Smoke Felinin İkinci Və Üçüncü Forması - Wordly Danışır ...

Smoke Felinin İkinci Və Üçüncü Forması


Smoke Felinin İkinci Və Üçüncü Forması

Tələbələr ingilis dili qrammatikasını öyrənərkən motivasiyasını düşürəcək bir sıra qəlizliklərlə üz üzə qala bilirlər. Bu qəlizliklər, ingilis dili qrammatikasını öyrənməkdə axsamalar yarada bilir. Mövzumuza verə biləcəyimiz ən ideal nümunə isə ingiliscə fellərdir. İngilis fellər, ana dilimizlə müqayisədə qarşılığı olmayacaq ünsurlarla əhatəlidir. Bu ünsurları yaxşı mənimsəyə bilmək üçün ingilis dili qrammatikası detallı, sağlam və doğru addımlarla öyrənilməlidir ki, tələbələr üçün hər hansı bir məqamda çətinliklər yaratmasın.

Fellər bildiyiniz üzərə ingilis dilində qaydalı və qaydasız olaraq iki yerə bölünür. Çətinlik, eləcə, buradan başlayır. Çünki, qaydalı felləri öyrənmək asan olsa da, (ikinci və üçüncü halında “ed” şəkilçisini qəbul edən hər bir fel qaydalı fel sayılır) qaydasız felləri öyrənmək olduqca vaxt aparıcıdır. Çünki, qaydasız fellər kökdən dəyişmə xüsusiyyətinə sahibdir və tələbələrin burada qaydasız felləri əzbərləməkdən başqa çarələri qalmır. Bəs, əzbərləməkdən savayı, qaydasız felləri necə daha yadda qalan etmək mümkündür?

Qaydasız felləri yadda qalan etmək üçün hansı halların hansı cümlələrdə, hansı mənsubiyyətlər və zaman qəlibləri ilə istifadə olunduğunu öyrənmək lazımdır. Bunun üçün, bu gün bloq yazımızda qaydasız fellərdən biri olan “smoke” felinin ikinci və üçüncü hallarını sizlərlə birlikdə təsnif edəcəyik. Beləliklə, felin birinci, ikinci və üçüncü hallarını daha detallı şəkildə öyrənəcək və çalışmalarla praktik edərək daha yadda qalan hala gətirəcəksiniz. Giriş məlumatlarla başlayaq:

Smoke feli sözün öz köküdür və birinci hal şəklində istifadə olunur.

Smoke feli – tüstü, siqaret çəkmə, tüstülənmək – şəklində tərcümə olunur.

Smoke Felinin İkinci Forması

Smoke felinin ikinci halı smoked şəklində yazılır. Simple Past Tense üçün istifadə olunur.

Smoke Felinin İkinci Forması ilə Nümunələr

  • She smoked a cigarette.- Siqaret çəkdi.
  • I’d be lying if I said I had never smoked before.- Əvvəllər siqaret çəkmədiyimi desəm yalan danışardım.
  • I have never smoked a cigarette in my life.- Ömrümdə heç vaxt siqaret çəkməmişəm.
  • Tom’s mother died young because she drank and smoked too much.- Tomun anası çox içdiyindən və çox siqaret çəkdiyindən gənc öldü.
  • 67% of those who never smoked said they worried about the health effects of passive smoking.- Heç vaxt siqaret çəkməyənlərin% 67-si passiv siqaretin sağlamlığa təsirlərindən narahat olduqlarını söylədi.
  • He smoked as if nothing had happened.- Heç bir şey olmamış kimi siqaret çəkdi.

Smoke Felinin Üçüncü Forması

Smoke  felinin üçüncü halı ikinci halı ilə eynidir. Üçüncü halı da “ed” şəkilçisi ilə düzəlir və smoked olaraq yazılır. Üçüncü hal Perfect Tense və Passive Voice cümlələri üçün keçərlidir.

