İngilis dilində yemək reseptləri - Wordly

İngilis dilində yemək reseptləri


İngilis dilində yemək reseptləri və sözlər

İngilis dili hər sahədə olduğu kimi mətbəxdə də qarşılaşa biləcəyimiz bir dildir. Necə? Buna misal olaraq İngilis dilindəki yemək reseptlərini göstərə bilərik. Yeməyi olduğu kimi hazırlayıb bişirməyi əksəriyyətimiz sevirik. Stressini və yorğunluğunu atmaq üçün bişirənlərdən tutmuş bütün ailəyə qonaqlıq verənlər belə var. Axşamlar işdən sonra özünə gözəl sürprizlər hazırlayanlar da var. Odur ki, İngilis dilində yemək reseptləri ilə sıx-sıx qarşılaşırıq. Dünya mətbəxindən yenilikləri yoxlamaq istədiyiniz zaman qarşınıza çıxan sözlər ac qalmağınıza səbəb olmasın. Bu səbəbdən də yemək reseptlərində istifadə edilən ən populyar öyrənməyə nə deyirsiniz?

Bu mövzumuzda siz aşağıdakı başlıqlar ilə tanış olacaqsınız:

  • İngilis dilində yemək hazırlama zamanı istifadə edilən feillər
  • İngilis dilində yemək reseptlərində istifadə edilən sözlərin izahı
  • İngilis dilində limonlu keks resepti
  • İngilis dilində limonlu keksin hazırlanması
  • İngilis dilində buğda salatı resepti
  • İngilis dilində buğda salatının hazırlanması
  • İngilis dilində mərci şorbası resepti
  • İngilis dilində küftə (kotlet) resepti
  • İngilis dilin çoban salatı resepti

İngilis dilində yemək hazırlama zamanı istifadə edilən feillər

Uzun müddətdir maraqlandığınız xarici yeməyin reseptini tapdınız, aldınız əlinizə və orada “carve”, “deep fry”, “beat” və s. kimi sözlərmi var? Əgər reseptdən bu sözlər səbəbi ilə heç nə başa düşmürsünüzsə, o zaman bu yazımız məhz sizin üçündür. Bu sözləri öyrəndiyiniz zaman İngilis dilində olan reseptlər sizin üçün uşaq oyuncağı olacaq və hər kəs sizdən bu yeməyi necə hazırladığınızı soruşacaq. Yeməyin hazırlanma prosesində reseptdə onu əlavə et, bunu qarışdır, qaynat, doğra kimi bir çox feil görəcəksiniz. Bu feillərin İngilis dilindəki yazılışları və Azərbaycan dilindəki mənaları bu formadadır.

  • Add: əlavə etmək
  • Apply: tətbiq etmək
  • Bake: sobada bişirmək
  • Barbecue: manqalda bişirmək
  • Beat: çırpmaq
  • Blend: Qarışdırmaq
  • Boil: Qaynatmaq
  • Broil: Yağsız bişirmək
  • Carve: Kəsib doğramaq
  • Chop: Doğramaq
  • Combine: Birləşdirmək
  • Cook: Bişirmək
  • Cover: Örtmək
  • Cut: Kəsmək
  • Dab: Qurulamaq
  • Deep fry: Qızğın yağda qızartmaq
  • Defrost: Buzunu əritmək
  • Divide: Bölmək, ayırmaq
  • Drain: Süzmək, boşaltmaq
  • Dry: Qurutmaq
  • Fill: Doldurmaq
  • Flip: Digər tərəfinə çevirmək
  • Freeze: Dondurmaq
  • Fry: Qızartmaq
  • Grate: Rəndələmək
  • Grease: Yağlamaq
  • Grill: Qril etmək
  • Heat: İsitmək
  • Knead: Yoğurmaq
  • Mash: Əzmək, püre halına gətirmək
  • Measure: Ölçmək
  • Melt: Ərimək, əritmək
  • Microwave: Mikrodalğada bişirmək
  • Mince: Doğramaq
  • Mix: Qarışdırmaq
  • Peel: Soymaq
  • Pour: Tökmək
  • Press: Basdırmaq
  • Put: Qoymaq
  • Reduce: Azaltmaq
  • Refrigerate: Soyutmaq
  • Remove: Çıxarmaq
  • Rinse: Durulamaq
  • Roast: Qızartmaq (soba)
  • Saute: Soteləmək
  • Scramble: Qarışdırmaq
  • Serve: Servis etmək
  • Shred: Kiçik hissələrə ayırmaq, doğramaq
  • Sift: Ələmək
  • Simmer: Qaynatmaq
  • Slice: Dilimləmək
  • Spread: Yaymaq
  • Sprinkle: Sərpmək
  • Steam: Buxarda bişirmək
  • Stir: Qarışdırmaq
  • Squeeze: Sıxmaq, suyunu çıxarmaq
  • Turn out: Tərs üzünə çevirmək
  • Wrap up: Dürümləmək
  • Grate: Rəndələmək
  • Steam: Buğda bişirmək
  • Add sth to sth: bir şeyə başqa bir şey əlavə etmək

