İngilis dilində Passive Voice mövzusu olduqca vacib mövzulardandır. Bu mövzunu bilmək və doğru şəkildə istifadə etməyi bacarmaq İngilis dilindəki danışığınızı daha axıcı və özündən əmin vəziyyətə gətirəcəkdir. Belə ki, daimi olaraq eyni növ cümlələrdən istifadə edilməsi dinləyən şəxs üçün yorucu ola bilir və eyni zamanda da dilimiz inkişaf etməmiş olur. Bu yazımızda, məktəb vaxtlarında çətin olduğunu düşündüyümüz bu mövzunun əslində heç də qorxduğumuz kimi çətin olmadığınının fərqinə varacaqsınız. Bu yazımızda siz aşağıdakı başlıqlar ilə tanış olacaqsınız.
- Passive Voice nədir?
- Passive və Active Voice fərqi nədədir?
- İngilis dilində Passive və Active cümlə quruluşu necədir?
- Passive Voice ilə bütün zamanlar üçün cümlə nümunələri
- Passive Voice ilə Past Simple Tense üçün cümlə nümunələri
- Passive Voice ilə Present Simple Tense üçün cümlə nümunələri
- Passive Voice ilə Present Continuous Tense üçün cümlə nümunələri
- Passive Voice ilə Future Simple Tense üçün cümlə nümunələri
- Passive Voice ilə Past Continuous Tense üçün cümlə nümunələri
- Passive Voice ilə Present Perfect Tense üçün cümlə nümunələri
Passive Voice nədir?
Passive Voice nə zaman istifadə edilir?
Cümlə quruluşunda fokslanmalı olduğumuz nöqtəni dəyişmək üçün: The Mona Lisa was painted by Leonardo Da Vinci – Mona Lisa, Leonardo Da Vinci tərəfindən çəkilib. (Burada şəkli çəkən rəssamın diqqət mərkəzində olduğuna diqqət çəkilir).
Hadisəni yerinə yetirən şəxsin haqqında məlumatın olmadığı zaman:
- He was arrested (obvious agent, the police) – o, həbs olundu (polis, əsgər tərəfindən).
- My bike has been stolen (unknown agent) – velosipedim oğurlandı (naməlum şəxs).
- The road is being repaired (unimportant agent) – yol təmir olunur (subyekt əhəmiyyətsizdir)
- The form can be obtained from the post office (people in general) – formanı poçt şöbəsindən əldə edə bilərsiniz (bütün insanlar oradan ala bilər).
Faktiki və elmi yazılarda: The chemical is placed in a test tube and the data entered into the computer – Kimyəvi elementlər test borusuna yerləşdirilir və məlumatlar kompyuterə daxil edilir.
Formal yazılarda someone/ people/ they sözlərindən istifadə etməmək üçün: The brochure will be finished next month – broşur gələn il tamamlanacaq.
Quruluşu mürəkkəbləşdirmək üçün cümlə sonuna əlavə yeni cümlənin əlavə edilməsi: Three books are used regularly in the class. The books were written by Dr. Bell. – Sinifdə müntəzəm olaraq üç kitab istifadə olunur. Kitablar doktor Bell tərəfindən yazılmışdır.
Mübtədanın çox uzun olduğu zamanlarda: I was surprised by how well the students did in the test. – Tələbələrin imtahanda nə qədər yaxşı çıxış etdikləri məni təəccübləndirdi.
“Infinitive”-lər ilə Passive Voice
Infinitive Passive Voice, modal sözlərdən və digər bir çox feillərdən sonra istifadə edilir. Məsələn;
- You have to be tested on your English grammar – sən İngilis dili biliyi imtahanında test edilməlisən.
- John might be promoted next year – John gələn il irəli çəkilə bilər.
- She wants to be invited to the party – o, əyləncəyə dəvət edilmək istəyir.
- I expect to be surprised on my birthday – doğum günümdə sürprizin olmasını gözləyirəm.
- You may be disappointed – xəyal qırıqlığına uğramış ola bilərsən.
