Invite Felinin İkinci və Üçüncü Formaları - Wordly

Invite Felinin İkinci və Üçüncü Formaları


Invite Felinin İkinci və Üçüncü Formaları

Invite Felinin İkinci və Üçüncü FormalarıTələbələr ingilis dili qrammatikasını öyrənərkən motivasiyasını düşürəcək bir sıra qəlizliklərlə üz üzə qala bilirlər. Bu qəlizliklər, ingilis dili qrammatikasını öyrənməkdə axsamalar yarada bilir. Mövzumuza verə biləcəyimiz ən ideal nümunə isə ingiliscə fellərdir. İngilis fellər, ana dilimizlə müqayisədə qarşılığı olmayacaq ünsurlarla əhatəlidir. Bu ünsurları yaxşı mənimsəyə bilmək üçün ingilis dili qrammatikası detallı, sağlam və doğru addımlarla öyrənilməlidir ki, tələbələr üçün hər hansı bir məqamda çətinliklər yaratmasın.

Fellər bildiyiniz üzərə ingilis dilində qaydalı və qaydasız olaraq iki yerə bölünür. Çətinlik, eləcə, buradan başlayır. Çünki, qaydalı felləri öyrənmək asan olsa da, (ikinci və üçüncü halında “ed” şəkilçisini qəbul edən hər bir fel qaydalı fel sayılır) qaydasız felləri öyrənmək olduqca vaxt aparıcıdır. Çünki, qaydasız fellər kökdən dəyişmə xüsusiyyətinə sahibdir və tələbələrin burada qaydasız felləri əzbərləməkdən başqa çarələri qalmır. Bəs, əzbərləməkdən savayı, qaydasız felləri necə daha yadda qalan etmək mümkündür?

Qaydasız felləri yadda qalan etmək üçün hansı halların hansı cümlələrdə, hansı mənsubiyyətlər və zaman qəlibləri ilə istifadə olunduğunu öyrənmək lazımdır. Bunun üçün, bu gün bloq yazımızda qaydasız fellərdən biri olan “Invite  ” felinin ikinci və üçüncü hallarını sizlərlə birlikdə təsnif edəcəyik. Beləliklə, felin birinci, ikinci və üçüncü hallarını daha detallı şəkildə öyrənəcək və çalışmalarla praktik edərək daha yadda qalan hala gətirəcəksiniz. Giriş məlumatlarla başlayaq:

Invite feli sözün öz köküdür və birinci hal şəklində istifadə olunur.

Invite feli – dəvət etmək, çağırmaq – şəklində tərcümə olunur.

Invite  Felinin İkinci Forması

Invite felinin ikinci halı invited yazılır. Simple Past Tense üçün istifadə olunur.

Invite Felinin İkinci Forması ilə Nümunələr

  • She kindly invited our family to dinner.- Xahişlə ailəmizi yeməyə dəvət etdi.
  • Only healthy subjects were invited to participate in this study.- Bu işdə iştirak etmək üçün yalnız sağlam subyektlər dəvət edildi.
  • He invited her to go to the concert- Onu konsertə getməyə dəvət etdi
  • We are invited to consider whether it is a real state of affairs.- Həqiqi bir vəziyyət olub olmadığını düşünməyə dəvət edirik.
  • Children are invited to find out how they trap ants, how they make their pits, what material they use.- Uşaqlar qarışqaları necə tələyə saldıqlarını, çuxurlarını necə düzəltdiklərini, hansı materialdan istifadə etdiklərini öyrənməyə dəvət olunurlar.
  • He practically invited himself over for dinner.- Praktik olaraq özünü yeməyə dəvət etdi.
  • Readers are invited to participate in the discussion.- Oxucular müzakirədə iştirak etməyə dəvət olunur.

Invite  Felinin Üçüncü Forması

Invite  felinin üçüncü halı  invited olarak yazılır. Cümlələrdən ayıra bilməyiniz üçün cümlədə istifadə olunan zaman qəliblərini müəyyənləşdirməlisiniz. Üçüncü hal Perfect Tense və Passive Voice cümlələri üçün keçərlidir.