İngilis dilində yemək reseptlərində istifadə edilən sözlərin izahı

İngilis dilində feillərdən sonra nə olduğunu bilmədiyimiz başqa sözlərlə də qarşılaşa bilirik. Bu sözlər adətən istifadə edilən ərzaqların miqdarını ifadə edən sözlərdir. Bu sözlərin siyahısı ilə aşağıdakı siyahıda verilmişdir:

  • Bunch: Salxım
  • Clove: Diş
  • Cook time: Bişirmə müddəti
  • Cup: Fincan
  • Fresh: Təzə
  • Jar: Banka
  • Meal: Yemək
  • Medium size: Orta ölçü
  • Julienne: Jülyen
  • Package: Paket
  • Fresh: Təzə
  • Off: xarab
  • Rotten: çürük
  • Stale: bayat
  • Juicy: sulu
  • Ripe: yetişmiş
  • Unripe: yetişməmiş
  • Tender: sərt olmayan
  • Tough: sərt
  • Over-done: çox bişmiş
  • Over-cooked: çox bişmiş
  • Under-done: bişməmiş
  • Pound: Kilo
  • Prep time: Hazırlanma müddəti
  • Recipe: Resept
  • Tablespoons: Yemək qaşığı
  • Teaspoons: Çay qaşığı
  • Ingredients: Ərzaqlar
  • Yield: Servis (say bildirir)

Yemək reseptləri ilə bağlı bu sözlərin necə istifadə edildiyi ilə maraqlanırsınızsa, o zaman İngilis dilində yemək hazırlamaq üçün istifadə edə biləcəyiniz reseptlərə aşağıda nəzər sala bilərsiniz.

İngilis dilində limonlu keks resepti

Ingredients – içindəkilər

  • 230 gr unsalted butter, at room temperature -Otaq temperaturunda olan 230 qr duzsuz kərə yağı
  • 2.5 cups granulated sugar -2.5 fincan şəkər tozu
  • 4 extra-large eggs, at room temperature -Otaq temperaturunda 4 böyük yumurta
  • 1/3 cup grated lemon zest (6 to 8 large lemons) -1/3 fincan rəndələnmiş limon (6 – 8 böyük limon)
  • 3 cups flour -3 stəkan un
  • 1/2 teaspoon baking powder -1/2 çay qaşığı qabartma tozu
  • 1/2 teaspoon baking soda -1/2 çay qaşığı karbonat (soda)
  • 1 teaspoon salt -1 çay qaşığı duz
  • 3/4 cup freshly squeezed lemon juice -3/4 fincan təzə sıxılmış limon suyu
  • 3/4 cup buttermilk, at room temperature -Otaq temperaturunda 3/4 fincan ayran
  • 1 teaspoon pure vanilla extract -1 çay qaşığı saf vanil ekstraktı

