İngilis dilində Possessive Pronouns - yiyəlik əvəzlikləri mövzu izahı - Wordly Danışır ...

İngilis dilində Possessive Pronouns – yiyəlik əvəzlikləri mövzu izahı


İngilis dilində yiyəlik əvəzlikləri

Bu mövzuda sizlərə İngilis dilində ən çox qarışdırılan mövzulardan biri olan əvəzlik və onun növləri ilə bağlı bir sıra dəyərli məlumatlar verəcəyik. Bu mövzumuzda siz aşağıdakı başlıqlar ilə tanış olacaqsınız:

  • Pronouns nədir? şəxs əvəzlikləri və pronouns arasındakı əlaqə necədir?
  • Subject Pronouns – şəxs əvəzlikləri
  • Object Pronouns – obyekt əvəzlikləri
  • Possessive Adjectives – yiyəlik sifətləri
  • Possessive Pronouns – yiyəlik əvəzlikləri
  • Possessive Pronouns – İngilis dilində yiyəlik əvəzliyi nədir?
  • İngilis dilində yiyəlik əvəzlikləri – Possessive Pronouns ilə nümunə cümlələr

Pronouns nədir? Şəxs əvəzlikləri və Pronouns arasındakı əlaqə necədir?

İsmin yerinə keçə bilən və onun yerinə istifadə edilən sözlərə “pronoun”, yəni əvəzlik deyilir. Əvəzliklər, istifadə yerlərinə və formaları baxımından olduqca önəmli yerə sahibdirlər və bir neçə fərqli növləri mövcuddur. Bu növlərə görə istifadə məqsədi də fərqlilik göstərir.

İngilis dilində Pronouns, yəni əvəzlikliklərin 4 müxtəlif növü mövcuddur. Bunlar subject subject pronouns – şəxs əvəzlikləri, object pronouns – obyekt əvəzlikləri, possessive adjectives – yiyəlik sifətləri və possessive pronouns – yiyəlik əvəzlikləri olaraq adlandırılırlar.

Subject PronounsObject PronounsPossessive AdjectivePossessive Pronouns
i – mənme – mənimy – mənimmine – mənimki
you – sənyou – səniyour – səninyours – səninki
he – ohim – onuhis – onunhis – onunku
she – oher – onuher – onunhers – onunku
it – oit – onuits – onunits – onunku
we – bizus – biziour – bizimours – bizimki
you – sizyou – siziyour – sizinyours – sizinki
they – onlarthem – onlarıtheir – onlarıntheirs – onlarınkı

Subject Pronouns – şəxs əvəzlikləri: özəl isimlərin yerinə istifadə edilən sözlər olaraq bilinirlər.

Object Pronouns – obyekt əvəzlikləri : cümlədə obyekt olaraq istifadə edilən və obyekt vəziyyətindəki isimlərin yerinə istifadə edilə bilən əvəzliklərdir.

Possessive Adjectives – yiyəlik sifətləri : yiyəlik sifətlərindən sonra mütləq şəkildə isim gəlməlidir.

Possessive Pronouns – yiyəlik əvəzlikləri: yiyəlik sifətləri ilə demək olar ki, eyni mənada istifadə edilirlər. Ancaq ikisi arasındakı ən əsas fərq yiyəlik əvəzliklərindən sonra ismin gəlməməsidir.

Subject Pronouns – Şəxs Əvəzlikləri

Subject pronouns, yəni şəxs əvəzlikləri cümlədə mübtəda rolunda istifadə edilən əvəzliklərdir. İngilis dilində şəxs əvəzlikləri təkdə və cəmdə ola bilirlər, qadın və kişi cinslərinə görə ayrılırlar. Əgər subyektin cinsini biliriksə, o zaman he, she əvəzliklərindən biri, əgər subyektin cinsini bilmiriksə, o zaman it istifadə edilir. It eyni zamanda heyvanlar, hava proqnozu və s. üçün nəzərdə tutulur. Bu əvəzliklər aşağıdakı kimidir:

  • I – mən
  • You – sən
  • He – o (kişi cinsi)
  • She – o (qadın cinsi)
  • It – o (cansızlar və heyvanlar)
  • We – Biz
  • You – Siz
  • They – Onlar

Cümlə quruluşu Subject pronoun + Verb şəklindədir.

