İngilis dilində yol hərəkəti qaydaları - Wordly

İngilis dilində yol hərəkəti qaydaları


İngilis dilində yol hərəkəti qaydaları

Yol hərəkəti qaydalarının təhlükəsizliyini təmin edən yol hərəkəti işarələri, sürücü və piyadaları potensial təhlükələr ilə bağlı xəbərdar etmək və digər yol istifadəçilərinin təhlükəsizliyini təmin edəcək vacib məlumatlar vermək üçün istifadə edilir. Yol hərəkəti lövhələri sürücülərə və digər yol istifadəçilərinə dəyərli məlumatlar verir. Sizi təhlükəsizlikdə saxlamaq üçün lazım olan qaydaları təmsil edirlər. Bundan əlavə, sürücülər və piyadalar üçün qayda-qanunları qoruyan və qəzaları azalda bilən mesajları çatdırmağa kömək edirlər. Yol hərəkəti qaydalarına riayət etməmək ölümlə nəticələnən ciddi qəzalara yol aça bilərlər. Bu baxımdan da yol hərəkəti qaydalarının ehtiva etdiyi xəbərdarlıqlarına əməl etməmək təhlükəlidir. Odur ki, bu mövzumuzda siz aşağıdakı başlıqlar ilə tanış olacaqsınız.

Əgər siz də qarşılaşdığınız İngiliscə yol lövhə və işarələrinin nə mənaya gəldiyini başa düşmək istəyirsinizsə, o zaman bu yazımız məhz sizin üçündür.

  • İngilis dilində yol işarələri və mənaları
  • İngilis dilində yol işarələri performans ödevi
  • İngilis dilində yol hərəkəti qaydaları tərcüməsi
  • Xarici ölkələrdə avtomobil idarə edərkən bilməli olduqlarınız nədir
  • İngilis dilində yol və adres izahı

İngilis dilində yol işarələri və mənaları

Warning Trafic Signs (Xəbərdarlıq işarələri)

Xəbərdarlıq işarələri, təhlükəli yol və ya yol hərəkəti situasiyalarının yarana bilmə ehtimalına qarşı sürücüləri məlumatlandırır. Bu işarələr adətən bir qovşağa, dolama yollara və ya qarşıda olan kəskin əyri yola yaxınlaşmazdan öncə qarşımıza çıxır. Əsas etibarı ilə, qırmızı rəng və üçbucaq formasında olduğu üçün asanlıqla ayırd edilə bilir.

Aşağıda İngilis dilində warning trafic signs dair nümunələr verilmişdir:

  • Curve to right: Sağ tərəfə doğru əyrilik
  • Double curve: Hər iki tərəfə əyrilik
  • Steep hill upwards: Təhlükəli çıxış
  • Steep hill downwards: Təhlükəli eniş
  • Road narrows on right/left/both sides: Sağdan/ soldan/ cüt tərəfdən daralan yol
  • Drawbridge: Açılan körpü
  • Riverbank: Dəniz və ya çay kənarında bitən yol
  • Uneven road: Qeyri-bərabər yol
  • Slippery road: Sürüşkən yol
  • Loose gravel: Çınqıllı yol
  • Falling rocks: Qaya düşə bilər
  • Dual carriagevay ends: İkitərəfli avtomobil yolunun sonu
  • Crossroad: Qovşaq
  • Roundabout: Dolaylı yol
  • Junction on bend ahead: Qarşıda əyilən qovşaq var
  • Reduce speed now: İndi sürəti azalt
  • Traffic signals not in use: Yol hərəkəti işarələrindən istifadə edilmir
  • Traffic signals: Yol hərəkəti siqnalları
  • Slippery road: Sürüşkən yol
  • Pedestrian crossing: Piyada keçidir
  • School way: Məktəb keçidi
  • Domestic animals: Ev heyvanları keçə bilər
  • Wild animals: Vəhşi heyvanlar keçə bilər
  • Traffic lights: İşıqfor
  • Low-flying aircraft: Alçaqdan uçan təyyarə (havalimanı ətrafı)
  • Two-way traffic: İki tərəfli yol
  • Danger: Diqqət / Təhlükə
  • Tunnel ahead: Tunel girişi
  • Level crossing without barier: Bariersiz dəmiryolu keçidi

Regulatory Road Signs (Tənzimləyici yol işarələri)

Bu işarələr sürücülərə müəyyən yollarda nələr edə biləcəklərini və edə bilməyəcəklərini deyər. Bundan əlavə, bəzi yollarda maksimum sürət limitini və ya ağırlır, ölçü limitlərini göstərən işarələr də bunlara daxildir. Bu işarələrin əksəriyyəti yuvarlaq və qırmızı rəng ilə göstərilir. Tənzimləyici işarələr sizi yol hərəkəti qaydaları və nizamlamaları haqqında məlumatlandırır.

