İngilis dilində zərflər - Wordly

İngilis dilində zərflər


İngilis dilində zərflər

Bu dəfəki yazımızın mövzusu İngilis dilində zərflər ilə bağlıdır.

İngilis dilində zərflərin önəmi nədir?

Zərflər Azərbaycan dilində olduğu kimi İngilis dilində də feillərin vəziyyətini, vaxtını və s. bildirən sözlərdir. İngilis dilində zərflər sözünün qarşılığı adverbs -dir. İstər gündəlik, istərsə də rəsmi danışıq və yazışmalarda zərflər olduqca vacib mövzulardan biri olduğu üçün bu dəfəki mövzumuzu İngilis dilində zərflərə həsr etdik.

Bu mövzuda siz aşağıdakı başlıqlar ilə tanış olacaqsınız:

  • Cümlədə zərfin olub-olmadığını necə bilə bilərəm?
  • Sifət və zərfi bir-birindən necə ayıra bilərəm?
  • İngilis dilində zərflər harada yerləşir?
  • İngilis dilində zərflər necə istifadə edilir?
  • İngilis dilində ən çox istifadə edilən zərflər
  • Only – yalnızca, sadəcə
  • Somewhere – bir yer
  • Anywhere – Heç bir yer
  • Enough – yetəri qədər, kifayət qədər
  • Fairly/Rather – olduqca, az-çox
  • Quite – tamamilə, olduqca
  • To used to – əvvəllər
  • To be used to – öyrəşmiş olmaq
  • To be used to inkar cümlələrdə istifadəsi
  • To be used to təsdiq cümlələrdə istifadəsi
  • İngilis dilində sifətlər

Cümlədə zərfin olub-olmadığını necə bilə bilərəm?

Cümlədə zərfin olub-olmadığını başa düşə bilmək üçün feilə “necə?”, “nə vaxt?”, “nə qədər?” kimi suallar verilməlidir. Bu sualları feilə verdikdən sonra əgər cavab ala bilirsinizsə, deməli cümlədə zərf var.

Sifət və zərfi bir-birindən necə ayıra bilərəm?

Bir sözün sifət, yoxsa zərf olduğunu bəzən qarışdıra bilərik. Unutmayın ki, sifətlər ismi izah edir və isimdən əvvəl işlənir. Zərflər isə feilləri izah edirlər və cümlə içərisində müxtəlif yerlərdə işlənə bilərlər.

Sifət ilə bağlı nümunələr

  • Fresh bread smells great – Təzə çörək gözəl qoxu verir.
  • The dictionary you gave me was very helpful in class today – mənə verdiyin lüğət bu gün sinifdə çox kömək oldu.
  • Your house is very close to mine – sənin evin mənimkinə çox yaxındır.

Zərf ilə bağlı nümunələr

  • Listen carefully to what I am about to say – Dediyim sözləri diqqətlə dinləyin.
  • You can learn English easily if you practise every day! – Hər gün məşq etsəniz asanlıqla ingilis dilini öyrənə bilərsiniz!
  • The ballerina dances beautifully – Balerina gözəl rəqs edir.
  • The monkey moved quickly from branch to branch – Meymun cəld formada budaqdan budağa keçdi.

İngilis dilində zərflər harada yerləşir?

1. Cümlənin əvvəlində istifadə edilən zərflər

  • Actually: həqiqətən, doğurdan
  • Admittedly: qəbul etmək lazımdır ki
  • Afterwards: daha sonra
  • Altogether: bahəm, birlikdə
  • Evidently: aydın, açıqca, zahirən
  • Eventually: axırda, nəticə olaraq
  • First: ilk, ilk əvvəl
  • Fortunately: bəxtinə, xoşbəxtlikdən
  • Unfortunately: təəssüf ki, heyf ki
  • Generally: adətən, daimi olaraq
  • However: ancaq, halbuki
  • Indeed: həqiqətən
  • Kindly: mehribanlıqla
  • Lately: son zamanlarda
  • Luckily: şansına
  • Naturally: təbii olaraq
  • Next: bir sonrakı, sonrakı, sıradakı
  • Now: indi, hələ
  • Originally: original olaraq, işin başında
  • Perhaps: bəlkə
  • Personally: şəxsən, şəxsi olaraq
  • Possibly: ehtimal ki, ola bilər ki
  • Soon: yaxında, tezliklə
  • Suddenly: aniden, ansızın, apansızın
  • There: orada
  • Usually: adətən