I – mən cümlədə hər zaman böyük hərflə yazılır:

  • I am an engineer – mən mühəndisəm.
  • What can I do for you? – mən sənin üçün nə edə bilərəm?

I əvəzliyi başqa isimlərlə istifadə edildiyi zaman, əvvəlcə həmin əvəzlik, sonda isə I deyilir.

  • My friends and I study hard. – Mənim dostum və mən çox oxuyuruq.
  • “I and my friends study hard” ifadəsi səhvdir.

You – sən, siz, həm tək, həm də cəm isimlər üçün istifadə edilir.

  • Welcome, John. You are late. – Xoş gəldin, John. Sən gecikdin.
  • Welcome, John and Jill. You are late. – John və Jill, xoş gəldiniz. Gecikdiniz.

He – o, kişi cinsi üçün, she – o, qadın cinsi üçün, it – o, cansızlar və heyvanlar üçün istifadə edilir. Cinsi məlum olan ev heyvanları üçün də shehe istifadə edilə bilər.

  • She lost weight by cutting out junk food – o, zərərli qidaları kəsərək arıqladı.
  • He enjoys going to the gym early each morning – o, hər səhər erkəndən idmana getməkdən zövq alır.

It eyni zamanda hava, istilik və s. üçün də istifadə edilir.

  • It is rainy – Hava yağışlıdır.
  • It’s cold – Hava soyuqdur.
  • It is late – Gecdir.
  • It’s 3 o’clock – Saat 3-dür.
  • It’s Sunday – bu gün bazar günüdür.

Aşağıdakı nümunələrdə şəxs əvəzliklərinin istifadə qaydasını incələyə bilərsiniz:

  • John is a good student. He is my school friend. – (John = He) – John yaxşı tələbədir. O mənim məktəb dostumdur.
  • My sister likes milk a lot. She is just 5 years old. – (My sister = She) – Bacım südü çox sevir. O, 5 yaşındadır.
  • John and my sister are students. They are good friends. (John and my sister = they) – John və bacım tələbədirlər. Onlar yaxşı dostdurlar.
  • An elephant is a heavy animal. It lives in Africa. – (An elephant = it) – Fil ağır heyvandır. O Afrikada yaşyır.
  • Penguins live in Antarctica. They are funny animals. – (Penguins = they) – Pinqvinlər Antartikada yaşayır. Onlar gülməli heyvanlardır.
  • You and Jill are a good couple. You like each other a lot. – (You and Jane = You) – sən və Jill yaxşı cütlüksünüz. Siz bir-birinizi çox sevirsiniz.
  • My friends and I study hard. We are hardworking. – (My friends and I = we) – dostlarım və mən çox çalışırıq.

Şəxs əvəzliklərinin işləndiyi cümlə nümunələri:

  • I wanted to go to the party. He wanted to stay at home. – Mən əyləncəyə getmək istədim. O evdə qalmaq istədi.
  • The puppies are cute, but sometimes they act crazy. – Küçüklər çox sevimlidir, amma bəzən dəli kimi davranırlar.
  • You can go to the game, as long as you finish the dishes. – yeməyini bitirdiyin zaman oyuna gedə bilərsən.
  • It just isn’t possible – Bu mümkün deyil.
  • I love that dress! – Mən o donu sevirəm.
  • We left early to avoid traffic. – Biz tıxacdan qaçmaq üçün erkən tərk etdik.
  • He is the fastest runner on the team. -O, komandadakı ən sürətli atletdir.
  • We are finished with those examples. -Bu nümunələrlə işimiz bitdi.
  • Will they be leaving for Spain this summer? – Onlar bu yay İspaniyaya gedəcəklərmi?
  • She and Janette went to the party last night – O və Janette dünən gecə əyləncəyə getdilər.

Object Pronouns – Obyekt Əvəzlikləri

Obyekt əvəzliklərinə “Object pronoun” və ya “objective pronoun” deyilir. İngilis dilində obyekt əvəzliklərinə aşağıdakılar daxildir:

  • me – mənə,
  • you – sənə, səni,
  • him – ona (kişi),
  • her – ona (qadın),
  • it – ona (cansız),
  • us – bizə,
  • them – onlara

Bu əvəzliklərin cümlədəki funksiyası xəbərin obyektini bildirməkdir. Cümlədə feildən sonra gəlirlər.