For the glaze

  • 2 cups confectioners’ sugar, sifted -2 su stəkanı ələnmiş pudra şəkəri
  • 3.5 tablespoons freshly squeezed lemon juice -3.5 yemək qaşığı təzə sıxılmış limon suyu

İngilis dilində limonlu keksin hazırlanması

  • Preparation: 30 min – hazırlanması 30 dəqiqə
  • Cook: 1 hr – bişməsi 1 saat

1. Preheat the oven to 180 degrees C. Grease and flour loaf pans. You may also line the bottom with parchment paper, if desired.

Sobanı 350 dərəcə qızdırın. Qabları yağlayın və unlayın. İstədiyiniz təqdirdə perqament kağızından da istifadə edə bilərsiniz.

2. Cream the butter and 2 cups granulated sugar in the bowl of an electric mixer fitted with the paddle attachment, until light and fluffy, about 5 minutes. With the mixer on medium speed, add the eggs, 1 at a time, and the lemon zest.

Kərə yağı və 2 fincan toz şəkəri xəfif qabarana qədər təxminən 5 dəqiqə qarışdıraraq krem halına gətirin. Mikser orta sürətdə ikən yumurtaları bir-bir və sonra da limon qabığı rəndəsini əlavə edin.

3. Sift together the flour, baking powder, baking soda, and salt in a bowl. In another bowl, combine 1/4 cup lemon juice, the buttermilk, and vanilla. Add the flour and buttermilk mixtures alternately to the batter, beginning and ending with the flour. Divide the batter evenly between the pans, smooth the tops, and bake for 45 minutes to 1 hour, until a cake tester comes out clean.

Un, qabartma tozu, çay sodası və duzu bir kasada qarışdırın. Başqa bir qabda 0.25 su stəkanı limon suyu, ayran və vanili qarışdırın. Un və ayran qarışımlarını ayran ilə başlayıb un ilə bitəcək formada növbəli olaraq xəmirin üzərinə tökün. Xəmiri tavalar arasında bərabər formada bölün, üst hissələrini düzləşdirin və 45 dəqiqə ilə 1 saat arasında bişirin.

Sonrakı mərhələlər:

4. Combine 1/2 cup granulated sugar with 1/2 cup lemon juice in a small saucepan and cook over low heat until the sugar dissolves. When the cakes are done, allow to cool for 10 minutes. Remove the cakes from the pans and set them on a rack set over a tray or sheet pan; spoon the lemon syrup over them. Allow the cakes to cool completely.

Kiçik bir qazanda yarım su stəkanı toz şəkəri yarım su stəkanı limon suyu ilə qarışdırın və şəkər əriyənə qədər az atəşdə bişirin. Kekslər bişdikdən sonra 10 dəqiqə soyumasını gözləyin. Keksləri tavalardan çıxarın və bir sini üzərinə qoyun. Üzərinə qaşıqla limon siropunu tökün. Kekslərin tamamən soyumasını gözləyin.

5. For the glaze, combine the confectioners’ sugar and the lemon juice in a bowl, mixing with a wire whisk until smooth. Pour over the tops of the cakes and allow the glaze to drizzle down the sides.

Üzəri üçün pudra şəkəri və limon suyunu bir qabda qarışdırın və hamar olana qədər çırpma teli ilə qarışdırın. Kekslərin üst hissələrinə tökün.

