Reported Speech – mövzu izahı - Wordly Danışır ...

Reported Speech – mövzu izahı


Reported speech - mövzu izahı

İngilis dilində sadə cümlələri qurmağı öyrəndikdən sonra öz düşündüklərimizi asanlıqla qarşı tərəfə çatdıra bilərik. Bəs başqa birinin dediyi bir şeyi fərqli birisinə necə çatdıra biləcəyinizi bilirsinizmi?

İngilis dilində sırf bu məqsədlə, yəni bəzi dialoqları və danışıqları başqalarına çatdırmaq üçün “Reported Speech” deyə adlandırılan qaydadan istifadə edilir. Bu mövzu Azərbaycan dilində danışarkən fərqində olmadan düzgün formada istifadə etdiyimiz qəliblərdən ibarətdir. Ancaq İngilis dilində “Reported Speech”, yəni dolaylı danışıq üçün bəsit qaydalara riayət etmək lazımdır.

O halda, “Reported Speech nədir? Necə istifadə edilir? Qaydaları nələrdir?” kimi suallara cavab vermək üçün gəlin mövzunu birlikdə araşdıraq.

Reported Speech Nədir?

Reported Speech Azərbaycan dilinə “dolaylı izah” kimi tərcümə edilir. Yəni hər hansı bir zaman aralığında qurulmuş cümlənin başqalarına dolaylı formada izah edilməsidir.

Hadisənin reallaşma anı keçmiş, indiki və ya gələcək zamanda ola bildiyi kimi, başqa birinə danışıldığı zaman aralığında hadisə ilə eyni zaman aralığında və ya sonrasında da ola bilər. Dolaylı izaha bir nümunə göstərək:

  • Cümlə: Jennifer: I am going to my friend’s party -Jennifer: mən dostumun partisinə gedirəm.
  • Direct Speech: Jennifer said, “I am going to my friend’s party.” -Jennifer “mən dostumun partisinə gedirəm” dedi.
  • Reported (indirect) Speech: Jennifer said (that) she was going to her friend’s party -Jennifer dostunun partisinə gedəcəyini dedi.

Birinci cümlə Jenniferin ağzından çıxan cümlənin original formasıdır. İkinci cümlədə izah edilmək istənilən məlumat isə cümləni pozmadan izah edilir. Buna İngilis dilində “Direct Speech” də deyilir.

Üçüncü cümlədə isə şəxs hadisəni dolaylı yoldan izah edir. Buna da report etmək, məlumat vermək mənasında istifadə edilən “Reported Speech” və ya “Indirect Speech” deyilir. Cümlədə istifadə edilən zaman, əvvəlki zaman ilə yer dəyişdirir, mübtədalar və yiyəlik şəkilçiləri isə izah verən şəxsə görə dəyişir.

Bu mövzumuzda siz aşağıdakı başlıqlar ilə tanış olacaqsınız:

  • Reported Speech necə istifadə edilir?
  • Personal Pronouns, Possessive Pronouns və Possessive Adjectives istifadəsi
  • Reported Speech: Time Expressions istifadəsi
  • Reported Speech: Ask ve Tell istifadəsi
  • Reported Speech: Modal Verbs istifadəsi
  • Dolaylı izahda sual qəlibləri – Reported Speech Questions

Reported Speech necə istifadə edilir?

Reported Speech-n əsas qaydası izah edilənləri bir addım geri alaraq izah etməkdir. Yəni istifadə edilən zaman formaları bir zaman geridən gəlir. Əvəzliklər dəyişir. Zaman zərfləri özündən əvvəlki zaman formasına görə izah edilir. Müəyyən bir cümləni dolaylı izah forması ilə danışarkən aşağıdakı qaydaları nəzərə almaq lazımdır:

Personal Pronouns, Possessive Pronouns və Possessive Adjectives istifadəsi

  • Direct Speech : David said; “The test is difficult -David dedi ki; “Test çox çətindir.”
  • Indirect Speech : David said the test was difficult -David testin çətin olduğunu dedi.
  • Direct Speech : Jennifer said; “I watch TV everyday -Jennifer dedi ki; “Mən hər gün televizor seyr edirəm.”
  • Indirect Speech: She said she watched TV every day -Jennifer hər gün televizor seyr etdiyini dedi.
  • Direct Speech: I come to school every day -David dedi ki; “mən hər gün məktəbə gedirəm.”
  • Indirect Speech: David said he came to school every day -David hər gün məktəbə getdiyini dedi.
  • Direct Speech: David said, “I have been working on that project for over two weeks.” -David “iki həftədən daha uzun bir müddətdir ki, bu proyekt üstündə işləyirəm”, dedi.
  • Indirect Speech: David said he had been working on that project for over two weeks -David iki həftədən daha uzun bir müddətdir ki, bu proyekt üstündə işlədiyini dedi.
  • Direct Speech: David said, “I can come tonight.” -David “bu axşam gələ bilərəm”, dedi.
  • Indirect Speech: David said he could come that night -David bu axşam gələ biləcəyini dedi.
  • Direct Speech: David said, “I may buy a new car.” -David “yeni bir maşın satın ala bilərəm”, dedi.
  • Indirect Speech: David said he might buy a new car -David yeni maşın ala biləcəyini dedi.
  • Direct Speech: David said, “I might go to Jennifer.” -David “Jennifergilə gedə bilərəm” dedi.
  • Indirect Speech: David said he might go to Jennifer -David Jennifergilə gedə biləcəyini dedi.
  • Direct Speech: David said, “I must give Ken a call.” -David “Kenə zəng etməliyəm” dedi.
  • Indirect Speech: David said he had to give Ken a call -David Kenə zəng etməli olduğunu dedi.
  • Direct Speech: David said, “I have to give Ken a call.”-David “Kenə zəng etməliyəm” dedi.
  • Indirect Speech: David said he had to give Ken a call -David Kenə zəng etməli olduğunu dedi.

Reported Speech-də zamanlar ən vacib mövzudur. Çünki hadisənin reallaşma zamanı ilə izah zamanları fərqli ola bilər. Bu səbəblə də report ediləcək cümlənin zamanı özündən bir əvvəlki zamanda deyilir.

  • Direct Speech – Present Simple
  • Reported Speech – Past Simple

 

  • Direct Speech – Present Continuous
  • Reported Speech – Past Continuous

 

  • Direct Speech – Present Perfect
  • Reported Speech – Past Perfect

 

  • Direct Speech – Past Simple
  • Reported Speech – Past Simple/ Past Perfect

 

  • Direct Speech – Past Continuous
  • Indirect Speech – Past Continuous/ Past Perfect Continuous

 

  • Direct Speech – Future Simple
  • Indirect Speech – Would

Yuxarıda görüldüyü kimi direct nitq hansı zamandırsa, indirect nitq bir addım keçmiş zamanda olur.

  • Direct Speech: Jennifer said “I work a bank.” -Jennifer “mən bankda işləyirəm” dedi.
  • Indirect Speech: Jennifer said (that) she worked a bank -Jennifer dedi ki, o bankda işləyir.
  • Direct Speech: Jennifer said “Jane is sleeping.” -Jennifer “Jane yatır” dedi.
  • Indirect Speech: Jennifer said (that) Jane was sleeping -Jennifer dedi ki, Jane yatırdı.
  • Direct Speech: David said “I was reading the newspaper when you were at the door.” -David “sən qapıda olanda mən qəzet oxuyurdum” dedi.
  • Indirect Speech: David said (that) he had been reading the newspaper when I had been at the door -David dedi ki, mən qapıda olanda o qəzet oxuyurdu.
  • Direct Speech: They said “We will call him later.” -Onlar “biz ona sonra zəng edəcəyik” dedi.
  • Indirect Speech: They said (that) they would call him later -Onlar dedi ki, onlar ona sonra zəng edəcək.

Qeyd: Bəzi hallarda zamanların da dəyişdiyini görə bilərik. Dolaylı izahın reallaşdığı anda davam etməkdə olan hadisələr və düzgünlüyü hər zaman keçərli olan mövzular üçün zaman dəyişdirmədən cümlə qurulur.