“Gerund”-lar ilə Passive voice
Gerund Passive Voice, sözönlərindən və gerundlu feillərdən sonra istifadə edilir. Məsələn,
- I remember being taught to drive – mən maşın sürməyi öyrətdiyimi xatırlayıram.
- Most film stars hate being interviewed – əksər film ulduzları reportaj etməkdən nifrət edirlər.
“to be born” feili ilə Passive Voice
“To be born” feili passiv formadır və adətən keçmiş zamanda istifadə edilir. Buna baxmayaraq, bəzi hallarda indiki və gələcək zamanda da işlənə bilir:
- I was born in 1976 – mən 1976-cı ildə anadan olmuşam.
- Where were you born? – sən harada doğulmusan?
- Around 100 babies are born in this hospital every week – Bu xəstəxanada hər həftə 100-ə yaxın körpə doğulur.
- We don’t know on exactly which day the baby will be born – Körpənin hansı gündə doğulacağını bilmirik.
İngilis dilində passiv forma 2 element ilə düzəldilir: “to be” feilinin uyğun forması + past participle
Affirmative: The house was built in 1899 – ev 1899-cu ildə tikilib. Negative: The house wasn’t built in 1899 – ev 1899-cu ildə tikilməyib. Interrogative: Was the house built in 1899? – ev 1899-cu ildə tikilib? Negative interrogative: Wasn’t the house built in 1899? – ev 1899-cu ildə tikilməyib? Affirmative: These houses were built in 1899 – bu evlər 1899-cu ildə tikilib. Negative: These houses weren’t built in 1899 – bu evlər 1899-cu ildə tikilməyiblər. Interrogative: Were these houses built in 1899? – bu evlər 1899-cu ildə tikiliblər? Negative interrogative: Weren’t these houses built in 1899? – bu evlər 1899-cu ildə tikilməyiblər?
Aktiv cümlə passiv cümləyə necə çevrilir?
İngilis dilində aktiv – passiv mövzusunu asanlıqla başa düşmək və aktiv cümlələri passiv cümlələrə çevirməyi başa düşmək üçün bu sözləri bilmək lazımdır:
Subject – subyekt, mübtəda. Cümlədə hərəkəti yerinə yetirən şəxs və ya əşyadır. Bəzən isim yerinə əvəzlik də mübtəda rolunda çıxış edə bilir.
Direct object – obyekt, tamamlıq. Cümlədə kimi, nəyi sualına cavab verən sözdür. Adətən isim olur, bəzən isə isim yerinə əvəzlik və ya isim kimi istifadə edilən gerund da gələ bilir. Məsələn, writing (yazmaq), sleeping (yatmaq), understanding (başa düşmək).
İngilis dilində Passive və Active cümlə quruluşu necədir?
Passive Voice hərəkəti icra edən şəxslə deyil, hansı hərəkətin icra edildiyi ilə bağlı məlumat almaq və ya vermək üçün istifadə edilir. Başqa sözlə, bu tip cümlələrdə vacib olan şəxs və ya əşya yox, hal və hərəkətdir. Məsələn,
Passive: The passive voice is used frequently – Passive Voice tez-tez istifadə edilir. Burada biz Passive Voice ilə maraqlanırıq, bu cümlə tiplərini kimin istifadə etdiyi ilə deyil.
Passive: The house was built in 1654 – Ev 1654-cü ildə tikilib. Burada da evi tikən ilə deyil, evin nə zaman tikildiyi ilə maraqlanırıq.
Passive: The road is being repaired – yol təmir olunur. Yuxarıdakı nümunələr kimi burada da yolu təmir edənlərlə yox, yolun təmir edildiyi ilə maraqlanırıq.
Bəzən isə hərəkətin kimin tərəfindən yerinə yetirildiyini bilmədiyimiz üçün passiv formadan istifadə edirik. Məsələn;
I noticed that a window had been left open – Bir pəncərənin açıq qaldığını gördüm. Every year thousands of people are killed on our roads – Hər il yollarımızda minlərlə insan öldürülür. All the cookies have been eaten – bütün peçenyelər yeyilib. My car has been stolen! – Maşınım oğurlandı! Rəsmi yazılarda və ya məqalələrdə Passive Voice tez-tez istifadə edilir. Passiv formadan istifadə edilməsi mətni daha axıcı və oxunaqlı edir.
