İngilis dilini öyrənmə prosesində ən effektiv metodlardan birinin məhz İngilis dilində mahnılara qulaq asmaq olduğunu bilirik. Çünki maşında, avtobusda, evdə və ya çöldə, bir dostunuzu gözləyərkən adətən etdiyimiz ilk şey qulaqcığımızı çantamızdan çıxarmaq olur. Elə isə belə anlarda İngilis dilində mahnılara qulaq asaraq dilə olan qulaq aşinalığımızı artırmaq çox möhtəşəm olmazmı?
Bu dəfəki yazımızda dünyaca məşhur qrup olan Queen-n “Bohemian Rhapsody” mahnısının sözlərini öyrənəcəyik.
1975-ci ildə musiqi qrupu olan Queen-n “A Night at the Opera” albomundan çıxan, Freddy Mercury-nin musiqi zəkasını ortaya qoyduğu “Bohemian Rhapsody”, Britanya musiqi siyahılarında 1975-ci ildə 9 həftə, 1991-ci ildə 5 həftə olmaq zirvəyə iki dəfə qalxan mahnıdır. Təxminən 60 fərqli akkorddan istifadə edilən və əksər musiqisevərlər tərəfindən ən yaxşı əsərlərdən biri olaraq dəyərləndirilirən opera rock tərzindəki bu möhtəşəm mahnının sözlərini gəlin birlikdə öyrənək.
Beləliklə, bu mövzumuzda siz aşağıdakı başlıqlar ilə tanış olacaqsınız:
- Bohemian Rhapsody – Bohem Rapsodi
- Bohemian Rapsody mahnısının hekayəsi və mənası nədir?
- Fredy Mercury və Queen qrupunun ən hit mahnıları hansılardır?
- Queen qrupunun ən yaxşı albomları hansılardır?
Bohemian Rhapsody – Bohem Rapsodi
Mahnı sözlərini daha düzgün şəkildə başa düşmək üçün əvvəlcə mahnının original forması, yəni İngilis dilindəki versiyası verilmişdir.
Is this the real life
Is this just fantasy
Caught in a landslide
No escape from reality
Open your eyes
Look up to the skies and see
I’m just a poor boy
I need no sympathy
Because I’m easy come, easy go
A little high, little low
Any way the wind blows doesn’t really matter to me
To me
Mama just killed a man
Put a gun against his head
Pulled my trigger, now he’s dead
Mama, life had just begun
But now I’ve gone and thrown it all away
Mama ooh
Didn’t mean to make you cry
If I’m not back again this time tomorrow
Carry on, carry on, as if nothing really matters
Too late, my time has come
Sends shivers down my spine
Body’s aching all the time
Goodbye, everybody, I’ve got to go
Gotta leave you all behind
And face the truth
Mama ooh (anyway the wind blows)
I don’t want to die
I sometimes wish I’d never been born at all
I see a little silhouette of a man
Scaramouche, Scaramouche will you do the Fandango
Thunderbolt and lightning, very, very frightening me
Galileo, Galileo
Galileo, Galileo
Galileo Figaro
Magnifico, I’m just a poor boy
And nobody loves me
He’s just a poor boy from a poor family
Spare him his life from this monstrosity
Easy come easy go
Will you let me go
Bismillah! No, we will not let you go, let him go
Bismillah! We will not let you go, let him go
Bismillah! We will not let you go, let me go
Will not let you go, let me go
Will not let you go, let me go
No, no, no, no, no, no, no
Mama mia, mama mia let me go
Beelzebub has a devil put aside for me
for me, for me
So you think you can stone me
And spit in my eye
So you think you can love me
And leave me to die
Oh baby, can’t do this to me baby
Just gotta get out
Just gotta get right outta here
Nothing really matters
Anyone can see Herkes görebilir
Nothing really matters
Nothing really matters to me
Any way the wind blows
Azərbaycan dilində tərcüməsi:
Bu real həyatdır
Yoxsa sadəcə xəyaldır?
Torpaq sürüşüb
Reallıqdan qaçış yoxdur.
Gözlərini aç
Göy üzünə bax və gör
Mən yazıq bir uşağam.
Simpatiyaya ehtiyacım yoxdur
Çünki mən asan gəlir, asan gedirəm.
Bir az yuxarı, bir az aşağı
Külək hansı yöndən əsirsə əssin, önəmli deyil,
Mənim üçün.
