Play Felinin İkinci və Üçüncü Formaları - Wordly

Play Felinin İkinci və Üçüncü Formaları


Play Felinin İkinci və Üçüncü Formaları

Tələbələr ingilis dili qrammatikasını öyrənərkən motivasiyasını düşürəcək bir sıra qəlizliklərlə üz üzə qala bilirlər. Bu qəlizliklər, ingilis dili qrammatikasını öyrənməkdə axsamalar yarada bilir. Mövzumuza verə biləcəyimiz ən ideal nümunə isə ingiliscə fellərdir. İngilis fellər, ana dilimizlə müqayisədə qarşılığı olmayacaq ünsurlarla əhatəlidir. Bu ünsurları yaxşı mənimsəyə bilmək üçün ingilis dili qrammatikası detallı, sağlam və doğru addımlarla öyrənilməlidir ki, tələbələr üçün hər hansı bir məqamda çətinliklər yaratmasın.

Fellər bildiyiniz üzərə ingilis dilində qaydalı və qaydasız olaraq iki yerə bölünür. Çətinlik, eləcə, buradan başlayır. Çünki, qaydalı felləri öyrənmək asan olsa da, (ikinci və üçüncü halında “ed” şəkilçisini qəbul edən hər bir fel qaydalı fel sayılır) qaydasız felləri öyrənmək olduqca vaxt aparıcıdır. Çünki, qaydasız fellər kökdən dəyişmə xüsusiyyətinə sahibdir və tələbələrin burada qaydasız felləri əzbərləməkdən başqa çarələri qalmır. Bəs, əzbərləməkdən savayı, qaydasız felləri necə daha yadda qalan etmək mümkündür?

Qaydasız felləri yadda qalan etmək üçün hansı halların hansı cümlələrdə, hansı mənsubiyyətlər və zaman qəlibləri ilə istifadə olunduğunu öyrənmək lazımdır. Bunun üçün, bu gün bloq yazımızda qaydasız fellərdən biri olan “Play ” felinin ikinci və üçüncü hallarını sizlərlə birlikdə təsnif edəcəyik. Beləliklə, felin birinci, ikinci və üçüncü hallarını daha detallı şəkildə öyrənəcək və çalışmalarla praktik edərək daha yadda qalan hala gətirəcəksiniz. Giriş məlumatlarla başlayaq:

Play feli sözün öz köküdür və birinci hal şəklində istifadə olunur.

Play  feli – oynamaq, çalmaq, oyun, rol oynamaq, səsləndirmək – şəklində tərcümə olunur.

Play Felinin İkinci Forması

Play felinin ikinci halı played yazılır. Simple Past Tense üçün istifadə olunur.

Play Felinin İkinci Forması ilə Nümunələr

  • I played tennis after I studied.- Təhsil aldıqdan sonra tennis oynadım.
  • When we were kids, we played together every day.- Uşaq olanda hər gün birlikdə oynayırdıq.
  • The children played with wooden blocks.- Uşaqlar taxta bloklarla oynayırdılar.
  • The children played outside until dark.- Uşaqlar qaranlığa qədər çöldə oynadılar.
  • Finishing lunch, he played tennis.- Naharı bitirdikdən sonra tennis oynadı.
  • The men played cards and drank until late at night.- Kişilər gecə saatlarına qədər kart oynadılar və içdilər.
  • We played around the farm.- Fermanın ətrafında oynadıq.
  • We often played chess after school.- Dərsdən sonra tez- tez şahmat oynayırdıq.
  • This game can be played by young children.- Bu oyunu kiçik uşaqlar oynaya bilər.
  • The rocks on this beach remind me of those summer days when Laura and I played in the sand until nightfall.- Bu çimərlikdəki qayalar mənə Laura ilə axşama kimi qumda oynadığımız o yay günlərini xatırladır.