Passive: Waste materials are disposed of in a variety – Tullantı materialları müxtəlif şəkildə atılır. Active: The city disposes of waste materials in a variety – Şəhər tullantı materiallarını müxtəlif şəkildə atılır
Passive: Our planet is wrapped in a mass of gases – Planetimiz qaz kütləsinə sarıldı. Active: A mass of gases wrap around our planet – Planetimizin ətrafına bir kütlə qaz sarılır.
Passive: A great deal of meaning is conveyed by a few well-chosen words – çox yaxşı seçilmiş bir neçə söz ilə çox böyük məna ifadə edilər. Active: A few well-chosen words convey a great deal of meaning – yaxşı seçilmiş bir neçə söz böyük məna ifadə edər.
Əgər həm passiv formadan istifadə edib, həm də hərəkətin kimin tərəfindən edildiyini bildirmək istəyiriksə, o zaman “by” söz önündən istifadə edilir. Əgər hərəkətin kim tərəfindən icra edildiyi bizim üçün maraqlıdırsa, o zaman bu cümləni Passive Voice şəklində demək, aktiv forma ilə müqayisədə daha yaxşı səslənəcəkdir.
Passive: “A Hard Day’s Night” was written by the Beatles – “A Hard Day’s Night” The Beatles tərəfindən yazıldı. Active: The Beatles wrote “A Hard Day’s Night” – The Beatles “A Hard Day’s Night” yazdı.
Passive: The movie ET was directed by Spielberg – ET filminə Spielberg tərəfindən rejissorluq edilmişdir Active: Spielberg directed the movie ET – Spielberg ET filminə rejissor etdi.
Passive: This house was built by my father – bu ev atam tərəfindən inşa edildi. Active: My father built this house – atam bu evi inşa etdi.
Passive Voice ilə bütün zamanlar üçün cümlə nümunələri
Passiv forma İngilis dilində olan hər hansı bir zaman deyil. Əgər zamanın auxiliary verb to be + V3 (past participle) ilə düzəldilən özünəməxsus passiv forması mövcuddur. Bunlarla aşağıda tanış ola bilərsiniz.
Present Simple: am, is, are + made
Wine is made from grapes – Şərab üzümdən hazırlanır.
Many cars are made in Japan – Bir çox maşın Yaponiyada istehsal olunur.
Present Continuous: am, is, are + being + sent
The document is being sent right now – Sənəd hazırda göndərilir.
I am being sent to work in the London office – Mən London ofisinə işə göndərildim.
Past Simple: was, were + invited
John was invited to speak at the conference – John konfransda çıxış etməyə dəvət edildi.
We were invited to Daniel and Mary’s wedding – Daniel və Mary-nin toyuna dəvət edildik.
Past Continuous: was, were + being + washed
The dog was being washed when I got home – evə gəldiyim zaman it yuyundurulurdu.
Their cars were being washed while they were in the mall shopping – Onların maşınları onlar alışverişdə ikən yuyulurdu.
Future (will): will be + signed
The contract will be signed tomorrow – müqavilə sabah imzalanacaq.
The documents will all be signed by next week – sənədlərin hamısı gələn həftə imzalanacaq.
Future (going to): am, is, are + going to be + built
A bridge is going to be built within the next two years – önümüzdıki iki il içində körpü inşa ediləcək.
New houses are going to be built in our neighborhood – məhəlləmizdə yeni evlər tikiləcək.
Present perfect: has, have + been + sold
That start-up has been sold for $5 million – Bu start-up 5 milyon dollar satıldı.
The rights to his book have been sold for $250,000 – kitabın haqları 250.000 dollara satıldı.
Past perfect: had + been + hired
The new manager had been hired before John left the company – John şirkəti tərk etməzdən əvvəl yeni menecer işə götürülmüşdü.
