cu ilə qədər The Manchester Guardian idi. Qəzet 1964-cü ildən etibarən Londondan işləyir. Qəzetdəki məqalələr adətən siyasi yönümlü olduğu üçün siyasətlə maraqlanan şəxslər üçün İngilis dilini inkişaf etdirmək baxımından əvəzsiz nemət olacaqdır.

Orta və irəli səviyyədəki oxucular üçün keyfiyyətli məqalələr ilə tanış ola biləcəyiniz ən yaxşı xəbər saytlarından biri də “The Guardian”-dır. Guardian, İngilis dilini öyrənən tələbələr üçün siyasətlə yanaşı eyni zamanda, mədəniyyət, iş, həyat tərzi, səyahət və daha çox mövzuda böyük bir məqalə kolleksiyası təqdim edir. Ümumiyyətlə, orta və irəli İngilis dili səviyyəsi tələb edən xəbər məqalələrini bu saytda tapmaq mümkündür. Eyni zamanda, The Guardian-dan uzun oxu, oxuma və dinləmə bacarıqlarını inkişaf etdirmək üçün bəzi maraqlı məzmunlar təqdim edir.

https://www.theguardian.com/international

10. Vice

Vice News, Vice Media-nın internet saytı və YouTube kanalı vasitəsi ilə gündəlik sənədli filmlər və videolar hazırlayıb təqdim edən aktualhadisələr kanalıdır. Özünü xüsusən də “Az bildirilən hekayələr” mövzusunda tanıdan bu sayt 2013-cü ilin Dekabr ayında qurulub və mərkəz ofisi Nyu York şəhərində yerləşir.

VICE News araşdırmacı jurnalistikaya fokslansa da, xəbərləri müxtəlif bucaqlardan qələmə alan ən populyar xəbər kanallarındandır. Vice Video sadəcə xəbər yayımlamır, burada sənədli filmlər və maraq dairənizə görə kateqoriya edilmiş videolar da tapa bilərsiniz.

https://www.vice.com/en/section/news

11. E-News

1 Sentyabr 1991-ci ildə yayımlanan qəzet məşhurların xəbərləri, dedi-qoduları, yaxınlaşan filmlərin və proqramların xülasələri ilə yanaşı bu mövzular haqqında periodik olaraq hissələr təqdim edən, ümumi film sənayesindən də bəhs edən xəbər qəzetidir.

Hər Səviyyə İngilis dili öyrənənlər üçün: Bu, ingilis dilini öyrənən auditoriya üçün xüsusi olaraq hazırlanmış xəbər saytlarından biridir. Bu sayt başlanğıc, orta və irəli səviyyələrdən İngilis dili öyrənənlər üçün həftəlik xəbərlər dərc edir. Məsələn, “Fantastik canavarlar və onları harada tapmaq olar” filminin üç versiyada, səviyyənizə uyğun yazılmış sözlər və cümlə quruluşları ilə yazılmış bir məqalə oxuya bilərsiniz. İngilis dili tələbələri hər bir məqalə üçün açar sözlərin siyahısı ilə tanış olur. Bu məqalələr səs faylları ilə birlikdə verilir və oxu sürəti aşağı səviyyədən başlayaraq irəli səviyyəyə doğru tədricən sürətlənir.

E-News-dan istifadə edərkən öz səviyyənizin xaricinə çıxmaqdan qorxmayın. Bu məqalələri hər üç versiyada oxusanız, o zaman daha çox sinonim ilə tanış ola bilərsiniz. Xəbər kateqoriyasına siyasət, elm, texnologiya, idman, səyahət və mədəniyyət daxildir. Sizi maraqlandıran bir mövzunu tez bir zamanda axtarmaq üçün etiketlərdən də istifadə edə bilərsiniz. Ümumilikdə, bu sayt gözəl dizayn edilmişdir və istifadəçinin dostu.

https://www.eonline.com/news

12. The Times in Plain English

Asan oxunan xəbər məqalələri: “The Times in Plain English” bütün dünyada oxunula biləcək məqalələr yazmaqdadır. Xüsusi olaraq İngilis dili öyrənənlər üçün hazırlanmasa da, dünyadakı oxucular üçün xəbərləri daha asan başa düşülən formada hazırlamağa çalışır. Bu o deməkdir ki, yeni başlayanlar xəbərləri hər iki dəqiqədən bir lüğətə baxmadan oxuya bilərlər.

