Relative Clause (Who, Which, That) mövzu izahı və cümlə nümunələri - Wordly Danışır ...

Relative Clause (Who, Which, That) mövzu izahı və cümlə nümunələri


Relative clause - who, which, that mövzu izahı və cümlə nümunələri

İngilis dilində Relative Clause və relative Pronouns olduqca maraqlı və önəmli mövzulardandır. Defining Relative clause və Non-defining relative clause olmaqla iki yerə ayrılan Relative Clause-dan istifadə etməklə bir neçə kiçik cümləni birləşdirərək daha mürəkkəb cümlə əldə etmək, relative clause ixtisarları ilə isə daha axıcı və səlis nitq ilə çıxış etmək mümkündür. Məsələn;

  • The couple posted a Christmas present to their daughter -Cütlük qızlarına Milat hədiyyəsi göndərib.
  • Their daughter lives in South Africa -Onların qızı Cənubi Afrikada yaşayır.

Qız haqqında iki dəfə danışıb təkrarçılığa yol verməmək üçün yuxarıda verilmiş iki sadə cümləni relative clause vasitəsi ilə aşağıdakı kimi qurmaq mümkündür: The couple posted a Christmas present to their daughter, who lives in South Africa -Cütlük Cənubi Afrikada yaşayan qızlarına Milad hədiyyəsi göndərib.

Beləliklə, bu mövzuda siz aşağıdakı başlıqlar ilə tanış olacaqsınız:

  • Relative Clause harada və necə istifadə edilir?
  • İngilis dilində Relative Clause, Who ilə cümlə nümunələri
  • İngilis dilində Relative Clause, Which ilə cümlə nümunələri
  • Relative Pronoun olaraq “That” nə vaxt istifadə edilə bilər?
  • Defining Relative Clause nədir?
  • Don-Defining Relative Clause nədir?
  • Zaman bildirən Relative Clause istifadəsi (When)
  • Aidlik bildirən Relative Clause istifadəsi (Whose)
  • Təsirlənən şəxsi bildirən Relative Clause istifadəsi (Whom)
  • Relative Clause istifadə edərkən diqqət edilməli məqamlar
  • Relative Clause necə qısaldılır?
  • Relative Clause harada və necə istifadə edilir?

İngilis dilində Relative Clause, Who ilə cümlə nümunələri

Bildiyimiz kimi “Who” sözü “Kim” mənasına gəlir. Əgər var olan bir cümlədə bir insanı izah ediriksə, bu halda iki cümləni bağlamaq məqsədilə Who istifadə edilir.

  • Jessica is my teacher – Jessica mənim müəllimimdir. 
  • Jessica is from England – O, İngiltərədəndir.

Bu iki cümləni Relative Clause olaraq bağladığımız zaman relative pronoun olaraq WHO istifadə edilir. Bu cümlələr iki fərqli formada bağlana bilə­r.

  • Jessica who is my teacher is from England – Mənim müəllimim olan Jessica İngiltərədəndir.
  • Jessica who is from England is my teacher – İngiltərəli olan Jessica mənim müəllimimdir.

Hər iki nümunədən də göründüyü kimi relative pronoun-dan (who) sonra gələn söz izah edilir. Birinci cümlədə Jessicanın müəllim olması önəmlidir, ancaq ikinci cümlədə Jessicanın müəllim olması önəmlidir. Aşağıda bununla bağlı daha ətraflı nümunə cümlələr verilmişdir:

  • My brother is sitting on the bench –Qardaşım skamyada oturur.
  • My brother is wearing yellow t-shirt –Qardaşım sarı kofta geyinir.
  • My brother who is sitting on the bench is wearing yellow t-shirt –Skamyada oturan qardaşım sarı kofta geyinməkdədir.
  • My brother who is wearing yellow t-shirt is on the bench –Sarı kofta geyinən qardaşım skamyada oturmaqdadır.
  • Jack is a volleyball player –Jack voleybolçudur.
  • Jack plays in our national team –Jack bizim milli komandamızda oynayır.
  • Jack who is a volleyball player plays in our national team –Voleybolçu olan Jack bizim milli komandamızda oynayır.
  • Jack who plays in our national team is a volleyball player –Bizim milli komandamızda oynayan Jack voleybolçudur.
  • Do you know the girl who is talking to Tom? -Sən Tomla danışan qızı tanıyırsan?
  • A seaman is someone who works on a shipDənizçi gəmidə işləyən birisidir.
  • The boy who we met yesterday is very nice –Dünən tanış olduğumuz oğlan çox yaxşıdır.
  • I told you about the woman who lives next doorMən sizə qonşu evdə yaşayan qadın haqqında danışdım.
  • The woman who visited me in the hospital was very kind –Xəstəxanada məni ziyarət edən qadın çox mehriban idi.
  • The man who stole my backpack has been arrested –Bel çantamı oğurlayan kişi həbs olundu.

İngilis dilində Relative Clause, Which ilə cümlə nümunələri

Which relative cause İngilis dilində obyektləri və heyvanları izah etmək məqsədi ilə istifadə edilən relative pronoun-dur. Əgər var olan iki cümlədə izah edilməli olan şey heyvan və ya obyektdirsə, o zaman Which istifadə edilir. Aşağıda bununla bağlı nümunə cümlələr verilmişdir:

  • My friend’s house is detached. -mənim dostumun evi müstəqildir.
  • My friend’s house is blue – Mənim dostumun evi mavi rəngdədir.
  • My friend’s house which is detached is blue – Dostumun sərbəst evi mavi rəngdədir.
  • My friend’s house which is blue is detached – Dostumun mavi rəngdə olan evi sərbəstdir.
  • My friend’s phone is blue –Dostumun telefonu mavi rəngdədir.
  • My friend’s phone was bought from the USA –Dostum telefonunu ABŞ-dan aldı.
  • My friend’s phone which is blue was bought from the USA –Dostumun mavi olan telefonu ABŞ-dan alınıb.
  • My friend’s phone which was bought from the USA is blue –Dostumun ABŞ-da alınan telefonu mavidir.
  • The bus departs from the coach station at 19:00 –Avtobys avtovağzaldan saat 19:00-da hərəkət edir.
  • The bus goes to Gandja –Avtobus Gəncəyə gedir.
  • The bus which departs from the coach station at 19:00, goes to Gandja –Avtovağzaldan saat 19:00-da hərəkət edən avtobus Gəncəyə gedir.
  • The bus which goes to Gandja departs from the coach station at 19:00 –Gəncəyə gedən avtobus saat 19:00-da avtovağzaldan hərəkət edir.
  • Elephants, which are the largest land mammals, live in herds of 10 or more adults -Ən böyük quru məməliləri olan fillər, 10 və ya daha çox yetkin sürüdə yaşayırlar.
  • The phone which has the most features is also the most expensive -Ən çox xüsusiyyətləri olan telefon da ən bahalıdır.
  • My mother’s company, which makes mobile phones, is moving soon from Frankfurt to London -Anamın cib telefonları istehsal edən şirkəti tezliklə Frakfurtdan Londona köçür.
  • The heavy rain, which was unusual for the time of year, destroyed most of the plants in my garden -İlin bu vaxtı üçün qeyri-adi olan güclü yağış bağımdakı bitkilərin çoxunu məhv etdi.
  • The camera which costs £100 is over there -100 funt sterlinqə başa gələn kamera oradadır.
  • The house which belongs to Julie is in London –Julie-a aid olan ev Londondadır.

Relative Pronoun olaraq “That” nə vaxt istifadə edilə bilər?

Bəzi hallarda Relative clause-da who və which əvəzinə that relative pronoun olaraq istifadə edilə bilər. Ancaq bu, hər bir vəziyyətə uyğun deyil. Əgər cümlədə relative pronoun-n sol tərəfində vergül  və ya proposition (in, on, at və s.) varsa, o zaman who və which əvəzinə that qəti şəkildə istifadə edilə bilməz. Əgər cümlədə who və which əvəzinə that istifadə etmək istəyiriksə, o zaman relative pronounun sol tərəfində vergülün və sözönünün olmadığına diqqət etməliyik.  Aşağıda bununla bağlı ­­­­nümunələr verilmişdir:

  • My friend who loves reading books a lot writes weekly essays for our school newspaper –Kitab oxumağı çox sevən dostum bizim məktəb qəzetimiz üçün həftəlik olaraq məqalələr yazır.
  • My friend that loves reading books a lot writes weekly essays for our school newspaper

Bu cümlədə who əvəzinə that istifadə edə bilərik. Çünki relative pronounun sol tərəfində vergül və ya sözönü yer almır.