Play Felinin Üçüncü Forması

Play felinin üçüncü halı played olarak yazılır. Cümlələrdən ayıra bilməyiniz üçün cümlədə istifadə olunan zaman qəliblərini müəyyənləşdirməlisiniz. Üçüncü hal Perfect Tense və Passive Voice cümlələri üçün keçərlidir.

Play Felinin Üçüncü Halı ilə Cümlələr

  • It’s the most addicting game I have ever played.- Bu indiyə qədər oynadığım ən çox asılılıq yaradan oyun.
  • After dinner, we played cards till eleven.- Yeməkdən sonra on birə qədər kart oynadıq.
  • We played on the same soccer team.- Eyni futbol komandasında oynamışıq.
  • I played checkers with Tom all afternoon.- Bütün günortadan sonra Tomla dama oynadım.
  • My father played golf on the Sunday morning.- Atam bazar günü səhər qolf oynadı.
  • Mrs. Lark played the piano and the children sang.- Xanım Lark pianoda çaldı, uşaqlar mahnı oxudu.
  • I played a match of tennis with my friend, but lost.- Dostumla bir tennis matçı oynadım, ancaq məğlub oldum.
  • I played football and my sister played tennis.- Futbol oynadım, bacım tennis oynadı.

Play Felinin Past Tense ilə İstifadəsi

Play felini müxtəlif zamanlarda istifadə edərkən çaşqınlıq yaşaya bilərsiniz. Cümlədə start felini görərkən hansı halda olduğunu müəyyənləşdirmək istəyirsinizsə, cümlədə işlədilən zamana diqqət yetirməlisiniz. Past Simple zamanının istifadə olunduğu cümlədə start  felinin mütləq ikinci halı istifadə olunur. Past Participle cümlələrdə isə play felin üçüncü halı işlədilir.

Play felini keçmiş zaman qəlibləri ilə istifadə edərkən felin neçənci halını istifadə edəcəyinizi yaxşı bilməlisiniz. Cümlələrdə istifadə olunan zaman qəliblərini bir-birindən ayırd edə bilmək üçün köməkçi fellərə baxmağınız kifayət edir. Mübtəda + Köməkçi Fel + Fel (ikinci və ya üçüncü hal) + İkinci Dərəcəli Üzvlər qaydasına diqqət etsəniz, felin ikinci və üçüncü halları ilə rahatlıqla cümlələr qura bilərsiniz.

Play Felinin Zaman və Mənsubiyyətə Görə Təsnifi

Play feli də digər fellər kimi cümlədə istifadə olunarkən zamana və mənsubiyyətə görə dəyişir. Hər ikisinə görə cümlədə istifadə qaydalarına riayət edib, cümlə quruluş strukturunda yanlışa yol vermək istəmirsinizsə, o zaman, aşağıda həm şəxs əvəzliklərinə, həm də zamana görə təsnif edilmiş play felinin istifadə qaydalarına baxa bilərsiniz.

Play Simple Present Tense Necə İstifadə Edilir?

Present Simple  Tense, dilimizə indiki zaman kimi tərcümə olunur. I, you, we, they əvəzliklərinə cavab verən köməkçi felləri “do”,  he, she, it əvəzliklərinin  köməkçi felləri “does”`dır. Köməkçi felə “not” şəkilçisi əlavə etməklə mənfi formaya keçir. He, she, it əvəzlikləri ilə qurulan cümlələrdə “does” köməkçi felinə malikdir, lakin bu köməkçi felə “-s, -ies, -es” şəklində əlavə olunur. Mənfi cümlələrdə fel düz qalır. Eyni vəziyyət sual cümləsi üçündə keçərlidir. Ümumi həqiqətləri, təkrarlanan hərəkətləri, vərdişləri, mövcud vəziyyəti, ümumi fikri, istəyi ifadə etmək üçün istifadə olunur. Bir zaman qrafiki ilə başlamaq və ya təkrarlamaq üçün əvvəlcədən təyin edilmiş hərəkətlər üçün istifadə olunur. Əmrlər, təlimatlar vermək üçün istifadə olunur.