Bu saytda The New York Times da daxil olmaqla bir çox mətbuatdan və müxbirlərdən olan məqalələr yer alır və ümumi sözlərlə qısa, yığcam cümlələrlə yenidən yazılır. Əhatə olunan mövzular səhiyyə, təhsil, hüquq, immiqrasiya, pul və işdir. Hər məqalənin sonunda orijinal mənbəyə bir keçid var. Bu saytın istifadəsi asandır və xəbər məqalələrinin elektron poçtunuza gəlməsini istəyirsinizsə, o zaman bülletenə abunə ola bilərsiniz.

https://www.thetimesinplainenglish.com/

13. theSkimm

Skimm, 2012-ci ildə Danielle Weisberg və Carly Zakin tərəfindən qurulan və sadəcə abunəlik vasitəsi ilə xəbər bulleteni təqdim edən Amerikan media şirkətidir. Xəbər bulletenindəki xəbərlər sadə və oxunması olduqca asan olur.

İngilis dilində qısa və əyləncəli xəbərlər: theSkimm, yeni günə başlayarkən ən vacib xəbərləri qaçırmayacağınıza söz verən e-bülletendir. Hər səhər e-poçtunuzda günün əsas başlıqları ilə bağlı qısa, lakin mənalı xülasələr və mənalı şərhlər tapa bilərsiniz. Bu bülletenin populyarlığının səbəbi ondadır ki, çox da maraqlı olmayan xəbərləri gülməli və qısa formaya gətirmək bacarığıdır.

Bu bülletenin populyarlığı müəlliflərin bəzən quru xəbərləri gülməli və qısa məqalələrə çevirmək bacarığıdır. Bu platforma sayəsində günün vacib xəbərlərini almaq üçün müxtəlif saytları ziyarət etmək əvəzinə, onları email adresinizdə tapa biləcəksiniz. Belə daha asandır! İngilis dilini öyrənən tələbələr üçün xəbərlərin qısa və real olması daha avantajlıdır. theSkimm üslubunda yumorun xüsusi bir yeri olduğu üçün, Amerika mədəniyyəti haqqında heç bir məlumatı olmayan dil tələbələrinin hər hansı bir zarafatı başa düşməməsi təbiidir.

https://www.theskimm.com/

14. The New York Times

New York Times, Nyu-Yorkda yerləşən və dünya səviyyəsində nüfuzu və oxucu kütləsi olan bir Amerika qəzetidir. 1851-ci ildə qurulan  bu qəzet, digər qəzetlərdən daha çox 130 Pulitzer mükafatı qazandı. Dövriyyəyə görə dünyada 18-ci, ABŞ-da 3-cü yerdədir.

Qısa videolar və İngilis dilində xəbərlər: The New York Times tərəfindən hazırlanan bu video kanalı qısa və aktual xəbər videolarını təqdim edir. Əksər videoların uzunluğu təxminən iki dəqiqədir, buna görə də onları izləmək çox vaxt aparmadığı üçün yorucu olmur. Eyni zamanda bu videolar dinləmə bacarıqlarınızı inkişaf etdirmək üçün idealdır. Bu videolarda video ilə əlaqəli məqalə də yer alır, bu da sizə eyni zamanda həm dinləmə, həm də oxuma məşqləri etməniz üçün fürsət verir.

Bunun üçün əvvəlcə məqaləni oxuyun. Məqaləyə itədiyiniz qədər vaxt ayıra bilərsiniz, ancaq diqqətinizi burada cəmlədiyinizdən əmin olun. Sonra oxuduqlarınıza əsasən məqaləni ümumiləşdirin. Bu xülasəni oxumaq üçün iki dəqiqədən az müddətdə hazırlamağa çalışın. Sonda videoya baxın. Xülasənizi Times Minute videosu ilə müqayisə edin. Bu çalışmanın məqsədi kimin daha yaxşı iş gördüyünü görmək deyil, bir hekayəni yazıdan şifahiyə çevirməyi və əsas məqamları seçməyi öyrənməkdir.