Invite  Felinin Üçüncü Halı ilə Cümlələr

  • My cousin invited me to her wedding.- Əmim oğlu məni öz toyuna dəvət etdi.
  • Therefore, the authors of the reports were invited to prepare publishable papers based on their reports.- Buna görə də hesabat müəllifləri öz hesabatları əsasında nəşr edilə bilən sənədlər hazırlamağa dəvət edildi.
  • In general, calls involving invited guessing seem to be pleasant surprises.- Ümumiyyətlə, dəvət olunmuş təxminləri ehtiva edən zənglər xoş sürprizlər kimi görünür.
  • No longer was he invited to family gatherings.- Artıq ailə məclislərinə dəvət edilmədi.
  • The participants are invited to identify the values that guide their work.- İştirakçılar işlərinə rəhbərlik edən dəyərləri müəyyənləşdirməyə dəvət olunurlar.
  • The performer is invited to respond to the computer music.- İfaçı kompüter musiqisinə cavab verməyə dəvət olunur.

Invite  Felinin Past Tense ilə İstifadəsi

Invite felini müxtəlif zamanlarda istifadə edərkən çaşqınlıq yaşaya bilərsiniz. Cümlədə invite felini görərkən hansı halda olduğunu müəyyənləşdirmək istəyirsinizsə, cümlədə işlədilən zamana diqqət yetirməlisiniz. Past Simple zamanının istifadə olunduğu cümlədə invite felinin mütləq ikinci halı istifadə olunur. Past Participle cümlələrdə isə invite  felin üçüncü halı işlədilir.

Invite felini keçmiş zaman qəlibləri ilə istifadə edərkən felin neçənci halını istifadə edəcəyinizi yaxşı bilməlisiniz. Cümlələrdə istifadə olunan zaman qəliblərini bir- birindən ayırd edə bilmək üçün köməkçi fellərə baxmağınız kifayət edir. Mübtəda + Köməkçi Fel + Fel (ikinci və ya üçüncü hal) + İkinci Dərəcəli Üzvlər qaydasına diqqət etsəniz, felin ikinci və üçüncü halları ilə rahatlıqla cümlələr qura bilərsiniz.

Invite Felinin Zaman və Mənsubiyyətə Görə Təsnifi

Invite  feli də digər fellər kimi cümlədə istifadə olunarkən zamana və mənsubiyyətə görə dəyişir. Hər ikisinə görə cümlədə istifadə qaydalarına riayət edib, cümlə quruluş strukturunda yanlışa yol vermək istəmirsinizsə, o zaman, aşağıda həm şəxs əvəzliklərinə, həm də zamana görə təsnif edilmiş invite  felinin istifadə qaydalarına baxa bilərsiniz.

Invite Simple Present Tense İstifadəsi

Present Simple  Tense, dilimizə indiki zaman kimi tərcümə olunur. I, you, we, they əvəzliklərinə cavab verən köməkçi felləri “do”,  he, she, it əvəzliklərinin  köməkçi felləri “does”`dır. Köməkçi felə “not” şəkilçisi əlavə etməklə mənfi formaya keçir. He, she, it əvəzlikləri ilə qurulan cümlələrdə “does” köməkçi felinə malikdir, lakin bu köməkçi felə “-s, -ies, -es” şəklində əlavə olunur. Mənfi cümlələrdə fel düz qalır. Eyni vəziyyət sual cümləsi üçündə keçərlidir. Ümumi həqiqətləri, təkrarlanan hərəkətləri, vərdişləri, mövcud vəziyyəti, ümumi fikri, istəyi ifadə etmək üçün istifadə olunur. Bir zaman qrafiki ilə başlamaq və ya təkrarlamaq üçün əvvəlcədən təyin edilmiş hərəkətlər üçün istifadə olunur. Əmrlər, təlimatlar vermək üçün istifadə olunur.

1 st form of Verb + s (es)

  • I invite
  • you invite
  • he/ she/ it invites
  • we invite
  • you invite
  • they invite

Invite Present Perfect Tense İstifadəsi

Present Perfect Tense təkrarlanan hərəkətlər üçün istifadə edilir, hansı ki, konkret zaman forması bu hərəkətlər üçün önəmli deyil və hadisə keçmişdə başlayıb, lakin hələ də bitməyib, davam etməkdədir. Present Perfect Tense   keçmiş bir hadisə və ya vəziyyət ilə bu gün arasında bir əlaqə yaradır. Xüsusilə “just” zərfində çox yaxın bir hərəkət üçün istifadə olunur, ancaq nə qədər vaxt keçdiyini göstərmir. “Yet” zərfi hələ edilməmiş, lakin edilməsi ehtimalı olan hərəkətlər üçün və ya belə bir ehtimalın olub- olmadığını soruşmaq üçün istifadə edilir. “Never” zərfi keçmişdə müəyyən bir nöqtədən heç bir hərəkət edilmədiyini və ya belə bir vəziyyətlə qarşılaşmadığını ifadə etmək üçün istifadə olunur.