  • Direct Speech: The teacher said “The Sun rises from the east.” -Müəllim “Günəş Şərqdən qalxır” dedi.
  • Indirect Speech: The teacher said (that) the Sun rises from the east -Müəllim dedi ki, Günəş Şərqdən qalxır.
  • Direct Speech: Mum says “Breakfast is ready.” -Ana “səhər yeməyi hazırdır” deyir.
  • Indirect Speech: Mum says breakfast is ready -Ana deyir ki, səhər yeməyi hazırdır.

Reported Speech-də personal pronouns (şəxs əvəzlikləri), possessive pronouns (yiyəlik əvəzlikləri) və possessive adjectives (yiyəlik sifətləri) direct cümlədəki kimi eyni qalmır.

Cümləni quran “I (mən)” şəxs əvəzliyindən istifadə edilirsə, izah edən şəxs “he/ she (o)” şəxs əvəzliyindən istifadə etməlidir. Aşağıda bununla bağlı cümlə nümunəsi verilmişdir. Bu nümunədə “Biz” əvəzliyi onlar olaraq dəyişdirilib.

  • Direct Speech: David said “We will finish the project.” -David “biz proyekti bitirəcəyik” dedi.
  • Indirect Speech: David said (that) they would finish the Project -David dedi ki, onlar proyekti bitirəcəklər.

Eyni formada, aidlik bildirən yiyəlik əvəzlikləri və yiyəlik sifətləri də şəxs əvəzlikləri kimi dəyişdirilməlidirlər.

  • Direct Speech: Jennifer said “My mother bought some apple from the market.” -Tom “anam marketdən bir az alma aldı” dedi.
  • Indirect Speech: Jennifer said (that) his mother bought/ had bought some apple from the market -Jennifer anasının marketdən bir az alma aldığını dedi.
  • Direct Speech: Jennifer said “I can write a letter to you.” -Jennifer “sənə bir məktub yaza bilərəm” dedi.
  • Indirect Speech: Jennifer said (that) she could write a letter to me -Jennifer mini bir məktub yaza biləcəyini dedi.

Görüldüyü kimi ilk nümunədə yiyəlik sifəti, sonrakı nümunədə isə şəxs əvəzliyi və yiyəlik əvəzliyi dəyişmişdir. Əgər izah edilən mövzu hər zaman doğruluğunu qoruyan bir hadisədən bəhs edirsə, o zaman yenə də indiki zamandan istifadə edilir.

The teacher said that tenses are very important -müəllim zamanların çox vacib olduğunu dedi.

Danışıq izah edilərkən əvəzliyin cümlədə keçən obyekt ilə uyğun hala gələ bilməyi üçün əvəzliyi də dəyişdirmək lazımdır.

  • Jennifer said, “I want to bring my children.” -Jennifer “uşaqlarımı gətirmək istəyirəm” dedi.
  • Jennifer said she wanted to bring her children.” -Jennifer uşaqlarını gətirmək istədiyini dedi.

Göründüyü kimi “I” əvəzliyi dolaylı nitqdə “she” olaraq dəyişmişdir.

Reported Speech: Time Expressions istifadəsi

Dolaylı nitqdə zaman ifadə edən “time expressions”, yəni zaman ifadələri və qəlibləri eyni zamanlarda olduğu kimi məna bütünlüyünü də qoruya bilmək məqsədi ilə dəyişməlidir. Əks halda, cümlənin əsl sahibinin bəhs etdiyi zaman aralığı yox, cümləni danışan şəxsin zaman aralığı başa düşülə bilər. Beləliklə də, qarşı tərəfə də səhv məlumat ötürmüş olarıq.

Aşağıdakı siyahıda zaman qəliblərinin direct və indirect nitqlərdə necə dəyişdiyini görə bilərsiniz:

  • Direct Speech: Now – Indirect Speech: Then
  • Direct Speech: Today- Tonight   – Indirect Speech: That day- That night
  • Direct Speech: Tomorrow – Indirect Speech: The next day/ The following day
  • Direct Speech: Yesterday – Indirect Speech: The day before/ The previous day
  • Direct Speech: This (evening) – Indirect Speech: That (evening)
  • Direct Speech: These days – Indirect Speech: Those days
  • Direct Speech: Last (month) – Indirect Speech: The (month) before / The previous (month)
  • Direct Speech: Next (weekend) – Indirect Speech: The (weekend) after / The following (weekend)