Smoke Felinin Üçüncü Halı ilə Nümunələr

  • He smoked cigarettes passionately.- Həvəslə siqaret çəkirdi.
  • It seems that someone has smoked in here.- Deyəsən burda kimsə siqaret çəkib.
  • Lost in thought, Tom watched the sky as he smoked a cigarette.- Düşüncə içində olan Tom siqaret çəkərkən səmaya baxdı.
  • The last time I smoked was well over a year ago.- Sonuncu dəfə bir il əvvəl siqaret çəkmişdim.
  • This is the first time I’ve smoked.- İlk dəfə siqaret çəkirəm.
  • Toronto mayor Rob Ford admitted to having smoked crack.– Toronto bələdiyyə başçısı Rob Ford siqaret çəkdiyini qəbul etdi.
  • When was the last time you smoked a cigarette?- Son dəfə nə vaxt siqaret çəkmisiniz?
  • Your coughing is a result from having smoked.- Öskürək siqaret çəkməyin nəticəsidir.

Smoke Felinin Past Tense ilə İstifadəsi

Smoke feli qaydalı fel olduğu üçün və felin ikinci və üçüncü hallarında köklü dəyişimə uğramadan sadəcə “ed” şəkilçisi qəbul etdiyi üçün yadda qalan fellər sırasında yer alır. Fellərin ikinci və üçüncü halları keçmiş zamanlarda istifadə olunur. Qaydalı fellər ikinci və üçüncü halları ilə istifadə olunarkən sadəcə “ed” şəkilçisi əlavə edilir. Keçmiş zaman üzərindən bir nümunə ilə izahımızı aydınlaşdıraq:

  • I have never smoked a cigarette in my life.- Ömrümdə heç vaxt siqaret çəkməmişəm.

Smoke Felinin Zaman və Mənsubiyyətə Görə Təsnifi

Smoke felini cümlədə istifadə edərkən zaman qəlilblərinə və mənsubiyyətə görə dəyişkənliklərini öyrənmək istəyirsinizsə, aşağıda verilən bir neçə zaman qəlibləri və şəxs əvəzlikləri ilə nümunələrinə nəzər yetirə bilərsiniz.

Smoke Simple Present Tense İstifadəsi

Present Simple  Tense, dilimizə indiki zaman kimi tərcümə olunur. I, you, we, they əvəzliklərinə cavab verən köməkçi felləri “do”,  he, she, it əvəzliklərinin  köməkçi felləri “does”`dır. Köməkçi felə “not” şəkilçisi əlavə etməklə mənfi formaya keçir. He, she, it əvəzlikləri ilə qurulan cümlələrdə “does” köməkçi felinə malikdir, lakin bu köməkçi felə “-s, -ies, -es” şəklində əlavə olunur. Mənfi cümlələrdə fel düz qalır. Eyni vəziyyət sual cümləsi üçündə keçərlidir. Ümumi həqiqətləri, təkrarlanan hərəkətləri, vərdişləri, mövcud vəziyyəti, ümumi fikri, istəyi ifadə etmək üçün istifadə olunur. Bir zaman qrafiki ilə başlamaq və ya təkrarlamaq üçün əvvəlcədən təyin edilmiş hərəkətlər üçün istifadə olunur. Əmrlər, təlimatlar vermək üçün istifadə olunur.

  • I smoke
  • you smoke
  • he/ she/ it smokes
  • we smoke
  • you smoke
  • they smoke

Smoke Present Perfect Tense İstifadəsi

Present Perfect Tense təkrarlanan hərəkətlər üçün istifadə edilir, hansı ki, konkret zaman forması bu hərəkətlər üçün önəmli deyil və hadisə keçmişdə başlayıb, lakin hələ də bitməyib, davam etməkdədir. Present Perfect Tense   keçmiş bir hadisə və ya vəziyyət ilə bu gün arasında bir əlaqə yaradır. Xüsusilə “just” zərfində çox yaxın bir hərəkət üçün istifadə olunur, ancaq nə qədər vaxt keçdiyini göstərmir. “Yet” zərfi hələ edilməmiş, lakin edilməsi ehtimalı olan hərəkətlər üçün və ya belə bir ehtimalın olub- olmadığını soruşmaq üçün istifadə edilir. “Never” zərfi keçmişdə müəyyən bir nöqtədən heç bir hərəkət edilmədiyini və ya belə bir vəziyyətlə qarşılaşmadığını ifadə etmək üçün istifadə olunur.