İngilis dilində buğda salatı resepti

  • 0.5 cups whole wheat berries -0,5 fincan buğda dənələri
  • 1 paket (230 gr) package cream cheese, softened -1 paket (230 qr) paket krem pendir, yumşaldılmış
  • 1 can (430 gr) crushed pineapple in juice -1 ədəd (430 qr) əzilmiş ananas suyu
  • 2 tablespoons lemon juice -2 xörək qaşığı limon suyu
  • 1 package (100 gr) instant vanilla pudding mix -1 paket (100 qr) ani vanil puding qarışığı
  • 1 tub (230 gr) frozen whipped topping -230 qr dondurulmuş toppinqin əridilmiş forması

İngilis dilində buğda salatının hazırlanması

Step 1: Soak wheat berries in a bowl of water for at least 5 hours or overnight. Drain and place in a slow cooker with enough water to cover by one inch. Cover, and cook on Low setting for 5 to 6 hours, until tender. When tender, drain, and rinse under cold water to chill.

Buğdaları ən az 5 saat və ya bir gecə boyunca bir kasa suda saxlayın. Bir qazana boşaldın və üzərini örtəcək qədər su əlavə edin. Yumşalana qədər az atəşdə 5-6 saat bişirin. Bişdikdən sonra süzün və soyuq su ilə durulayın.

Step 2: In a large bowl, stir together the cream cheese, pineapple and lemon juice. Stir in the dry pudding mix until smooth. Stir in the wheat berries until evenly coated -Büyük bir qabda krem pendir, ananas və limon suyunu qarışdırın. Hamar olana qədər quru qarışımı qarışdırın. Buğda dənələrini bərabər formada qarışdırın.

İngilis dilində mərci şorbası resepti

  • 2l vegetable or ham stock -2 litr tərəvəz və ya vetçina suyu
  • 150g red lentils -150 qr qırmızı mərcimək
  • 6 carrots, finely chopped -6 incə doğranmış yerkökü
  • 2 medium potatoes, sliced -2 orta ölçüdə dilimlənmiş kartof

İngilis dilində mərci şorbasının hazırlanması

STEP 1: Heat the stock in a large pan and add the lentils. Bring to the boil and allow the lentils to soften for a few minutes –Suyu geniş bir tavada isidin və mərciməkləri əlavə edin. Qaynadın və bir neçə dəqiqə mərciməklərin yumuşalmasına icazə verin.

STEP 2: Add the carrots and leeks and season. Bring to the boil, then reduce the heat, cover and simmer for 45-60 mins until the lentils have broken down –Kök və kartofu əlavə edin. Qaynadın və atəşi azaldın. Üzərini bağladıqdan sonra 45-60 dəqiqə mərci qırılıb, bir-birindən ayrılana qədər bişirin.

İngilis dilində küftə (kotlet) resepti

  • 2 slices slightly stale whole wheat bread -2 dilim bayat buğda çörəyi
  • 450 gr lean ground lamb -450 qr yağsız quzu əti qiyməsi
  • 1 egg -1 yumurta
  • 2 tablespoons chopped fresh parsley -2 xörək qaşığı doğranmış təzə cəfəri
  • 2 cloves garlic -2 diş sarımsaq
  • 1 teaspoon cumin -1 çay qaşığı kimyon
  • 1 teaspoon dried mint -1 çay qaşığı qurudulmuş nanə
  • 0.5 teaspoon ground allspice -0,5 çay qaşığı üyüdülmüş bibər
  • 0.5 teaspoon salt -0,5 çay qaşığı duz
  • 0.5 teaspoon ground black pepper -0,5 çay qaşığı üyüdülmüş qara bibər
  • 1 tablespoon olive oil -1 xörək qaşığı zeytun yağı

İngilis dilində küftənin hazırlanması

Step 1: Tear up bread slices into the bowl of a food processor; process into fine crumbs. Add ground lamb and egg; process until blended. Add parsley, garlic, cumin, mint, allspice, salt, and pepper –Çörək dilimlərini incə qırıntılar formasına gətirin. Quzu əti və yumurtanı əlavə edərək qarışana qədər qarışdırın. Cəfəri, sarımsaq, kimyon, nanə, istiot, duz və istiot əlavə edin.