Subject pronoun + Verb + Object pronoun

He begged her to live with him – O (kişi), ona (qadın) özü ilə birlikdə yaşaması üçün yalvardı. Burada “her” “begged” feilinin obyektidir, “him” isə “with” söz önünün obyektidir.

She told them the truth – o, onlara doğrunu dedi. Burada “them” “told” feilinin obyektidir.

Obyekt əvəzlikləri obyektin nə olduğunu bildiyimiz zamanlarda obyekt bildirən ismin və ya əvəzliyin yerinə işlənə bilir:

She’s my friend. I really enjoy being with her – o mənim dostumdur. Mən onunla olmaqdan zövq alıram. Burada “her”, “she” şəxs əvəzliyinin yerinə işlənib.

I like this film. I saw it last week – mən bu filmi xoşlayıram. Mən onu keçən həftə gördüm (izlədim). Burada isə “it” “film” ismini izah edir.

Qeyd: Əgər hər hansı bir şey haqqında daha öncə danışılmayıbsa, o zaman əvvəlcə adından istifadə edilir. Bir dəfə adından istifadə etdikdən sonra, ikinci dəfə haqqında danışmaq üçün “it” işlənə bilər:

I can’t find the umbrella. Where did you put it? – Çətiri tapa bilmirəm. Onu hara qoydun?

Object Pronouns ilə bağlı cümlə nümunələri:

  • He is David – O, Daviddir.
  • She is a secretary – O katibdir.
  • You come late – Siz gecikdiniz.
  • We are students – Biz tələbəyik.
  • I am a teacher – mən müəlliməm.
  • You are learner – Sən öyrənənsən.
  • I live in Paris – mən Parisdə yaşayıram.
  • She lives with her family – O, ailəsi ilə yaşayır.
  • They must be doctors – Onlar həkim olmalıdırlar.
  • They live near here – Onlar buraya yaxın yaşayırlar.
  • You must be here at 9 – siz saat 9-da burada olmalısınız.
  • We attend the university – Biz universitetə davam edirik.
  • He is a computer engineer – O, kompyuter mühəndisidir.
  • He’s talking to her about it – o, bu barədə onunla danışır.
  • Do you really hate her?- Siz həqiqətən ona nifrət edirsiniz?
  • You speak english fluently – Sən İngilis dilini axıcı danışırsan.
  • She loves sitting next to him. – O, onun yanında oturmağı sevir.
  • She always writes e-mails to us – o, həmişə bizə elektron məktublar yazır.
  • I like you but you don’t like me – mən səni sevirəm, amma sən məni sevmirsən.

Possessive Adjectives – yiyəlik sifətləri

Possessive adjective isimdən və ya əvəzlikdən əvvəl gəlir, onu təyin edir və obyektin kimə aid olduğunu bildirir: Possessive Adjective + Noun

Yiyəlik sifətləri aşağıdakılardır:

  • my – mənim
  • your – sənin
  • his – onun (kişi)
  • her – onun (qadın)
  • its – onun (cansız)
  • our – bizim
  • their  – onların
  • whose – kimin

Possessive adjectives hər zaman isimdən əvvəl işlənir. Yəni sağ tərəflərində mütləq şəkildə isim olmalıdır. Əks halda cümlə içərisində yiyəlik bildirən obyektin nə olduğu başa düşülməyəcəkdir:

This is my apple – bu mənim almamdır. Nümunədən də göründüyü kimi bu cümlədə yiyəlik bildirən söz “apple”-alma sözüdür.

  • My car is very old – mənim maşınım çox təzədir.
  • Her boyfriend is very friendly – onun sevgilisi çox dostcanlıdır.
  • Our dog is black – bizim itimiz qaradır.
  • Their homework is on the table – onun ev tapşırıqları masanın üzərindədir.

Bir çox digər dillərdə olduğu kimi əgər isim cəmdədirsə, o zaman Possessive Adjective -s şəkilçisi qəbul etmir.

