İngilis dilini öyrənmək üçün ən ideal seriallar - Wordly

İngilis dilini öyrənmək üçün ən ideal seriallar


İngilis dilini öyrənmək üçün ən ideal seriallar

İngilis dilində danışmaq ilə bağlı problemləriniz var? İngilis dilində söz ehtiyatınızı artırmaq istəyirsiniz? İngilis dilinizi necə inkişaf etdirəcəyinizi bilmirsiniz? O zaman xarici serialları izləməyə, izləmədən əvvəl isə detallı incələməyə başlayaq.

İngilis dilini öyrənmə yolunda İngilis dilini tədris edən müəllimdən əlavə, prosesə dəstək olan metodlardan istifadə etmək sizin üçün faydalı olacaqdır. Bu metodlar mövzusunda ətrafınızdakı şəxslər böyük ehtimal ki, “xarici seriallar izlə” deyərək israr edirlər. Əslində olduqca haqlıdırlar. Daimi olaraq xarici serial izləmək həm İngilis dilindəki tələffüzünüzü inkişaf etdirməyə, həm də İngilis dilindəki söz ehtiyatınızı artırmağa kömək edir. Əlbəttə ki, sadəcə serial izləyərək də İngilis dilini inkişaf etdirmək elə də mümkün deyil.

İngilis dilini öyrədən seriallar, xüsusən də müasir Amerika serialları, İngilis dilini öyrənmə prosesinin daimi bir parçasına gətirmək üçün aşağıdakı səbəblər sadalana bilər;

Bu seriallar İngilis dilinin dərs kitabları ilə müqayisədə daha real məzmunlara malikdir.

  • Seriallar vasitəsi ilə danışıq qabiliyyətini inkişaf etdirmək mümkündür.
  • Seriallarda eşitdiyin dilin gündəlik danışıqlarda istifadə edilən İngilis dili olma ehtimalı daha yüksəkdir.
  • Fərqli növ aksentləri eşidəcəyiniz üçün dinləmə bacarıqlarınız da inkişaf edəcəkdir.

Bu yazımızda siz aşağıdakı başlıqlar ilə bağlı məlumat əldə edəcəksiniz:

  • Sex and the City
  • The Big Bang Theory
  • How I met your mother
  • Friends
  • Game of Thrones
  • Sherlock Holmes
  • The Simpson
  • Two and A Half Man
  • Hannibal
  • Stranger Things
  • İngilis dilini öyrənmək üçün komediya filmləri

Sex and the City

  • Yayımlandığı il: 1998
  • Janr: Komediya, romantik
  • Rollar və aktyorlar: Sarah Jessica Parker, Cynthia Nixon, Kim Cattrall ve Kristen Davis.

Mövzu: Sex and the city, New York şəhərində 4 rəfiqənin eşq, sevgi və münasibətlər ilə bağlı yaşadıqları hadisələrdən bəhs edən romantik komediya serialıdır. Köhnə serial olsa da, hələ də bizə Manhattan modasının inkişafını izləmək şansı verir. İstifadə edilən sözlər baxımından çeşidlilik olmasa da, danışıq sürəti olduqca yüksək olan bu serial İngilis dilinin 3-cü səviyyəsi-ndə (B1) olan şəxslər üçün tövsiyə edilir.

İngilis dilini öyrədən seriallar arasında niyə “Sex and the City” var?

“Sex and the City” əyləncəlidir, izlənməsi zövq verir və eyni zamanda həddən artıq fokslanma tələb etmir. Müəyyən bir serialı izləyərkən nə qədər çox əyləniriksə, o qədər çox öyrənirik. Bu serialın dili sadə İngilis dilli serial axtaranlar üçün idealdır. Bundan əlavə, serialda çox sayda phrasal verb istifadə edilib ki, bu da tək halda başa düşülməsi çətin olan bu ifadələri daha rahat başa düşməyə kömək edəcəkdir.

Serialda istifadə edilən dil təbii və tip olaraq New York İngilis dilidir. Bu səbəbdən də əgər New York-a getməyi düşünürsünüzsə, bu serialı mütləq izləməlisiniz. Bundan əlavə, ölkəmiz və Amerika arasındakı vacib mədəniyyət fərqlərini başa düşəcək, dostluq, romantik münasibətlər kimi Amerikadakı müasir gündəlik sosial məsələlərlə bağlı çeşidli və maraqlı mövzular ilə tanış olacaqsınız.