1 st form of Verb + s (es)

  • I play
  • you play
  • he/ she/ it plays
  • we play
  • you play
  • they play

I play the piano well.- Fortepianoda yaxşı çalıram.

You play the piano well.- Pianino yaxşı ifa edirsən.

She plays the piano well.- Fortepianoda yaxşı ifa edir.

We  play the piano well.- Pianino yaxşı ifa edirik.

You play the piano well.- Pianino yaxşı ifa edirsiniz.

They play the piano well.- Fortepianoda yaxşı ifa edirlər.

Play Present Perfect Tense Necə İstifadə Edilir?

Present Perfect Tense təkrarlanan hərəkətlər üçün istifadə edilir, hansı ki, konkret zaman forması bu hərəkətlər üçün önəmli deyil və hadisə keçmişdə başlayıb, lakin hələ də bitməyib, davam etməkdədir. Present Perfect Tense   keçmiş bir hadisə və ya vəziyyət ilə bu gün arasında bir əlaqə yaradır. Xüsusilə “just” zərfində çox yaxın bir hərəkət üçün istifadə olunur, ancaq nə qədər vaxt keçdiyini göstərmir. “Yet” zərfi hələ edilməmiş, lakin edilməsi ehtimalı olan hərəkətlər üçün və ya belə bir ehtimalın olub- olmadığını soruşmaq üçün istifadə edilir. “Never” zərfi keçmişdə müəyyən bir nöqtədən heç bir hərəkət edilmədiyini və ya belə bir vəziyyətlə qarşılaşmadığını ifadə etmək üçün istifadə olunur.

has/ have + 3 rd form of Verb

  • I have played
  • you have played
  • he/ she/ it has played
  • we have played
  • you have played
  • they have played

I have played tennis.- Mən tennis oynamışam.

You have played tennis.- Sən tennis oynamısan.

She has played tennis.- O tennis oynayıb.

We have played tennis.- Tenis oynamışıq.

You have played tennis.- Tennis oynamısınız.

They have played tennis.- Tenis oynamışlar.

Play Present Progressive Tense Necə İstifadə Edilir?

Adından da göründüyü kimi Continuous ifadədəsindən  əvvəlki Present ifadəsi  be + V- ing şəklində köməkçi felin indiki, yəni am, is, are şəklində istifadə olunmasını  həm də dəvam edən hadisənin keçid vaxtının indi olduğunu ifadə edir. Hadisənin nə vaxt başladığı və nə qədər davam etdiği vacib deyil. Yalnız bir danışma anında bir hadisənin davam etdiyini vurğulayır. Hal- hazırda davam etməkdə olan hərəkətləri izah etmək üçün bu zaman formasından istifadə edilir.

Zaman ifadələri: now (indi), right now (indi), at the moment (hazırda), still (hələ)

Present Continuous Tense always, constantly, forever  kimi zərflərlə birlikdə əkrarlayan və ümumiyyətlə narahat edən hərəkətlər üçün istifadə olunur. Present Continuous Tense ondan sonra istifadə olunan gələcək zamanla birlikdə gələcəkdə əvvəlcədən planlaşdırılan bir hərəkətin baş verəcəyi deməkdir.

is/ am/ are + 1 st form of Verb + ing

  • I am playing
  • you are playing
  • he/ she/ it is playing
  • we are playing
  • you are playing
  • they are playing

I am playing game.- Oyun oynayıram.

You are playing game.- Oyun oynayırsan.

He is playing game.- Oyun oynayır.

We are playing game.- Oyun oynayırıq.

You are playing game.- Oyun oynayırsınız.

They are playing game.- Oyun oynayırlar.

Play Present Perfect Progressive  Tense Necə İstifadə Edilir?

