Start Felinin İkinci və Üçüncü Formaları - Wordly

Start Felinin İkinci və Üçüncü Formaları


Start Felinin İkinci və Üçüncü Formaları

Tələbələr ingilis dili qrammatikasını öyrənərkən motivasiyasını düşürəcək bir sıra qəlizliklərlə üz üzə qala bilirlər. Bu qəlizliklər, ingilis dili qrammatikasını öyrənməkdə axsamalar yarada bilir. Mövzumuza verə biləcəyimiz ən ideal nümunə isə ingiliscə fellərdir. İngilis fellər, ana dilimizlə müqayisədə qarşılığı olmayacaq ünsurlarla əhatəlidir. Bu ünsurları yaxşı mənimsəyə bilmək üçün ingilis dili qrammatikası detallı, sağlam və doğru addımlarla öyrənilməlidir ki, tələbələr üçün hər hansı bir məqamda çətinliklər yaratmasın.

Fellər bildiyiniz üzərə ingilis dilində qaydalı və qaydasız olaraq iki yerə bölünür. Çətinlik, eləcə, buradan başlayır. Çünki, qaydalı felləri öyrənmək asan olsa da, (ikinci və üçüncü halında “ed” şəkilçisini qəbul edən hər bir fel qaydalı fel sayılır) qaydasız felləri öyrənmək olduqca vaxt aparıcıdır. Çünki, qaydasız fellər kökdən dəyişmə xüsusiyyətinə sahibdir və tələbələrin burada qaydasız felləri əzbərləməkdən başqa çarələri qalmır. Bəs, əzbərləməkdən savayı, qaydasız felləri necə daha yadda qalan etmək mümkündür?

Qaydasız felləri yadda qalan etmək üçün hansı halların hansı cümlələrdə, hansı mənsubiyyətlər və zaman qəlibləri ilə istifadə olunduğunu öyrənmək lazımdır. Bunun üçün, bu gün bloq yazımızda qaydasız fellərdən biri olan “start” felinin ikinci və üçüncü hallarını sizlərlə birlikdə təsnif edəcəyik. Beləliklə, felin birinci, ikinci və üçüncü hallarını daha detallı şəkildə öyrənəcək və çalışmalarla praktik edərək daha yadda qalan hala gətirəcəksiniz. Giriş məlumatlarla başlayaq:

Start feli sözün öz köküdür və birinci hal şəklində istifadə olunur.

Start feli – başlamaq, start götürmək, girişmək – şəklində tərcümə olunur.

Start Felinin İkinci Forması

Start felinin ikinci halı started yazılır. Simple Past Tense üçün istifadə olunur.

Start Felinin İkinci Forması ilə Nümunələr

  • It’s been six years since I started to study English.- İngilis dilini öyrənməyə başladığımdan altı il keçir.
  • You only started this job an hour ago.- Bu işə yalnız bir saat əvvəl başlamısınız.
  • Both of the children started crying.- Uşaqların hər ikisi ağlamağa başladı.
  • The man suddenly started shooting his gun.- Kişi qəfildən silahını vurmağa başladı.
  • The company is owned by a group of entrepreneurs who started it right after the war.- Şirkət müharibədən dərhal sonra başlamış bir qrup sahibkara məxsusdur.
  • He suddenly started writing a letter to his mother.- Birdən anasına məktub yazmağa başladı.
  • I was planning on going to the beach today, but then it started to rain.- Bu gün çimərliyə getməyi planlaşdırırdım, amma sonra yağış yağmağa başladı.

Start Felinin Üçüncü Forması

Start felinin üçüncü halı started olarak yazılır. Cümlələrdən ayıra bilməyiniz üçün cümlədə istifadə olunan zaman qəliblərini müəyyənləşdirməlisiniz. Üçüncü hal Perfect Tense və Passive Voice cümlələri üçün keçərlidir.