İngilis dilində tənzimləyici yol hərəkəti lövhələri və Azərbaycan dilindəki tərcümələri aşağıda verilmişdir.

  • Yield: Yol ver
  • Stop: Dayan
  • No entry: Girişi olmayan yol
  • No entry for vehicles: Avtomobil girişi yoxdur
  • No cycling: Velosiped girə bilməz
  • No motor vehicles: Motorlu vasitələr girə bilməz
  • No buses: Avtobus girə bilməz
  • National speed limit applies: Milli sürət kimiti keçərlidir
  • Priority over oncoming vehicles: Qarşıdan gələnə yol ver
  • No lorries: Yük maşını girə bilməz
  • No pedestrians: Piyada keçə bilməz
  • No horse-drawn vehicles: At arabası girə bilməz
  • No handcarts: Əl arabası girə bilməz
  • No farm vehicles: Traktor girə bilməz
  • Turn left ahead: İrəlidən sola dönün
  • Keep left: Sol tərəfdən gedin
  • Minimum speed: Minimum sürət
  • End of minimum speed: Minimum sürətin sonu
  • No right turn: Sağ tərəfə dönüş yoxdur
  • No U-turn: U-dönüşü yoxdur
  • No vehicles vehicle carrying explosives: Müəyyən miqdardan artıq partlayıcı maddə daşıyan vasitə girə bilməz
  • No vehicles carrying hazardous cargo: Təhlükəli maddə daşıyan vasitə girə bilməz
  • No vehicles wider/taller than indicated: Eni / Uzunu … metrdən çox olan vasitələr girə bilməz
  • No overtaking: Öndəki vasitəni keçmək qadağandır
  • No overtaking by trucks: Yük maşınlarının öndəki vasitəni keçməsi qadağandır
  • Speed limit: Sürət limiti
  • No horn: Siqnaldan istifadə etmək qadağandır
  • Customs: Gömrük
  • End of any restriction: Bütün qadağaların sonu
  • Minimum following distance: Minimum izləmə məsafəsi

Mandatory Traffic Signs (Məcburi yol hərəkəti işarələri)

Məcburi işarələr müəyyən bir yol sahəsini istifadə edən bütün nəqliyyatların məsuliyyətini müəyyən etmək üçün istifadə edilən yol işarələridir. Qadağaları göstərən işarələrin əksinə, məcburi işarələr nəqliyyatda sürücü və piyadaların etməməli olduqlarından çox, nə etməli olduqlarını deyir.

İngilis dilində məcburi yol hərəkəti lövhələri (mandatory traffic signs) nümunələri aşağıda verilmişdir:

  • Right only: Sadəcə sağa dönüş
  • Straight only: Sadəcə irəli get
  • Left only: Sadəcə sola dönüş
  • Right or left only: Sadəcə sağa və ya sola dön
  • Right only ahead: Sadəcə irəlidən sağa dön
  • Left only ahead: Sadəcə irəlidə sola dön
  • Keep right: Sağ tərəfdən gedin
  • Keep right or left: Sağ və ya sol tərəfdən gedin
  • Cycles only: Sadəcə velosiped yolu
  • End cycles only: Sadəcə velosipedlər üçün olan yolun sonu
  • Pedestrians only: Sadəcə piyadalar üçün
  • End of pedestrians only: Sadəcə piyadalar üçün olan yolun sonu
  • Animal rider only: Sadəcə atlı yolu
  • And of animal rider only: Sadəcə atlılar üçün olan yolun sonu
  • Minimum speed limit: Minimum sürət limiti
  • End of minimum speed limit: Minimum sürət limitinin sonu
  • Obligation to put on snow chains: Qar zənciri taxmaq məcburidir
  • End of obligation to put on snow chains: Zəncir taxma məcburiyyətinin sonu
  • Direction for vehicles carrying dangerous goods: Təhlükəli maddə daşıyan vasitələr üçün məcburi istiqamət