The Big Bang Theory

  • Yayımlandığı il: 2012
  • Janr: Komediya
  • Aktyorlar: Johnny Galecki, Jim Parsons, Kaley Cuoco və Kunal Nayyar.

Mövzu: Sheldon və Leonard, dostdurlar və hər ikisi də fizikdir. Onlar sadəcə dost deyil, eyni zamanda iş yoldaşıdırlar və həm də otaq yoldaşı olaraq birlikdə yaşayırlar. Serialda dost, iş və otaq yoldaşı olaraq bir-biri ilə bağlı olan münasibətləri yer alır. Sheldon və onun qəribə metodları və davranışları ilə sınanan münasibətin enişləri, çıxışları ekranlara əks etdirilir.

Bundan əlavə, digər iki kolleqaları Rajesh və Howard da çox yaxşı dostdurlar, eyni zamanda bu dördlü qrup tam bir elm və dərs oxuma həvəskarıdırlar və hər biri bir “nerd” olduqlarını qəbul etməkdən çəkinmirlər. Birlikdə təcrübələr aparır, elmi-fantastik filmlər izləyir, video oyunları oynayır, cizgi romanları oxuyurıar.

İngilis dilini öyrədən seriallar arasında niyə “The Big Bang Theory” var?

Bu serial olduqca gülməlidir və nə baş verdiyini başa düşmək üçün hər deyiləni başa düşmək məcburiyyətində deyilsiniz, çünki hadisələr çox açıqdır. “What’s Up” (nə xəbər?) kimi gündəlik dildə ən çox istifadə edilən deyimləri cümlə içərisində eşidə və başa düşə biləcəksiniz.

Əgər xüsusi olaraq elmlə maraqlanırsınızsa, bu mövzu ilə bağlı çox sayda söz öyrənə bilərsiniz. Hadisələr universitet kampusunun içində baş verdiyi üçün Amerika universitetlərindən birində təhsil almağın necə bir şey olduğunu və tələbələrin istifadə etdiyi dilin bir qismini öyrənəcəksiniz.

How I met your mother

  • Yayımlandığı il: 2005
  • Janr: Komediya
  • Aktyorlar: Neil Patrick Harris, Josh Radnor, Jason Segel, Alyson Hannigan və Coby Smulders.

Mövzu: Komediya janrındankı serialların ulduzuna çevrilən bu serialda 5 yaxın dostun həyatları və seçimləri gülməli formada izah edilir. İzləyicilərə sadəcə komediya deyil, eyni zamanda duyğusal anlar da yaşatmağı bacaran bu serialda söz ehtiyatınız olduqca inkişaf edəcəkdir. Serialdakı danışıq sürəti isə ortalama olaraq qəbul edilir.

İngilis dilini öyrədən seriallar arasında maraqlı və gülməli olanlardan biridir. Başlanğıcda başa düşmək bir az çətindir, çünki gələcəkdən, yəni 2030-cu ildən bəhs edir. Ancaq bu serialın axışına öyrəşdiyiniz zaman olduqca zövqlü olduğunun fərqinə varacaqsınız.

Əsas xarakter olan Ted Mosby, uşaqlarına anaları, yəni həyat yoldaşı ilə necə və  nə vaxt tanış olduğunun hekayəsini danışır. Tedin hekayəsi 2005-ci ildə, o 27 yaşında olarkən başlayır. Universitetdən dostunun nişanlanması isə onda evlənməyə istək yaradır.

İngilis dilini öyrədən seriallar arasında niyə “How I met your mother” var?

Qarışıq zaman məsələsinə baxmayaraq serialın ana fikrini başa düşdükdən sonra başa düşülməsi olduqca asan serialdır. Hekayə boyunca hadisəni nitq edən bir nəfər (Ted) var və nələrin baş verdiyini açıqlayır. Olduqca əyləncəli serialdır və çox sayda gündəlik dil nümunələrindən istifadə edilir. Məsələn, “high five (əlini əlimə vur), legendary (əfsanəvi) və awesome (müdhiş)” kimi çox sıxlıqla istifadə edilən sözləri eşidəcəksiniz. Bundan əlavə flirt və romantizm ilə bağlı Amerikan mədəniyyətini başa düşmək üçün seyr edilə biləcək ən yaxşı seriallardandır.