has/ have + 3 rd form of Verb

  • I have invited
  • you have invited
  • he/ she/ it has invited
  • we have invited
  • you have invited
  • they have invited

Invite Present Progressive  Tense İstifadəsi

Adından da göründüyü kimi Continuous ifadədəsindən  əvvəlki Present ifadəsi  be + V- ing şəklində köməkçi felin indiki, yəni am, is, are şəklində istifadə olunmasını  həm də dəvam edən hadisənin keçid vaxtının indi olduğunu ifadə edir. Hadisənin nə vaxt başladığı və nə qədər davam etdiği vacib deyil. Yalnız bir danışma anında bir hadisənin davam etdiyini vurğulayır. Hal- hazırda davam etməkdə olan hərəkətləri izah etmək üçün bu zaman formasından istifadə edilir.

Zaman ifadələri: now (indi), right now (indi), at the moment (hazırda), still (hələ)

Present Continuous Tense always, constantly, forever  kimi zərflərlə birlikdə əkrarlayan və ümumiyyətlə narahat edən hərəkətlər üçün istifadə olunur. Present Continuous Tense ondan sonra istifadə olunan gələcək zamanla birlikdə gələcəkdə əvvəlcədən planlaşdırılan bir hərəkətin baş verəcəyi deməkdir.

is/ am/ are + 1 st form of Verb + ing

  • I am inviting
  • you are inviting
  • he/ she/ it is inviting
  • we are inviting
  • you are inviting
  • they are inviting

Invite Present Perfect Progressive Tense İstifadəsi

Dilimizə indiki bitmiş davamedici zaman kimi tərcümə edilən Present Perfect Continuous Tense, keçmişdə müəyyən bir zamanda başlayan və hal- hazırda davam etməkdə olan hal və hərəkətlərdən bəhs etmək üçün istifadə edilir. Bu səbəblə Continuous halda istifadə edilə bilməyən fellərlə istifadə edilə bilməz.

Hal- hazırda etdiyimiz hərəkəti ifadə etmək üçün indiki davamedici zamandan istifadə edilir: I’m reading a book now -mən indi bir kitab oxuyuram. Ancaq keçmiş zamanda başlayan və hələ də davam edən bir hadisə üçün Present Perfect Continuous Tense istifadə edilir. Hadisə keçmiş zamanda başlamış və indi davam edir, hətta gələcəkdə də davam etmə ehtimalı mövcuddur: I have been reading a book for two hours -mən iki saatdır kitab oxuyuram. Bu cümlə kitab oxumağa iki saat əvvəl başladığımı, hələ də davam etdiyimi göstərir. Nə qədər davam edəcəyi haqqında məlumatımız yoxdur.

has/ have + been + 1 st form of Verb + ing

  • I have been inviting
  • you have been inviting
  • he/ she/ it has been inviting
  • we have been inviting
  • you have been inviting
  • they have been inviting

Invite  Simple Past Tense İstifadəsi

Azərbaycan dilindəki qarşılığı keçmiş sadə zaman olan Past Simple Tense, keçmiş zamanda baş verən hadisələrdən bəhs etmək üçün istifadə edilir. Keçmişdə tamamlanan bir hadisəni, işi, vəziyyəti və ya hərəkəti təsvir etmək üçün istifadə olunur. Hadisənin nə qədər əvvəl baş verməsinin heç bir əhəmiyyəti yoxdur. Bu yaxınlarda baş vermiş ola bilər və ya çox köhnə ola bilər. Keçmişə aid yalnız bir hərəkət varsa, bu hərəkətin nə qədər köhnə olmasına baxmayaraq bu zaman istifadə olunmalıdır. Hadisənin keçmişdə nə zaman baş verdiyini ifadə edən bir zaman ifadəsi ilə istifadə olunmalıdır.

Zaman ifadələri; yesterday (dünən),  last month (keçən ay), last week (geçən həftə), last year (keçən il), last night (keçən gecə), two minutes ago (iki dəqiqə əvvəl), two days ago ( iki gün əvvəl), two months ago ( iki ay əvvəl),  two years ago ( iki əvvəl il)

2 nd form of Verb

  • I invited
  • you invited
  • he/ she/ it invited
  • we invited
  • you invited
  • they invited

Invite  Past Progressive Tense İstifadəsi

Keçmiş davamedici zaman olan Past Continuous Tense, keçmişdə baş verən və müəyyən bir müddətdə davam edən hadisələrdən bəhs etmək üçün istifadə edilir. Keçmişdə göstərilən vaxtda tamamlanmayan və buna görə də davam edən hadisələr üçün istifadə olunur. Əsas odur ki, o an davam edir, nə qədər dəvam etməsinin  fərqi yoxdur.