Dilimizə indiki bitmiş davamedici zaman kimi tərcümə edilən Present Perfect Continuous Tense, keçmişdə müəyyən bir zamanda başlayan və hal- hazırda davam etməkdə olan hal və hərəkətlərdən bəhs etmək üçün istifadə edilir. Bu səbəblə Continuous halda istifadə edilə bilməyən fellərlə istifadə edilə bilməz.

Hal- hazırda etdiyimiz hərəkəti ifadə etmək üçün indiki davamedici zamandan istifadə edilir: I’m reading a book now -mən indi bir kitab oxuyuram. Ancaq keçmiş zamanda başlayan və hələ də davam edən bir hadisə üçün Present Perfect Continuous Tense istifadə edilir. Hadisə keçmiş zamanda başlamış və indi davam edir, hətta gələcəkdə də davam etmə ehtimalı mövcuddur: I have been reading a book for two hours -mən iki saatdır kitab oxuyuram. Bu cümlə kitab oxumağa iki saat əvvəl başladığımı, hələ də davam etdiyimi göstərir. Nə qədər davam edəcəyi haqqında məlumatımız yoxdur.

has/ have + been + 1st form of Verb + ing

  • I have been playing
  • you have been playing
  • he/ she/ it has been playing
  • we have been playing
  • you have been playing
  • they have been playing

I have been playing game.- Oyun oynayırdım.

You have been playing game.- Siz oyun oynayırsan.

He has been playing game.- Oyun oynayırdı.

We have been playing game.- Oyun oynayırıq.

You have been playing game.- Siz oyun oynayırsınız.

They have been playing game.– Oyun oynayırdılar.

Play Simple Past  Tense Necə İstifadə Edilir?

Azərbaycan dilindəki qarşılığı keçmiş sadə zaman olan Past Simple Tense, keçmiş zamanda baş verən hadisələrdən bəhs etmək üçün istifadə edilir. Keçmişdə tamamlanan bir hadisəni, işi, vəziyyəti və ya hərəkəti təsvir etmək üçün istifadə olunur. Hadisənin nə qədər əvvəl baş verməsinin heç bir əhəmiyyəti yoxdur. Bu yaxınlarda baş vermiş ola bilər və ya çox köhnə ola bilər. Keçmişə aid yalnız bir hərəkət varsa, bu hərəkətin nə qədər köhnə olmasına baxmayaraq bu zaman istifadə olunmalıdır. Hadisənin keçmişdə nə zaman baş verdiyini ifadə edən bir zaman ifadəsi ilə istifadə olunmalıdır.

Zaman ifadələri; yesterday (dünən),  last month (keçən ay), last week (geçən həftə), last year (keçən il), last night (keçən gecə), two minutes ago (iki dəqiqə əvvəl), two days ago ( iki gün əvvəl), two months ago ( iki ay əvvəl),  two years ago ( iki əvvəl il)

2 nd form of Verb

  • I played
  • you played
  • he/ she/ it played
  • we played
  • you played
  • they played

I played game.- Oyun oynadım.

you played game. – oyun oynadın.

he played game.- oyun oynadı.

we played game.- oyun oynadıq.

you played game.- oyun oynadınız.

they played game.– oyun oynadılar.

Play Past Progressive Tense Necə İstifadə Edilir?

Keçmiş davamedici zaman olan Past Continuous Tense, keçmişdə baş verən və müəyyən bir müddətdə davam edən hadisələrdən bəhs etmək üçün istifadə edilir. Keçmişdə göstərilən vaxtda tamamlanmayan və buna görə də davam edən hadisələr üçün istifadə olunur. Əsas odur ki, o an davam edir, nə qədər dəvam etməsinin  fərqi yoxdur.