https://www.nytimes.com/

15. Washington Post

The Washington Post, Amerika Birləşmiş Ştatlarının paytaxtı olan Vaşinqtonun ən böyük və ən köhnə qəzetidir. Qəzet 1877-ci ildə Stilson Hutchins tərəfindən qurulmuşdur. Yayım dili İngilis dili olan bu qəzet broadsheet formatında yayımlanmaqdadır. Qəzet Stilson Hutchins tərəfindən 1877-ci ildə qurulmuşdur. Sahibi The Washington Post Company-dir. The Washington Post xüsusən də Watergate skandalı dövründə məşhurlaşmışdır. Siyasi mövzularda daha çox yayımlar hazırlayan qəzetin paytaxtla birlikdə Maryland və Virciniya versiyalarının da gündəlik nəşrləri hazırlanmaqdadır. Eyni zamanda da internet vasitəsi ilə qəzetin rəqəmsal versiyası yayımlanır.

Həftə içi nəşrlərdə ilk səhifədə milli və beynəlxalq xəbərlər, iş dünyası, siyasət və məqalə və fikirlər yer alır. Sonrakı səhifələrdə isə yerli xəbərlər, idman, stil, pop mədəniyyət, siyasət, təsviri sənət və ifaçılıq sənəti, kino, moda və dedi-qodu bölmələri yer alır. Həftə sonu buraxılışında isə Style & Arts, Travel, Comics, TV Week və Washington Post Magazine əlavələri yer alır.

https://www.washingtonpost.com/

16. This American Life

1995-ci ildə qurulan This American Life, Chicago Public Media ilə işbirliyi ilə hazırlanan və İra Glass-ın ev sahibliyi etdiyi Amerikan həftəlik radio proqramıdır. Amerika Birləşmiş Ştatlarında və beynəlxalq miqyasda çox sayda ictimai radiostansiyada yayımlanır və həftəlik pulsuz bir ədəd podcast da təqdim edir.

Füsunkar hekayələr və araşdırmalar: This American Life-da güclü hekayə tərzindən tutmuş araşdırmaçı jurnalistika nümunələrinə qədər hər şeyi tapa bilərsiniz. Bu saytda siz Amerikalıların həyəcan verici və ruhlandırıcı həyatlarını görəcəksiniz.

“This American Life” tərəfindən nəşr olunan hekayələr irəli səviyyədə olan İngilis dilindəki materiallara qulaq asmaq üçün ən yaxşı materiallardan biridir. Bu platforma sayəsində təbii formada danışmaq və bir sıra İngilis vurğularını dinləmək imkanınız olacaq. Veb saytdakı bölmə mətnlərindən istifadə edərək xəbərin nə qədər hissəsini başa düşdüyünüzü də test edə bilərsiniz. Əgər əvvəllər “This American Life” haqqında heç nə eşitməmisinizsə, o zaman sizə 2014 və 2015-ci illərdə böyük diqqət çəkən “Serial”-dan başlamağınızı tövsiyə edirik.

https://www.thisamericanlife.org/

İngiliscə-Azərbaycanca xəbər tərcüməsinə aid nümunə

Aşağıda İngilis dilində olan bir xəbər və onun Azərbaycan dilində olan tərcüməsi verilmişdir:

Migrant crisis: Merkel urges Germans to see ‘opportunity’

German Chancellor Angela Merkel is to use her New Year’s speech to urge Germans to see the influx of refugees as an opportunity for the future. Warning against support for xenophobic groups, she says “it’s important we don’t allow ourselves to be divided”.

Germany has taken in more than a million asylum seekers this year, far more than any other European country. Europe’s response to the migration crisis has been criticized by the outgoing head of the UN refugee agency. Antonio Guterres told the BBC that the EU had been and continued to be “totally unprepared” for the arrival of refugees and “unable to put its act together”.

More than one million refugees and migrants have reached Europe by sea since the start of 2015, according to the UNHCR. About half are from Syria. Germany has been the destination of choice for many of those arriving by sea, and it has also attracted large numbers of migrants from Balkan states.

Xəbərin Azərbaycan dilinə tərcüməsi:

İmmiqrant Böhranı: Merkel Almanları imkanları görməyə təşviq edir

Almaniya Baş naziri Angela Merkel Yeni il nitqində almanları qaçqın axını üçün gələcək imkanları görməyə təşviq etdi. Ksenofob qruplara qarşı xəbərdarlıq edən Merkel, “Bu çox vacibdir, bölünməyimizə icazə verməməliyik” dedi.