2. Feildən sonra, am, is, are, should, would, was, were, can, have, may kimi köməkçi feillərdən əvvəl istifadə edilən zərflər aşağıdakılardır:

  • Absolutely: mütləq olaraq, dəqiqliklə
  • Almost: demək olar ki
  • Completely: tamamən
  • Considerably: önəmli miqdarda, ölçüdə
  • Entirely: tamamən, bütün olaraq, tam olaraq
  • Greatly: böyük ölçüdə
  • Immensely: həqiqətən
  • Much: çox
  • Partly: qismən
  • Rather: olduqca, əksinə
  • Scarcely: ancaq, güclə
  • Thoroughly: bütün olaraq, tam olaraq
  • Always: daima , her zaman
  • Already: hal-hazırda, indidən
  • Continually: davamlı olaraq
  • Frequently: sıx-sıx
  • Generally: adətən
  • Hardly: çətinliklə
  • Just: tam, hələ
  • Never: əsla, heç vaxt
  • Nearly: təxminən
  • Occasionally: hərdən bir
  • Often: tez-tez
  • Rarely: nadirən, nadir olaraq
  • Regularly: daimi olaraq
  • Seldom: nadirən
  • Sometimes: bəzən
  • Doubtless: şübhəsiz
  • Most likely: ehtimal ki, yüksək ehtimal
  • Unlikely: imkansız, mümkünsüz
  • Most unlikely: qəti olaraq mümkünsüz

3. Əksər hal, yer, zaman zərfləri cümlənin sonunda gəlir, amma mənanı vurğulamaq üçün bəzən cümlənin əvvəlinə də gələ bilər:

  • Dates: tarixlər
  • Days: günlər
  • This morning: bu səhər
  • This afternoon: bu günortadan sonra
  • Today: bu gün
  • Tomorrow: sabah
  • This month: bu ay
  • Nexy year: gələn il
  • Quickly: cəld, sürətli
  • Slowly: yavaş-yavaş
  • Weekly: həftədə bir dəfə
  • In Baku: Bakıda
  • Here – burada
  • There – orada

4. Hər üç pozisiyada istifadə edilən zərflər:

  • already, next, often, sometimes, soon.
  • İngilis dilində zərflər necə istifadə edilir?
  • İngilis dilində zərflər üç cür istifadə edilirlər:

İngilis dilində zərflər necə istifadə edilirlər?

1. Zərflər Feillər ilə birlikdə istifadə edilirlər.

Zərflərin əsas funksiyası feilləri izah etmək olduğu üçün zərflərin əksər hissəsi feillər ilə birlikdə istifadə edilirlər.

  • Please speak slowly – xahiş edirəm yavaş danış.
  • He studied sufficiently – o, kifayət qədər oxudu.
  • She speaks French very well – o, Fransızca çox yaxşı danışır.
  • They move quickly. – onlar sürətli hərəkət edir.
  • We sometimes behave badly – Biz bəzən pis davranırıq.

2. Zərflər sifətlər ilə birlikdə istifadə edilirlər.

Bu halda, zərf sifəti təyin etmiş olur:

  • I am less patient than a saint.– mən bir müqəddəsdən daha az səbrliyəm.
  • Drugs are more expensive than before – dərmanlar əvvəlkinə nisbətən daha bahalıdır.
  • This film is more interesting than all others – Bu film digərlərinin hamısından daha maraqlıdır.
  • Dolphins are very intelligent animals. –  delfinlər çox ağıllı heyvanlardır.

Qeyd: Zərf sifəti təyin edə bilər, ancaq sifət zərfi təyin edə bilməz.

3. Zərflər digər zərflərlə birlikdə də istifadə edilirlər.

Bu halda, zərf zərfi izah etmiş olur.