Friends

  • Yayımlandığı il: 1994
  • Janr: Komediya, romantika
  • Aktyorlar: Jennifer Aniston, Courtney Cox, Matthew Perry, Matt Le Blanc və Lisa Kudrow.

Mövzu: Manhattan, New York-da baş verən komediya serialıdır və altı gənc dostdan bəhs edir. Bir anda  qohumları, otaq dostları, qonşuları və köhnə məktəb dostları ilə birlikdə yaşadıqlarının fərqinə varırlar. Serial onların eniş və çıxışlarını, günlük həyatlarını və mübarizələrini göstərir. “Sitcom” seriallarının ulduzuna çevrilən Friends serialı 20 dəqiqəlik seriyaları və komediya janrını olduqca yaxşı formada tətbiq etməsi ilə insanın yorulmadan, əyləncəli zaman keçirməsini təmin edəcək. Serialda istifadə edilən söz müxtəlifliyinin çox olmasına baxmayaraq danışıq sürətinin yavaş olması İngilis dilində 2-ci səviyyədə olan tələbələr üçün tövsiyə edilir.

İngilis dilini öyrədən seriallar arasında niyə “Friends” var?

Çox gülməli bir serialdır və zarafatlar o qədər aydındır ki, nə dediyini başa düşmək üçün İngilis dilini mükəmməl formada bilməyə ehtiyac yoxdur. Serialın xarakterlərinin hamısı çox fərqlidir və İngilis dilində danışan dostlarınızla ünsiyyət qurmanıza kömək edəcək mükəmməl İngiliscə öyrənə bilərsiniz.

Bu serial vasitəsi ilə İngilis dilini danışığa fokslanmış formada öyrənəcək və dialoqlar sayəsində təməl zarafatları necə başa düşməli olduğunuzu biləcəksiniz. Dialoqların sürəti, digər sitcomlara görə sürətsizdir və bu da özlüyündə İngilis dilini daha yaxşı başa düşməyə çalışanların işini daha da asanlaşdırır.

Game of Thrones

  • Yayımlandığı il: 2011
  • Janr: Macəra, Dram
  • Aktyorlar: Emilia Clarke, Peter Dinklage, Kit Harington

Mövzu: Game Of Thrones, bütün dünyada milyonlarla tamaşaçını ekranlar önünə gətirən və möhtəşəm seriallardan biri olması ilə yanaşı eyni zamanda İngilis dilində danışığımızı inkişaf etdirməyimiz üçün də son dərəcə uyğun olan seriallardandır.

İngilis dilini öyrədən seriallar arasında niyə “Game of Thrones” var?

Serialda son dərəcədə gözəl formada istifadə edilən dil həm də rahat başa düşüləndir. Xarakterlərin danışıqları, dialoqlar və sözlərin hər biri az da olsa İngilis dilini bilən şəxslər tərəfindən belə asanlıqla başa düşülür. İngilis dili müəllimləri tərəfindən də tez-tez tövsiyə edilən bu serial sayəsində eyni zamanda qulağımız İngilis dilindəki fərqli aksentə öyrəşmiş olur. Ancaq diqqət etməli olduğumuz bir nöqtə var: Serialı izlədiyiniz zaman çox sayda yeni söz ilə qarşılaşacaqsınız, odur ki, buna hazır olun.

Amerika istehsalı olmasına baxmayaraq, İngilis aktyorlarının serialda çıxış etməsi Game of Thrones serialını İngilis aksentini başa düşmə və danışma mövzusunda özünü inkişaf etdirmək istəyənlər üçün uğurlu seçim formasına gətiri. Televiziya tarixinin ən yaxşı istehsallarından biri olan bu serial, fantastik və tarix sevən şəxslərin seçə biləcəyi ən yaxşı görüntü keyfiyyəti və ssenariya sahib seriallardandır.