Always (həmişə), constantly (davamlı), forever (həmişəlik, əbədi) kimi zərflərlə birlikdə keçmişdə təkrarlanan və ümumiyyətlə bizi narahat edən hərəkətlər üçün istifadə olunur.

was/ were + 1 st form of Verb + ing

  • I was inviting
  • you were inviting
  • he/ she/ it was inviting
  • we were inviting
  • you were inviting
  • they were inviting

Invite   Past Perfect Tense İstifadəsi

Keçmişdə müəyyən bir an və ya hadisədən əvvəl meydana gələn və o ana qədər davam edən hadisələr üçün istifadə olunur. Bu vaxtdan istifadə edəcəksinizsə, hansı hadisədən əvvəl suala cavab verə biləcəyiniz bir zaman cümləsi olmalıdır. Bəzən bu zamanın çox qədim hadisələr üçün istifadə edildiyi fərz edilir, lakin bu doğru deyil. Keçmişə aid yalnız bir hadisə varsa və bu hadisənin keçmişdə bir müddətdən əvvəl meydana gəldiyi ifadə edilərsə, Simple Past Tense istifadə edilməlidir. Bu zamanın istifadə edildiyi ümumi formul belədir:

subject + had + past participle = past perfect tense.

  • I had invited
  • you had invited
  • he/ she/ it had invited
  • we had invited
  • you had invited
  • they had invited

Invite  Past Perfect Progressive Tense İstifadəsi

Bu zaman formasının Azərbaycan dilində qarşılığı olmasa da, belə izah edə bilərik ki, keçmişdə başlayan bir işdən əvvəl edilməkdə olan başqa bir işdən bəhs etmək üçün Past Perfect Continuous zamanından istifadə edilir. Məsələn: When he came, I had been waiting for him for more than two hours. (O gəldiyində mən onu 2 saatdan çox idi ki gözləyirdim.) Keçmişdə müəyyən bir vaxtda gözləməyə başladım və onun gəlişinə qədər bu gözləməyə davam etdim. Keçmişdə başlayan və keçmişdə bitən bir müddətdə hərəkəti davam etdirdim. Hadisə bir müddət ifadə ettiyi üçün  Continuous, bu müddət keçmişdə bittiği (qutardığı) üçün  Past Perfect`dən istifadə edirik.

had + 3 rd form of Verb

  • I had been inviting
  • you had been inviting
  • he/ she/ it had been inviting
  • we had been inviting
  • you had been inviting
  • they had been inviting

Invite  Simple Future Tense İstifadəsi

Future Simple Tense, Azərbaycan dilinə gələcək sadə zaman kimi tərcümə edilir. Gələcək haqqında məlumat verərkən və ya gələcək hadisələrlə bağlı qeyri- müəyyən hadisələri proqnozlaşdırarkən istifadə olunur. Danışıq zamanı verilən qərarlar üçün istifadə olunur. Gələcəklə bağlı verilən vədlər üçün istifadə olunur.

shall/ will + 1 st form of Verb

  • I will invite
  • you will invite
  • he/ she/ it will invite
  • we will invite
  • you will invite
  • they will invite

Invite  Future Progressive  Tense İstifadəsi

Future Continuous Tense  Azərbaycan dilinə  gələcək davamedici zaman kimi tərcümə olunur. Gələcəkdə müəyyən bir zamanda davam edəcək hərəkətlər üçün istifadə olunur. Hadisənin  nə vaxt başladığı, nə qədər davam ettiyi və ya davam edəcəyi vacib deyil. Əhəmiyyətli olan bir hərəkətin yalnız deyilən anda davam etməsidir.

shall/ will + 1 st form of Verb + ing

  • I will be inviting
  • you will be inviting
  • he/ she/ it will be inviting
  • we will be inviting
  • you will be inviting
  • they will be inviting

Invite  Future Perfect Tense İstifadəsi

Müəyyən bir gələcəkdəki hadisəni  və ya vaxtdan əvvəl tamamlanacaq hərəkətlər üçün istifadə olunur. Vaxt ifadəsi və ya hadisənin sona çatması üçün verilən vaxtı göstərən cümlə olmadan istifadə olunmur.

shall/ will have + 3 rd of Verb

  • I will have invited
  • you will have invited
  • he/ she/ it will have invited
  • we will have invited
  • you will have invited
  • they will have invited

Invite  Future Perfect Progressive Tense İstifadəsi

Future Perfect Continuous Tense Azərbaycan dilində gələcək bitmiş davamedici zaman kimi tərcümə olunur. Future Perfect Continuous Tense gələcəkdə baş verməsi planlaşdırılan hadisədən əvvəl başqa verən və bitən hadisənin olduğunu vurğulamaq üçün istifadə edilir.

