İngilis dilini öyrənməyin ən birinci pilləsi sözləri öyrənməkdir. Sözləri öyrənmədən İngilis dilini öyrənməyimiz mümkün deyil. Hətta deyə bilərik ki, söz bilmək qrammatika bilməkdən daha da vacibdir. Çünki çətin vəziyyətlərdə qrammatik qaydalara diqqət etmədən sözləri yan-yana düzərək problemimizi qarşı tərəfə çatdıra bilərik.
Söz öyrənməyin ən yaxşı metodu çox miqdarda sözlərin bir arada olduğu metodu seçmək, yəni kitab oxumaqdır. Ancaq ön şərtimiz odur ki, kitab oxumağa başlayarkən mütləq ya öz səviyyənizdə olan, ya da öz səviyyənizdən bir pillə aşağı olan kitablardan başlamalısınız.
1. African Safari Adventures/ Thomas Walsh
Səviyyə: Beginner – A1
Müəllif: Thomas Walsh
Janrı: Macəra
İngilis dilində reading üçün nəzərdə tutulmuş bu kitab bol macəralı, bol gəzintili kitablarla maraqlananlar üçün nəzərdə tutulmuş Afrikada safari mövzulu macəra kitabıdır. Uqandadakı bir xəstəxanada könüllü olaraq işləyən həkim və tibb bacısı Ruanda, Kenya və Tanzaniyaya safari planlaşdırırlar. Bu nöqtədən sonra hadisələr dəyişməyə va daha çox maraq oyandırmağa başlayır. Oxunması olduqca asan və axıcı olan bu kitabdakı hadisələrin qarışıqlığı gözünüzü qorxutmasın, çünki kitab asanlıqla başa düşüb zövq ala biləcəyiniz bir seçimdir.
2. The Three Musketeers / Alexandre Dumas
Səviyyə: Elementary – A2
Müəllif: Alexandre Dumas
Janrı: Macəra
Adı çəkilən kitabda təxminən 600 söz var. Kitab təməl səviyyədən bir az yuxarı olduğu üçün alarkən və oxuyarkən diqqətli olmalısınız. Penguin Readers-n təklif etdiyi bu kitab keyfiyyətli vərəqləri sayəsində də sizi onu oxumağa səsləyir. 1925-ci ildə D’Artagnan atasının yön verməsinin nəticəsi olaraq, muşketyor ola bilmə və krala xidmət etmə məqsədi ilə Parisə gedir. Digər tərəfdən Athos, Porthos, Aramis səhv anlaşılmaların səbəbi ilə bir-biri ilə dayanmadan duellər etməli olduqları halda D’Artagnan ilə qarşılaşır və daha sonra da birlikdə macəraları başlayır.
3. The Wizard of Oz / L. Frank Baum
Səviyyə: Pre-intermediate – B1
Müəllif: L. Frank Baum
Janrı: Macəra, fantastik
Oxford University Press tərəfindən nəşr edilən kitabdır. The Wizard of Oz, Dorothy və onun iti olan Totonun Kansasdakı evinə bir fırtınanın nəticəsində ziyan dəyir və Dorothy ilə Toto Oz diyarında qapalı qalırlar. Şimalın cadugəri və Munchkinlərə qulaq verən Dorothy Zümrüd şəhərində yaşayan Oz cadugərini araştırmağa başlayır. Beləliklə, bir neçə nəfərlə birlikdə dostluq, cadugərlik və təhlükələrlə dolu macəraya çıxırlar.
4. Treasure Island / Robert Louis Stevenson
Səviyyə: Elementary – A2
Müəllif: Robert Louis Stevenson
Janrı: Macəra, fantastik
Orta hesabla 600 sözdən ibarət olan əsas səviyyəni keçmisinizsə, o zaman bu kitabı oxumağınızı tövsiyə edə bilərik. Digər kitablar kimi bu kitab da Penguin Readers-n keyfiyyətli kağız və rəsmləri ilə ortaya çıxardığı gözəl bir kitabdır. Quldurlardan və basdırılmış qızılın aqibətindən bəhs edən bu kitab əslində uşaq kitabıdır. Əgər siz başlanğıc səviyyələrdən hər hansı birindəsinizsə, o zaman uşaq kitablarını və nağılları oxumaqdan çəkinməyin. Kitabı bir dəfə bitirin və yalnız o zaman oxuduqlarınızı başa düşmək sevincini hiss edəcəksiniz
Pre-Intermediate ve Intermediate (Orta Səviyyə)
İngilis dilində pre-intermediate səviyyəsində, yəni ilkin orta səviyyədə daha çox sayda qarışıq hekayələrlə qarşılaşacaqsınız. Təklif edəcəyimiz bir neçə kitab yenə də Penguin Readers imzası daşıyır. Bunun səbəbi isə daha əlçatan olması və qiymətinin də nisbətən ucuz olmasıdır.