Sherlock Holmes

  • Yayımlandığı il: 2010
  • Janr: Dedektiv
  • Aktyorlar: Benedict Cumberbatch, Martin Freeman, Una Stubbs

Mövzu: Sherlock Holmes, bütün dünyada tanınmış dedektiv xarakteridir. Kitabları, filmləri olan bu xarakterin əlbəttə ki, serialı da çəkilib. Bu serialın hər sezonu 3 uzun seriyadan ibarətdir. Serialın finalı olsa da, yenə də baxış sayı ən yüksək olan seriallardan biridir. John Watson və Sherlock Holmes-un hekayələrinin yer aldığı Sherlock serialı bitməsini heç istəməyəcəyiniz seriallardandır.

İngilis dilini öyrədən seriallar arasında niyə “Sherlock Holmes” var?

Serialda komediyanın olduqca təsiredici formada istifadə edilməsi və İngilis dilində aksent istifadəsinin uğurlu olması diqqət çəkən özəlliklərdən biridir. Ancaq bu serialda danışıqlar sürətli formada baş verir ki, bu da İngilis dili səviyyəsi daha irəlidə olan tələbələr üçün uyğundur. Əgər İngilis dili səviyyənizin advanced olduğunu düşünürsünüzsə, o zaman aksent və tələffüz qaydalarını eşidib tətbiq edə bilmək üçün bu serial sizin üçün ən uyğun variantdır.

The Simpsons

  • Yayımlandığı il: 1989
  • Janr: Komediya
  • Aktyorlar: Dan Castellaneta, Nancy Cartwright, Harry Shearer

Mövzu: Matt Groening tərəfindən Box Broadcasting Company üçün yaradılan və hadisələrinin Springfield-da tüğyan etdiyi televiziya komediyası olan Simpsons, Amerika mədəniyyətinin fərqli formalarını ortaya çıxararaq bunu həm öz xalqına, həm də tamaşaçılara göstərdi. Başlanğıc mərhələsində bu istehsal bir dəqiqəlik qısa animasiya filmi olaraq yaradılmış olmasına baxmayaraq, proyektin böyüməsi ilə 20-ci əsrin ən yaxşı televiziya serialına çevrilmişdir.

Balacadan böyüyə hər kəsi ekran önündə saxlaya bilmə potensialına sahib olan bu xarici serial böyüklər üçün hazırlanan animasiyadır. Özünüzü bir müddət sonra Simpson ailəsinin bir fərdi kimi hiss edəcəksiniz. Serialda ağır sözlər olmasa da, danışıqlar olduqca sürətlidir ki, bu da İngilis dili səviyyəsi daha yüksək olan şəxslər üçün uyğundur.

Two and A Half Men

  • Yayımlandığı il: 2003
  • Janr: Komediya
  • Aktyorlar: Jon Cryer, Ashton Kutcher, Angus T. Jones

Mövzu: Malibu sahilinin tanınan subayı olan Charlie villasında reklam şirkəti üçün bəstələdiyi musiqilərlə maddi gəlir qazanır və hər axşam evində müxtəlif əyləncələr təşkil edir. Ancaq yuxu kimi həyatı həyat yoldaşı tərəfindən tərk edilən qardaşı Alan və 10 yaşındakı oğlu Jake-n onun evinə köçməsi ilə kabusa dönür. İlk başlarda bu vəziyyətdən şikayət etsə də, qardaşı ilə olan ailə mühitini sevməyə başlayır.

Bu serialın ekranlarda ən çox seyr edilən seriallardan biri olmasının əsas səbəbi ssenarisinin olduqca real formada hazırlanmasıdır.

İngilis dilini öyrədən seriallar arasında niyə “Two and a half men” var?

Söz baxımından zəngin olan bu serialda qarşınıza çox sayda yeni sözlər çıxacaqdır. Serialdakı danışığın sürəti ortalama olduğu üçün bu serial İngilis dili səviyyəsi 3-cü mərhələdə olan şəxslər üçün uyğundur.