Future perfect continuouns tense ilə cümlə qurularkən əvvəlcə mübtəda, daha sonra feilin ikinci forması olan past forma və to be feilinin üçüncü forması, feilin “ing” almış şəkli yerləşdirilir: will + have + been + the verb’s present participle (verb + -ing). Azərbaycan dilinə tərcümədə Future Perfect Tense ilə eyni mənanı ifadə edir.

  • I will have been inviting
  • you will have been inviting
  • he/ she/ it will have been inviting
  • we will have been inviting
  • you will have been inviting
  • they will have been inviting

Invite Feili İlə Bağlı Test Nümunələri

  1. The women knew that community members would disapprove if the women actively participated, even if they ….. to share their ideas.
  2. He …… us for dinner that evening and my wife still talks about his fantastic house.
  3. The reader ….. to struggle with this one, as many people have before.
  4. After two weeks of virtual house arrest, he ….. back to his position the day that the first four-year plan was signed.
  5. They ….. us round for dinner on Saturday.
  6. Children ….. to find out how they trap ants, how they make their pits, what material they use.
  7. The choice of tree species in use under the social forestry programme ….. a lot of criticism.
  8. Reactions to this article ….. from a number of distinguished scholars engaged in this debate.
  9. Rather, theoria’s goal of a broader, more universal understanding of things ….. us to consider how theories yielding empathetic knowledge also exhibit facets of prediction.
  10. The performer …… to respond to the computer music.

Cavablar:

  1. had been invited
  2. invited
  3. is invited
  4. was invited
  5. have invited
  6. are invited
  7. has invited
  8. were invited
  9. invites
  10. is invited

İngilis Dilində  Invite  v2 Və Invite v3 Formalarına Aid Test Nümunələri PDF

Daha çox çalışmalarla praktik qazanmaq və öyrəndiklərinizi daha sağlam şəkildə mənimsəmək istəyirsinizsə, sizin üçün hazırladığımız PDF formatlı invite  birinci, ikinci və üçüncü formları ilə bağlı testi  klikləyərək keçid alıb həll edə bilərsiniz.

Nazrin Akhundova

Mən Nəzrin Axundova 1998-ci il sentyabr ayında Bakıda anadan olmuşam.İlk təhsilim Azərbaycanda olsa da, ali təhsilimi İstanbul şəhərində almağa başlamışam.2016-ci ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsinə daxil olmuşam.Mənim dillərə marağım məni ingilis, türk, rus, italyan dillərini öyrənməyə həvəs yaradıb.5ildən artıqdır ki,ingilis dilində müxtəlif mətn və məqalələri,oçerkləri,esseləri tərcümə edirəm.Bu işdən zövq alıram.Ən böyük istəyim,arzum bundan yararlanana bilən insanlara kömək etməkdir.

İngilizce Kelime Ezberlemek Artık Çok Kolay

Uygulamayı Ücretsiz İndir; Her gün yeni kelimeler telefonuna gelsin
Örnek cümle ve anlamlarını öğren
Hatırlatmalarla pratik yap, kalıcı öğren, unutma
Offline modu ile Internete ihtiyacın olmadan kelime öğren
İngilizce Kelime Öğrenmeye Başla

Recent Content

×
wordly-logo
Wordly İngilizce Öğrenme ve Kelime Ezberleme Uygulaması
Uygulamayı Ücretsiz İndir
Her gün yeni kelimeler telefonuna gelsin
Uygulamayı İndir
×
wordly-logo
تطبيق Wordly لتعلم اللغة الإنجليزية وحفظ المفردات الإنجليزية
تحميل التطبيق مجانا
احصل على كلمات جديدة على هاتفك كل يوم
Uygulamayı İndir
×
wordly-logo
WORDLY ingilis dili öyrənmə və söz əzbərləmə proqramı
Tətbiqi ödənişsiz yüklə
Hər gün yeni sözlər telefonuna gəlsin
Uygulamayı İndir