  • My shoes which we bought last year still seem like new –Keçən il aldığımız ayaqqabılarım hələ də yeni kimi görünür.  
  • My shoes that we bought last year still seem like new

Bu halda da which əvəzinə that istifadə edə bilərik, çünki relative pronounun sol tərəfində vergül və sözönü yer almır.

That hər zaman cümlənin daha doğru məna ifadə etməsi üçün vacib olan cümləni müəyyənləşdirir. Çünki aid olduğu ismi izah edir. Digər önəmli qayda olaraq unutmayın ki, That özündən əvvəl vergül qəbul etmir. Aşağıda That istifadəsinə dair əlavə nümunələr verilmişdir:

  • The musician that won the award is Canadian -Mükafatı qazanan musiqiçi Kanadalıdır.
  • The family that is living in the next house comes from Slovenia -Növbəti evdə yaşayan ailə Sloveniyadan gəlir.
  • Anyone that is caught writing on the walls will be expelled from school -Divarlarda yazı yazarkən tutulan hər kəs məktəbdən qovulacaq.
  • The dog that is chasing the squirrels belongs to Bridget -Sincabları ovlayan it Bridgetə aiddir.
  • Lisa wore the shoes that she bought in Italy -Lisa İtaliyada aldığı ayaqqabıları geyindi.

Defining Relative Clause nədir?

Defining Relative Clauses insan, yer və ya əşya haqqında vacib məlumat vermək üçün istifadə edilir və strukturu, Relative Clause = relative pronoun + subject + verb şəklindədir. Aşağıda bununla bağlı nümunə cümlələr verilmişdir:

Relative Pronouns olaraq insanlar üçün “who” və ya “that” istifadə edilir: I saw the woman who lives next doorMən qarşıda oturan qadınla rastlaşdım.

Əşyalar üçün isə “that” və ya “which” istifadə edirik: This is the dress that I bought for $5Bu, 5 dollara aldığım dondur.

Müəyyən bir hadisənin baş verdiyi yer üçün “where” istifadə edilir: Perth is the city where I grew up -Perth mənim böyüdüyüm şəhərdir.

Yiyəlik, sahiblik bildirmək üçün “whose” istifadə edilir: Jason is the boy whose parents own the newsagentJason xəbər agentliyinin sahiblərinin oğludur.

NB: Defining Relative Clause tipli cümlələrdə “who, which və that”, feilin əsas cümlədə olduğu və relative clause-n isə fərqli subyektinin olduğu cümlələrdə istifadə edilir.

  • He’s the man that I met yesterday -O, dünən rastlaşdığım kişidir.
  • He’s the man I met yesterday.

Burada əsas cümlənin subyekti ‘he’, əlavə cümlənin subyekti isə ‘I’-dır, beləliklə “that” istifadə etmək o qədər də önəmli deyil.  

Don-Defining Relative Clause nədir?

Non-defining Relative Clauses bir şəxs və ya əşya haqqında əlavə məlumat vermək üçün istifadə edilir. Non-defining Relative Clause strukturunda olan cümlələr clause ilə birlikdə və ayrı-ayrılıqda məna ifadə edirlər:

  • This building, which was designed by Gaudi, is a tourist attraction in Barcelona -Gaudi tərəfindən dizayn edilmiş binan, Barselonada turist attraksionudur.
  • Bu cümlə, relative clause olmadan da məna ifadə edir: This building is a tourist attraction in Barcelona –Bu bina Barselonada tursit attraksionudur.