Always (həmişə), constantly (davamlı), forever (həmişəlik, əbədi) kimi zərflərlə birlikdə keçmişdə təkrarlanan və ümumiyyətlə bizi narahat edən hərəkətlər üçün istifadə olunur.

was/ were + 1 st form of Verb + ing

  • I was playing
  • you were playing
  • he/ she/ it was playing
  • we were playing
  • you were playing
  • they were playing

Play  Past Perfect Tense Necə İstifadə Edilir?

Keçmişdə müəyyən bir an və ya hadisədən əvvəl meydana gələn və o ana qədər davam edən hadisələr üçün istifadə olunur. Bu vaxtdan istifadə edəcəksinizsə, hansı hadisədən əvvəl suala cavab verə biləcəyiniz bir zaman cümləsi olmalıdır. Bəzən bu zamanın çox qədim hadisələr üçün istifadə edildiyi fərz edilir, lakin bu doğru deyil. Keçmişə aid yalnız bir hadisə varsa və bu hadisənin keçmişdə bir müddətdən əvvəl meydana gəldiyi ifadə edilərsə, Simple Past Tense istifadə edilməlidir. Bu zamanın istifadə edildiyi ümumi formul belədir:

subject + had + past participle = past perfect tense.

  • I had played
  • you had played
  • he/ she/ it had played
  • we had played
  • you had played
  • they had played

Play  Past Perfect Progressive Tense Necə İstifadə Edilir?

Bu zaman formasının Azərbaycan dilində qarşılığı olmasa da, belə izah edə bilərik ki, keçmişdə başlayan bir işdən əvvəl edilməkdə olan başqa bir işdən bəhs etmək üçün Past Perfect Continuous zamanından istifadə edilir. Məsələn: When he came, I had been waiting for him for more than two hours. (O gəldiyində mən onu 2 saatdan çox idi ki gözləyirdim.) Keçmişdə müəyyən bir vaxtda gözləməyə başladım və onun gəlişinə qədər bu gözləməyə davam etdim. Keçmişdə başlayan və keçmişdə bitən bir müddətdə hərəkəti davam etdirdim. Hadisə bir müddət ifadə ettiyi üçün  Continuous, bu müddət keçmişdə bittiği (qutardığı) üçün  Past Perfect`dən istifadə edirik.

had + 3 rd form of Verb

  • I had been playing
  • you had been playing
  • he/ she/ it had been playing
  • we had been playing
  • you had been playing
  • they had been playing

Play  Simple Future  Tense Necə İstifadə Edilir?

Future Simple Tense, Azərbaycan dilinə gələcək sadə zaman kimi tərcümə edilir. Gələcək haqqında məlumat verərkən və ya gələcək hadisələrlə bağlı qeyri- müəyyən hadisələri proqnozlaşdırarkən istifadə olunur. Danışıq zamanı verilən qərarlar üçün istifadə olunur. Gələcəklə bağlı verilən vədlər üçün istifadə olunur.

shall/ will + 1 st form of Verb

  • I will play
  • you will play
  • he/ she/ it will play
  • we will play
  • you will play
  • they will play

Play Future Progressive Tense Necə İstifadə Edilir?

Future Continuous Tense  Azərbaycan dilinə  gələcək davamedici zaman kimi tərcümə olunur.Gələcəkdə müəyyən bir zamanda davam edəcək hərəkətlər üçün istifadə olunur. Hadisənin  nə vaxt başladığı, nə qədər davam ettiyi və ya davam edəcəyi vacib deyil.Əhəmiyyətli olan bir hərəkətin yalnız deyilən anda davam etməsidir.

shall/ will + 1 st form of Verb + ing

  • I will be playing
  • you will be playing
  • he/ she/ it will be playing
  • we will be playing
  • you will be playing
  • they will be playing

Play  Future Perfect Tense Necə İstifadə Edilir?