  • He always gets up very early. – o həmişə çox tez oyanır.
  • She speaks English fairly fluently – O İngilis dilində olduqca səlist danışır.
  • I meet her too often nowadays. – bu günlərdə onunla tez-tez rastlaşıram.
  • It’s too late now – artıq çox gecdir.
  • My house is a little far from here – mənim evim buradan bir az uzaqdadır.
  • I would like to see you less often – səni daha seyrək görmək istərdim.

İngilis dilində ən çox istifadə edilən zərflər

Sıxlıq zərfləri – Adverbs Of Frequency

İngilis dilində sıxlıq zərfləri edilən hərəkətin hansı tezliklə təkrarlandığını bildirmək üçün istifadə edilir. Sıxlıq zərfləri mübtədadan sonra gəlir. İngilis dilində altı dənə sıxlıq zərfi mövcuddur. Bunlar aşağıdakılardır:

  • Always: hadisələrin həmişə təkrarlandığını bildirmək üçün istifadə edilir.
  • Usually: hadisələrin adətən təkrarlandığını bildirmək üçün istifadə edilir.
  • Often: hadisələrin tez-tez təkrarlandığını bildirmək üçün istifadə edilir.
  • Sometimes: hadisələrin bəzən təkrarlandığını bildirmək üçün istifadə edilir.
  • Seldom: hadisələrin nadirən təkrarlandığını bildirmək üçün istifadə edilir.
  • Never: hadisələrin hem vaxt təkrarlanmadığını bildirmək üçün istifadə edilir.

Always: I always go to school by bus – Məktəbə hər zaman avtobusla gedirəm.

Usually: I usually go to that library to read some books – Mən kitab oxumaq üçün adətən kitabxanaya gedirəm.

Often: I often get the flu in the winter – mən qışda tez-tez xəstələnirəm.

Sometimes: He sometimes leaves the office late – o ofisdən bəzən gec çıxır.

Seldom: I seldom join my friends to go out at lunch – mən nadirən günorta yeməyində çölə çıxmaq üçün dostlarıma qatılıram.

Never: They have never been to the United Kingdom before – onlar əvvəllər Böyük Britaniyada heç vaxt olmayıblar.

Only – Yalnız, Sadəcə

Only, zərf, sifət, bağlayıcı olmaqla bir çox vəziyyətdə istifadə edilən sözdür.

Zərf olaraq aşağıdakı kimi işlənir.

  • It’s only an idea – Bu yalnız bir fikirdir.
  • She was only 18 when she had her first child – İlk uşağı olanda onun cəmi 18 yaşı var idi.
  • I only hope we can finish this on time – Yalnız ümid edirəm ki, bunu vaxtında başa çatdıracağıq.

I eat apricots in this room on Saturdays – mən Şənbə günləri bu otaqda ərik yeyirəm cümləsindəki “only” zərfi cümlədə müxtəlif yerlərdə istifadə edilə bilər.

İlkin olaraq mübtədanın əvvəlinə gətirilərsə;

Only I eat apricots in this room on Saturdays – şənbə günləri bu otaqda sadəcə mən ərik yeyirəm.

only zərfi feildən əvvəl istifadə edilərsə;

  • I only eat apricots in this room on Saturdays – şənbə günləri bu otaqda mən əriyi sadəcə yeyirəm.
  • only zərfi direct object (tamamlıq) olan apricots-dan əvvəl istifadə edilərsə; 
  • I eat only apricots in this room on Saturdays – mən bu otaqda Şənbə günləri sadəcə ərik yeyirəm.

only zərfi  in this room-dan əvvəl istifadə edilərsə;

I eat apricots only in this room on Saturdays – mən şənbə günləri sadəcə bu otaqda ərik yeyirəm.

only zərfiı on Saturdays-dən əvvəl istifadə edilərsə;

I eat apples in this room only on Saturdays – mən bu otaqda əriyi sadəcə şənbə günləri yeyirəm.

Somewhere – Bir yer

Where ilə bitən yer-yön zərflərindən biri “somewhere”-dir. Bu növ zərflər konkret yer haqqında məlumat vermədən cümlədə hər hansı bir yerin olduğundan bəhs edir.

