"Rain" feilinin ikinci və üçüncü formasına aid cümlə nümunələri - Wordly

“Rain” feilinin ikinci və üçüncü formasına aid cümlə nümunələri


Rain feilinin ikinci və üçüncü formasına aid cümlə nümunələri

İngilis dilini öyrənərkən əvvəlcə müəyyən sözlərin mənasını bilmək lazımdır və sonra sözləri qrammatik qaydalara uyğun olaraq sıralamaq lazımdır. Qaydalı fellər sadə bir qayda ilə dəyişdirilə bilsə də, qaydasız feillərdə bu vəziyyət bir qədər fərqlidir. Bunun üçün də sözləri əzbərləmək və fellərin düzgün yerlərdə necə istifadə ediləcəyini öyrənmək yaxşı bir başlanğıc ola bilər.

Rain feilinin ikinci forması

İngilis dilindən tərcümədə “yağmaq, tökmək” mənalarına gələn bu feilin Verb-2 (V2), ikinci, yəni Past Simple (keçmiş sadə zaman) forması “Rain” şəklindədir.

Rain feilinin ikinci formasına aid cümlə nümunəsi

Bu başlıq altında “Rain” feilinin ikinci forması olan “Rained” ilə bağlı cümlə nümunəsi və Azərbaycan dilinə tərcümələri ilə tanış ola bilərsiniz.

  • Bombs rained down on the unarmed common people -silahsız sadə insanların üzərinə bomba yağdı.
  • Shells rained on the enemy positions -düşmən mövqelərinə mərmi yağdı.
  • It rained three successive days -ardıcıl üç gün yağış yağdı.
  • Bombs rained down on the besieged city -mühasirədə olan şəhərə bomba yağdı.
  • It rained incessantly for the whole two weeks -bütün iki həftə boyunca aramsız yağış yağdı.

Rain feilinin üçüncü forması

Azərbaycan dilinə tərcümədə “yağmaq, tökmək” mənalarına gələn bu feilin Verb-3 (V3), üçüncü, yəni Past Perfect Tense (keçmiş bitmiş zaman) forması “Rained” şəklindədir.

Rain feilinin üçüncü formasına aid cümlə nümunəsi

Bu başlıq altında “Rain” feilinin üçüncü forması olan “Rained” ilə bağlı cümlə nümunəsi və Azərbaycan dilinə tərcümələri ilə tanış ola bilərsiniz.

  • Bombs have rained down on the unarmed common people -silahsız sadə insanların üzərinə bomba yağdı.
  • Shells have rained on the enemy positions -düşmən mövqelərinə mərmi yağmışdı.
  • Bombs have rained down on the besieged city  -mühasirədə olan şəhərə bomba yağmışdı.
  • It had rained for four consecutive days -ardıcıl dörd gün yağış yağmışdı.
  • If it hadn’t rained, I would have done it -əgər yağış yağmasaydı, mən onu edərdim.

Rain Past Tense qrammatik quruluşunun izahı

Hadisənin keçmiş zamanda meydana gəldiyini və indiki zaman ilə əlaqəsinin olmadığını, “past”, yəni “ V2” formasında istifadə edildiyini göstərir. İnkar forması “didn’t” vasitəsi ilə, sual forması isə “did” köməkçi feilinin əvvələ keçməsi ilə düzəlir. Keçmiş zamanda tamamlanmış olan bir hadisəni, işi, hal və hərəkəti ifadə etmək üçün istifadə edilir. Bu zaman formasında nə qədər müddət əvvəl olması önəmli deyil. Çox qısa müddət əvvəl ola biləcəyi kimi, çox keçmişdə də baş vermiş ola bilər. Keçmiş zamana aid olan tək bir hadisə varsa, bu hadisə nə qədər köhnə zamanda edilirsə edilsin bu zaman formasından istifadə edilməlidir. Hadisənin keçmişdə tam olaraq nə vaxt olduğunu ifadə edən zaman zərfi ilə istifadə edilməlidir. Məsələn, last week, when I was a child, three years ago, ages ago, in 1980.

Zaman ifadələri; yesterday (dünən), last month (keçən ay), last week (keçən həftə), last year (keçən il), last night (keçən gecə), two minutes ago (iki dəqiqə əvvəl), two days ago (iki gün əvvəl), two months ago (iki ay əvvəl), two years ago (iki il əvvəl): We build our opponent yesterday -biz dünən rəqibimizi məğlub etdik.

Rain feilinin zaman və şəxs əvəzliklərinə görə formaları

Bütün digər feillər kimi İngilis dilində “Rain” feilinin də zamanlara görə fərqli formaları mövcuddur. Aşağıda bu zaman formalarına aid cümlə nümunələri verilmişdir.