Informational Traffic Signs (Məlumatlandırıcı yol hərəkəti işarələri)

Məlumat işarələri adından da göründüyü kimi bir növ nəqliyyat vəziyyətinin başlanğıcı haqqında sürücülərə və piyadalara daha çox məlumat vermək məqsədi ilə istifadə edilir. Bundan əlavə, bu yol işarələri sürücülərə xəstəxanaların, park yerlərinin və ya avtobus dayanacaqlarının harada olacağı haqqında məlumat verir. Eyni zamanda, növbəti şəhərə olan məsafəni də bu işarələr vasitəsi ilə öyrənirik. İngilis dilində məlumatlandırıcı yol hərəkəti işarələrinə aid nümunələr aşağıda verilmişdir:

  • Direction sign: İstiqamət işarəsi
  • Input non-road interchange: Yol olmayan qovşaq girişi
  • Speed limits: Sürət limitləri
  • Pedestrian crossing: Piyada keçidi
  • Children crossing: Məktəb keçidi
  • Highway begins: Magistral yolun başlanğıcı
  • Highway ends: Magistral yolun sonu
  • Expressway entrance: Ekspres yolunun başlanğıcı
  • End of expressway: Ekspres yolunun sonu
  • Stop: Dayanacaq
  • Priority over oncoming vehicles: Öndən gələn vasitələrin üstünlüyü
  • Priority road: Əsas yol
  • End of priority road: Əsas yolun sonu
  • Tunnel: Tunel
  • Police: Polis
  • Fire department: Yanğınsöndürən
  • Hospital: Xəstəxana
  • Regulatory boards: Bölünmüş yol
  • Extrance to controlled parking zone: Nəzarət olunan park zonasına giriş

Parking Signs (Park işarələri)

Park işarələri, sürücülərin maşınlarını digər maşın, piyada və ya maşın axınını axsatmayacaq formada park edə bilmələri üçün istifadə edilən nəqliyyat işarələridir.

  • No parking: Park etmək qadağandır
  • No stopping: Dayanmaq qadağandır
  • Parking: Park yeri

Temporary Roadwork Signs (Yolda keçici olaraq təmir işləri)

Yol boyunca davam edən təmir işləri sürücülər üçün təhlükəli ola bilir. Çınqıl daşları, ağır iş maşınları, partlayıcılar, düz olmayan səkilər, yeni asfaltlanmış yollara və s. kimi faktorlar hərəkətli yol axınında yaralanmalara və ölümlərə yol aça biləcək qəzalara səbəb ola bilər. Bu məqsədlə də, sürücü və piyadaların yol təmir işlərinin təhlükələrindən mümkün olduqca qorunması üçün yol təmiri ilə bağlı lövhələrdən istifadə edilir. Bu işarələr sürücülərə və piyadalara diqqətli olmalarını tövsiyə etməkdə və avtomobil axınını alternativ yollara yönləndirə bilməkdədir.

  • Road works: Yol çalışması
  • Traffic hazard ahead: Gözlənilməz təhlükə
  • Loose chippings: Daş sıçraya bilər
  • Danger construction area: Təhlükəli zona
  • End roadwork sign: Yol çalışmasının sonu

İngilis dilində yol işarələri performans tapşırığı

Performans tapşırığı tələbənin müəyyən şərtləri yerinə yetirməsi, məsuliyyət daşıdığı imtahanlardan keçməsi və lazımi nəticələri əldə etməsidir. İngilis dilində yol işarələri ilə bağlı performans tapşırıqlarına da yol hərəkəti zamanı qarşılaşa biləcəyimiz bütün lövhə və işarələri daxildir. Belə ki, tələbə bu işarələr ilə bağlı verilən tapşırıqları yerinə yetirməli, işarələrlə bağlı simvolların izahını verməlidir.

İngilis dilində yol hərəkəti qaydaları və onların tərcüməsi

Xarici ölkələrə səfərlər zamanı qarşılaşdığınız lövhələrin nə ifadə etdiyini bilmək həm istiqaməti tapmaq, həm də qaydalara tam olaraq riayət etmək baxımından olduqca vacibdir. Bundan əlavə, getdiyiniz ölkələrdə avtomobil idarə edəcəksinizsə, sürət limitləri, yol vəziyyətləri və digər məlumatlandırıcı işarələrlə bağlı İngilis dilindəki lövhələrin nə mənaya gəldiyini bilməlisiniz. Beləliklə, İngilis dilini öyrənərkən diqqət etməli olduğunuz mövzulardan biri olan yol hərəkəti ilə bağlı qaydalar və onların tərcüməsi ilə aşağıdakı cümlələrə nəzər salaraq tanış ola bilərsiniz.