  • I have smoked
  • you have smoked
  • he/ she/ it has smoked
  • we have smoked
  • you have smoked
  • they have smoked

Smoke Present Progressive Tense İstifadəsi

Adından da göründüyü kimi Continuous ifadədəsindən  əvvəlki Present ifadəsi  be + V-ing şəklində köməkçi felin indiki, yəni am, is, are şəklində istifadə olunmasını  həm də dəvam edən hadisənin keçid vaxtının indi olduğunu ifadə edir. Hadisənin nə vaxt başladığı və nə qədər davam etdiği vacib deyil. Yalnız bir danışma anında bir hadisənin davam etdiyini vurğulayır. Hal- hazırda davam etməkdə olan hərəkətləri izah etmək üçün bu zaman formasından istifadə edilir.

Zaman ifadələri: now (indi), right now (indi),  at the moment (hazırda), still (hələ)

Present Continuous Tense always, constantly, forever  kimi zərflərlə birlikdə əkrarlayan və ümumiyyətlə narahat edən hərəkətlər üçün istifadə olunur. Present Continuous Tense ondan sonra istifadə olunan gələcək zamanla birlikdə gələcəkdə əvvəlcədən planlaşdırılan bir hərəkətin baş verəcəyi deməkdir.

  • I am smoking
  • you are smoking
  • he/ she/  it is smoking
  • we are smoking
  • you are smoking
  • they are smoking

Smoke  Present Perfect Progressive Tense İstifadəsi

Dilimizə indiki bitmiş davamedici zaman kimi tərcümə edilən Present Perfect Continuous Tense, keçmişdə müəyyən bir zamanda başlayan və hal- hazırda davam etməkdə olan hal və hərəkətlərdən bəhs etmək üçün istifadə edilir. Bu səbəblə Continuous halda istifadə edilə bilməyən fellərlə istifadə edilə bilməz.

Hal- hazırda etdiyimiz hərəkəti ifadə etmək üçün indiki davamedici zamandan istifadə edilir: I’m reading a book now -mən indi bir kitab oxuyuram. Ancaq keçmiş zamanda başlayan və hələ də davam edən bir hadisə üçün Present Perfect Continuous Tense istifadə edilir. Hadisə keçmiş zamanda başlamış və indi davam edir, hətta gələcəkdə də davam etmə ehtimalı mövcuddur: I have been reading a book for two hours -mən iki saatdır kitab oxuyuram. Bu cümlə kitab oxumağa iki saat əvvəl başladığımı, hələ də davam etdiyimi göstərir. Nə qədər davam edəcəyi haqqında məlumatımız yoxdur.

  • I have been smoking
  • you have been smoking
  • he/she / it has been smoking
  • we have been smoking
  • you have been smoking
  • they have been smoking

Smoke  Simple Past  Tense İstifadəsi

Azərbaycan dilindəki qarşılığı keçmiş sadə zaman olan Past Simple Tense, keçmiş zamanda baş verən hadisələrdən bəhs etmək üçün istifadə edilir. Keçmişdə tamamlanan bir hadisəni, işi, vəziyyəti və ya hərəkəti təsvir etmək üçün istifadə olunur. Hadisənin nə qədər əvvəl baş verməsinin heç bir əhəmiyyəti yoxdur. Bu yaxınlarda baş vermiş ola bilər və ya çox köhnə ola bilər. Keçmişə aid yalnız bir hərəkət varsa, bu hərəkətin nə qədər köhnə olmasına baxmayaraq bu zaman istifadə olunmalıdır. Hadisənin keçmişdə nə zaman baş verdiyini ifadə edən bir zaman ifadəsi ilə istifadə olunmalıdır. Bu zaman formasını öyrənərkən qətiyyən Past Continuous Tense ilə qarışdırmamalıyıq. Bu səbəblə də iki zaman arasındakı fərqləri və Past Tense-n istifadə yerlərini bilmək lazımdır.