All the employees had hired before the store opened – Mağazanın açılmasından əvvəl bütün işçilər işə götürüldü.
Future perfect: will + have been + finished
The car will have been loaded by the time he gets home – Avtomobil evə qayıdan zaman yüklənmiş olacaq.
The crates will have been loaded by then – Sandıqlar o vaxta qədər yüklənəcəkdi.
Modals: can/could: can, could + be + issued
A passport can only be issued at the embassy – Pasport yalnız səfirlikdə verilə bilər.
He said the documents could be issued within the week – Sənədlərin həftə ərzində verilə biləcəyini söylədi.
Modal: have to: have to, has to, had to + be + arranged
A babysitter has to be arranged for this evening – bu axşam üçün bir dayə təşkil edilməlidir.
Joan’s travel plans have to be arranged by December – Joan’ın səyahət planları dekabr ayına qədər planlanmalıdır.
Modal: must: must + be + stopped
Criminals must be stopped before they commit crimes – Cinayətkarlar cinayət törətməzdən əvvəl saxlanılmalıdır.
Passive Voice ilə Past Simple Tense üçün cümlə nümunələri
Keçmiş zamanda Passiv formanı düzəltmək üçün was və were + əsas feilin past participle formasından istifadə edilir. Təsdiq: Object + was / were + verb3 (past participle) Sual: Was / Were + Object + verb3 (past participle) ? İnkar: Object + was / were + not + verb3 (past participle)
Past Passive Voice adətən aşağıdakı hallar üçün istifadə edilir; Tarixdə baş verən hadisələrdən bəhs etmək üçün: George Washington was elected president in 1788 – Corc Vaşinqton 1788-ci ildə prezident seçildi.
Cinayət hadisələri zamanı: Two people were killed in a drive-by shooting on Friday night – Cümə gecəsi maşın sürərkən edilən atəş nəticəsində iki nəfər öldü. Ten children were injured when part of the school roof collapsed – Məktəb damının bir hissəsi yıxılarkən on uşaq yaralanıb.
Bundan əlavə, keçmiş zamanda baş verən və hadisəni törədən şəxsin kimliyi haqqında məlumat olmadığı zamanlarda da Passive Voice-n keçmiş zaman formasından istifadə edilir.
Past Simple Passive Voice cümlə nümunələri
Active : The teacher corrected the mistakes – müəllim səhvləri düzəltdi. Passive: The mistakes were corrected by the teacher – səhvlər müəllim tərəfindən düzəldildi.
Active : Did the little boy sell all the candy bars? – Balaca oğlan bütün konfetləri satdı? Passive: Were all the candy bars sold by the little boy? – bütün konfetlər balaca uşaq tərəfindən satıldı?
Active : Lauren didn’t eat any apples – Lauran heç alma yemədi. Passive: No apples were eaten by Lauran – Lauren tərəfindən heç alma yeyilmədi.
Active : He didn’t give the wallet – o, pul qabını vermədi. Passive: The wallet wasn’t given by him – pul qabı onun tərəfindən verilmədi.
I was bitten by a dog a few days ago – bir neçə gün əvvəl it tərəfindən dişlənildim. The mistakes were corrected by the teacher – səhvlər müəllim tərəfindən düzəldildi. Mary wasn’t invited to the party – Mary əyləncəyə dəvət edilmədi. The match wasn’t won by our team – qarşılaşma komandamız tərəfindən qazanılmadı. You were invited to the party. – mən əyləncəyə dəvət edildim. Were the students taught at home? – tələbələr evdə öyrədildimi? Was the article written by Nick? – məqalə Nick tərəfindən yazılmışdı? Where were grapes grown? – üzüm harada yetişdirildi?
Passive Voice ilə Present Simple Tense üçün cümlə nümunələri
İndiki zamanda Passive Voice is, are + əsas feilin past participle forması vasitəsi ilə düzəldilir:
İndiki zamanda Passive Voice aşağıdakı hallarda istifadə edilir;
Proseslər haqqında məlumat vermək üçün:
First the apples are picked, then they are cleaned, and finally they’re packed and shipped to the market – Əvvəlcə almalar toplanır, sonra təmizlənir və sonda qablaşdırılıb bazara göndərilir.