  • I would like to go somewhere warm for my vacation – tətil üçün isti bir yerə getmək istərdim.
  • Can we go somewhere warm? – biz isti bir yerə gedə bilərik?
  • I’m sure the information is out there somewhere – ‘minəm ki, haradasa məlumat var.

Anywhere – Heç bir yer

  • Is there anywhere I can find a perfect plate of spaghetti around here? – bir boşqab mükəmməl spagetti tapa biləcəyim bir yer varmı?
  • Many of these animals are not found anywhere else – Bu heyvanların çoxu başqa yerdə tapılmır.
  • He’s never been anywhere outside the U.S. – o heç vaxtABŞ-dan kənarda heç vaxt olmamışdı.

Enough – yetəri qədər, kifayət qədər

Sifətdən sonra istifadə edilən tək zərf “enough”-dır. Digər zərflər sifətdən əvvəl istifadə edilir.

  • They are cheap enough to buy – satın alınacaq qədər ucuzdurlar.
  • I have enough money  – kifayət qədər pulum var.
  • There isn’t enough water in the tank  – tankda kifayət qədər su yoxdur.

Fairly/Rather – olduqca, az-çox

  • The goods in that shop are fairly cheap – bu dükandakı mallar olduqca ucuzdur.
  • He was rather a handsome boy – olduqca yaraşıqlı oğlan idi.

Quite – tamamilə, olduqca

  • You’ll be quite comfortable here – sən burada olduqca rahat olacaqsan.
  • I can see it quite clearly – Mən bunu olduqca aydın görə bilirəm.
  • A: You don’t have any intention of coming back? – Geri qayıtmaq fikriniz yoxdur?
  • B: I’m quite sorry, but no, I don’t. – Çox-çox üzr istəyirəm, amma ki, xeyr.

Mümkün olan ən yüksək dərəcədə :

  • This is quite a different problem – Bu tamamilə fərqli bir problemdir.
  • I’m quite happy to wait for you here – Sənə görə burada gözlədiyim üçün olduqca xoşbəxtəm.
  • It wasn’t quite as simple as I thought it would be – Düşündüyüm qədər sadə deyildi.
  • Quite frankly, I don’t blame you – Tam səmimi deyirəm, sizi günahlandırmıram.
  • Are you quite sure? – Tamamilə əminsiniz?
  • I quite agree – Mən tamamilə razıyam.
  • I don’t quite know what to do next – Bundan sonra nə edəcəyimi tam olaraq bilmirəm.
  • Quite apart from all the work, he had financial problems – Bütün işlərdən tamamilə başqa, maddi problemləri var idi.
  • A: I almost think she prefers animals to people – Düşünürəm ki, o insanların yerinə heyvanlara üstünlük verir.
  • B: Quite right, too – Tamamilə doğrudur.

Nəyinsə tamamən uyğun olmadığını, qismən uyğun olduğunu göstərmək üçün istifadə edilir:

  • There’s not quite enough bread for breakfast – Səhər yeməyi üçün kifayət qədər çörək yoxdur.
  • It’s like being in the Alps, but not quite – Bu Alp dağlarında olmaq kimi bir şeydir, amma tam olaraq deyil.
  • I can’t quite reach it – can you give it to me? – Mənim əlim buna tam çatmır – sən mənə verə bilərsən?
  • The theater was not quite full – Teatr kifayət qədər dolu deyildi.
  • These shoes don’t quite fit – Bu ayaqqabı tamamilə uyğun deyil.