Step 2: Roll lamb mixture into small meatballs -Quzu qarışığını kiçik küftələr formasına gətirin.

Step 3: Heat olive oil in a large skillet over medium heat. Cook meatballs in batches, turning occasionally, until browned on all sides, 4 to 5 minutes per batch. Transfer to a paper towel-lined plate using a slotted spoon. -Zeytun yağını orta atəşdə böyük bir tavada qızdırın. Küftələri qruplar formasında, ara-sıra çevirərək hər tərəfi qızarana qədər 4-5 dəqiqə bişirin. Deşikli qaşıqdan istifadə edərək içərisində salfetka qoyulmuş qaba əlavə edin.

İngilis dilin çoban salatı resepti

  • 3 tomatoes, chopped -doğranmış 3 pomidor
  • 2 cucumbers, chopped -doğranmış 2 xiyar
  • 1 bunch parsley, leaves picked -1 dəstə cəfəri, yarpaqları seçilmiş
  • 0.5 small red onion, chopped -0,5 kiçik qırmızı soğan, doğranmış
  • 2 tablespoons lemon juice -2 xörək qaşığı limon suyu
  • 4 tablespoons olive oil -4 xörək qaşığı zeytun yağı
  • Salt and ground black pepper -duz və üyüdülmüş qara bibər
  • 230 gr Greek cheese, diced -230 qr doğranmış Yunan pendiri

İngilis dilində çoban salatının hazırlanması

Toss together all ingredients except feta cheese in a large bowl. Let sit at room temperature for 1 hour to allow flavors to develop. Toss in the feta cheese just before serving and taste for seasoning and adjust seasoning, if necessary -Böyük bir qabda pendir istisna olmaqla bütün inqridientləri qarışdırın. Dadların bir-birinə qarışması üçün otaq temperaturunda 1 saat saxlayın. Servis etməzdən əvvəl pendirin əlavə edin və lazım gələrsə, ədviyyəni tənzimləyin.

Əgər İngilis dilindəki söz ehtiyatınızın yetərli olmadığını düşünürsünüzsə və inkişaf etdirmək kimi bir niyyətiniz varsa, o zaman Wordly sizin üçün əvəzolunmaz proqramlar təklif edir. İngilis dilindəki dil səviyyənizi seçirsiniz və geri qalan hər şeyi Wordly həll edir. Wordly, səsli funksiyası vasitəsilə sizə hər gün səviyyənizə uyğun olan yeni sözləri öyrənməyiniz üçün xatırlatmalar edir. Bununla yanaşı offline rejimdə işləmə özəlliyi ilə internetinizin olmadığı situasiyalarda belə belə tədrisiniz üçün əlindən gələni əsirgəmir. Odur ki, Wordly ilə tanış olmağa tələsin! 🙂

İngilizce Kelime Ezberlemek Artık Çok Kolay

Uygulamayı Ücretsiz İndir; Her gün yeni kelimeler telefonuna gelsin
Örnek cümle ve anlamlarını öğren
Hatırlatmalarla pratik yap, kalıcı öğren, unutma
Offline modu ile Internete ihtiyacın olmadan kelime öğren
İngilizce Kelime Öğrenmeye Başla

Recent Content

×
wordly-logo
Wordly İngilizce Öğrenme ve Kelime Ezberleme Uygulaması
Uygulamayı Ücretsiz İndir
Her gün yeni kelimeler telefonuna gelsin
Uygulamayı İndir
×
wordly-logo
تطبيق Wordly لتعلم اللغة الإنجليزية وحفظ المفردات الإنجليزية
تحميل التطبيق مجانا
احصل على كلمات جديدة على هاتفك كل يوم
Uygulamayı İndir
×
wordly-logo
WORDLY ingilis dili öyrənmə və söz əzbərləmə proqramı
Tətbiqi ödənişsiz yüklə
Hər gün yeni sözlər telefonuna gəlsin
Uygulamayı İndir