5. Sapiens: A Brief History of Humankind / Yuval Noah Harari
Səviyyə: Advanced – C1
Müəllif: Yuval Noah Harari
Janrı: Elmi
Azərbaycan dilinə tərcüməsi də originalı qədər səs salan bu kitab insanları indiyə qədər yaşamış ən inkişaf etmiş və ən vəhşi heyvan olaraq qələmə alır. İnsanların kim olduqlarını, haradan gəldiyini, insan övladının tarixini Daş dövründən Silikon Vadisinə qədər ələ alır.
6. Skylarks: Detective Derek / Karen Wallace
Səviyyə: Upper-intermediate – B2
Müəllif: Karen Wallace
Janrı: Macəra, fantastik
Hekayənin əsas qəhrəmanı olan Derek bir pişik olsa da, o sıradan bir pişik deyil. Bu pisim qəribə fərqlilikləri olan bir pişikdir. Digər bütün pişiklər siçanların izindən qaçarkən Dedektiv Derek və ortağı Norman çox gizli bir polis işində çalışırlar. Bu kitab oxuyarkən əyləndirəcək, düşüncə və xəyal gücünüzə toxunacaq gözəl bir kitabdır.
7. Martin Luther King / Coleen Degnan Veness
Səviyyə: Pre intermediate – B1
Müəllif: Coleen Degnan Veness
Janrı: Bioqrafiya
Original Amerika İngiliscəsi ilə yazılmış bu parçada bir az macəra və dəhşət var. Artıq İngilis dilində oxuya bildiyinizi və buna görə də özünüzə bir şey əlavə etməyin vaxtının gəldiyini düşünürsünüzsə, o zaman bu kitabı sizə tövsiyə edə bilərik. Kitab Martin Lüterin xəyalından bəhs edir: qaradərililərin və ağ insanların birlikdə xoşbəxt yaşadığı bir dünya. Amerikada hətta kişilər belə 50-60-cı illərdə hökumətə qarşı bərabər deyildilər. Lakin King tərəfdarları ilə hökumətə qarşı etirazlar təşkil edərək bəzi dəyişikliklərə rəhbərlik etdi. “Nəhayət onun xəyalı gerçəkləşdi?” Deyə düşünəcəyiniz bu kitab oxumağa dəyər.
Bu kitabdan bəhs etmişkən sizə çox yaxşı bir məsləhət vermək istərdik. Sadə və gündəlik İngilis dilinə vərdiş edirsən, səviyyə artdıqca oxuduğun kitablar əlbəttə ki, çətinləşəcək və yeni söz və ifadələrlə qarşılaşacaqsan. Bununla birlikdə, bu fantastik, sərgüzəşt hekayələri ilə birlikdə, eyni zamanda akademik, elmi kitabları oxumaq, sizin daha çox məlumat əldə etməyinizə səbəb olacaqdır.
8. Othello / William Shakespeare
Səviyyə: Pre intermediate – B1
Müəllif: William Shakespeare
Janrı: Faciə
Qorxmayın. Şekspirin dilini bir az asanlaşdıraraq sizin İngilis dili səviyyənizə uyğunlaşdıran kitablar da var. Macmillan etiketi ilə bu kitabı tapa bilərsiniz. Othellonu İngilis dilində oxumaq və başa düşə bilmək sizi bəlkə də 10 qramamtika dərsi qədər irəliyə aparacaqdır. İngilis dilində fikirləşmək bacarıqlarınız inkişaf etdirəcək cümlələri, deyimləri dərin formada anlaya biləcəksiniz. Kitab xüsusən də dil biliyi pre-Intermediate səviyyəsində olanlar üçün nəzərdə tutulub.