Non-defining relative clause cümlələri hər iki tərəfdən vergül ilə ayrılmalıdır. Burada  “who” və ya “which” yerinə “that” istifadə edilə bilməz. Aşağıda bununla bağlı nümunə cümlələr verilmişdir:

  • Alice Springs, where my mother grew up, is in the middle of Australia -Anamın böyüdüyü Alice Springs Avstraliyanın ortasındadır.
  • My friend, who plays the trumpet, is in a concert next week -Trompeti çalan dostum gələn həftə konsertə qatılacaq.
  • The shoes, which cost 20 USD, come in blue, white or red -20 dollar dəyəri olan ayaqqabılar, mavi, ağ və ya qırmızı rənglərdə gəlir.

Zaman bildirən Relative Clause istifadəsi (When)

Qeyr-rəsmi danışıq dilində relative clause izah etmək üçün tez-tez which, on which və ya for which əvəzinə where, when və ya why istifadə edirik.

  • The summer was long and hot. I graduated from university in the summer -Yay uzun və isti idi. Mən yayda universitetdən məzun oldum.
  • The summer when I graduated from university was long and hot -Mənim universitetdən məzun olduğum yay uzun və isti idi.
  • Michelle screamed when she saw the spider that dangled from the one clean bathroom towel -Təmiz vanna otağı dəsmalından sürünən hörümçəyi görəndə Mişel qışqırdı.
  • The years when the “flower children” thrived were the 1960s -“Çiçək uşaqları”nın böyüdüyü illər 1960-cı illər idi.
  • The day when the concert takes place is Sunday -Konsertin baş verdiyi gün Bazar günüdür.
  • The hour when the parade begins is 12:30 p.m -Paradın başladığı saat səhər 12:30.

Aidlik bildirən Relative Clause istifadəsi (Whose)

Adətən insanların və heyvanların sahibliklərini bildirmək üçün whose nisbi əvəzliyindən istifadə edilir. Daha rəsmi danışıqlarda əşyalar üçün də istifadə edilə bilər. Əvvəlki cümləni izah etmək məqsədilə ifadə əvəzinə my, your, his, his, his, our, their kimi əvəzliklərdən də istifadə edilə bilər.

  • He’s marrying a girl whose family don’t seem to like him -O, ailəsi onunkuna bənzəməyən bir qızla evlənir. -Bu cümlədəki fikir ailə qurduğu qızın ailəsinin öz ailəsi kimi olmamasıdır.
  • There was me and there was Kate, whose party it was, and then there were two other people -Orada mən və əyləncə sahibi Kate var idi, sonra daha iki nəfər var idi. Bu cümlədəki fikir əyləncənin Kate üçün olmasıdır.
  • It is a rambling Tudor house, whose sitting room looks out over a wonderful walled garden -Oturma otağı gözəl divarlı bağa baxan təəccübləndirici Tudor evidir. Yəni evin oturma otağı çölə baxır.

Whose + prepositions: Sözönünü tamamlama məqsədi ilə whose + isim istifadə edilir:

Kate, whose sister I used to share a house with, has gone to work in Australia -Bacısı ilə bir ev bölüşdüyüm Kate Avstraliyaya işləməyə getdi.Burada bacısı Kate-n tamamlayıcısıdır.

Relative Pronoun-dan sonra birbaşa (rəsmiyazı dilində) və ya relative clause-n sonunda (qeyri-rəsmi) sözönündən istifadə edilir. ‘Whose’  adətən relative clause cümləsinin subyekti olur və çıxarıla bilmir. Yiyəlik bildirən sözlərlə yer dəyişdirə bilir və insan, əşya üçün istifadə edilir.

  • The dog is over there. The dog’s / its owner lives next door -İt oradadır. İtin sahibi növbəti qapıda yaşayır.
  • The dog whose owner lives next door is over there -Sahibi növbəti qapıda yaşayan it oradadır.
  • The little girl is sad. The little girl’s / her doll was lost -Kiçik qız kədərlidir. Kiçik qızın gəlinciyi itdi.
  • The little girl whose doll was lost is sad -Gəlinciyi itən kiçik qız kədərlidir.
  • The woman is coming tonight. Her car is a BMW -Qadın bu axşam gəlir. Onun maşını BMW-dir.
  • The woman whose car is a BMW is coming tonight -Avtomobili BMW olan qadın bu axşam gəlir.
  • The house belongs to me. Its roof is very old -Ev mənə aiddir. Onun dmı çox köhnədir.
  • The house whose roof is old belongs to me -Damı köhnə olan ev mənə məxsusdur.