Ana, az əvvəl bir kişini öldürdüm
Başına bir silah dayadım
Tətiyimi çəkdim, indi öldü
Ana, həyat hələ yeni başlamışdı
Amma gedib hər şeyi məhv etdim.
Ana, ohh
Səni ağlatmaq istəmədim
Əgər sabah bu vaxt qayıtmış olmasam
Davam et, davam et heç nə önəmli deyilmiş kimi
Çox gecdir, vaxtım gəldi.
Məni onurğamdan titrədər.
Dayanmadan ağrıyır bütün bədənim.
Xüsahafiz, millət, getməliyəm
Hamınızı geridə qoymaq məcburiyyətindəyəm
Və reallıqla üzləşməliyəm
Mən ölmək istəmirəm
Bəzən heç doğulmamış olmağı diləyirəm
Bir kişi silueti görürəm
Qorxaq Scaramouche, Fandango rəqsi edəcəksənmi?
İldırım və şimşəklər məni çox qorxudur
Galileo, Galileo
Galileo, Galileo
Galileo Figaro
Əsilzadəm, mən yazıq biriyəm
Və heç kim məni sevməz
O, kasıb bir ailənin yazıq uşaqğıdır
Bu çirkinlikdən ayırın onun həyatını
Asan gələn asan gedər
Məni buraxacaqsanmı?
Yox, yox, yox, yox, yox, yox, yox
Bismillah! Xeyr, getməyinə icazə verməyəcəyik, burax getsin
Bismillah! Xeyr, getməyinə icazə verməyəcəyik, burax getsin
Bismillah! Xeyr, getməyinə icazə verməyəcəyik, burax getsin
Mən sənin getməyinə icazə verməyəcəyəm, burax gedim
Mən sənin getməyinə icazə verməyəcəyəm, burax gedim
Tanrım, aman tanrım, burax gedim
Şeytan bir iblisini mənim üçün ayırdı
Mənim üçün, mənim üçün
Deməli, məni daşlayıb
Gözümə tüpürə biləcəyini düşünürsən.
Deməli, məni əvvəlcə sevib
Sonra ölümə tərk edə biləcəyini düşünürsən.
Oh, bunu mənə edə bilməzsən
Buradan çıxıb getmək məcburiyyətindəyəm
Sadəcə buradan çıxmalıyam
Heç nə önəmli deyil
Heç nə önəmli deyil
Mənim üçün heç nə önəmli deyil
Külək hansı yöndən əsirsə, əssin.
Bohemian Rapsody mahnısının hekayəsi və mənası nədir?
Mahnının ilk adı “The Cowboy Song”-dur, çünki Freddie bu mahnını yazarkən western melodiyalarının daha basqın olacağını düşünmüşdü. İlk melodiyalar Freddie-nin yuxusundan oyanaraq pianinoda çalmağa başlaması ilə ortaya çıxdı və bundan sonra mahnının tamamlanması tam 5 il çəkdi. Mahnının yazılan ilk cümlələri “Mamma, just killed a man” olmuşdur. Freddie, mahnının onlarla səhifəlik qaralamalarını illərlə öz yanından ayırmadı.
Mahnının lentə yazılması isə ayrı bir hekayədir. Queen, rock, pop, ballad və opera qarışımı olan şah əsər Bohemian Rhapsody-ni lentə almaq üçün o illərin ən yüksək texnologiyaya sahib olan studiyalarını gəzdi və mahnı 6 fərqli studiyada lentə alındı.
5 dəqiqə 55 saniyəlik mahnının çox uzun olduğu və dinlənməyəcəyi düşünülürdü. Belə ki, mahnı yayımlanmamış onun bir sürətini dostuna verən Freddie uzun versiyanı seçməməsi üçün dostuna xəbərdarlıq etmişdir. Ancaq dostu mahnını dinləyib çox bəyəndi və eyni gün radioda 14 dəfə oxundu. Bu vəsilə ilə Freddie-nin radioda işləyən dostu Kenny Everett-ə təşəkkür edirik😊
Mahnı radioda yayımlandıqdan sonra daha çox istək aldı. Hətta Queen BBC1-də həmin periodun populyar proqramı olan “Top of the Pops” tərəfindən də dəvət aldı. Beləliklə, bu proqramda Bohemian Rhapsody üçün klipin çəkilməsi qərarı alındı.