Düşüncələr, inanclar, fikirlər haqqında danışarkən:
- New York is considered the most diverse city in the U.S. – Nyu York ABŞ-dakı ən fərqlilik sahibi şəhər hesab edilir.
- It is believed that Amelia Earhart’s plane crashed in Pacific Ocean – Amelia Earhartın təyyarəsinin Sakit Okeanda qəzaya uğradığı güman edilir.
- Hungarian is seen as one of the world’s most difficult languages to learn – Macar dili öyrənmək üçün dünyanın ən çətin dillərindən biri olaraq görülür.
- Skin cancers are thought to be caused by excessive exposure to the sun – Dəri xərçənglərinə günəşə həddindən artıq məruz qalması səbəb olduğu düşünülür.
İndiki zamanda baş verən hadisələrdən bəhs etmək üçün Present Simple zaman formasından istifadə edilir. Bəzi hallarda “by” söz önündən də istifadə edilir:
- This work is performed by a new company – Bu işi yeni bir şirkət həyata keçirir.
- The beach is cleaned every morning – çimərlik hər səhər təmizlənir.
- Oranges are imported from Paraguay – portağal Paraqvaydan gətirilir.
Present Simple Passive cümlə quruluşu
Present Simple zamanında aktiv və passiv formanın qarşılaşdırılması. Present Simple Tense Active formasının quruluşu belədir: [subject] + base form of the verb (üçüncü şəxsin təkində felin sonuna ‘-s’ əlavə edilir). Present Simple Tense Passive formasının quruluşu isə am/is/are + feilin Past Participle formasıdır.
Birinci şəxsin təkində (I) “am”, üçüncü şəxsin təkində “is” və ikinci şəxsin təkindəki isim və əvəzliklər üçün “are” istifadə edilir.
Singular
- I am visited
- You are visited
- He/she/it is visited
Plural
- We are visited
- You are visited
- They are visited
Nümunə üçün;
Glass is made from sand – şüşə qumdan hazırlanır. English is spoken all over the world – İngilis dili bütün dünyada danışılır.
Present Simple Passive Voice nə zaman istifadə edilir?
Əksər hallarda baş verdiyi bilinən və ya təkrarlanan hadisələr üçün Present Simple Tense istifadə edilir. Bunlara xarakter, hobbilər, davranışlar, gündəlik rejim və s. misal göstərilə bilər. Passive voice zamanı isə diqqət mərkəzində olan bu davranışları kimin etdiyi yox, davranış və hərəkətin nə olduğudur. Müqayisə üçün;
- They wash the floors every day – onlar hər gün döşəmələri yuyurlar.
- The floors are washed every day – döşəmələr hər gün yuyulur.
- He runs the company – o, şirkəti idarə edir.
- The company is run by him – şirkət onun tərəfindən idarə edilir.
Bu nümunələrdə fokslandığımız məqam şəxs yox, hərəkətdir.
Present Simple Passive Voice inkar cümləsi
Present Simple Passive Voice inkar formasını düzəltmək olduqca asandır. ‘am’, ‘is’, ‘are’ sözləri ilə Past Participle arasında “not” əlavə edilməklə inkar forma düzəldilir (‘isn’t’ və ‘aren’t’ formaları da istifadə edilə bilər)
- Spanish is not spoken in China – Çində İspan dilində danışılmır.
- His words aren’t relied on – onun sözlərinə güvənilməz.
Present Simple Passive Voice sual cümləsi
Present Simple Passive Voice inkar forması kimi sual formasını da düzəltmək çox sadədir. Belə ki, subyekt və ‘am’, ‘is’, ‘are’ sözləri yerlərini dəyişdirir və bu zaman formasının sual forması düzəldilmiş olur: am/is/are + [subject] + Past Participle
- Are US dollars accepted at Dubai airport? – Dubay hava limanında ABŞ dolları qəbul edilirmi?