Aşağıda bununla bağlı cümlə nümunələri verilmişdir:

  • Direct Speech: David said “I will take him to office tomorrow.” -David “mən sabah onu ofisə aparacağam” dedi.
  • Indirect Speech: David said (that) he would take him to office the next day/ the following day -David dedi ki, o növbəti gün onu ofisə aparacaq.
  • Direct Speech: Jennifer said “I am eating ice cream now.” -Jennifer “Mən indi dondurma yeyirəm” dedi.
  • Indirect Speech: Jennifer said (that) she was eating ice cream then -Jennifer dedi ki, o onda dondurma yeyirdi.
  • Direct Speech: David said “We went to London last week.” -David “biz keçən həftə Londona getdik” dedi.
  • Indirect Speech: David said (that) they went to London the week before/ the previous week -David dedi ki, onlar bir həftə əvvəl Londona getdilər.

İngilis dilində bir cümləni dolaylı olaraq, yəni indirect formada izah etdiyimiz zaman cümlə içərisindəki bəzi sözlər dəyişir.  Bu dəyişiklik cümlədəki mənanın pozulmaması üçün tətbiq edilir. Aşağıda bununla bağlı cümlə nümunəsi verilmişdir:

Jennifer said; “I will go to London tomorrow.” -Jennifer “Sabah Londona gedəcəyəm” dedi.”

Yuxarıdakı cümlənin 10 Apreldə deyildiyini düşünək. 14 Aprel tarixində yuxarıdakı cümləni başqa birisinə danışdığımız zaman mənanın pozulmaması üçün “sabah” sözünü dəyişdirmək məcburiyyətindəyik.

Jennifer said that she would go to London the next day -Jennifer növbəti gün Londona gedəcəyini dedi.

Əgər yuxarıdakı cümlədəki “sabah” sözünü olduğu kimi istifadə etsəydik, o zaman cümlə:

Jennifer said that she would go to London tomorrow -Jennifer sabah Londona gedəcəyini dedi.

Formasında olardı. Jenniferin 15 Aprel tarixində Londona gedəcəyini demiş olarıq. Halbuki Jennifer İstanbula 11 Aprel tarixində gedib. Əgər bu cümlə 11 Aprel günü başa birisinə deyilmiş olsaydı, o zaman “sabah” sözü əvəzinə, “bu gün” sözündən istifadə etməli idik.

Digər nümunə: David said; ” I like this city.” -David “Bu şəhəri sevirəm” dedi.

Yuxarıdakı cümləni quran şəxsin həmin zaman Nyu Yorkda olduğunu düşünək. Daha sonra Londonda bu cümləni quran şəxs “this” əvəzinə “that” istifadə etməlidir. Əgər “this” dəyişdirilməsə, dolaylı cümlə Londonda qurulduğu üçün Davidin Londonu sevdiyi mənası ortaya çıxar və cümlə pozular.

David said that he liked that city -David o şəhəri sevdiyini dedi.

Reported Speech: Ask ve Tell istifadəsi

Bəzi hallarda indirect nitqlərdə “say” əvəzinə “ask” və ya “tell” feili də istifadə edilir. Xahiş bildirən cümlələrdə “ask”, əmr cümlələrində isə “tell” istifadə edilir. Ancaq cümlələrdə zaman dəyişikliyi olmaz və cümlədəki bağlantı “to” şəkilçisi ilə təmin edilir.

  • “Don’t go!” -getmə.
  • Jennifer told me not to go -Jennifer mənə getməməyimi dedi.
  • “Close the window, please!”  -“Bağla pəncərəni, zəhmət olmasa!”
  • David asked me to close the window -David pəncərəni bağlamağımı dedi.