9. The Hunchback of Notre Dame – Victor Hugo
Səviyyə: Advanced – C1
Müəllif: Victor Hugo
Janrı: Eşq
Klassiklər arasında yerini möhkəmləndirən bir Fransız romanıdır. Esmaraldanın sevgilərindən və Esmeraldaya aşiq olanlardan bəhs edən kitab, vacib sosial problemlərə də toxunaraq sizi onlarla tanış edəcəkdir. Bu kitab bitirdikdən sonra ağlınıza həkk olunacaq bir romandır. Bədii ədəbiyyatın bu qədər yaxşı olması, ingilis diliniz baxımından mətndaxili əlaqəni təmin edəcək və buna görə də Fransa mədəniyyətini də öyrənəcəksiniz.
10. Brave New World / Aldous Huxley
Səviyyə: Proficiency – C2
Müəllif: Aldous Huxley
Janrı: Elmi-fantastika
Gələcəkdə gen mühəndisliyi işləri və dərmanların ağıllı istifadəsi nəticəsində tapılan beyin yuma üsullarından məmnun olan istehlakçılardan bəhs olunur. Kitabın xarakterlərindən biri olan Bernard Marks isə keçmişi üçün darıxır və bu baxımdan tək görünür. Əvvəllər qüsurlu həyatın davam etdiyi bir neçə Vəhşi Rezervasiyadan birini ziyarət edərək çətinliklərindən qurtula biləcəyini düşünür. İşlərin kifayət qədər mürəkkəb olduğu bu distopiya dünyası sual verməyə sövq edir.
11. Great Expectations / Charles Dickens
Səviyyə: Pre-intermediate – B1
Müəllif: Charles Dickens
Janrı: Eşq
Dəhşət, macəra, akademik iş və s. Bütün mövzulardan məsləhət verməyə çalışdıq, amma ən gözəllərini sonunculara saxladıq. Sevgi mövzusunda kitablar.
Macmillan etiketi ilə, İngilis İngiliscəsi ilə və güclü qələmlərdən Charles Dickensin zəmanəti ilə oxuya biləcəyiniz bir kitabdır. Söhbət Pipin gözəl ürəkli Estella ilə görüşməsindən və ona aşiq olmasından gedir. Bu arada, mövzuda 19-cu əsr İngiltərənin mədənçi kəndlərindəki çətin həyatı da əks etdirir.
12.Frankenstein / Mary Shelley
Səviyyə: Pre-intermediate – B1
Müəllif: Mary Shelley
Janrı: Qorxu
Böyük ehtimal ki, Frankenstein ən çox tanınan qorxu hekayələrindən biridir. Yaxşı planlanmış bu kitabı ən yaxşı tərcümə ilə oxumaq daha da möhtəşəm olacaqdır. Kitab, Victor Frankenstein adlı elm insanının cəsədlərdən hissələri birləşdirərək yaratdığı canavarın hekayələrindən danışır. Canavar əvvəlcə sevgini axtarsa da, sonralar insanlardan nifrəti də öyrənir. Həyatı bu formada öyrənən canavar Frankensteinin hekayələrini oxumaqdan özünüzü saxlaya bilməyəcəyiniz bir kitab olacaq.
İngilis dilində oxuma kitabları ilə İngilis dili necə öyrənilir?
İngilis dilindəki oxu kitablarının İngilis dilini öyrənmə prosesimizə nə kimi faydalarının olduğunu hər birimiz bilirik. Aşağıdakı başlıqlar altında isə bu mövzu ilə bağlı daha detallı məlumatlar verilmişdir:
İngilis dilində oxuyarkən qulaq asmağın İngilis dilini öyrənməyə təsiri
Məlumdur ki, İngilis dilini öyrənmək üçün nəzərdə tutulmuş kitabların əksəriyyəti CD ilə birlikdə satılır. Zaman-zaman üstünlüyü kitaba versək də, CD-ni gözardı etsək də, çox önəmsəməsək də, əslində dəyəri bizim üçün əvəzsizdir. Çünki kitab oxuyarkən ona qulaq asmaq eyni zamanda İngilis dilini öyrənmə prosesimizi olduqca sürətləndirir. Belə ki, CD vasitəsilə oxuduğumuz sözlərin tələffüzlərini eşidir, qulaq aşinalığı qazanırıq. Beləliklə, növbəti dəfələrdə televizorda, gündəlik söhbətlər əsnasında və s. eşitdiyimiz sözün yad olmadığını dərk edir, onun hansı mənaya gəldiyini bilirik. Odur ki, İngilis dilini öyrənmə prosesində oxuduğumuz kitabla yanaşı İngilis dilində qulaq asmağa xüsusi üstünlük vermək bizim istədiyimiz nəticəyə daha sürətli çatmağımızı təmin edəcəkdir.