- Is coffee served here? – Burada qəhvə verilir?
Qeyd: ‘am’, ‘is’ və ‘are’-dan əvvəl wh-question sual sözlərindən istifadə etməklə də Present Simple Passive Voice sual formasını yaratmaq mümkündür.
- What is this pie made of? – Bu piroq nədən hazırlanmışdır?
- When are these items usually brought here? – Bu əşyalar ümumiyyətlə nə vaxt bura gətirilir?
Passive Voice ilə Present Continuous Tense üçün cümlə nümunələri
Present Continuous Passive Voice hal-hazırda davam etməkdə olan və kim tərəfindən icra edildiyi müəyyən olmayan cümlələrdə bu zaman formasından istifadə edilir.
- Nick’s order is being delivered to the nearest store – Nickin sifarişi ən yaxın mağazaya çatdırılır.
- Our dinner is being cooked as we speak – yeməyimiz danışdığımız kimi bişirilir.
- Visitors are being checked in at the hotel – ziyarətçilər oteldə yoxlanılır.
- A new supermarket is being built in the city center – şəhərin mərkəzində yeni bir supermarket tikilir.
- My articles are being typed at the moment – hazırda məqalələrim yazılır.
Present Continuous Passive Voice cümlə quruluşu
Əvvəlcə Present Continuous zamanının aktiv formasının cümlə quruluşunu xatırlayaq: [subject] + am/is/are + -ing verb. Bu zaman formasının passiv voice quruluşu isə am/is/are + being + feilin Past Participle forması şəklindədir. Şəxs əvəzliklərinə uyğun olaraq indiki davamedici zamanın passiv forması aşağıdakı kimi olur:
Singular
- I am being taught
- You are being taught
- He/she/it is being taught
Plural
- We are being taught
- You are being taught
- They are being taught
- My car is at the garage, it is being repaired – maşınım qarajda təmir edilir.
- A letter is being written by her – məktub onun tərəfindən yazılır.
Present Continuous Tense inkar cümləsi
İndiki davamedici zamanın inkar formasının quruluşu subject+ am/is/are + not + being + feilin Past Participle forması şəklindədir. A letter is not being written by her – məktub onun tərəfindən yazılmır.
Present Continuous Tense sual cümləsi
İndiki davamedici zamanın inkar formasının quruluşu am/is/are + subject + being + feilin Past Participle forması + ? şəklindədir. Is a letter being written by her? – məktub onun tərəfindən yazılır?
Future Simple Tense Passive Voice cümlə nümunələri
Əvvəlcə Future Simple Tense üçün Active Voice quruluşunu xatırlayaq: [subject] + will + verb without ‘to’.
Future Simple Passive formasını düzəltmək üçün isə [subject] + will be + feilin Past Participle formasından istifadə edilir.
Future Simple Passive formasını düzəltmək üçün adətən ‘going to’ yerinə ‘will’ istifadə edilir.
- The motorway will be closed for three days – avtomobil yolu üç gün ərzində bağlanacaq.
- Your room will be cleaned while you are out – xaricdə olduğunuz zaman otağınız təmizlənəcəkdir.
- Only English will be spoken at the conference – konfransda yalnız ingilis dilində danışılacaqdır.
Future Simple Tense Passive Voice-n şəxslərə görə dəyişməsi:
Təkdə:
- I will be treated
- You will be treated
- He/she/it will be treated
Cəmdə:
- We will be treated
- You will be treated
- They will be treated
Subyektin təkdə və ya cəmdə olmasının heç bir önəmi yoxdur. Cümlənin strukturu dəyişməz qalır.
- The new university will be opened by the President – yeni universitet Prezident tərəfindən açılacaqdır.
- The contract will be signed tomorrow – müqavilə sabah imzalanacaq.
- The documents will all be signed by next week – sənədlər hamısı gələn həftə imzalanacaq.
Future Simple Passive Voice nə zaman istifadə edilir?