Təsirlənən şəxsi bildirən Relative Clause istifadəsi (Whom)

Whom rəsmi danışıqlarda və ya yazılarda feilin obyektinin insan olduğu zamanlarda istifadə edilir. Danışıq dili ilə müqayisədə yazıda daha çox istifadə edilir.

The response of those managers whom I have consulted has been very positive and we are looking forward to meeting together -Məsləhətləşdiyim menecerlərin cavabı çox müsbət oldu və birlikdə görüşməyi gözləyirik. (Burada whom, menecerlərə istinad edir və relative clause cümləsində məsləhətləşən obyekti bildirir)

She was a celebrated actress whom he had known and loved, on and off, almost since her first appearance on the stage -Səhnədə ilk göründüyü vaxtdan bəri tanıdığı və sevdiyi məşhur aktrisa idi.

Whom + prepositions: Whom-n geniş yayılmış istifadəsi sözönü ilə işlənməsidir. Sözönünü tamamlamaq üçün whom istifadə edirik.

  • The first book was a terrible historical novel for children which was turned down by every publisher to whom it was sent – göndərildiyi hər bir naşir tərəfindən rədd edilən ilk kitab uşaqlar üçün olan dəhşətli tarixi roman idi. (Burada whom naşiri izah edir və “to”-n tamamlayıcısıdır)
  • Drama in schools is particularly good for pupils for whom English is a second language -Məktəblərdə dram, İngilis dilinin ikinci dil olduğu şagirdlər üçün xüsusilə yaxşıdır. Bu cümlədə də sözönündən əvvəl whom istifadə edildi.

Relative Clause istifadə edərkən diqqət edilməli məqamlar

Non-defining relative clause-da who, whom və ya which əvəzinə that istifadə edilmir:

  • It gives me a good chance to improve my Italian, which has become a little bit rusty -Bu mənə bir az paslanan İtalyan dilimi inkişaf etdirmək üçün yaxşı bir şans verir.
  • Not: It gives me a good chance to improve my Italian, that has become a little bit rusty.

What, relative pronoun kimi işlənmir:

  • So, he can make himself easily understood in the two languages, which helps a lot -Beləliklə, özünü iki dildə asanlıqla başa düşən (düşülən) edə bilər, bu da çox kömək edir.
  • Not: So, he can make himself easily understood in the two languages, what helps a lot.

Əşyalar üçün who işlənmir:

  • She’s written some great cookery books which have got pictures of delicious-looking recipes -O, dadlı görünüşlü reseptlərin şəkilləri olan bir sıra böyük aşpazlıq kitablarını yazdı.
  • Not: She’s written some great cookery books who have got pictures of delicious-looking recipes.

Əgər relative clause tipli cümlələrdə hansı şəxs əvəzliyindən istifadəyə ehtiyacınız olduğu ilə bağlı şübhəniz varsa, o zaman əvəzliyin əvəzinə aşağıdakı qaydalara uyğun olaraq who, whom istifadə edilməlidir:

He, she, they, we üçün WHO işlənir: The people who just boarded the plane are in a rock band -Təyyarəyə yeni minən insanlar rok qrupundadır. (They just boarded the plane— who istifadə edilə bilər)

Him, her, them, us əvəzinə WHOM istifadə edilir: The cousin whom we met at the family reunion is coming to visit -Ailənin birləşməsində tanış olduğumuz xala uşağı qonaq gəlir. (We met him at the family reunion— whom istifadə edilə bilər)

The agent with whom I spoke was able to help me -Danışdığım agent mənə kömək edə bildi. (I spoke with her— whom istifadə edilə bilər)

Relative Clause necə qısaldılır?

Relative clause-n bəziləri qısaldılabilir və bunlara İngilis dilində “reduced relative clauses” deyilir. Bu zaman relative pronoun (əvəzlik) və digər sözlər ixtisar edilə bilir. Yazını qısaltmaq və ya cümlə müxtəlifliyi əldə etmək üçün ixtisardan istifadə məqsədəuyğundur.