Start Felinin Üçüncü Halı ilə Cümlələr

  • I had started driving car before he got his driving licence.- Sürücülük vəsiqəsini alana qədər maşın sürməyə başlamışdım.
  • I’ve suddenly started to gain weight.- Birdən kökəlməyə başladım.
  • I started learning Chinese last week.- Keçən həftə Çin dilini öyrənməyə başladım.
  • I’ve only spoken to Tom twice since he started working here.- Tom burada işləməyə başladığından bəri yalnız iki dəfə danışdım.
  • It started raining as soon as we got home.- Evə gələn kimi yağış yağmağa başladı.
  • He started his job in his early forties.- İşinə qırxıncı illərində başladı.
  • It has just started to snow in Vicenza.- Vicenzada yeni qar yağmağa başladı

Start Felinin Past Tense ilə İstifadəsi

Start felini müxtəlif zamanlarda istifadə edərkən çaşqınlıq yaşaya bilərsiniz. Cümlədə start felini görərkən hansı halda olduğunu müəyyənləşdirmək istəyirsinizsə, cümlədə işlədilən zamana diqqət yetirməlisiniz. Past Simple zamanının istifadə olunduğu cümlədə start  felinin mütləq ikinci halı istifadə olunur. Past Participle cümlələrdə isə start felin üçüncü halı işlədilir.

Start felini keçmiş zaman qəlibləri ilə istifadə edərkən felin neçənci halını istifadə edəcəyinizi yaxşı bilməlisiniz. Cümlələrdə istifadə olunan zaman qəliblərini bir- birindən ayırd edə bilmək üçün köməkçi fellərə baxmağınız kifayət edir. Mübtəda + Köməkçi Fel + Fel (ikinci və ya üçüncü hal) + İkinci Dərəcəli Üzvlər qaydasına diqqət etsəniz, felin ikinci və üçüncü halları ilə rahatlıqla cümlələr qura bilərsiniz.

Start Felinin Zaman və Mənsubiyyətə Görə Təsnifi

Start  feli də digər fellər kimi cümlədə istifadə olunarkən zamana və mənsubiyyətə görə dəyişir. Hər ikisinə görə cümlədə istifadə qaydalarına riayət edib, cümlə quruluş strukturunda yanlışa yol vermək istəmirsinizsə, o zaman, aşağıda həm şəxs əvəzliklərinə, həm də zamana görə təsnif edilmiş start felinin istifadə qaydalarına baxa bilərsiniz.

Start Present Tense İstifadəsi

Present Simple  Tense, dilimizə indiki zaman kimi tərcümə olunur. I, you, we, they əvəzliklərinə cavab verən köməkçi felləri “do”,  he, she, it əvəzliklərinin  köməkçi felləri “does”`dır. Köməkçi felə “not” şəkilçisi əlavə etməklə mənfi formaya keçir. He, she, it əvəzlikləri ilə qurulan cümlələrdə “does” köməkçi felinə malikdir, lakin bu köməkçi felə “-s, -ies, -es” şəklində əlavə olunur. Mənfi cümlələrdə fel düz qalır.Eyni vəziyyət sual cümləsi üçündə keçərlidir. Ümumi həqiqətləri, təkrarlanan hərəkətləri, vərdişləri, mövcud vəziyyəti, ümumi fikri, istəyi ifadə etmək üçün istifadə olunur. Bir zaman qrafiki ilə başlamaq və ya təkrarlamaq üçün əvvəlcədən təyin edilmiş hərəkətlər üçün istifadə olunur. Əmrlər, təlimatlar vermək üçün istifadə olunur.

1st form of Verb + s (es)

  • I start
  • you start
  • he/ she/ it starts
  • we start
  • you start
  • they start

I start at 9:00.- Saat 9: 00-da başlayıram.
You start at 9:00.- Saat 9: 00-da başlayırsan.
She starts at 9:00.- Saat 9: 00-da başlayır.
We start at 9:00.- Saat 9: 00-da başlayırıq.
You start at 9:00.- Saat 9: 00-da başlayırsınız.
They start at 9:00.- Saat 9: 00-da başlayırlar.