To used to – əvvəllər

“Used to” qəlibi “əvvəllər” mənasına gəlir və əvvəllər edilən, amma indi tətbiq edilməyən, tərgidilən hərəkətləri və vərdişləri izah etmək üçün istifadə edilir. Cümle içərisindəki mübtədaya görə (I, he, she, it, you, we, they) dəyişiklik göstərmir. Məsələn;

  • I used to dance every day – əvvəllər hər gün rəqs edirdim (indi etmirəm)
  • Jennifer used to call me – Jennifer əvvəllər mənə zəng edərdi (indi etmir)
  • He used to study for 2 hours every day – o, əvvəllər hər gün 2 saat dərs oxuyurdu (indi oxumur)
  • She used to go outside – o, əvvəllər çölə çıxardı (indi çıxmır)
  • I used to have long hair – mənim uzun saçlarım var idi (indi qısadır)
  • He used to smoke – o, siqaret çəkirdi (indi çəkmir)
  • They used to live in India – onlar Hindistanda yaşayırdılar (indi başqa yerdə yaşayırlar)

Qeyd: “used to” qəlibi ilə cümlə qurarkən və ya sual verərkən diqqət etməli oduğumuz vacib nöqtə odur ki, “did” köməkçi feilindən istifadə edildiyi zamanlarda qəlib “used to” olaraq deyil, “use to” olaraq yazılır. Məsələn;

  • I didn’t use to play tennis – mən əvvəllər tennis oynamazdım.
  • Did you use to go to our school? – sən əvvəllər bizim məktəbə gedirdin?
  • She didn’t use to speak English – o, əvvəllər İngilis dilində danışmazdı.
  • Did David use to live in Germany? – David əvvəllər Almaniyada yaşayırdı?
  • She didn’t use to like chocolate, but she does now – o, şokoladı sevməzdi, amma indi sevir.
  • I didn’t use to want to have a nice house – mən gözəl bir ev almaq istəmədim.

To be used to – öyrəşmiş olmaq

“Used to”,  be feili, yəni am, is, are ilə birlikdə istifadə edildiyi zaman “öyrəşmiş olmaq” mənasına gəlir. Məsələn;

  • I am used to the heat – istiyə öyrəşmişəm.
  • She is used to this speed – o, bu sürətə öyrəşib.
  • Jennifer is used to this level – Jennifer bu səviyyəyə öyrəşib.
  • I am used to this situation – Bu vəziyyətə öyrəşmişəm.

Be used to + feil + ing

Bu qəlibdə “be used to” qəlibinə sonunda -ing şəkilçicisi olan feil əlavə edilir və “etməyə öyrəşmişəm” mənasını verir. Məsələn;

  • I am used to sleeping 4 hours – 4 saat yatmağa öyrəşmişəm.
  • She is used to walking – mən piyada gəzməyə öyrəşmişəm.
  • I’m not used to staying up late – gec saatlara qədər oyaq qalmağa öyrəşmişəm.
  • David is used to living in cold weather – David soyuq havada yaşamağa öyrəşib.

To be used to ilə inkar cümlələri

Bu cümlələrin inkar və ya sual formalarında “did” köməkçi feilindən istifadə edilmədiyi üçün qəlib “use to” olaraq deyil, “used to” forması ilə yazılır.

  • She is not used to writing so fast – Bu qədər sürətli yazmağa öyrəncəli deyil.
  • You are not used to playing games all day – Butün gün oyun oynamağa öyrəşməyib.
  • They aren’t used to driving a truck – onlar yük maşını sürməyə öyrəşməyib.
  • I’m not used to speaking fast – mən sürətli danışmağa öyrəşməmişəm.
  • He is not used to New York – O, Nyu – Yorka öyrəncəkli deyil.
  • He isn’t used to living in New York – o, Nyu – Yorkda yaşamağa öyrəşməyib.
  • I am not used to being lied to – mən yalan danışmağa alışmamışam.
  • We aren’t used to taking the bus – biz avtobusa öyrəncəli deyilik.
  • I wasn’t used to working such long hours when I started my new job – Yeni işimə başlayanda belə uzun saatlar işləməyə öyrəşməmişdim.
  • He’s not used to working at night so he sometimes falls asleep – Gecələr işləməyə öyrəşməyib, buna görə də bəzən yuxuya gedir.