Restrictive (məhdudlaşdırıcı) relative clause-lar iki yolla qısaldılır. Əgər subyekt əvəzliyi ixtisar edilibsə, o zaman feilə -ing şəkilçisi əlavə edilə bilər.

  • I like the paintings that hang in the X Gallery -X Qalereyasında asılan rəsmləri bəyənirəm.
  • I like the paintings hanging in the X Gallery -X Qalereyasında asılmış rəsmləri bəyənirəm.

Obyekt əvəzlikləri ixtisar edilə bilər:

  • I like the bike that my father gave me -Atamın mənə verdiyi velosiped xoşuma gəlir.
  • I like the bike my father gave me -Atamın mənə verdiyi velosiped xoşuma gəlir.

Non-restrictive (qeyri-məhdudlaşdırıcı) relative clause bir yolla qısaldılır. Bu zaman “be” feili ilə olan subyekt əvəzlikləri silinir:

  • I am moving to Baku, which is home to the Maiden Tower -Qız qalasının yerləşdiyi Bakıya köçürəm.
  • I am moving to Baku, home to the Maiden Tower -mən Bakıya, Qız qalasının yerləşdiyi yerə köçürəm.
  • My mother, who is an excellent cook, is thinking of opening a restaurant -Mükəmməl aşpaz olan anam restoran açmağı düşünür.
  • My mother, an excellent cook, is thinking of opening a restaurant -Mükəmməl aşpaz olan anam restoran açmağı düşünür.

Qeyd: Relative pronoun bəzi hallarda cümlədən atıla bilər. Bununla bağlı nümunələr aşağıda verilmişdir:

  • The passengers who want to take off at this station should prepare their luggage -Bu stansiyada düşmək istəyən sərnişinlər yüklərini (baqaj) hazırlamalıdırlar.
  • İxtisarla: The passengers wanting to take off at this station should prepare their luggage.

Nümunədən də görüldüyü kimi who relative pronoun cümlədən atılıb və feilə -ing əlavə edilərək struktur yaradılmışdır.

  • My friend is the only student who plays badminton in our class
  • My friend is the only student to play badminton at our class -Mənim dostum sinfimizdə badminton oynayan tək tələbədir. Burada cümlədəki relative pronoun atılmış və feildən əvvələ to artırılmışdır
  • The project which was improved by our group last year became the winner of the competition.
  • The project improved by our group last year became the winner of the competition -Bizim qrupumuz tərəfindən keçən il təkmilləşdirilən proyekt yarışın birincisi oldu. Nümunədən də göründüyü kimi passive quruluşlu cümlələrdə feil və relative pronoun cümlədən atılaraq struktur yaradıla bilər.

Relative Clause-n qısaldılması ilə bağlı daha detallı məlumat əldə etmək istəyirsinizsə, o zaman “Reduced Relative Clause – Reduction of Relative Clause mövzu izahı” başlıqlı yazımızı ziyarət etməyiniz tövsiyə edilir.

Əgər siz də bunlarla kifayətlənmək istəməyib, daimi olaraq çox sayda söz öyrənmək istəyirsinizsə, o zaman Wordly məhz sizin üçündür. Bu platforma vasitəsi ilə siz hər gün səviyyənizə və maraq dairənizə uyğun olan sözləri tərcümələri ilə birlikdə görəcəksiniz. Sözlərin mənası, cümlə içərisində istifadə qaydası və cümlələrin tərcüməsi ilə tanış olacaqsınız.

Platforma bildirişlər vasitəsi ilə öyrəndiyiniz sözləri müəyyən aralıqlarla yadınıza salacaq və unutqanlığın qarşısına keçəcəkdir. Səsləndirmə vasitəsi ilə həm cümlələrin, həm də sözlərin oxunuşunu eşidəcəksiniz. İnternetsiz, offline olaraq işləyə bilmə özəlliyinə sahib olduğu üçün hər yerdə, hər zaman öyrənməyə davam edə biləcəksiniz.

Recent Content