Zaman ifadələri; yesterday (dünən),  last month (keçən ay), last week (geçən həftə), last year (keçən il), last night (keçən gecə), two minutes ago (iki dəqiqə əvvəl), two days ago ( iki gün əvvəl), two months ago ( iki ay əvvəl),  two years ago ( iki əvvəl il)

  • I smoked
  • you smoked
  • he/ she/ it smoked
  • we smoked
  • you smoked
  • they smoked

Smoke Past Progressive Tense İstifadəsi

Keçmiş davamedici zaman olan Past Continuous Tense, keçmişdə baş verən və müəyyən bir müddətdə davam edən hadisələrdən bəhs etmək üçün istifadə edilir. Keçmişdə göstərilən vaxtda tamamlanmayan və buna görə də davam edən hadisələr üçün istifadə olunur. Əsas odur ki, o an davam edir, nə qədər dəvam etməsinin  fərqi yoxdur. Always (həmişə), constantly (davamlı), forever (həmişəlik, əbədi) kimi zərflərlə birlikdə keçmişdə təkrarlanan və ümumiyyətlə bizi narahat edən hərəkətlər üçün istifadə olunur.

was/ were + 1st form of Verb + ing

  • I was smoking
  • you were smoking
  • he/ she/ it was smoking
  • we were smoking
  • you were smoking
  • they were smoking

Smoke Past Perfect Tense İstifadəsi

Keçmişdə müəyyən bir an və ya hadisədən əvvəl meydana gələn və o ana qədər davam edən hadisələr üçün istifadə olunur. Bu vaxtdan istifadə edəcəksinizsə, hansı hadisədən əvvəl suala cavab verə biləcəyiniz bir zaman cümləsi olmalıdır. Bəzən bu zamanın çox qədim hadisələr üçün istifadə edildiyi fərz edilir, lakin bu doğru deyil. Keçmişə aid yalnız bir hadisə varsa və bu hadisənin keçmişdə bir müddətdən əvvəl meydana gəldiyi ifadə edilərsə, Simple Past Tense istifadə edilməlidir. Bu zamanın istifadə edildiyi ümumi formul belədir:

subject + had + past participle = past perfect tense.

  • I had smoked
  • you had smoked
  • he/ she/ it had smoked
  • we had smoked
  • you had smoked
  • they had smoked

Smoke Past Perfect Progressive  Tense İstifadəsi

Bu zaman formasının Azərbaycan dilində qarşılığı olmasa da, belə izah edə bilərik ki, keçmişdə başlayan bir işdən əvvəl edilməkdə olan başqa bir işdən bəhs etmək üçün Past Perfect Continuous zamanından istifadə edilir. Məsələn: When he came, I had been waiting for him for more than two hours. (O gəldiyində mən onu 2 saatdan çox idi ki gözləyirdim.) Keçmişdə müəyyən bir vaxtda gözləməyə başladım və onun gəlişinə qədər bu gözləməyə davam etdim. Keçmişdə başlayan və keçmişdə bitən bir müddətdə hərəkəti davam etdirdim. Hadisə bir müddət ifadə ettiyi üçün  Continuous, bu müddət keçmişdə bittiği (qutardığı) üçün  Past Perfect`dən istifadə edirik. Bundan əlavə, müəyyən bir vaxt almış olmalı və cümlə içində hadisənin baş verdiyi müddət vurğulanmalıdır. Bu zaman ilə qurulan cümlələrdə had been + V- ing istifadə edilir.

  • I had been smoking
  • you had been smoking
  • he/ she/ it had been smoking
  • we had been smoking
  • you had been smoking
  • they had been smoking

Smoke Simple Future Tense İstifadəsi

Future Simple Tense, Azərbaycan dilinə gələcək sadə zaman kimi tərcümə edilir. Gələcək haqqında məlumat verərkən və ya gələcək hadisələrlə bağlı qeyri-müəyyən hadisələri proqnozlaşdırarkən istifadə olunur. Danışıq zamanı verilən qərarlar üçün istifadə olunur. Gələcəklə bağlı verilən vədlər üçün istifadə olunur.

  • I will smoke
  • you will smoke
  • he/ she/ it will smoke
  • we will smoke
  • you will smoke
  • they will smoke

Smoke Future Progressive Tense İstifadəsi

Future Continuous Tense  Azərbaycan dilinə  gələcək davamedici zaman kimi tərcümə olunur. Gələcəkdə müəyyən bir zamanda davam edəcək hərəkətlər üçün istifadə olunur. Hadisənin  nə vaxt başladığı, nə qədər davam ettiyi və ya davam edəcəyi vacib deyil. Əhəmiyyətli olan bir hərəkətin yalnız deyilən anda davam etməsidir. Aşağıdakı formadan istifadə edilərək cümlə qurulur: will + will + indiki zamankı (kök feli + -ing).