İngilis dilində kitab oxuyarkən yeni sözlər öyrənmək
İngilis dilində yeni sözlər öyrənməyin ən qısa yolu elə məhz İngilis dilində kitab oxumaqdan keçir. Buna nail olmaq üçün kitabın İngilis dili səviyyənizə uyğun olduğundan əmin olmanız vacib şərtdir. Belə olan halda uyğun sayda yeni sözlərlə tanış olacaqsınız və eyni zamanda bu sözləri öyrənmək üçün motivasiya da yaranmış olacaqdır. Əks halda isə, sizin səviyyənizdən çox daha yuxarı olan kitabları oxuyacaqsınız və bu zaman çox miqdarda yeni sözlərlə qarşılaşmış olacaqsınız. Bu prosesin sizin üçün müsbət nəticə verməsi üçün unutmayın ki, ən vacib şərt elə məhz öz səviyyənizə uyğun olan kitab oxumaqdan keçir.
İngilis dilində kitab oxuyarkən İngilis dilində fikirləşmək
İngilis dilində kitab oxuma əsnasında İngilis dilində fikirləşmək niyə vacibdir? İngilis dilində kitab oxuyarkən müəyyən aralıqlarla fasilə vermək, fasiləyə qədər oxuduğunuz hissələrin xülasəsini İngilis dilində danışmaq və ya fikirləşmək İngilis dilinizin inkişafı prosesində gözlə görünəcək dərəcədə müsbət yönümlü fərq yaradacaqdır.
İngilis dilində kitab oxumağın İngilis dilində dialoqlara təsiri nədir?
İngilis dilində kitab oxumaq eyni zamanda dialoq qabiliyyətimizə də öz əvəzsiz töhfəsini verir. Bəs bu töhfə nədən ibarətdir? İngilis dilində kitab oxumaqla biz sadəcə söz ehtiyatımızı artırmır, eyni zamanda qrammatik qaydalar, İngilis dilində ən çox istifadə edilən deyimlər, cümlə quruluşları və s. ilə də tanış oluruq ki, bunlar da tanışlarımızla edəcəyimiz dialoqlar üçün olduqca vacib nüanslardır.
İngilis dilini öyrənmək üçün İngilis dili kitabları
İngilis dilini öyrənmək üçün uyğun kitablardan istifadə etmək olduqca vacib şərtdir. Bu məqsəd üçün nəzərdə tutulmuş olduqca məşhur kitablar var ki, bu kitabların siyahısı və həmin kitablarla bağlı məlumatları aşağıdakı başlıqlar vasitəsi ilə öyrənə bilərsiniz.
1. Cambridge İngilis dilində oxuma kitabları
- Aşağıda Cabridge kitabı ilə bağlı məlumatlarla tanış ola bilərsiniz:
- Qiymət: kitab başına 6-7 dollar
- İçindəkilər: çap və ya rəqəmsal kitab, audio kitab, məşqlər, söz testi, dərs planları
- Amazondakı nümunə kitab: : “Eye of the Storm”
Cambridge səviyyəsində oxu kitabları seriyasında başlanğıcdan irəli səviyyələrə qədər yeddi səviyyə var. Bu kitabların hamısı müasir mövzularla yazılmış orijinal hekayələrdir və hər biri də rəqəmsal ebook formatında mövcuddur.