Musiqi tarixinin ilk video klipi olma özəlliyini daşıyan “Bohemian Rhapsody” musiqi video klipi bu vəsilə ilə ortaya çıxmış oldu. Mahnı solistliyini Freddie Mercury-nin etdiyi İngilis qrupu olan Queen-n 1975-ci ildə yayımladığı dördüncü albomu olan “A Night at the Opera”-da dinləyici ilə görüşdü. Albom daha çıxmadan 500.000 sifariş aldı və 9 həftə İngiltərə musiqi siyahılarında zirvədə qalaraq rekorda imza atdı.
Bonus: Freddie Mercury-nin Bohemian Rhapsody çəkilərkən çaldığı fortepiano 1960-cı illərin əfsanə qrupu olan Beatles-n əfsanə mahnısı “Hey Jude” çəkilərkən Paul McCartnen çaldığı pianinodur.
Fredy Mercury və Queen qrupunun ən hit mahnıları hansılardır?
1970-ci ildə qurulan və bütün dünyada albomları 300 milyondan çox satılan İngilis rock qrupu olan Queen 1960-cı illərin əvvəllərində Freddie Mercury, Brian May və Roger Taylor tərəfindən Londonda qurulmuşdur. 1971-ci ildə isə qrupa John Deacon qatılmışdır. 1970-ci illərin əvvəllərində məşhur olan qrup bu gün hələ də geniş fanat kütləsinə sahibdir.
1999-cu ildə hazırlanan “Music of the Millenium” anketində rock opera tərzinin ilk nümunəsi olaraq göstərilən Bohemian Rhapsody ən yaxşı mahnı seçilmişdir. Queen-n toplamda 18 albomu, 18 single-ı və 8 DVD-i 1 nömrəyə yüksəlmiş və bunun sayəsində də ən çox satılan qruplar arasındakı yerini almışdır. Queen, Britaniya siyahılarında ən uzun müddət yer alan musiqi qrupu olma özəlliyini də daşımaqdadır.
Bu qrupun ən hit mahnıları ilə aşağıdakı siyahıda tanış ola bilərsiniz:
- Bohemian Rhapsody (1975)
- Show Must Go On (1991)
- We Will Rock You (1977)
- Don’t Stop Me Now (1978)
- I Want To Break Free(1984)
- Under Pressure (1982)
- Another One Bites The Dust (1980)
- We Are The Champions (1977)
- Innuendo (1991)
- Somebody To Love (1976)
Queen qrupunun ən yaxşı albomları hansılardır?
Qrupun indiyə qədərki ən yaxşı albomlarının siyahısı aşağıda verilmişdir:
- Queen -1973
- Queen II – 1974
- Sheer Heart Attack – 1974
- A Night At The Opera – 1975
- A day at the races -1976
- News of the world -1977
- Jazz -1978
- Live killers -1979
- The game -1980
- Flash Gordon -1981
- Hot space -1982
- The works -1984
- A kind of magic -1986
- Live magic -1986
- The miracle -1989
- Innuendo -1991
- Made in heaven -1995
Beləliklə, bir mövzumuzun daha sonuna gəldik. Əgər siz də mövzunun başlanğıcında mahnı dinləməyin İngilis dili öyrənmə prosesi üçün ən effektiv metod olduğu ilə bağlı qeyd etdiyimiz fikirlərlə razısınızsa, o zaman bu mövzu ilə bağlı yazdığımız digər başlıqlara da nəzər salmağı unutmayın.
- Anne Marie “Friends” mahnısının sözləri
- Rihanna “Diamonds” mahnısının sözləri və tərcüməsi
- Lana Del Rey “Summertime Sadness” mahnı sözlərinin tərcüməsi
- LP “Lost On You” mahnı sözlərinin tərcüməsi
Mahnıları dinləməkdən, mahnı sözlərini oxumaqdan xoşunuz gəlir, ancaq oxuduğunuz və eşitdiyiniz sözlərin hansı mənaya gəldiyini bilmirsiniz? O zaman həll yolunu uzaqda axtarmağa ehtiyac yoxdur. Çox vaxt itirmədən Wordly platforması ilə tanış olmağa tələsin. Wordly sizə hər gün yeni sözlər öyrətməyi və müəyyən aralıqlarla xatırlatmalar etməyi vəd edir.