  • Our cars are expensive – bizim maşınlarımız bahalıdır. (düz)
  • Ours cars are expensive. (səhv)

Possessive Adjectives aşağıdakı hallarda istifadə edilir:

Nəyinsə kiməsə aid olduğunu göstərmək üçün:

  • That’s our house – o bizim evimizdir.
  • My car is very old – mənim maşınım çox köhnədir.

Münasibətləri bildirmək üçün:

  • My mother is a doctor – mənim anam həkimdir.
  • How old is your sister?- sənin bacının neçə yaşı var?

Bədən üzvləri üçün:

  • He’s broken his arm – o, qolunu qırdı.
  • She’s washing her hair – o, saçını yuyur.
  • I need to clean my teeth – dişlərimi təmizləməyə ehtiyacım var.

Nümunə cümlələr:

  • This is a book – Bu bir kitabdır.
  • This is my book – Bu mənim kitabımdır. (bu cümlədəki “my” yiyəlik sifətidir)
  • My father is a doctor – mənim atam həkimdir.
  • Your teacher is in Paris – sənin müəllimin Parisdədir.
  • Her sister is at home – onun bacısı evdədir.
  • Her book is on the table – onun kitabı masanın üzərindədir.
  • Our teacher is at school – bizim müəllimimiz məktəbdədir.
  • Your friends are in Baku – sizin dostlarınız Bakıdadır.
  • Their car is in the garage – onların maşını qarajdadır.

Unutmayın ki, yiyəlik sifətləri istək təkdə, istərsə də cəmdə olsun, önəmli olan yiyəlik sifətindən sonra gələn isimdir. Yəni mübtəda və xəbər uzlaşması bu ismə görə müəyyən edilir. Əgər isim təkdədirsə, o zaman xəbər təkdə, cəmdədirsə, o zaman xəbər də cəmdə olacaqdır.

  • My book is blue – mənim kitabım mavidir.
  • My books are blue – mənim kitablarım mavidirlər.
  • Our teacher is good – Bizim müəllimimiz yaxşıdır.
  • Our teachers are good. – bizim müəllimlərimiz yaxşıdırlar.

İngilis dilində yiyəlik əvəzlikləri

Yiyəlik əvəzlikləri əşyanın sahibinin kim olduğunu göstərmək üçün istifadə edilir və cümlə içərisində ismin yerini alır. Yiyəlik əvəzlikləri aşağıdakılardır:

  • mine: mənimki
  • yours: səninki
  • his: onunku (kişi)
  • hers: onunku (qadın)
  • its: onunku (cansız)
  • ours: bizimki
  • yours: sizinki
  • theirs: onlarınkı

Nümunə: We were both work-study kids with University jobs. Hers was in the library; mine was in the Commons cafeteria – İkimiz də Universitet işində işləyən uşaqlar idik. Onunku kitabxanada idi, mənimki isə Commons yeməkxanasında idi. (bu cümlədə “hers” və “mine” are yiyəlik əvəzlikləridir).

Possessive Pronoun cümlədə mübtəda roluda işlənə bilir:

  • His will only arrive tomorrow – onunku ancaq sabah çatacaq.
  • Ours is the yellow one in the room. – bizimki otaqda sarı olandır.

Possessive Pronoun mübtədanın tamamlayıcısı olaraq çıxış edə bilir:

  • This house is hers. – bu ev onundur.
  • Is this kitten ours? bu pişik balaları bizimdir?