Start Present Perfect Tense İstifadəsi

Present Perfect Tense təkrarlanan hərəkətlər üçün istifadə edilir, hansı ki, konkret zaman forması bu hərəkətlər üçün önəmli deyil və hadisə keçmişdə başlayıb, lakin hələ də bitməyib, davam etməkdədir. Present Perfect Tense   keçmiş bir hadisə və ya vəziyyət ilə bu gün arasında bir əlaqə yaradır. Xüsusilə “just” zərfində çox yaxın bir hərəkət üçün istifadə olunur, ancaq nə qədər vaxt keçdiyini göstərmir. “Yet” zərfi hələ edilməmiş, lakin edilməsi ehtimalı olan hərəkətlər üçün və ya belə bir ehtimalın olub- olmadığını soruşmaq üçün istifadə edilir. “Never” zərfi keçmişdə müəyyən bir nöqtədən heç bir hərəkət edilmədiyini və ya belə bir vəziyyətlə qarşılaşmadığını ifadə etmək üçün istifadə olunur.

has/ have + 3rd form of Verb

  • I have started
  • you have started
  • he/ she/ it has started
  • we have started
  • you have started
  • they have started

Start Present  Continuous Tense İstifadəsi

Adından da göründüyü kimi Continuous ifadədəsindən  əvvəlki Present ifadəsi  be + V-ing şəklində köməkçi felin indiki, yəni am, is, are şəklində istifadə olunmasını  həm də dəvam edən hadisənin keçid vaxtının indi olduğunu ifadə edir. Hadisənin nə vaxt başladığı və nə qədər davam etdiği vacib deyil. Yalnız bir danışma anında bir hadisənin davam etdiyini vurğulayır. Hal- hazırda davam etməkdə olan hərəkətləri izah etmək üçün bu zaman formasından istifadə edilir.

Zaman ifadələri: now (indi), right now (indi), at the moment (hazırda), still (hələ)

Present Continuous Tense always, constantly, forever  kimi zərflərlə birlikdə əkrarlayan və ümumiyyətlə narahat edən hərəkətlər üçün istifadə olunur. Present Continuous Tense ondan sonra istifadə olunan gələcək zamanla birlikdə gələcəkdə əvvəlcədən planlaşdırılan bir hərəkətin baş verəcəyi deməkdir.

is/ am/ are + 1st form of Verb + ing

  • I am starting
  • you are starting
  • he/ she/ it is starting
  • we are starting
  • you are starting
  • they are starting

Start Present Perfect Progressive Tense İstifadəsi

Dilimizə indiki bitmiş davamedici zaman kimi tərcümə edilən Present Perfect Continuous Tense, keçmişdə müəyyən bir zamanda başlayan və hal- hazırda davam etməkdə olan hal və hərəkətlərdən bəhs etmək üçün istifadə edilir. Bu səbəblə Continuous halda istifadə edilə bilməyən fellərlə istifadə edilə bilməz.

Hal- hazırda etdiyimiz hərəkəti ifadə etmək üçün indiki davamedici zamandan istifadə edilir: I’m reading a book now -mən indi bir kitab oxuyuram. Ancaq keçmiş zamanda başlayan və hələ də davam edən bir hadisə üçün Present Perfect Continuous Tense istifadə edilir. Hadisə keçmiş zamanda başlamış və indi davam edir, hətta gələcəkdə də davam etmə ehtimalı mövcuddur: I have been reading a book for two hours -mən iki saatdır kitab oxuyuram. Bu cümlə kitab oxumağa iki saat əvvəl başladığımı, hələ də davam etdiyimi göstərir. Nə qədər davam edəcəyi haqqında məlumatımız yoxdur.

has/ have + been + 1st form of Verb + ing

  • I have been starting
  • you have been starting
  • he/ she/ it has been starting
  • we have been starting
  • you have been starting
  • they have been starting

Start Simple Past Tense İstifadəsi

Azərbaycan dilindəki qarşılığı keçmiş sadə zaman olan Past Simple Tense, keçmiş zamanda baş verən hadisələrdən bəhs etmək üçün istifadə edilir. Keçmişdə tamamlanan bir hadisəni, işi, vəziyyəti və ya hərəkəti təsvir etmək üçün istifadə olunur. Hadisənin nə qədər əvvəl baş verməsinin heç bir əhəmiyyəti yoxdur. Bu yaxınlarda baş vermiş ola bilər və ya çox köhnə ola bilər. Keçmişə aid yalnız bir hərəkət varsa, bu hərəkətin nə qədər köhnə olmasına baxmayaraq bu zaman istifadə olunmalıdır. Hadisənin keçmişdə nə zaman baş verdiyini ifadə edən bir zaman ifadəsi ilə istifadə olunmalıdır.