Rain Present Simple Tense – cümlə necə qurulur?

‘Simple Present Tense’ Azərbaycan dilində “indiki zaman” mənasına gəlir. İngilis dilindəki qarşılığı da bu formadadır. Sadə keçmiş zaman mənasına gəlməklə birlikdə hobbilərdən, qaydalardan, ümumi vərdişlərdən söhbət edərkən istifadə edilən, indiki davamedici zamanı yox, ümumi mənada indiki zamanı əhatə edən istifadə forması mövcuddur. Aşağıda “Rain” feili ilə indiki sadə zamana aid cümlə nümunəsi verilmişdir:

  • Cümlə nümunəsi: It invariably rains when I go there -mən ora gedəndə həmişə yağış yağır.
  • Sual cümləsinə aid nümunə: Do it invariably rain when I go there? – mən ora gedəndə həmişə yağış yağır?

Rain Present Perfect Tense ilə cümlə necə qurulur?

Yaxın keçmiş zaman, yəni keçmiş bitmiş zaman keçmişdə meydana gələn, təsirləri davam edən və ortaya çıxma forması vacib olmayan hal və hərəkətləri ifadə etmək üçün istifadə edilən zaman formasıdır. Present Perfect Tense öyrənərkən unutmamalı olduğunuz ən vacib nöqtə Present Perfect Tense-n cümlə sonlarında “yesterday, 3 years ago, last year” kimi zaman zərflərini almasıdır. Aşağıda “Rain” feili ilə indiki bitmiş zamandakı cümlə nümunəsi verilmişdir:

  • Cümlə nümunəsi: It has rained this morning -səhər bir müddət yağış yağdı.
  • Sual cümləsinə aid nümunə: Has it rained this morning? -səhər bir müddət yağış yağdı?

 Rain Present Continuous Tense ilə cümlə necə qurulur?

Bu zaman formasında hadisənin nə zaman başladığı və ya nə qədər müddət davam etdiyi önəmli deyil. Hadisənin danışıq əsnasında davam etməkdə olduğunu vurğulayır. O halda, bu zaman forması danışıq əsnasında davam etməkdə olan hadisələr üçün istifadə edilir. Bu hadisə bir müddətdir davam etməkdə olan, amma danışıq əsnasında edilməyən bir hadisə də ola bilər.

  • Cümlə nümunəsi ilə tanış olaq: It is raining now -indi yağış yağmaqdadır.
  • Sual cümləsinə aid nümunə: Is it raining now? -indi yağış yağmaqdadır?

Rain Present Perfect Continuous Tense ilə cümlə necə qurulur?

Hal-hazırda etdiyimiz hərəkəti ifadə etmək üçün indiki davamedici zamandan istifadə edilir: I’m reading a book now -mən indi bir kitab oxuyuram. Ancaq keçmiş zamanda başlayan və hələ də davam edən bir hadisə üçün Present Perfect Continuous Tense istifadə edilir. Hadisə keçmiş zamanda başlamış və indi davam edir, hətta gələcəkdə də davam etmə ehtimalı mövcuddur: I have been reading a book for two hours -mən iki saatdır kitab oxuyuram. Bu cümlə kitab oxumağa iki saat əvvəl başladığımı, hələ də davam etdiyimi göstərir. Nə qədər davam edəcəyi haqqında məlumatımız yoxdur.

  • Cümlə nümunəi ilə tanış olaq: It has been raining since this morning -səhərdən bəri yağış yağmaqdadır.
  • Sual cümləsinə aid nümunə: Has it been raining since this morning? -səhərdən bəri yağış yağmaqdadır?

Rain Past Simple Tense ilə cümlə necə qurulur?

Simple Past Tense, Azərbaycan dilinə tərcüməsi sadə keçmiş zaman olan bu zaman forması keçmişdə müəyyən bir zamanda başlamış və artıq sonlanmış olan hadisələri və ya vəziyyətləri izah etmək məqsədi ilə istifadə edilən zaman formasıdır. Bu zaman formasını öyrənərkən qətiyyən Past Continuous Tense ilə qarışdırmamalıyıq. Bu səbəblə də iki zaman arasındakı fərqləri və Past Tense-n istifadə yerlərini bilmək lazımdır.

  • Cümlə nümunəsi: It rained heavily yesterday -dünən güclü yağış yağdı.
  • Sual cümləsinə aid nümunə: Did it rain heavily yesterday? -dünən güclü yağış yağdı?

Rain Past Continuous Tense ilə cümlə necə qurulur?