  • Pedestrians are not in the path must walk on the sidewalks -Piyadalar yol ilə yox, səkilərlə getməlidirlər.
  • While crossing first the left, then right and left again should be adopted across the empty looking -Yol keçərkən əvvəlcə sola, sonra sağa və təkrarən sola baxaraq əgər boşdursa, qarşı tərəfə keçməliyik.
  • Where there is no traffic police for pedestrian underpasses and overpasses should be used -Yol polisinin olmadığı yerlərdə piyadalar üçün hazırlanan alt və üst keçidlər istifadə edilməlidir.
  • Hanging on the back of vehicles should not lead to an accident -Nəqliyyatın arxasından asılaraq qəzalara səbəb olmamalıyıq.
  • The vehicles must ride descends down the right, you can hit the car because of the traffic will be on the left -Nəqliyyatdan enərkən sağ tərəfdən enməli və minməliyik. Sol tərəfdən maşın vura bilər.
  • We must adhere to the speed limit should not lead to an accident -Sürət limitlərinə əməl etməliyik ki, qəzalara səbəb olmayaq.
  • Sleepy, we use alcohol and tired vehicles -Yuxulu, içkili və yorğun ikən maşın sürməməliyik.
  • Standing in front of and behind the vehicle should not be exceeded. We can not be under as a result of sudden movements -Dayanan maşınların önündən və arxasından keçmək olmaz. Qəflətən hərəkət etməsinin nəticəsi olaraq altında qala bilərik.
  • We must ensure our personal safety plugging our journey seatbelt -Səyahət zamanı təhlükəsizlik kəmərimizi taxıb güvənliyimizi təmin etməliyik.
  • We have to distribute the attention of the driver talking on public transport -İctimai nəqliyyat vasitələrində sürücü ilə danışaraq diqqətini dağıtmamalıyıq.

Xarici ölkələrdə avtomobil idarə edərkən bilməli olduqlarınız nələrdir?

Xaricə səfərlər zamanı qarşımıza çıxa biləcək yol hərəkəti qaydalarını əvvəlcədən bilməyin heç bir ziyanı yox, əksinə faydası var, elə deyilmi? Odur ki, oxumağa davam edin.

Sağ yoxsa sol? Yolun sağ tərəfində sürmək …

Yolun sol tərəfində sürməyin qayda olduğu yeganə ölkə İngiltərə deyil! Dünya əhalisinin əksəriyyəti yolun sağ tərəfindən hərəkət etsə də, İngilis dilində danışan 70-dən çox ölkədə insanlar maşını yolun sol tərəfində sürürlər.

Sol tərəfdən hərəkət edən ölkələr arasında Avstraliya, İrlandiya, Hindistan, İndoneziya, Keniya, Malayziya, Nepal, Yeni Zelandiya, Cənubi Afrika, Tanzaniya, Tayland və İngiltərə kimi ölkələr var.

Yerli vəsiqə almaq və ya beynəlxalq sürücülük icazəsi almaq

Əgər hər hansı bir Avropa ölkəsi tərəfindən verilmiş sürücülük vəsiqəsinə sahibsinizsə və başqa bir Avropa İqtisadi Bölgəsinə aid (AİA) üzv ölkəyə gedirsinizsə, o zaman yeni sürücülük vəsiqənizə ehtiyacınız yoxdur. Çünki Avropa ölkələri bir-birlərinin sürücülük vəsiqələrini tanıyırlar.

Əgər Avropa kənarında hər hansı bir yerə səyahət edirsinizsə və bir müddət orda qalmağı düşünürsünüzsə, o zaman original sürücülük vəsiqənizi yerli vəsiqə ilə dəyişdirməlisiniz. Bunun yalnız ev sahibi ölkənin lisenziya verən ölkə ilə qarşılıqlı müqavilə imzaladığı təqdirdə mümkün olduğunu unutmayın. Heç bir razılaşma imzalanmamışsa, yola çıxmadan əvvəl beynəlxalq sürücülük icazəsinin tələb olunub-olunmadığına baxın. Lakin bu icazə hər yerdə qəbul edilmir və ümumiyyətlə yalnız bir il müddətində qüvvədədir. Bəzi hallarda, ölkənizdə sürücülük imtahanından keçməyə məcbur ola bilərsiniz.