Müəyyən bir gələcəkdəki hadisəni  və ya vaxtdan əvvəl tamamlanacaq hərəkətlər üçün istifadə olunur. Vaxt ifadəsi və ya hadisənin sona çatması üçün verilən vaxtı göstərən cümlə olmadan istifadə olunmur.

shall/ will have + 3rd of Verb

  • I will have played
  • you will have played
  • he/ she/ it will have played
  • we will have played
  • you will have played
  • they will have played

Play  Future Perfect Continious  Tense Necə İstifadə Edilir?

Future Perfect Continuous Tense Azərbaycan dilində gələcək bitmiş davamedici zaman kimi tərcümə olunur.Future Perfect Continuous Tense gələcəkdə baş verməsi planlaşdırılan hadisədən əvvəl başqa verən və bitən hadisənin olduğunu vurğulamaq üçün istifadə edilir.

Future perfect continuouns tense ilə cümlə qurularkən əvvəlcə mübtəda, daha sonra feilin ikinci forması olan past forma və to be feilinin üçüncü forması, feilin “ing” almış şəkli yerləşdirilir: will + have + been + the verb’s present participle (verb + -ing). Azərbaycan dilinə tərcümədə Future Perfect Tense ilə eyni mənanı ifadə edir.

  • I will have been playing
  • you will have been playing
  • he/ she/ it will have been playing
  • we will have been playing
  • you will have been playing
  • they will have been playing

Play Feili İlə Bağlı Test Nümunələri

  1. I teaches coffee right now, but I actually …. tea.
  2. Linda and her friends …… hide and seek
  3. How long ….. the piano? “Since I was 5.”
  4. I ….. tennis tomorrow but I won’t be able to do that because I have injured my right ankle.
  5. The children …… outside now.
  6. The child ….. with Meccano.
  7. “…. you …. the piano tomorrow?” “No, I won’t.”
  8. In the evenings, I often play chess with my next door neighbor. I …… chess with him ever since I came to live here ten years ago.
  9. While the children … by the lake, one of them dropped his ball and tried o get it out himself.
  10. While it was working yesterday, we …. in the sea.

Cavablar:

  1. plays
  2. were playing
  3. have you been playing
  4. was going to play
  5. are playing
  6. is playing
  7. will play
  8. have been playing
  9. were playing
  10. were playing

İngilis Dilində Play v2 Və Play v3 Formalarına Aid Test Nümunələri PDF

Daha çox çalışmalarla praktik qazanmaq və öyrəndiklərinizi daha sağlam şəkildə mənimsəmək istəyirsinizsə, sizin üçün hazırladığımız PDF formatlı play birinci, ikinci və üçüncü formları ilə bağlı testi  klikləyərək keçid alıb həll edə bilərsiniz.

Nazrin Akhundova

Mən Nəzrin Axundova 1998-ci il sentyabr ayında Bakıda anadan olmuşam.İlk təhsilim Azərbaycanda olsa da, ali təhsilimi İstanbul şəhərində almağa başlamışam.2016-ci ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsinə daxil olmuşam.Mənim dillərə marağım məni ingilis, türk, rus, italyan dillərini öyrənməyə həvəs yaradıb.5ildən artıqdır ki,ingilis dilində müxtəlif mətn və məqalələri,oçerkləri,esseləri tərcümə edirəm.Bu işdən zövq alıram.Ən böyük istəyim,arzum bundan yararlanana bilən insanlara kömək etməkdir.

İngilizce Kelime Ezberlemek Artık Çok Kolay

Uygulamayı Ücretsiz İndir; Her gün yeni kelimeler telefonuna gelsin
Örnek cümle ve anlamlarını öğren
Hatırlatmalarla pratik yap, kalıcı öğren, unutma
Offline modu ile Internete ihtiyacın olmadan kelime öğren
İngilizce Kelime Öğrenmeye Başla

Recent Content

×
wordly-logo
Wordly İngilizce Öğrenme ve Kelime Ezberleme Uygulaması
Uygulamayı Ücretsiz İndir
Her gün yeni kelimeler telefonuna gelsin
Uygulamayı İndir