İngilis dilində yiyəlik əvəzlikləri – Possessive Pronouns ilə cümlə nümunələri

  • That car is hers. – o maşın onunkudur.
  • The prize is yours! – mükafat sənindir.
  • The green balls are mine – yaşıl şarlar mənimdir.
  • The yellow balls are yours – sarı toplar sənindir.
  • The orange balls are hers – narıncı toplar onundur (q.c)
  • The white balls are his – ağ toplar onundur (k.c)
  • The red hat  is theirs – qırmızı şlyapa onlarındır.
  • The blue hat is ours – mavi şlyapa bizimdir.
  • Is this your book? That one is mine – Bu sənin kitabındır? O mənimkidir.
  • All those books are hers – bu kitabların hamısı onunkudur.
  • Those suitcases are ours – o çamadanlar bizimdir.
  • Their singing inspired us – onların mahnı oxuması bizi ruhlandırdı.
  • Her car is faster than mine – onun maşını mənimkindən sürətlidir.
  • I loved listening to his singing – onun mahnısını dinləməyi çox sevirdim.
  • I so appreciated his helping out – mən onun köməyini çox yüksək qiymətləndirdim.
  • That food is ours and not theirs – bu yemək bizimdir və onların deyil.
  • I left my bag here – Mən çantamı burada qoymuşdum.
  • Here is my book. Where’s yours? – mənim kitabım buradadır. Səninki haradadır?
  • Can I borrow your pen? I lost mine – mən sənin qələmini borc götürə bilərəm? mən özümünkünü itirdim.
  • I can’t find my bag. Can I take hers?- mən öz çantamı tapa bilmirəm. Onunkunu götürə bilərəmmi?
  • We got our fruits. What about theirs?- biz öz meyvələrimizi aldıq. Bəs onlarınkı?
  • Those awful friends of yours are here – sənin o dəhşətli dostların buradadır.
  • They got their meals. What about ours? – onlar özlərinin yeməklərini aldılar. Bəs bizimkilər?
  • I feel bad at his missing this opportunity – Onun bu fürsəti əldən verməsinə görə özümü pis hiss edirəm.
  • Their mocking of him was inappropriate – Onların onu lağa qoyması yersiz idi.
  • Your taking the prize was a nice surprise – Mükafat almağınız xoş bir sürpriz oldu.
  • Her coming to us was the right thing to do – Onun yanına gəlməsi ən doğru şey idi.
  • I appreciate your understanding of the matter – Məsələni başa düşdüyünüz üçün təşəkkür edirəm.
  • Why are you using my phone? Where is yours?- Niyə mənim telefonumdan istifadə edirsən? Sənin haradadır?
  • I didn’t have my umbrella so Marta lent me hers – Mənim çətirim yox idi, ona görə Marta mənə borc verdi.
  • Are you selling those books? I’d never sell any of mine – O kitabları satırsınız? Heç vaxt özümdən heç birini satmaram.
  • I know this drink is yours but I need to drink something – Bu içki sizin olduğunuzu bilirəm, amma bir şey içməliyəm.
  • The children make their beds without my asking them to – Uşaqlar məndən soruşmadan çarpayılarını düzəldirlər.
  • I looked everywhere for your key. I found John’s key but I couldn’t find yours – Sənin açarın üçün hər yerə baxdım. John-un açarını tapdım, ancaq səninkini tapa bilmədim.
  • This TV is really cheap. – Yes, ours was a bit more expensive, but better quality – Bu televizor həqiqətən ucuzdur. – Bəli, bizimkilər biraz daha bahalı, amma daha keyfiyyətli idi.
  • I’m looking for Helen’s trainers. Perhaps these are hers – Helenin məşqçilərini axtarıram. Bəlkə də bunlar onunkudur.
  • I like your flowers. Do you like mine? – mən sənin güllərini xoşlayıram. Sən mənimkiləri xoşlayırsan?
  • My flowers are dying. Yours are lovely – Çiçəklərim ölür. Səninkilər sevimlidir.
  • Look at these pictures. Mine is the big one – Bu şəkillərə baxın. Mina ən böyüyüdür.
  • All the essays were good but his was the best – Bütün oçerklər yaxşı idi, amma ən yaxşısı onunku idi.
  • John found his clothes but Mary couldn’t find hers – John paltarlarını tapdı, amma Mary özününküləri tapa bilmədi.
  • These are our seats and the ones in front are yours – Bunlar bizim oturacaqlarımızdır, öndə olanlar da sizinkilərdir.
  • Here is your car. Ours is over there, where we left it – Sənin maşının buradadır. Bizimki isə oradadır.
  • Your photos are good. Ours are terrible. – Sizin şəkilləriniz yaxşıdır. Bizimkilər isə dəhşətlidir.
  • Each couple’s books are colour-coded. Yours are red – Hər bir cütlüyün kitabları rənglidir. Sizinkilər qırmızıdır.
  • I don’t like this family’s garden but I like yours – mən bu ailənin bağını bəyənmirəm, amma səninkini bəyənirəm.
  • These aren’t John and Mary’s children. Theirs have black hair – Bunlar John və Məryəmin övladları deyillər. Onların qara saçları var.
  • John and Mary don’t like your car. Do you like theirs? – John və Mary sizin avtomobilini bəyənmirlər. Sən onlarınkını bəyənirsənmi?
  • Is this car yours?- bu maşın sənindir?
  • This suit is hers – bu kostyum ona aiddir.
  • My mobile is new – mənim telefonum yenidir.
  • This is his laptop – bu onun kompyuteridir.
  • Mine is a jacket with front line buttons – mənimki ön xətt düymələri olan jaketdir.
  • Our dog is well mannered, but theirs barks all time – bizim itimiz yaxşı davranır, amma onlarınkı hər zaman hürür.