2. Pearson İngilis dilində oxuma kitabları
- Aşağıda Pearson kitabı ilə bağlı məlumatlarla tanış ola bilərsiniz:
- Qiymət: kitab başına 6-12 dollar, ciltli izlər 20 dollardan
- İçindəkilər: rəqəmsal və ya çap olunmuş kitab, səsli kitab
- Amazondakı nümunə kitab: “Rip Van Winkle and the Legend of Sleepy Hollow”
Pearson, “Les Miserables” kimi çətin klassiklərdən “Love Is Everywhere” kimi müasir hekayələrə qədər geniş bir kitab kolleksiyası təqdim edir. Bədii və bədii olmayan kitablar və bir çox fərqli janr var. İngilis dilində bəzi inkişaf etmiş klassikləri oxumaq və ya ən çox satılan müasir kitablardan birinin dadını çıxarmaq üçün bu seriyanı yoxlayın. Kolleksiyada altı səviyyə mövcuddur.
3. Macmillan İngilis dilində oxuma kitabları
- Aşağıda Macmillan kitabı ilə bağlı məlumatlarla tanış ola bilərsiniz:
- Qiymət: kitab başına 8-11 dollar
- İçindəkilər: rəqəmsal kitab, audio kitab, yazılı və səsli məşqlər, söz tapşırıqları, əsər və müəllif haqqında məlumat, söz / söz siyahısı
- Amazonda nümunə kitab: “The Black Cat: Elementary”
Macmillan klassikləri sevir və William Shakespeare və Sir Arthur Conan Doyle (Sherlock Holmes seriyasının müəllifi) kimi məşhur yazıçıların möhtəşəm əsərlərini nümayiş etdirir. Hər kitabda istifadə edə biləcəyiniz bir çox onlayn qaynaq var, bəziləri veb saytında pulsuz olaraq təqdim olunur.
4. Collins İngilis dilində oxuma kitabları
- Aşağıda Collins kitabı ilə bağlı məlumatlarla tanış ola bilərsiniz:
- Qiymət: kitab başına təxminən 9.50 dollar
- İçindəkilər: rəqəmsal kitab, audio kitab, mədəniyyət və personajlar haqqında qeydlər (Agatha Christie əsərləri üçün), hər bioqrafiya üçün xronoloji izah, lüğət, tələbə və müəllim resursları ilə onlayn sinif otağı
- Amazondan nümunə kitab: “The Murder of Roger Ackroyd”
Collins, İngilis səviyyəli iki kitab seriyasını yayımlayır. Bunlardan birincisi Agatha Christie-nin sirr janr əsərləri, digəri isə məşhur şəxslərin beş və ya altı bioqrafiyasından ibarət müxtəlif kolleksiyalardır. Hər iki seriya da oxuduqlarınızı başa düşməyinizə kömək etmək üçün çox sayda qaynaqla birlikdə satılır. İngilis dilini öyrənməklə yanaşı, bu iki seriya kitab sizə tarix və mədəniyyət haqqında da çox şey öyrədə bilər.
5. Oxford İngilis dilində oxuma kitabları
- Aşağıda Oxford kitabları ilə bağlı məlumatlarla tanış ola bilərsiniz:
- Qiymət: kitabın uzunluğunu dəyişir
- Buraya daxildir: audio kitab, rəqəmsal kitab, hər Hekayənin əvvəlki təqdimatı, şəkillər, lugt, oxudan əvvəlki, oxudan hərəkətlər.
- Amazon səhifəsindəki kitab nümunəsi: “Yerin Mərkəzinə səyahət”
Oxford kitab mağazasına daxil olmayan bütün xüsusiyyətləri yükləmisiniz və indi istədiyiniz kitabı almaq mümkündür. Bunu etdikdən sonra kitabların bir hissəsi ola bilərsiniz. Oxford kitablarında İngilis dilinin altı səviyyə mövcud olduğunu və İngilis dilini təqlid etmə prosesinin başlanğıcının uyğun bir maye olduğunu bilə bilərsiniz. Oxford nəşrlərində, hücuma məruz qalan bir çox kitab və kitab var.
Nəşr olunmuş kitablardan birinə sahib olmaq üçün daha çox üstünlük verərdiniz və sonra Oxfordun nisbətən köhnəlmiş kitablarını bir Amazon olaraq ala bilərsiniz. Xoşbəxtlikdən köhnə kitablar mövcud olan üç onlayn kitab deyil.