Past Continuous Tense, adından da başa düşüldüyü kimi keçmiş davamedici zaman mənasına gəlir. Yəni keçmiş zamanda reallaşması müəyyən bir müddət vaxt almış bir hadisənin izah üçün istifadə edilən zaman formasıdır. Digər zamanların hamısında olduğu kimi burada da fərqli istifadə sahələri mövcuddur. Hansı halda halda bu zaman formasından istifadə etməli olduğumuza qərar verə bilmək üçün aşağıda verilmiş nümunələ tanış olmaq lazımdır.

  • Cümlə nümunəsi: It was raining very heavily yesterday -dünən güclü yağış yağırdı.
  • Sual cümləsinə aid nümunə: Was it raining very heavily yesterday? -dünən güclü yağış yağırdı?

Rain Past Perfect Tense ilə cümlə necə qurulur?

Past Perfect də keçmiş zaman formalarından biridir. Azərbaycan dilinə tərcüməsi keçmiş bitmiş zamandır. Past perfect, Past Simple zamandan əvvəl baş verən hadisələri izah etmək üçün istifadə edilən zaman formasıdır. Beləliklə, iki hadisənin olduğunu düşünək. Bu hadisələrin meydana gəldiyi zamanları müqayisə edək. Bu hadisələrin hər ikisi keçmiş zamanda baş versə də, biri digərindən sonra reallaşır. Əvvəl baş verən hadisə üçün past perfect istifadə edilərkən, sonrakı hadisə üçün past simple istifadə edilir. Məsələn, I had finished to cook the dinner when they arrived -onlar gələrkən mən axşam yeməyini bişirməyi bitirmişdim.

  • Cümlə nümunəsi: It had rained very heavily when they arrived – onlar çatanda güclü yağış yağmışdı.
  • Sual cümləsinə aid nümunə: Had it rained very heavily when they arrived? – onlar çatanda güclü yağış yağmışdı?

 Rain Past Perfect Continuous Tense ilə cümlə necə qurulur?

Past Perfect Continuous Tense də Past Perfect Tense kimi keçmişdə yaşanmış hadisədən əvvəl reallaşmış hadisələri izah etmək üçün istifadə edilir. Bu zaman formasının istifadə edilə bilməyi üçün izah edilən hadisənin sadəcə keçmişdə yaşanmış bir hadisədən daha əvvəl reallaşmış olması yetərli olmaz. Bundan əlavə, müəyyən bir vaxt almış olmalı və cümlə içində hadisənin baş verdiyi müddət vurğulanmalıdır. Bu zaman ilə qurulan cümlələrdə had been + V-ing istifadə edilir: It had been raining very heavily when they arrived – onlar çatanda güclü yağış yağmışdı. Sual cümləsinə aid nümunə: Had it been raining very heavily when they arrived? – onlar çatanda güclü yağış yağmışdı?

Rain Future Tense ilə cümlə necə qurulur?

“Simple Future Tense” Azərbaycan dilində gələcək zaman mənasına gəlir və gələcəkdə reallaşma ehtimalı yüksək olan hadisə və hallar üçün istifadə edilən bir zamandır. Gələcək zamanda etməyi düşündüyümüz bütün mövzuları bu zaman formasından istifadə edərək izah edə bilərik: It will rain very heavily tomorrow – sabah güclü yağış yağacaq.

Sual cümləsinə aid nümunə: Will it rain very heavily tomorrow? – sabah güclü yağış yağacaq?

Rain Future Continuous Tense ilə cümlə necə qurulur?

Azərbaycan dilinə tərcümədə gələcək davamedici zaman mənasına gələn Future Progressive və ya Future Continuous Tense, hər hansı hal və hərəkətin gələcəkdə baş verəcəyini və onun müddət davam edəcəyini vurğulamaq üçün istifadə edilir. Aşağıdakı formadan istifadə edilərək cümlə qurulur: will + be + feil (kök feili + -ing). Aşağıda feilin bu zaman formasına aid cümlə nümunəsi verilmişdir: It will be raining very heavily when they arrived – sabah onlar çatanda güclü yağış yağmaqda olacaq.

Sual cümləsinə aid nümunə: Will it be raining very heavily when they arrived? – sabah onlar çatanda güclü yağış yağmaqda olacaq?

Rain Future Perfect Tense ilə cümlə necə qurulur?

“Future Perfect Tense”, gələcək zamanda tamamlanmış olmasının gözlənildiyi hadisələr üçün istifadə edilir. Azərbaycan dilinə “etmiş olacağam” kimi tərcümə edilir. Məsələn,

  • I will have completed this course by the time summer comes -yay gələnə qədər mən bu kursu bitirmiş olacağam.
  • Unfortunately, she won’t have gotten her promotion by next year -təəsssüf ki, o, gələn il mükafat almamış olacaq.
  • Will we have finished our work by tomorrow evening? -sabah axşam bişim işimiz bitmiş olacaqmı?