  • I will be smoking
  • you will be smoking
  • he/ she/ it will be smoking
  • we will be smoking
  • you will be smoking
  • they will be smoking

Smoke Future Perfect Tense İstifadəsi

Müəyyən bir gələcəkdəki hadisəni  və ya vaxtdan əvvəl tamamlanacaq hərəkətlər üçün istifadə olunur. Vaxt ifadəsi və ya hadisənin sona çatması üçün verilən vaxtı göstərən cümlə olmadan istifadə olunmur.

  • I will have smoked
  • you will have smoked
  • he/ she/ it will have smoked
  • we will have smoked
  • you will have smoked
  • they will have smoked

Smoke Future Perfect Progressive  Tense İstifadəsi

Future Perfect Continuous Tense Azərbaycan dilində gələcək bitmiş davamedici zaman kimi tərcümə olunur. Future Perfect Continuous Tense gələcəkdə baş verməsi planlaşdırılan hadisədən əvvəl başqa verən və bitən hadisənin olduğunu vurğulamaq üçün istifadə edilir.

Future perfect continuouns tense ilə cümlə qurularkən əvvəlcə mübtəda, daha sonra feilin ikinci forması olan past forma və to be feilinin üçüncü forması, feilin “ing” almış şəkli yerləşdirilir: will + have + been + the verb’s present participle (verb + -ing). Azərbaycan dilinə tərcümədə Future Perfect Tense ilə eyni mənanı ifadə edir.

  • I will have been smoking
  • you will have been smoking
  • he/ she/ it will have been smoking
  • we will have been smoking
  • you will have been smoking
  • they will have been smoking

Smoke Feili İlə Bağlı Test Nümunələri

  1. Marty …… just when his mother came into his room
  2. All your fingers are brown. You …… too much.
  3. He ….. for two weeks. He is trying to give it up.
  4. I used to ….. a lot, but now I’ve quit.
  5. I …… cigarettes.
  6. I have given up …… for good and all.
  7. I …… in my youth.
  8. I …… yet today.
  9. She will not ….. for a very long time.
  10. My father ….. a pack of cigarettes a day.

Cavablar:

  1. was smoking
  2. smoke
  3. hasn’t smoked
  4. smoke
  5. smoke
  6. smoking
  7. smoked
  8. haven’t smoked
  9. have been smoking
  10. smokes

İngilis Dilində Smoke v2 Və Smoke v3 Formalarına Aid Test Nümunələri PDF

Daha çox çalışmalarla praktik qazanmaq və öyrəndiklərinizi daha sağlam şəkildə mənimsəmək istəyirsinizsə, sizin üçün hazırladığımız PDF formatlı smoke birinci, ikinci və üçüncü formları ilə bağlı testi   klikləyərək keçid alıb həll edə bilərsiniz.

Nazrin Akhundova

Mən Nəzrin Axundova 1998-ci il sentyabr ayında Bakıda anadan olmuşam.İlk təhsilim Azərbaycanda olsa da, ali təhsilimi İstanbul şəhərində almağa başlamışam.2016-ci ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsinə daxil olmuşam.Mənim dillərə marağım məni ingilis, türk, rus, italyan dillərini öyrənməyə həvəs yaradıb.5ildən artıqdır ki,ingilis dilində müxtəlif mətn və məqalələri,oçerkləri,esseləri tərcümə edirəm.Bu işdən zövq alıram.Ən böyük istəyim,arzum bundan yararlanana bilən insanlara kömək etməkdir.

İngilizce Kelime Ezberlemek Artık Çok Kolay

Uygulamayı Ücretsiz İndir; Her gün yeni kelimeler telefonuna gelsin
Örnek cümle ve anlamlarını öğren
Hatırlatmalarla pratik yap, kalıcı öğren, unutma
Offline modu ile Internete ihtiyacın olmadan kelime öğren
İngilizce Kelime Öğrenmeye Başla

Recent Content

×
wordly-logo
Wordly İngilizce Öğrenme ve Kelime Ezberleme Uygulaması
Uygulamayı Ücretsiz İndir
Her gün yeni kelimeler telefonuna gelsin
Uygulamayı İndir
×

Ücretsiz İngilizce Öğrenme Uygulaması

Uygulamayı Yükle
Her gün yeni kelime öğren