Sürət həddləri

Almaniya bəzi avtomobil yollarında müəyyən sürət məhdudiyyətlərinin olmadığı üçün digərlərindən fərqlənir. Əks təqdirdə, sürət məhdudiyyətləri ölkədən asılı olaraq olduqca dəyişkən ola bilər və hətta bəzən bir əyalətdən digərinə (xüsusən Amerika Birləşmiş Ştatları və ya Kanada) fərqli ola bilər. Məsələn, Bolqarıstan magistral yollarında 140 km / s sürətlə hərəkət edə bilərik, İngiltərənin avtomobil yollarında isə 112 km / saatı keçmək qadağandır. Maltada isə olduğunuz yol növündən asılı olmayaraq heç vaxt sürət həddi olaraq 80 km / saatı keçmək olmaz.

İçkili halda avtomobil idarə etmək: alkoqol miqdarlarına əməl etmək

  • İçkili halda maşın sürmə qaydaları bəzən bir ölkədən digərinə olduqca fərqli olur. Dünyanın bir çox yerində bir damla da olsa spirt qəbul edildikdən sonra avtomobil idarə etmək tamamilə qadağandır.
  • Bu qanun xüsusilə aşağıdakı ölkələrdə tətbiq olunur: Çex Respublikası, Macarıstan, İordaniya, Nepal, Qətər, Rumıniya, Rusiya, Tunis və BƏƏ.
  • Bir litr qan başına 0,2 qramdan çox alkoqol varsa avtomobil sürmək artıq mümkün deyil.
  • Əksinə, digər ölkələr daha tolerantdırlar. Qanda olan alkoqolun miqdarı ABŞ, İngiltərə və Kanadada 0,8 qram olaraq təyin edilmişdir.

Spesifik qaydalar

Bəzi ölkələrdə sırf həmin ölkəyə məxsus yol hərəkəti qaydaları mövcuddur. Bunlara misal olaraq aşağıdakıları göstərmək mümkündür:

  • İsveç və İsveçrədə gündüz işığı (maşınlarda) həm gündüz, həm də gecə açıq qalmalıdır.
  • Səudiyyə Ərəbistanında qadınların tək halda sükan arxasına keçməsinə icazə verilmir.
  • Rusiyada çirkli bir avtomobil sürmək qanunsuzdur.

İngilis dilində yol və adres izahı

İngilis dilində adresin necə yazıldığını öyrənmək istəyirsinizsə, o zaman “İngilis dilində adres necə yazılır?” başlıqlı mövzumuz məhz sizlər üçündür.

Əgər siz də daimi olaraq qrammatik qaydaları oxumaqdan yorulmusunuzsa və ya söz ehtiyatınızın danışıq üçün yetərli olmadığını düşünürsünüzsə, o zaman Wordly platformasına nəzər yetirməyi unutmayın. Bu platforma sayəsində siz hər gün yeni sözlərlə tanış olacaq, səsli bildiriş funksiyası vasitəsi ilə isə sözləri daimi olaraq təkrarlamağı unutmayacaqsınız. Qeyd edək ki, platforma offline rejimdə də xidmət göstərə bilir.

İngilizce Kelime Ezberlemek Artık Çok Kolay

Uygulamayı Ücretsiz İndir; Her gün yeni kelimeler telefonuna gelsin
Örnek cümle ve anlamlarını öğren
Hatırlatmalarla pratik yap, kalıcı öğren, unutma
Offline modu ile Internete ihtiyacın olmadan kelime öğren
İngilizce Kelime Öğrenmeye Başla

Recent Content

×
wordly-logo
Wordly İngilizce Öğrenme ve Kelime Ezberleme Uygulaması
Uygulamayı Ücretsiz İndir
Her gün yeni kelimeler telefonuna gelsin
Uygulamayı İndir
×
wordly-logo
تطبيق Wordly لتعلم اللغة الإنجليزية وحفظ المفردات الإنجليزية
تحميل التطبيق مجانا
احصل على كلمات جديدة على هاتفك كل يوم
Uygulamayı İndir
×
wordly-logo
WORDLY ingilis dili öyrənmə və söz əzbərləmə proqramı
Tətbiqi ödənişsiz yüklə
Hər gün yeni sözlər telefonuna gəlsin
Uygulamayı İndir