Possessive Pronoun ilə Contraction (qısaltma) arasındakı fərqlər

Baxmayaraq ki, yiyəlik əvəzlikləri və qısaltmalar çox fərqli funksiyaları yerinə yetirirlər, yenə də adətən bir-biri ilə qarışdırılırlar. Bəzi qısaltmalar yiyəlik əvəzliklərinə oxşasa da, əslində əvəzlikdən fərqlidirlər.

Qısaltmaları ayırd etməyin ən asan yolu, apostrofdur.

Its / it’s

  • The dog ran after its owner. – it sahibinin arxası ilə qaçdı. Burada “its” yiyəlik əvəzliyi işlənmişdir.
  • It’s raining today – bu gün yağışlı gündür. Burada isə “it is”-in qısaltması olan “it’s” işlənmişdir.

Theirs / there’s

  • There’s only one day left. Bu cümlədə “there’s” “there is”-n qısaldılmış formasıdır.
  • The box is theirs. Burada isə “theirs” yiyəlik əvəzliyidir.

Whose / who’s

  • Who’s making noise? – kim səs-küy salır? Bu cümlədə “who is” “who’s”-n qısaltmasıdır.
  • Whose book is this? – bu kimin kitabıdır? Burada isə “whose” yiyəlik əvəzliyidir.

Your / you’re

  • You’re most welcome! – buyurun (və ya xoş gəlmisiniz) Burada “you’re” “you are”-n qısaldılmasıdır.
  • Your lunch is ready – günorta yeməyin hazırdır. Bu cümlədə isə “your” yiyəlik əvəzliyidir.

Şəxs əvəzlikləri tək halda istifadə edilmir.

Buna baxmayaraq hər zaman ismi frazaların əvvəlində işlənir.

  • Düzdür: That’s not my book. It’s yours. (It’s your book) – o mənim kitabım deyil. Səninkidir.
  • Səhvdir: It’s your.

Yiyəlik əvəzlikləri isimdən əvvəl işlənmir:

  • Düzdür: Lots of our friends were at the party – çox sayda dostumuz əyləncədə idi.
  • Səhvdir: Lots of ours friends …

Bir mövzumuzun daha sonuna gəldik. Əgər bunun sizin üçün yetərli olmadığını düşünür və yeni sözlər öyrənmək, həmin sözlərin cümlə içərisində necə istifadə edildiyini bilmək istəyirsinizsə, o zaman getwordly.com məhz sizlər üçündür. Bu platforma vasitəsi ilə siz hər gün səviyyənizə və maraq dairənizə uyğun olan sözləri tərcümələri ilə birlikdə görəcəksiniz. Sözlərin mənası, cümlə içərisində istifadə qaydası və cümlələrin tərcüməsi ilə tanış olacaqsınız. Platforma bildirişlər vasitəsi ilə öyrəndiyiniz sözləri müəyyən aralıqlarla yadınıza salacaq və unutqanlığın qarşısına keçəcəkdir. Səsləndirmə vasitəsi ilə həm cümlələrin, həm də sözlərin oxunuşunu eşidəcəksiniz. İnternetsiz, offline olaraq işləyə bilmə özəlliyinə sahib olduğu üçün hər yerdə, hər zaman öyrənməyə davam edə bilərcəksiniz.

Düşüncələriniz bizim üçün dəyərlidir, bizimlə paylaşmaqdan çəkinməyin 🙂

Recent Content