Stative Verbs nədir? Stative Verbs mövzu izahı - Wordly Danışır ...

Stative Verbs nədir? Stative Verbs mövzu izahı


İngilis dilində Stative Verbs

İngilis dilində vəziyyət feilləri mövzusu olduqca vacib mövzulardandır. İngilis dilində vəziyyət feilləri mövzusunu başa düşmək üçün İngilis dilində qaydalı feillər və İngilis dilində qaydasız feillər mövzularını başa düşmək lazımdır. Növbəti mərhələdə isə İngilis dilində vəziyyət feillərini daha düzgün formada qavraya biləcəksiniz. Beləliklə, bu mövzumuzda siz aşağıdakı başlıqlar ilə tanış ola bilərsiniz:

  • State Verbs nə deməkdir?
  • İngilis dilində vəziyyət feilləri “ing” şəkilçisi qəbul edirmi?
  • İngilis dilində vəziyyət bildirən cümlələr

State Verbs nə deməkdir?

Stative Verbs Azərbaycan dilində vəziyyət feilləri mənasına gəlir. Müəyyən bir hərəkətdən əlavə hər hansı bir vəziyyəti izah edən feillərə “vəziyyət feilləri” deyilir. Məsələn, qaçmaq hərəkət feilidir və bu feili düşündüyümüz zaman qaça birini xəyal edə bilirik, ancaq sevmək feili hərəkəti ifadə etmir, hal və vəziyyəti izah edir. Qısacası, vəziyyət feilləri görülə bilmir (non-actions can not be observed) və bu feillər Simple zamanda istifadə edilir. Məsələn,

  • Jennifer wants a pizza now -Jennifer indi pizza istəyir (pizza istədiyini görə bilmirik).
  • David understands English easily -David İngilis dilini asanlıqla başa düşür (İngilis dilini başa düşdüyünü görə bilmirik)

Duyğu, düşüncə, hiss feilləri vəziyyət feillərinə nümunədir:

Fikir bildirən feillər        

  • think: düşünmək
  • image: xəyal etmək
  • hope: ümid etmək
  • know: bilmək
  • suspect: şübhələnmək
  • remember: xatırlamaq
  • believe: inanmaq
  • forget: unutmaq
  • wonder: narahat olmaq
  • agree: eyni fikirdə olmaq
  • disagree: razı olmamaq
  • acknowledge: qəbul etmək
  • consent: razı olmaq
  • accept: kabul etmək
  • deny: rədd etmək

Duyğu və hiss bildirən feillər

  • feel: hiss etmək
  • love: sevmək
  • hate: nifrət etmək
  • forgive: bağışlamaq
  • need: ehtiyac duymaq
  • envy: qısqanmaq
  • like: xoşlamaq
  • want: istəmək
  • wish: arzulamaq

Var olmaq

  • be: olmaq
  • exist: var olmaq
  • happen: olmaq, baş vermək
  • live: yaşamaq, var olmaq
  • occur: meydana gəlmək

Hisslər

  • see: görmək
  • smell: qorxmaq
  • hear: eşitmək
  • feel: hiss etmək
  • taste: dadmaq
  • sense: hiss etmək
  • resemble: oxşamaq
  • appear: görünmək
  • seem: görünmək
  • look like: … kimi görünmək
  • sound: qulağa … gəlmək, səslənmək

Sahiblik bildirən feillər

  • have: sahib olmaq
  • own: sahib olmaq
  • contain: təşkil olunmaq
  • acquire: əldə etmək
  • belong: aid olmaq
  • possess: sahib olmaq
  • include: daxil olmaq
  • obtain: əldə etmək
  • owe: borclu olmaq
  • concern: maraqlı olmaq
  • depend: bağlı olmaq
  • consist: təşkil olunmaq
  • lack: əskik olmaq

İngilis dilində vəziyyət feilləri “ing” şəkilçisi qəbul edirmi?

Bəzi feillər indiki davamedici zamanda və ya indiki sadə zamanda “-ing” şəkilçisi qəbul etmirlər. Çünki bu feillər davam edən bir hadisəni yox, müəyyən bir vəziyyəti izah edirlər.

İngilis dilində vəziyyət bildirən cümlələr

  1. Bizdən asılı olmayan duyğu feillərinə misal olaraq see, sound, smell, taste, notice, hear və s. göstərilə bilər. Bu feillərin istifadəsinə aid nümunə cümlələr ilə aşağıda tanış ola bilərsiniz:
  • I see how Jennifer feels -mən Jenniferin necə hiss etdiyini başa düşürəm.
  • Wow! What’s this? This song sounds great! -Bu nədir? Mahnı qulağa çox gözəl gəlir.
  • Something smells really bad. Are you cooking broccoli? -Nə isə həqiqətən çox pis iylənir. Brokoli bişirirsən?
  1. Duyğu və düşüncələri ifadə edən feillər

Bu feillərə misal olaraq love, like, adore, want, wish, desire, believe, hate, loathe, fear göstərilə bilər. Bu feillərin istifadəsinə aid nümunə cümlələr ilə aşağıda tanış ola bilərsiniz:

  • I believe that David can achieve whatever he wants -Davidin istədiyi hər şeyi bacaracağına inanıram.
  • You have liked him for two years -iki ildir ki, sənin ondan xoşun gəlir.
  • David hates technology -David texnologiyaya nifrət edir.
  1. Sahiblik bildirən feillər: Bu feillərə misal olaraq “own, posses, belong, owe” göstərilə bilər. Bu feillərin istifadəsinə aid nümunə cümlələr ilə aşağıda tanış ola bilərsiniz:
  • It has belonged to Jennifer’s family for years -O illərdir ki, Jenniferin ailəsinə aiddir.
  • David works for ages but he still doesn’t own a house -David illərdir ki, işləyir, ancaq hələ də evi yoxdur.
  1. Digər feillərə misal olaraq aşağıdakılar göstərilə bilər: know, understand, expect, forget, remember, trust, realize, agree, mean, perceive, seem/appear, want, need, suppose. Bu feillərin istifadəsinə aid nümunə cümlələr ilə aşağıda tanış ola bilərsiniz:
  • They have known each other since they were children -onlar uşaqlıqlarından bəri bir-birini tanıyırlar.
  • Doesn’t that seem weird to them? -bu onlara da qəribə gəlmir?
  • Jennifer doesn’t really need a car -Maşın Jenniferə həqiqətən də lazım deyil.
  • You just don’t trust him -sən ona güvənmirsən.
  • The red light means ‘Stop’ in traffic light -İşıqfordakı qırmızı işığın mənası “ayan”-dır.

Stative and Non-Stative Verbs (həm vəziyyət, həm də hərəkət feilləri)

Bəzi feillər həm vəziyyət bildirmək üçün, həm də hərəkət ifadə edə bilmək üçün istifadə edilir. Eyni feil hər iki istifadə halında da fərqli mənalara gəlir. Bu halda vəziyyət ifadə edən feillər -ing şəkilçisi qəbul edərək hərəkət ifadə edən məna qazanır.

 be

‘be’ feili “olmaq” mənasına gəlir və adətən vəziyyət bildirir. Ancaq “continuous tense” ilə birlikdə istifadə edilərsə, “davranmaq, hərəkət etmək” mənalarına gələcəkdir.

  • Will you be her friend? -sən onun dostu olacaqsan?
  • Jennifer is being really silly lately -Jennifer son zamanlarda həqiqətən də axmaqca davranır.
  • I will be with her forever -mən daima onunla olacağam.
  • The child is being really naughty lately -körpə son zamanlarda çox nadinc davranır.

 think

‘think’ feili “sanmaq” mənasında istifadə edildiyi zaman vəziyyət bildirən feil olur. Ancaq sonuna -ing əlavə edildiyi zaman “düşünmək” mənasına gəlir və bu zaman hərəkət feili olur.

  • Jennifer thinks she is the best -Jennifer düşünür ki, ən yaxşısı özüdür.
  • I was thinking of Jennifer -mən də Jenniferi düşünürdüm.
  • Jennifer thinks she is the most beautiful girl in the class -Jennifer düşünür ki, o sinifdəki ən gözəl qızdır.
  • She was thinking about last summer -o da keçən yay haqqında düşünürdü.

have

‘have’ “sahib olmaq” mənasında istifadə edilən vəziyyət feilidir. Ancaq sonuna -ing şəkilçisi əlavə edildiyi zaman “yemək, içmək, vaxt keçirmək” mənalarına gəlir və bu zaman hərəkət feili olur.

  • Jennifer has dark hair and brown eyes -Jenniferin tünd rəngdə saçları və qəhvəyi rəngdə gözləri var.
  • Is Jennifer having a bath now? -Jennifer hal-hazırda çimir?
  • Jennifer has blue eyes -Jenniferin mavi gözləri var.
  • David is having a bath now -David indi çimir.

 see

see: “başa düşmək” mənasında istifadə edildiyi zaman vəziyyət, “görüşmək, ziyarət etmək” mənalarında istifadə edildiyi zaman hərəkət ifadə edir.

  • I can’t see you why you are so upset -mən sənin niyə bu qədər qəmgin olduğunu anlamıram.
  • I’m seeing teacher tomorrow -mən sabah müəllimi ziyarət edəcəyəm.
  • I can’t see why David is so upset -mən nəyə görə Davidin bu qədər qəmgin olduğunu anlaya bilmirəm.
  • They are seeing friends at the weekend -onlar həftə sonu dostlarla görüşürlər.

taste

taste: “müəyyən dadı olmaq” mənasında istifadə edildiyi zaman vəziyyət, “dadına baxmaq” mənasında istifadə edildiyi zaman isə hərəkət ifadə edir.

  • The cake tastes like bananas -Tortun dadı banan kimidir.
  • When you taste it, you will see how sour it is.
  • This tastes like icecream -bunun dadı dondurma kimidir.
  • Taste this cake! You’ll see how delicious it is -bu tortun dadına bax! Necə dadlı olduğunu görəcəksən.

feel

Feel feili “hiss etmək” mənasında istifadə edildiyi zaman vəziyyət, “toxunmaq, əli ilə hiss etmək” mənalarında istifadə edildiyi zaman isə hərəkət bildirən feil olur.

  • To be with the friends feels good -dostlarla birlikdə olmaq yaxşı hiss etdirir.
  • You are feeling a little better today -sən bu gün bir az daha yaxşı hiss edirsən.
  • Jennifer feels good when walking outdoors -Jennifer açıq havada gəzərkən yaxşı hiss edir.
  • I’m feeling the swelling on her hand -mən onun əlindəki şişi hiss edirəm.

İngilis dilində söz ehtiyatınız ilə bağlı problem olduğunu düşünürsünüzsə, o zaman sizin üçün məsləhət görülə biləcək ən möhtəşəm platformanı – Wordly-ni ziyarət etməyi unutmayın. Wordly hər gün sizə İngilis dili səviyyənizə uyğun olaraq yeni sözlər təqdim edəcək və öyrənilən sözləri təkrarlamaq məqsədi ilə səsli bildirişlərdən istifadə edəcəkdir. Odur ki, Wordly ilə tanış olmağa gecikməyin!

Recent Content