Avropa ölkələri arasında daha çox sığınacaq axtaran şəxsləri qəbul Almaniya bu il 1 milyondan çox sığınacaq axtaran şəxs qəbul etdi.

Avropanın miqrasiya böhranına cavabı Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Başçısı tərəfindən tənqid edildi. BBC-yə danışan Antonio Guterres, Avropanın gələn qaçqınlara hazır olmadığını və birlikdə hərəkət etməyin mümkün olmadığını bildirdi.

2015-ci ilin əvvəlindən bu yana 1 milyondan çox qaçqın və miqrant dəniz yolu ilə Avropaya gəlib çatıb. Bunların təxminən yarısı Suriyadan gələnlərdir. Dəniz yolu ilə gələnlərin əksəriyyəti üçün Almaniya təyinat nöqtəsi idi və Balkan ölkələrindən çox sayda immiqrantı cəlb edirdi.

İngilis dilində xəbər oxumağın İngilis dilini öyrənməyə faydası

Aktual və müasir sözlər öyrənmək

İngilis dilində xəbərlər oxumaq və ya qulaq asmaq İngilis dilində aktual dialoqlara qulaq dolğunluğunun olmasını təmin edir. Sadəcə siyasi, iqtisadi və mədəni mövzularla bağlı təməl terminləri öyrənməklə qalmayacaq, eyni zamanda bu kimi mövzuların İngilis dilində dünyada necə danışıldığını da təcrübə edəcəksiniz. Məsələn, tarix boyunca feminizmlə bağlı fərqli başlıqlara yer verilmişdir. 20-ci ilin əvvəllərində səsvermə hüququndan (suffrage) bəhs edilirdisə, artıq cinslər arası maaş fərqi (gender pay gap) daha çox aktualdır. Bu da günümüzdə “gender pay gap” termininin “suffrage” ilə müqayisədə daha çox işinizə yarayacağını göstərir.

Həm qulaq asmaq, həm də oxumaq bacarıqlarını inkişaf etdirir

Xəbərlərə müxtəlif yollarla əldə etmək olar: televiziya yayımı, radio yayımı (və ya podcast), qəzet və ya xəbər saytları. İngilis dilində online və nəşr edilmiş xəbərlər gündəlik həyatla bağlı kontentləri ilə oxuma bacarıqlarını inkişaf etdirmək üçün məqsədəuyğundur. Bu da bilmədiyimiz sözlərin mənalarını mətni oxuyaraq başa düşməyin və yadda saxlamağın asan olacağı mənasına gəlir. Məsələn, gündəlik hava proqnozu hissəsinə baxıb “downpour” sözünü gördükdən sonra çölə çıxıb güclü yağış altında islansanız, bu sözün nə mənaya gəldiyini gələcəkdə mütləq xatırlayacaqsınız.

Eynilə, radio və televiziya xəbərlərini dinləmək də söz öyrənmək üçün əla bir qaynaqdır. Dil öyrənənlər üçün də faydalıdır, çünki gündəlik yayımla müqayisədə xəbər yayımlarında daha aydın nitq ilə danışılır. Bəzi televiziya xəbərləri videolarında subtitrlər var, yəni dinləmə və oxu bacarıqlarınızı eyni zamanda inkişaf etdirə bilərsiniz.

Pulsuz mənbələrin çox olması mənbə axtarma müddətini qısaldır

Bir çox xəbər mənbələri daha çox oxucuya xitab edə bilmək üçün internet vasitəsi ilə də yayım edirlər. Bəzi mənbələr Premium və ya limitsiz kontent əldə etmək üçün abunəlik haqqı tələb etsə də, saysız-hesabsız digər xəbərləri onlayn olaraq pulsuz oxuya və ya e-mailin ilə abunə ola bilərsiniz. Bəzi kateqoriyalar sizin üçün bağlı olsa da, Vice, BuzzFeed News və Fast Company kimi tamamilə pulsuz platformalar da vardır. Bununla birlikdə, bir çox populyar xəbər jurnalları üçün endirimlər də tapa bilərsiniz. Bəzi jurnallarda 70%-ə qədər olan endirimdən faydalana bilərsiniz.