6. Garnet İngilis dilində oxuma kitabları
- Aşağıda Garnet Oracle kitabı ilə bağlı məlumatlarla tanış ola bilərsiniz:
- Qiymət: hər kitabın qiyməti 3.50 dollar
- İçindəkilər: rəqəmsal kitab, rəngli şəkillər və fotoşəkillər, sözlük, məşqlər
- Amazonda nümunə kitab: “The Hitchhiker”
Garnetin İngilis dilindəki səviyyələrə uyğun olaraq ayrılmış oxu kitabları erkən gənclik dövründə olan şəxslər üçün nəzərdə tutulsa da, bu kitablar böyüklər üçün də maraqlı ola bilər. Seriya hazırda başlanğıcdan orta səviyyələrə qədər 16 kitabı əhatə edir və bunların hamısı xüsusi olaraq İngilis dili öyrənənlər üçün yazılmış orijinal hekayələrdir, hekayə inkişafı və əyləncəsi diqqətdən kənarda qalmayıb.
7. Helbing İngilis dilində oxuma kitabları
- Aşağıda Helbing kitabı ilə bağlı məlumatlarla tanış ola bilərsiniz:
- Qiymət: mənbədən və formatdan asılıdır
- İçindəkilər: rəqəmsal kitab, audio kitab, eyni səhifədəki tərifləri olan sözlər, oxudan əvvəl və sonra üçün nəzərdə tutulmuş ESL fəaliyyətləri, kitabdakı mövzu və mədəniyyət haqqında məlumatlar, dinləmə fəaliyyətləri
- Amazon haqqında nümunə kitab: “Grace and the Double Life”
Helbling, ingilis dilindəki oxu kitabları üçün yenidən yazılmış klassiklərin və nəşriyyat üçün xüsusi hazırlanmış əsərlərin kolleksiyasını təqdim edir. Hər kitabın nümunə səhifələrini və səs yazılarını yükləyə bilərsiniz. Kitablar şəkillərdən ibarətdir və kifayət qədər qısadır, bir oturuşda bitirmək mümkündür (təxminən 40 səhifə). Bu kitabları birbaşa nəşriyyatdan sifariş etmək üçün bir yol olmasa da, çox sayda ikinci əl kitabları Amazon vasitəsi ilə CD ilə birliklə tapa bilərsiniz.
İngilis dilində oxuma kitabları PDF
Yuxarıda adları qeyd edilən kitablardan Othello ve Treasure Island kitablarının PDF formaları aşağıda verilmişdir:
Treasure Island / Robert Louis Stevenson
1-ci sinifdən 4-cü sinfə qədər İngilis dilində oxuma kitabları
Aşağıdakı hər bir başlıq altında həmin başlıqda qeyd edilmiş sinfə uyğun İngilis dilində oxuma kitabları verilmişdir:
1-ci siniflər üçün İngilis dilində oxuma kitabları
Aşağıda 1-ci siniflər üçün nəzərdə tutulmuş İngilis dilində oxuma kitablarının siyahısı verilmişdir:
- A Happy Child
- Three Little Pigs
- After a Bath
- The Bubble, the Straw and the Shoe
- One Little Kitten
- Lalu and Peelu
- Once I Saw a Little Bird
- Mittu and the Yellow Mango
- Merry-Go-Round
- Circle
- If I Were an Apple
- Our Tree
- A Kite
- Sundari
- A Little Turtle
- The Tiger and the Mosquito
- Clouds
- Anandi’s Rainbow
- Flying Man
- The Tailor and his Friend
2-ci siniflər üçün İngilis dilində oxuma kitabları
Aşağıda 2-ci siniflər üçün nəzərdə tutulmuş İngilis dilində oxuma kitablarının siyahısı verilmişdir:
- First Day at School
- Haldi’s Adventure
- I am Lucky!