To be used to ilə təsdiq cümləsi

  • I am used to driving on the left – Maşını sol tərəfdə sürməyə alışmışam.
  • I’ve lived here for ten years now so I’m used to driving in the city – artıq on ildir ki, burada yaşayıram, buna görə də şəhərdə maşın sürməyə öyrəşmişəm.
  • I am used to hard work – Çox işləməyə öyrəşmişəm.
  • I am used to working hard – Çox işləməyə öyrəşmişəm.
  • When we lived in Bangkok, we were used to hot weather – Bangkokda yaşadığımız zaman isti havalara öyrəşmişdik.
  • I have been used to dogs for a long time – uzun müddətdir ki, mən itlərə alışmışam.
  • You will soon be used to living alone – Tezliklə tək yaşamağa alışacaqsınız.
  • He is used to working late – o, gec işləməyə öyrəşir.
  • My little daughter is used to eating lunch at noon – Kiçik qızım günorta yeməyini yeməyə öyrəşib.
  • I’ve lived in the UK almost all my life, so I’m used to rain – Mən demək olar ki, bütün həyatım boyunca İngiltərədə yaşamışam, buna görə yağışa öyrəşmişəm.
  • That football team always lose, so they’re used to disappointment! – O futbol komandası həmişə uduzur, buna görə məyus olmağa öyrəşmişik!

İngilis dilində sifətlər

İngilis dilində sifətlərin vəzifəsi nədir?

Azərbaycan dilində olduğu kimi İngilis dilində də sifətlər, isimlərin necəliyini, nə cür olduqlarını bildirən və təyin edən sözlərdir. Bununla yanaşı, ismin necə olduğunu, sayını, şəklini, rəngini və s. bildirirlər. Sifət cümlədə isimdən əvvəl gəlir və Azərbaycan dilindəki kimi fərqli kateqoriyalara aid olan sifətlər mövcuddur.

Qualitative Adjectives – əsli sifətlər

Əşyanın rəngini, formasını, vəziyyətini bildirən sifətlərdir.

  •  Little: balaca
  •  Red: qırmızı
  •  Large: geniş
  • Strong: güclü
  • Healthy: sağlam

Nümunə üçün;

  • a little bird – balaca quş
  • a red apple – qırmızı alma
  • a large room – böyük otaq   
  • a strong man – güclü kişi
  • a healthy child – sağlam uşaq

2) Relative Adjectives – Nisbi sifətlər

Nisbi sifətlər 4 növdür.

a) İşarə sifətləri

  •  This: bu
  •  That: o
  •  These: bunlar
  •  Those: onlar

Məsələn;

  • This man – bu kişi
  • That duck – o ördək         
  • These ducks – bu ördəklər
  • Those pencils – o qələmlər

b) Say sifətləri

  • one: bir
  • two: iki
  • three: üç
  • ten: on
  • twenty: iyirmi
  • first: birinci
  • second: ikinci
  • third: üçüncü

Məsələn;

  • Two books – iki kitab
  • Second class – ikinci sinif
  • First examination – birinci imtahan

c) Qeyri-müəyyənlik sifətləri

  • Every: hər
  • Any: heç
  • Some: bəzi
  • Everybody: hər kəs
  • Everywhere: hər yer
  • Anybody: hər kimsə
  • Someone: hər hansı biri
  • Some books – bəzi kitablar

d) Sual sifətləri

  • Which: hansı?
  • What: nə?
  • How many: neçə dənə?
  • How much: nə qədər?
  • Which book? – hansı kitab?
  • How many books?  – neçə dənə kitab?
  • How much money?  – nə qədər pul?
  • At what time? – nə vaxt?

Sifətlərin müqayisə və üstünlük dərəcələri necə düzəldilir?

Bir və iki hecalı sifətlərin əksəriyyətinin müqayisə və üstünlük dərəcələri -er və -est şəkilçiləri vasitəsi ilə düzəldilir:

  • Gözəl: nice – nicer – nicest
  • Darıxdırıcı: dull – duller – dullest
  • Balaca: little – littler – littlest
  • Doğru: true – truer – truest
  • Quru: dry – dryer – driest

İki hecalı sifətlər

Bəzi iki hecalı sifətlərin müqayisə və üstünlük dərəcələrini düzəltmək üçün more və most sözlərindən istifadə edilir. Bunların arasında sonu –ous ilə bitən sifətlər də mövcuddur:

  • Müdhiş: awesome – more awesome – most awesome
  • Zəhmli: callous – more callous – most callous
  • Məşhur: famous – more famous – most famous
  • Məsaməli: porous – more porous – most porous
  • Boğuq: cavernous – more cavernous – most cavernous
  • Təhlükəli: perilous – more perilous – most perilous
  • Yırtıcı: ravenous – more ravenous – most ravenous

Seçməli sifətlər

Elə sifətlər var ki, onların müqayisə və üstünlük dərəcələrini düzəltmək üçün həm moremost sözlərindən, həm də -er-est şəkilçilərindən istifadə edilə bilir:

  • Əmin: Sure – surer (more sure) – surest (most sure)
  • Həqiqi: Real – realer (more real) – realest (most real)
  • Ağıllı: clever – cleverer (more clever) – cleverest (most clever)
  • Ümumi: common – commoner (more common) – commonest (most common)
  • Yumşaq: mellow – mellower (more mellow) – mellowest (most mellow)
  • Ağır: severe – severer (more severe) – severest (most severe)

3 və daha artıq hecalı sifətlər

3 və daha artıq hecalı sifətlərin müqayisə dərəcəsini düzəltmək üçün more, üstünlük dərəcəsini düzəltmək üçün isə most sözündən istifadə edilir.

  • Simplified – more simplified – most simplified
  • interesting – more interesting – most interesting
  • satisfactory – more satisfactory – most satisfactory

Oddities

Bəzi sifətlər qaydasız olduqları üçün müqayisə və üstünlük dərəcələri daha fərqli formada düzəldilir. Ancaq bunlar olduqca sadədir:

  • Yaxşı: Good – better – best
  • Pis: Bad – worse – worst
  • Uzaq: far – farther – farthest
  • Balaca: little – less – least
  • Çox: much – more – most

İngilis dilində zərflərlə bağlı olan mövzumuz burada yekunlaşır. Əgər siz də bunlarla kifayətlənmək istəməyib, daimi olaraq çox sayda söz öyrənmək istəyirsinizsə, o zaman Wordly məhz sizin üçündür. Wordly sizə nə qatacaq? Bu platforma vasitəsi ilə siz hər gün səviyyənizə və maraq dairənizə uyğun olan sözləri tərcümələri ilə birlikdə görəcəksiniz. Sözlərin mənası, cümlə içərisində istifadə qaydası və cümlələrin tərcüməsi ilə tanış olacaqsınız. Platforma bildirişlər vasitəsi ilə öyrəndiyiniz sözləri müəyyən aralıqlarla yadınıza salacaq və unutqanlığın qarşısına keçəcəkdir. Səsləndirmə vasitəsi ilə həm cümlələrin, həm də sözlərin oxunuşunu eşidəcəksiniz. İnternetsiz, offline olaraq işləyə bilmə özəlliyinə sahib olduğu üçün hər yerdə, hər zaman öyrənməyə davam edə bilərcəksiniz.

İngilizce Kelime Ezberlemek Artık Çok Kolay

Uygulamayı Ücretsiz İndir; Her gün yeni kelimeler telefonuna gelsin
Örnek cümle ve anlamlarını öğren
Hatırlatmalarla pratik yap, kalıcı öğren, unutma
Offline modu ile Internete ihtiyacın olmadan kelime öğren
İngilizce Kelime Öğrenmeye Başla

Recent Content

×
wordly-logo
Wordly İngilizce Öğrenme ve Kelime Ezberleme Uygulaması
Uygulamayı Ücretsiz İndir
Her gün yeni kelimeler telefonuna gelsin
Uygulamayı İndir
×
wordly-logo
تطبيق Wordly لتعلم اللغة الإنجليزية وحفظ المفردات الإنجليزية
تحميل التطبيق مجانا
احصل على كلمات جديدة على هاتفك كل يوم
Uygulamayı İndir
×
wordly-logo
WORDLY ingilis dili öyrənmə və söz əzbərləmə proqramı
Tətbiqi ödənişsiz yüklə
Hər gün yeni sözlər telefonuna gəlsin
Uygulamayı İndir