İngilis dilində xəbərlərin xarici dil təcrübəsinə təsiri

Oxuma metodu olaraq xarici xəbərləri seçməyinizin İngilis dilinizə bir çox faydası olacaqdır. Qulaq asma və oxuma bacarıqlarınızı aktiv olaraq istifadə edəcək səviyyənizi inkişaf etdirə bilərsiniz. Məsələn, xəbər videosunu izləyərkən başa düşmə qabiliyyətinizi və İngilis dilində tələffüzünüzü inkişaf etdirəcəksiniz. Köhnə biliklərinizi unutmadan əskik tərəflərinizi də ayırd edə bilmə şansınız olacaqdır. Məsələn, internet saytı vasitəsi ilə mətnləri oxuyarkən qrammatik əskiklərinizi və qrammatik qaydaların harada, necə istifadə edildiyini də görə bilərsiniz.

Nəşr olunmuş xəbərlər isə olduqca əyləncəli ola bilər. Çünki üzərində istədiyiniz qaralamaları edərək bilmədiyiniz sözləri görə bilər, mətn içərisində mənalarını çıxarmağı yoxlaya bilərsiniz. Bundan əlavə, əksər mənbələr rəsmi dildən istifadə etdiyi üçün “Formal English” mövzusunda da irəliləyəcəksiniz.

Qısacası, xarici dil səviyyəniz hansı səviyyədə olursa olsun, öz İngilis dili səviyyənizə uyğun mətnlər  tapa bilərsiniz.

İngilis dilində təcrübə qazanmaq üçün xəbər oxumaq

İngilis dilində xəbərlər vasitəsi ilə dil öyrənmək, hər səviyyədən olan dil tələbəsi üçün çox sayda qaynaq olması səbəbi ilə asan və həyəcanverici ola bilər. Oxumaq, dinləmək və ya danışıq bacarıqlarından hansına üstünlük verməyinizin heç bir fərqi yoxdur, bu qaynaqlar İngilis dilinizi axıcı formaya gətirməyinizə kömək edəcəkdir.

Nəyə görə xəbərlər?

Bu qədər çox metod içərisində nəyə görə xəbərləri seçməliyik? Çünki xəbərlərin davamlılığı daha asandır. Dünyada olan, bitən hər şeyi onsuzda bu və ya digər formada izləyirsiniz. Yəni həyatınıza çox da yeni vərdişlər gətirməyəcəksiniz. Hər zaman olduğu kimi yenə də sadəcə xəbərlərə göz atacaqsınız. Beləliklə, bu metodu yerinə yetirməyiniz daha asan olacaqdır. Tək fərqi isə istifadə edilən İngilis dilindədir. “Yoxladım, olmur!” kimi bir ehtimal yoxdur.

Maraq dairənizə yönələbilmə fürsətiniz var:

İngilis dilində öyrənməyi zövq aldığınız bir vəziyyətə gətirməyinizə nə səbəb ola bilər ki? Xarici xəbərləri incələyərkən marağınıza səbəb olan, sevdiyiniz mövzulara fokslanma şansınız var. Məsələn, idman sevərlər idman xəbərlərini, siyasət və iqtisadiyyat ilə maraqlananlar da hobbilərinə uyğun olan mövzuları izləyə bilərlər. Üstəlik bunun sayəsində də maraqlandığınız sahələrlə bağlı yeni məlumatlar və söz ehtiyatı da qazanmış olacaqsınız.

Aktiv istifadə imkanı: ‘İngilis dilində təcrübə qazanacağım heç kim yoxdur, istifadə etmədiyim üçün unuduram” deməməyiniz üçün sizə çox asan bir metod təklif edirik. Gündəlik olaraq İngilis dilindəki xəbərləri izləyərək dilinizi aktiv formada istifadə edə bilərsiniz.

 

İngilizce Kelime Ezberlemek Artık Çok Kolay

Uygulamayı Ücretsiz İndir; Her gün yeni kelimeler telefonuna gelsin
Örnek cümle ve anlamlarını öğren
Hatırlatmalarla pratik yap, kalıcı öğren, unutma
Offline modu ile Internete ihtiyacın olmadan kelime öğren
İngilizce Kelime Öğrenmeye Başla

Recent Content

×
wordly-logo
Wordly İngilizce Öğrenme ve Kelime Ezberleme Uygulaması
Uygulamayı Ücretsiz İndir
Her gün yeni kelimeler telefonuna gelsin
Uygulamayı İndir