Hannibal

  • Yayımlandığı il:
  • Janr:
  • Rollar və aktyorlar:

Mövzu: Cinayət, dram və qorxu kateqoriyasında yüksək uğur əldə etmiş olan bu serial İngilis dilini öyrənərkən sizə həyəcanlı anlar yaşadacaqdır. Serialda istifadə edilən sözlərin müxtəlifliyi çox olsa da, danışıqları başa düşə bilməyimiz üçün yavaş ifadə edilməsi İngilis dili səviyyəsi 2-ci səviyyədə olan və serial həvəskarı olan şəxslər üçün olduqca faydalı olacaqdır.

Hannibal, digər adı ilə isə Hannibal the Cannibal, filmlərdən sonra serialların da mövzusu olmağa başlamışdır. Baş rollarını zəka səviyyəsi olduqca yüksək olan bu xarakter və onun iş yoldaşı Will Graham xarakterinin paylaşdığı bu serialda, cinayətin estetika və zəka ilə görüşü göstərilməkdədir. Tamaşaçıları təəccübləndirən bu serial İngilis dilini inkişaf etdirməyinizə kömək etməklə yanaşı, eyni zamanda dünyagörüşünüzü də genişləndirəcəkdir.

Stranger Things

  • Yayımlandığı il: 2016
  • Janr: Qorxu, fantastika
  • Rollar və aktyorlar: Millie Bobby Brown, Finn Wolfhard, Winona Ryder

Mövzu: 80-ci illərin Hollywooduna və Steven Spielberg, Steven King və George Lucas kimi adlara istinad edən  bu serial telekinetik gücləri olan bir qızın itən uşağı tapmaq istəyən 3 başqa uşağa kömək etməsi və daha sonra sirli hökumət təşkilatlarından tutmuş qaranlıq güclərə qədər onları yox etməyə çalışanlarla mübarizələrindən bəhs edir.

Qısa dialoqları və İngilis dilinin son dərəcə başadüşülən istifadəsi ilə bu serial sizin İngilis dilinizi inkişaf etdirməyinizə töhfə verəcəkdir. Qısa və başadüşülən danışıq dili ilə Stranger Things, elmi-fantastika və qorxu janrını seçənlər üçün idealdır.

İngilis dilini öyrənmək üçün komediya filmləri

Yuxarıda sadalanan siyahıda bir neçə komediya janrında olan seriallarla və onların dil öyrənmə prosesimizdəki rolları ilə tanış olduq. Əgər siz serial izləməyi sevən biri deyilsinizsə və bunun əvəzinə film izləməyə üstünlük verirsinizsə, o zaman İngilis dilinizi inkişaf etdirmək üçün komediya janrında olan filmlər siyahımız ilə də tanış olmalısınız 😊

Əgər hazırkı hədəfiniz yeni sözlər əzbərləmək və söz ehtiyatınızı genişləndirməkdirsə, o zaman film izləmək, musiqi dinləmək ilə yanaşı Wordly-ni də ziyarət etməlisiniz. Wordly sizə nə vəd edir? İngilis dili səviyyənizə uyğun yeni sözlər, onların tələffüzü və tərcüməsi, səsli bildiriş funksiyası sayəsində hər gün söz öyrənməyinizi xatırlatma, internetsiz işləyə bilməsi sayəsində offline rejimdə öyrənməyinizə töhfə vermək.

İngilizce Kelime Ezberlemek Artık Çok Kolay

Uygulamayı Ücretsiz İndir; Her gün yeni kelimeler telefonuna gelsin
Örnek cümle ve anlamlarını öğren
Hatırlatmalarla pratik yap, kalıcı öğren, unutma
Offline modu ile Internete ihtiyacın olmadan kelime öğren
İngilizce Kelime Öğrenmeye Başla

Recent Content

×
wordly-logo
Wordly İngilizce Öğrenme ve Kelime Ezberleme Uygulaması
Uygulamayı Ücretsiz İndir
Her gün yeni kelimeler telefonuna gelsin
Uygulamayı İndir
×
wordly-logo
تطبيق Wordly لتعلم اللغة الإنجليزية وحفظ المفردات الإنجليزية
تحميل التطبيق مجانا
احصل على كلمات جديدة على هاتفك كل يوم
Uygulamayı İndir
×
wordly-logo
WORDLY ingilis dili öyrənmə və söz əzbərləmə proqramı
Tətbiqi ödənişsiz yüklə
Hər gün yeni sözlər telefonuna gəlsin
Uygulamayı İndir