Zaman ifadələri; yesterday (dünən),  last month (keçən ay), last week (geçən həftə), last year (keçən il), last night (keçən gecə), two minutes ago (iki dəqiqə əvvəl), two days ago ( iki gün əvvəl), two months ago ( iki ay əvvəl),  two years ago ( iki əvvəl il)

2nd form of Verb

  • I started
  • you started
  • he/ she/ it started
  • we started
  • you started
  • they started

Start  Past Continuous Tense İstifadəsi

Keçmiş davamedici zaman olan Past Continuous Tense, keçmişdə baş verən və müəyyən bir müddətdə davam edən hadisələrdən bəhs etmək üçün istifadə edilir. Keçmişdə göstərilən vaxtda tamamlanmayan və buna görə də davam edən hadisələr üçün istifadə olunur. Əsas odur ki, o an davam edir, nə qədər dəvam etməsinin  fərqi yoxdur. Always (həmişə), constantly (davamlı), forever (həmişəlik, əbədi) kimi zərflərlə birlikdə keçmişdə təkrarlanan və ümumiyyətlə bizi narahat edən hərəkətlər üçün istifadə olunur.

was/ were + 1st form of Verb + ing

  • I was starting
  • you were starting
  • he/ she/ it was starting
  • we were starting
  • you were starting
  • they were starting

Start Past Perfect Tense İstifadəsi

Keçmişdə müəyyən bir an və ya hadisədən əvvəl meydana gələn və o ana qədər davam edən hadisələr üçün istifadə olunur. Bu vaxtdan istifadə edəcəksinizsə, hansı hadisədən əvvəl suala cavab verə biləcəyiniz bir zaman cümləsi olmalıdır. Bəzən bu zamanın çox qədim hadisələr üçün istifadə edildiyi fərz edilir, lakin bu doğru deyil. Keçmişə aid yalnız bir hadisə varsa və bu hadisənin keçmişdə bir müddətdən əvvəl meydana gəldiyi ifadə edilərsə, Simple Past Tense istifadə edilməlidir. Bu zamanın istifadə edildiyi ümumi formul belədir:

subject + had + past participle = past perfect tense.

had + 3rd form of Verb

  • I had started
  • you had started
  • he/ she/ it had started
  • we had started
  • you had started
  • they had started

Start Past Perfect Progressive  Tense İstifadəsi

Bu zaman formasının Azərbaycan dilində qarşılığı olmasa da, belə izah edə bilərik ki, keçmişdə başlayan bir işdən əvvəl edilməkdə olan başqa bir işdən bəhs etmək üçün Past Perfect Continuous zamanından istifadə edilir. Məsələn: When he came, I had been waiting for him for more than two hours. (O gəldiyində mən onu 2 saatdan çox idi ki gözləyirdim.) Keçmişdə müəyyən bir vaxtda gözləməyə başladım və onun gəlişinə qədər bu gözləməyə davam etdim. Keçmişdə başlayan və keçmişdə bitən bir müddətdə hərəkəti davam etdirdim. Hadisə bir müddət ifadə ettiyi üçün  Continuous, bu müddət keçmişdə bittiği (qutardığı) üçün  Past Perfect`dən istifadə edirik.

had + 3rd form of Verb

  • I had been starting
  • you had been starting
  • he/ she/ it had been starting
  • we had been starting
  • you had been starting
  • they had been starting

Start Simple Future Tense İstifadəsi

Future Simple Tense, Azərbaycan dilinə gələcək sadə zaman kimi tərcümə edilir. Gələcək haqqında məlumat verərkən və ya gələcək hadisələrlə bağlı qeyri-müəyyən hadisələri proqnozlaşdırarkən istifadə olunur. Danışıq zamanı verilən qərarlar üçün istifadə olunur. Gələcəklə bağlı verilən vədlər üçün istifadə olunur.

shall/ will + 1st form of Verb

  • I will start
  • you will start
  • he/ she/ it will start
  • we will start
  • you will start
  • they will start

Start  Future Progressive Tense İstifadəsi

Future Continuous Tense  Azərbaycan dilinə  gələcək davamedici zaman kimi tərcümə olunur. Gələcəkdə müəyyən bir zamanda davam edəcək hərəkətlər üçün istifadə olunur. Hadisənin  nə vaxt başladığı, nə qədər davam ettiyi və ya davam edəcəyi vacib deyil. Əhəmiyyətli olan bir hərəkətin yalnız deyilən anda davam etməsidir.