Gələcək zamanda (tomorrow, next week, next month, next year, in 2025) hərəkətin kim tərəfindən yerinə yetiriləcəyi məlum olmayan hadisələr üçün Future Simple Tense Passive Voice istifadə edilir. Future Perfect Passive əksinə olaraq, bu zaman formasında vaxt limiti yoxdur.
- The company will build the bridge next year – Şirkət körpünü gələn il tikəcək. The bridge will be built next year – Körpü gələn il tikiləcək.
- They will publish the book next year – Kitabı gələn il çap edəcəklər.
- The book will be published next year – Kitab gələn il nəşr olunacaq.
Yuxarıdakı nümunələrdə bir qayda olaraq hərəkəti icra edən şəxsə yox, hərəkətə diqqət yetiririk.
Future Simple Tense Passive Voice eyni zamanda “state verbs” – statik feillər (indiki davamedici zamanda ola bilməyən) ilə birlikdə istifadə edilir.
- Tomorrow all will be known – sabah hamısı məlum olacaq.
- Ten people will be needed for this work – bu iş üçün on nəfər lazım olacaq.
Future Simple Passive Voice inkar forması
Future Simple Passive Voice inkar formasını düzəltmək olduqca asandır. Bunun üçün cümlə strukturunda ‘will’ və ‘be’ sözlərinin arasına sadəcə “not” sözü əlavə etmək kifayətdir ( ‘will not’ əvəzinə ‘won’t’ da istifadə edilə bilir).
- The football match won’t be played because of bad weather – Pis hava şəraiti səbəbindən futbol matçı oynanılmayacaq.
- We won’t be sent to the conference – Bizi konfransa göndərməzlər.
Future Simple Passive Voice sual forması
Future Simple Passive Voice sual forması ‘will’ sözü ilə düzəldilir: will + [subject] + be + Past Participle. Nümunə;
- Will Jane be visited by her relatives from New York? – Jane Nyu Yorkdakı qohumları tərəfindən ziyarət ediləcəkmi?
- Will the room be cleaned tomorrow? – Sabah otaq təmizlənəcəkmi?
Wh ilə başlayan sual cümlələrində sual sözü “will”-dən əvvəl gəlir:
- When will the article be published? – Yazı nə vaxt yayımlanacaq?
- Why will the meeting be held? – Görüş niyə keçiriləcək?
Past Continuous Passive Voice cümlə nümunələri
Əvvəlcə bu keçmiş davamedici zamanın aktiv formasının quruluşunu xatırlayaq; [subject] + was/were + -ing verb. Bu halda passiv forma belə olacaqdır: subject + was/were + being + feilin Past Participle forması
Past Continuous Passive cümlə quruluşu
Singular
- I was being listened
- You were being listened
- He/she/it was being listened
Plural
- We were being listened
- You were being listened
- They were being listened
The new operator was being shown how to use the processing machine – yeni operatora emal maşınından istifadə qaydaları göstərildi. A novel was being written by her – roman onun tərəfindən yazılırdı.
Past Continuous Passive Voice inkar cümləsi
Keçmiş davamedici zaman formasının inkar cümlə quruluşu belədir: Subject + was/were + not + being + feilin Past Participle forması. Məsələn, The man was not always being told what to do – hər zaman kişiyə nə etməli olduğu deyilmirdi.
Past Continuous Passive Voice təsdiq cümləsi
Keçmiş davamedici zaman formasının təsdiqcümlə quruluşu belədir: was/were + subject + being + feilin Past Participle forması + ? Was the man always being told what to do? – kişiyə həmişə nə etməli olduğu deyilirdimi?
Past Continuous Passive nə zaman istifadə edilir?
Past Continuous Passive Voice keçmişdə müəyyən zaman müddətində davam edən hərəkətin nəticəsinə fokuslanmalı olduğumuz zamanlarda istifadə edilir. Yəni hərəkətin kim tərəfindən baş veridiyi deyil, həmin hərəkətin nəticəsinin nə olduğu, nələrin baş verdiyinin daha önəmli olduğu vəziyyətlərdə istifadə edilir.
- When John was ill, he was being taught at home – John xəstələnən zaman evdə öyrədilirdi.