- I Want
- A Smile
- The Wind and the Sun
- Rain
- Storm in the Garden
- Zoo Manners
- Funny Bunny
- Mr. Nobody
- Curlylocks and the Three Bears
- On My Blackboard I can Draw
- Make it Shorter
- I am the Music Man
- The Mumbai Musicians
- Granny Please Comb my Hair
- The Magic Porridge Pot
- Strange Talk
- The Grasshopper and the Ant
3-cü siniflər üçün İngilis dilində oxuma kitabları
Aşağıda 3-cü siniflər üçün nəzərdə tutulmuş İngilis dilində oxuma kitablarının siyahısı verilmişdir:
- Good Morning
- The Magic Garden
- Bird Talk
- Nina and the Baby Sparrows
- Little by Little
- The Enormous Turnip
- Sea Song
- A Little Fish Story
- The Balloon Man
- The Yellow Butterfly
- Trains
- The Story of the Road
- Puppy and I
- Little Tiger, Big Tiger
- What’s in the Mailbox?
- My Silly Sister
- Don’t Tell
- He is My Brother
- How Creatures Move
- The Ship of the Desert
4-cü siniflər üçün İngilis dilində oxuma kitabları
Aşağıda 4-cü siniflər üçün nəzərdə tutulmuş İngilis dilində oxuma kitablarının siyahısı verilmişdir:
- Wake Up!
- Neha’s Alarm Clock
- Noses
- The Little Fir Tree
- Run!
- Nasruddin’s Aim
- Why?
- Alice in Wonderland
- Don’t be Afraid of the Dark
- Helen Keller
- The Donkey
- I had a Little Pony
- The Milkman’s Cow
- Hiawatha
- The Scholar’s Mother Tongue
- A Watering Rhyme
- The Giving Tree
- Books
- Going to Buy a Book
- The Naughty Boy
- Pinocchio
Qeyd edək ki, bu kitablar uşaqlar üçün nəzərdə tutulmaqla birlikdə İngilis dilini öyrənməyə yeni başlayan böyüklərin də oxumaq üçün istifadə edə biləcəyi kitablardandır.
İngilis dilində kitab oxumağın İngilis dilində təcrübə qazanmağa faydası
İngilis dilində kitab oxumaq İngilis dilindəki praktiki biliklərimizə necə təsir edir? Gəlin baxaq.
- Əgər kitabın mövzusu sizin üçün maraqlı və ya gülməlidirsə, o zaman kitab oxumaq sizin üçün xoş bir fəaliyyət olacaq və bu çox vacibdir.
- Sözləri cümlə daxilində doğru formada necə istifadə edəcəyinizi öyrənmiş olacaqsınız.
- Başlanğıc və ya Mərhələ 1 səviyyəli bir kitabı oxumaq və başa düşdüyünüzü görmək sizin üçün motivasiya olacaq.
- Sözlərin kontekstə uyğun formasını, bir-birinə oxşayan və ya sinonim olan sözlərin bir-birindən fərqini, hansı hallarda istifadə edilə biləcəyini öyrənmiş olacaqsınız. Azərbaycan dilində bu mövzu ilə bağlı nümunə olaraq “qrupa başçılıq etmək” ifadəsini göstərə bilərik. Hər nə qədər baş və kəllə sözləri sinonim olsa da “qrupa kəlləlik edirəm” ifadəsi tamamilə səhvdir.
- Sözlər, onların istifadə qaydaları, müxtəlif dil nümunələri, qrammatik prinsipləri təkrar-təkrar görürsünüz və siz özünüz də fərqinə varmadan onları öyrənirsiniz.
- Məsələn, İngilis dilində “no hard feelings” ifadəsi “incimədin, elə deyilmi?” mənasına gəlir. Bu ifadəni eşitdiyiniz zaman başa düşməyiniz mümkün olmadığı üçün sadəcə cümlə içərisində istifadəsini görməklə öyrənə bilərsiniz
- Kitab oxumaq oxumaq bacarıqlarınızı artırmaqla yanaşı dinləmə, yazma və danışma kimi bacarıqlarınızı da inkişaf etdirir.
- Hekayə kitabının oxucuları deduksiya yolu ilə bir çox qrammatik qaydaları aşkarlayır və əldə edirlər. Qrammatika dərslərini daha rahat başa düşürlər.
- Məsələn, 1-ci səviyyə kitablarını oxuyarkən bir müddət sonra 2-ci səviyyə kitabına keçirsiniz və öyrəndiklərinizin daha yaxşı fərqinə varırsınız. Bu müşahidə qeyri-müəyyənliyi aradan qaldırır və sizə əhval-ruhiyyə verir.