Aşağıda mövzu ilə bağlı daha detallı cümlə nümunə verilmişdir: It will have rained very heavily when they arrived – sabah onlar çatanda güclü yağış yağmış olacaq. Sual cümləsinə aid nümunə: Will it have rained very heavily when they arrived? – sabah onlar çatanda güclü yağış yağmış olacaq.

Rain Future Perfect Continuous ilə cümlə necə qurulur?

Future Perfect Continuous Tense, gələcək zamanda davam edəcək hadisələri izah edən zaman formasıdır. Başqa sözlə, bir işin gələcək zamanda davam edəcəyi haqqında danışmaq istəyiriksə, o zaman cümləni Future Perfect Continuous Tense ilə qurmalıyıq.

Future perfect continuouns tense ilə cümlə qurularkən əvvəlcə mübrəda, daha sonra feilin ikinci forması olan past forma və to be feilinin üçüncü forması, feilin “ing” almış şəkli yerləşdirilir: will + have + been + the verb’s present participle (verb + -ing). Azərbaycan dilinə tərcümədə Future Perfect Tense ilə eyni mənanı ifadə edir: It will have been raining very heavily for two hours when they arrived – sabah onlar çatanda bir saatdır ki, güclü yağış yağmış olacaq.

Sual cümləsinə aid nümunə: Will it have been raining very heavily for two hours when they arrived? – sabah onlar çatanda bir saatdır ki, güclü yağış yağmış olacaq?

Rain – Rained – Rained – Test sualları

Mövzunu daha dərindən başa düşə bilmək və nə dərəcədə anladığınızı təyin edə bilməyiniz üçün bu başlıq altında verilmiş testləri “Rain” feilinin zamanlara uyğun olaraq düzgün formasından istifadə edərək cavablandırın.

  1. ______ are frequent here in early summer.
  • A) rain
  • B) rains
  • C) rained
  1. We’ll stay at home if it ______.
  • A) rains
  • B) has been raining
  • C) to rain
  1. I don’t care whether it _____, I am happy.
  • A) rains
  • B) will raining
  • C) am/is/are rain
  1. Which one is the right for Past Tense form of “Rain”?
  • A) am/is/are rain
  • B) was/were rain
  • C) Rained
  1. Which one is the right for Present Tense form of “Rain”?
  • A) rain/rains
  • B) will rain
  • C) rained

 

  1. Which one is the right for Future Continuous form of “Rain”?
  • A) will raining
  • B) will be raining
  • C) will been rained
  1. Which one is the right for Past Perfect form of “Rain”?
  • A) has rained
  • B) had rained
  • C) had been rained
  1. Misfortunes ______ heavily upon the old man.
  • A) have rained
  • B) has rained
  • C) rains
  1. The rains come in September.
  • A) rains
  • B) has rains
  • C) refer
  1. This little stream can become a deluge when it ____ heavily.
  • A) Rain
  • B) Rains
  • C) Raining

Düzgün cavablar:

  1. B
  2. A
  3. A
  4. C
  5. A
  6. A
  7. B
  8. A
  9. A
  10. B

Rain – Rained – Rained – Test sualları PDF

Yuxarıdakı başlıq altında verilmiş test suallarını PDF formada əldə etmək üçün bu bu linkə klik edə bilərsiniz.

 

İngilizce Kelime Ezberlemek Artık Çok Kolay

Uygulamayı Ücretsiz İndir; Her gün yeni kelimeler telefonuna gelsin
Örnek cümle ve anlamlarını öğren
Hatırlatmalarla pratik yap, kalıcı öğren, unutma
Offline modu ile Internete ihtiyacın olmadan kelime öğren
İngilizce Kelime Öğrenmeye Başla

Recent Content

×
wordly-logo
Wordly İngilizce Öğrenme ve Kelime Ezberleme Uygulaması
Uygulamayı Ücretsiz İndir
Her gün yeni kelimeler telefonuna gelsin
Uygulamayı İndir
×
wordly-logo
تطبيق Wordly لتعلم اللغة الإنجليزية وحفظ المفردات الإنجليزية
تحميل التطبيق مجانا
احصل على كلمات جديدة على هاتفك كل يوم
Uygulamayı İndir
×
wordly-logo
WORDLY ingilis dili öyrənmə və söz əzbərləmə proqramı
Tətbiqi ödənişsiz yüklə
Hər gün yeni sözlər telefonuna gəlsin
Uygulamayı İndir