Reported Speech: Modal Verbs istifadəsi

Ehtimal, xahiş kimi vəziyyətlərdən danışarkən istifadə edilən köməkçi feillər, yəni modal verbs indirect nitqdə aşağıdakı kimi dəyişir:

  • Direct Speech: Can – Reported Speech: Could
  • Direct Speech: May – Reported Speech: Might
  • Direct Speech: Shall – Reported Speech: Should
  • Direct Speech: Must – Reported Speech: Must/ Had to
  • Direct Speech: Will – Reported Speech: Would
  • Direct Speech: Needn’t  – Reported Speech: Needn’t/ Didn’t need to/ Didn’t have to

 

  • David said “I can speak French.” -David “mən Fransız dilində danışa bilirəm” dedi.
  • David said (that) he could speak French -David Fransız dilində danışmağı bacardığını dedi.
  • Jennifer said “He may call us.” -Jennifer “o bizə zəng edə bilər” dedi.
  • Jennifer said (that) he might call them -Jennifer dedi ki, onun onlara zəng edə biləcəyini dedi.
  • Jennifer said to him “You must finish your food. -Jennifer ona “sən yeməyini bitirməlisən” dedi.
  • Jennifer said (that) he had to finish his food -Jennifer ona yeməyini bitirməli olduğunu dedi.

Qeyd: Modal verbs-lər içərisində might, could, should, would, mustn’t köməkçi feillər hər hansı bir dəyişikliyə uğramır və eyni formada qalırlar. Məsələn;

  • Jennifer said “I might talk to him.” -Jennifer “mən onunla danışa bilərəm” dedi.
  • Jennifer said (that) she might talk to him -Jennifer onunla danışa biləcəyini dedi.

Dolaylı izahda sual qəlibləri – Reported Speech Questions

Reported Questions iki mərhələdə incələnməli olan mövzulardan biridir. Qısa cavablı, yəni yes/no sual qəlibləri ilə wh- başlayan sual qəlibləri üçün fərqli izahlar mövcuddur. Ancaq ortaq bir nöqtə var ki, “say” feili yerinə ‘ask’, “wonder” və ya “want to know” qəliblərindən istifadə edilir:

  • David asked me ‘Do you play guitar?’  -David məndən “sən gitar çala bilirsən” soruşdu.
  • David asked to me if/ whether I played guitar. -David məndən gitar çalıb-çalmadığımı soruşdu.
  • Jennifer asked me “Can you swim?”  -Jennifer məndən “sən üzməyi bacarırsan?” soruşdu.
  • Jennifer asked me if/ whether I could swim -Jennifer məndən üzməyi bacarıb-bacarmadığımı soruşdu.

Bu nümunələrdə bəli və ya xeyr şəklində cavablana biləcək suallar verilmişdir və dolaylı nitq zamanı “if” və ya ‘whether’ şəkilçisi vasitəsi ilə düz cümlə qurulur.

  • David asked me “What did you make for dinner yesterday?” -David məndən “sən dünən axşam yeməyi üçün nə hazırlamışdın?” soruşdu.
  • David asked me what I had made for dinner the day before -David məndən əvvəlki gün üçün nə hazırladığımı soruşdu.
  • Jennifer asked him “Where is your jacket?” -Jennifer ondan “sənin jaketin haradadır” soruşdu.
  • Jennifer asked him where his jacket was -Jennifer ondan jaketinin harada olduğunu soruşdu.

Bu nümunələrdə wh- ilə başlayan sual cümlələri zaman dəyişiklikləri ilə birlikdə cümlə formasına gətirilmiş və report edilmişdir.

İngilis dilini öyrənmək üçün tək ehtiyacınız olan tək şey Wordly-dir. Wordly platforması sayəsində siz hər gün yeni sözlər öyrənəcək, öyrəndiyiniz sözləri unutmamaq daimi olaraq təkrarlar edəcəksiniz.

İngilizce Kelime Ezberlemek Artık Çok Kolay

Uygulamayı Ücretsiz İndir; Her gün yeni kelimeler telefonuna gelsin
Örnek cümle ve anlamlarını öğren
Hatırlatmalarla pratik yap, kalıcı öğren, unutma
Offline modu ile Internete ihtiyacın olmadan kelime öğren
İngilizce Kelime Öğrenmeye Başla

Recent Content

×
wordly-logo
Wordly İngilizce Öğrenme ve Kelime Ezberleme Uygulaması
Uygulamayı Ücretsiz İndir
Her gün yeni kelimeler telefonuna gelsin
Uygulamayı İndir
×

Ücretsiz İngilizce Öğrenme Uygulaması

Uygulamayı Yükle
Her gün yeni kelime öğren