shall/ will + 1st form of Verb + ing

  • I will be starting
  • you will be starting
  • he/ she/ it will be starting
  • we will be starting
  • you will be starting
  • they will be starting

Start  Future Perfect  Tense İstifadəsi

Müəyyən bir gələcəkdəki hadisəni  və ya vaxtdan əvvəl tamamlanacaq hərəkətlər üçün istifadə olunur. Vaxt ifadəsi və ya hadisənin sona çatması üçün verilən vaxtı göstərən cümlə olmadan istifadə olunmur.

shall/ will have + 3rd of Verb

  • I will have started
  • you will have started
  • he/ she/it will have started
  • we will have started
  • you will have started
  • they will have started

Start  Future Perfect Continuous  Tense İstifadəsi

Future Perfect Continuous Tense Azərbaycan dilində gələcək bitmiş davamedici zaman kimi tərcümə olunur. Future Perfect Continuous Tense gələcəkdə baş verməsi planlaşdırılan hadisədən əvvəl başqa verən və bitən hadisənin olduğunu vurğulamaq üçün istifadə edilir.

Future perfect continuouns tense ilə cümlə qurularkən əvvəlcə mübtəda, daha sonra feilin ikinci forması olan past forma və to be feilinin üçüncü forması, feilin “ing” almış şəkli yerləşdirilir: will + have + been + the verb’s present participle (verb + -ing). Azərbaycan dilinə tərcümədə Future Perfect Tense ilə eyni mənanı ifadə edir.

  • I will have been starting
  • you will have been starting
  • he/ she/ it will have been starting
  • we will have been starting
  • you will have been starting
  • they will have been starting

Start Feili İlə Bağlı Test Nümunələri

  1. 1 .Everybody will be at the office at about 08:30 tomorrow as the meeting ….. at nine o’clock.
  2. I …… working on July the first.
  3. As soon as I can get a decent video camera, I ….. making videos to put online.
  4. I ….. doing this work 4 years ago.
  5. What time does your first class …… ?
  6. School ….. at nine.
  7. Tom killed Mary because he found out she ….. the fire that had killed his family.
  8. I think it’s time for me to …. taking my responsibilities seriously.
  9. You only …… this job an hour ago.
  10. Tom thought it would be a good idea to ….. a website that sold nothing but popcorn.

Cavablar:

  1. starts
  2. will start
  3. will start
  4. started
  5. start
  6. starts
  7. had started
  8. start
  9. started
  10. start

İngilis Dilində Start v2 Və Start  v3 Formalarına Aid Test Nümunələri PDF

Daha çox çalışmalarla praktik qazanmaq və öyrəndiklərinizi daha sağlam şəkildə mənimsəmək istəyirsinizsə, sizin üçün hazırladığımız PDF formatlı become birinci, ikinci və üçüncü formları ilə bağlı testi  klikləyərək keçid alıb həll edə bilərsiniz.

Nazrin Akhundova

Mən Nəzrin Axundova 1998-ci il sentyabr ayında Bakıda anadan olmuşam.İlk təhsilim Azərbaycanda olsa da, ali təhsilimi İstanbul şəhərində almağa başlamışam.2016-ci ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsinə daxil olmuşam.Mənim dillərə marağım məni ingilis, türk, rus, italyan dillərini öyrənməyə həvəs yaradıb.5ildən artıqdır ki,ingilis dilində müxtəlif mətn və məqalələri,oçerkləri,esseləri tərcümə edirəm.Bu işdən zövq alıram.Ən böyük istəyim,arzum bundan yararlanana bilən insanlara kömək etməkdir.

İngilizce Kelime Ezberlemek Artık Çok Kolay

Uygulamayı Ücretsiz İndir; Her gün yeni kelimeler telefonuna gelsin
Örnek cümle ve anlamlarını öğren
Hatırlatmalarla pratik yap, kalıcı öğren, unutma
Offline modu ile Internete ihtiyacın olmadan kelime öğren
İngilizce Kelime Öğrenmeye Başla

Recent Content

×
wordly-logo
Wordly İngilizce Öğrenme ve Kelime Ezberleme Uygulaması
Uygulamayı Ücretsiz İndir
Her gün yeni kelimeler telefonuna gelsin
Uygulamayı İndir