- The man was always being told what to do – kişiyə həmişə nə etməli olduğunu deyirdilər.
- All I can tell you is that a ship was being scheduled to land – sizə yalnız gəminin sahilə çıxmasının planlaşdırıldığını deyə bilərəm.
- When Jack arrived to the workshop his car was still being repaired – Jack emalatxanaya gələndə onun maşını hələ də təmir olunurdu.
- The students were being taught grammar all day long – Bütün gün tələbələrə qrammatika tədris olunurdu.
- The dancers were being watched by a jury of experts – Rəqqasələri mütəxəssislərdən ibarət münsiflər heyəti izləyirdi.
Present Perfect Tense Passive Voice cümlə nümunələri
İndiki bitmiş zamanda passiv forma, az əvvəl bitən və təsiri indi də davam edən, kim tərəfindən icra edildiyi haqqında məlumatın olmadığı cümlələrdə istifadə edilir.
Təsdiq: Object + have / has + been + verb3 (past participle) Sual: Have / has + object + been + verb3 (past participle) İnkar: Object + have / has + not + been + verb3 (past participle)
Present Perfect passiv formasının quruluşu Present Perfect aktiv formasının quruluşuna oxşardır. İki forma arasındakı tək fərq ‘have’/‘has’ əvəzinə ‘been’ köməkçi feilindən istifadə edilir. Beləliklə, Present Perfect Passive Voice quruluşu ‘has/have been’ + feilin past participle forması şəklində olacaqdır..
- This house has been sold to some foreigners – Bu ev bəzi xarici vətəndaşlara satılıb.
- The children have been given their medicine – uşaqlara dərman verilib.
Təkdə
- I have been seen
- You have been seen
- He/she/it have been seen
Cəmdə
- We have been seen
- You have been seen
- They have been seen
Present Perfect Tense Passive Voice cümlə nümunələri
- Active : They have cleaned the clinic – onlar klinikanı təmizlədilər. Passive: The clinic has been cleaned by them – klinika onlar tərəfindən təmizlənmişdir.
- Active : Thomas has written many books – Tomas çox kitab yazmışdır. Passive: Many books have been written by Thomas – Bir çox kitab Tomas tərəfindən yazılmışdır.
- Active : Have the police caught the man? – polis kişini həbs etdi? Passive: Has the man been caught by the police? – kişi polis tərəfindən həbs edildi?
- Active : UPS has delivered the letters – UPS məktubları çatdırdı. Passive: The letters have been delivered by UPS – məktublar UPS tərəfindən çatdırıldı.
- This long test has n’t been translated yet. – Bu uzun sınaq hələ tərcümə olunmayıb. This old violin hasn’t been played for ages – Bu köhnə skripka əsrlərdən bəri çalınmır.
Beləliklə, bir vacib mövzumuzun daha sonuna gəldik.
Əgər siz də oxumaqla kifayətlənməyib, daimi olaraq yeni sözlər öyrənmək, həmin sözlərin cümlə içərisində necə istifadə edildiyini bilmək istəyirsinizsə, o zaman getwordly.com məhz sizlər üçündür. Bu platforma vasitəsi ilə siz hər gün səviyyənizə və maraq dairənizə uyğun olan sözləri tərcümələri ilə birlikdə görəcəksiniz. Sözlərin mənası, cümlə içərisində istifadə qaydası və cümlələrin tərcüməsi ilə tanış olacaqsınız. Platforma bildirişlər vasitəsi ilə öyrəndiyiniz sözləri müəyyən aralıqlarla yadınıza salacaq və unutqanlığın qarşısına keçəcəkdir. Səsləndirmə vasitəsi ilə həm cümlələrin, həm də sözlərin oxunuşunu eşidəcəksiniz. İnternetsiz, offline olaraq işləyə bilmə özəlliyinə sahib olduğu üçün hər yerdə, hər zaman öyrənməyə davam edə bilərcəksiniz.
Düşüncələriniz bizim üçün dəyərlidir, bizimlə paylaşmaqdan çəkinməyin 🙂