Texniki İngilis dili terminləri və cümlə nümunələri - Wordly Danışır ...

Texniki İngilis dili terminləri və cümlə nümunələri


Texniki İngilis dili terminləri və cümlə nümunələri

Yəqin ki, tez-tez “Gündəlik dialoqları danışacaq qədər İngilis dili bilirəm, ancaq texniki İngilis dilini bilmirəm” kimi cümlələri eşitmiş olarsınız. Ancaq bəhs edilən İngilis dili elə eyni İngilis dilidir. Danışıq bacarığı olan və sadə qrammatik qaydaları bilən hər kəs sadəcə söz əzbərləyərək texniki İngilis dilində də danışa bilər. Texniki cihazlar, alətlər və təməl ölçülər, sektora özəl olan adları əzbərləməklə olduqca rahat formada texniki İngilis dilini öyrənmək və danışmaq mümkündür.

Texniki İngilis dili, iş İngilis dili və ya turizm İngilis dili deyildiyi zaman fərqli bir İngilis dili nəzərdə tutulmur. İngilis dili bir dənədir. Sadəcə bütün dillərdə olduğu kimi İngilis dilində də sektora uyğun olaraq xüsusi sözlər mövcuddur. Texniki İngilis dili deyildiyi zaman işlədiyiniz sektora uyğun olan söz qrupları nəzərdə tutulur. Yəni qrammatik qaydalar eynidir. Hansı sahədə olursunuzsa, olun İngilis dilinin eyni dil olduğunu unutmamalı və gözünüzdə böyütməməlisiniz.

Texniki İngilis dilini inkişaf etdirmək üçün ən yaxşı kitablar hansılardır?

Aşağıdakı siyahıda texniki İngilis dilini öyrənmə prosesində ən çox köməyinizə gələ biləcək bir neçə kitabın adı verilmişdir:

  • Technical English Course Book with audio CD. Müəllifi: Terry Phillips
  • Technical English: Vocabulary and Grammar Paperback. Müəllifi: Alison Pohl
  • Basic Technical English Student’s Book 1St Edition. Müəllifi: Jeremy Comfort
  • Cambridge English for Scientists Student’s Book with Audio CDs (2). Müəllifi: Tamzen Armer
  • Technical English for Professionals. Müəllifi: Mark Ibbotson
  • Cambridge English for Engineering Student’s Book with Audio CDs (2). Müəllifi: Mark Ibbotson
  • Cambridge English for Nursing. Müəllifi: Virginia Allum & Patricia McGarr

İngilis dilində ən çox istifadə edilən 50 texniki söz

  • Acceleration: sürət
  • Adjust: nizamlamaq
  • Advanced: inkişaf etmiş
  • Application: tətbiq etmək
  • Attempt: yoxlamaq
  • Automate: avtomatlaşdırmaq
  • Basic: təməl, ana, əsas
  • Business: şirkət, biznes
  • Cluster: salxım, qrup
  • Command: əmr
  • Communicate: ünsiyyət qurmaq
  • Component: komponent
  • Data: verilənlər
  • Definition: izah
  • Destination: hədəf
  • Development: inkişaf
  • Edition: versiya
  • Enhance: inkişaf etdirmək
  • Equal: bərabər
  • Error: xəta
  • Example: nümunə
  • Expert: mütəxəssis
  • Factor: faktor
  • Fault: xəta
  • Feature: özəllik
  • Fixed: sabit
  • Guideline: qayda
  • Headquarter: mərkəz
  • High quality: yüksək keyfiyyət
  • Identify: müəyyən etmək
  • Implement: tətbiq etmək
  • Importance: vacib
  • Layer: lay, qat
  • Length: uzunluq
  • Limited: limitli
  • Manner: forma
  • Means: metod
  • Memory: yaddaş
  • Out of order: xarab
  • Presentation: təqdimat
  • Quantity: miqdar
  • Rate: nisbət
  • Repair: düzəltmək
  • Resource: mənbə
  • Sample: nümunə
  • Scheme: sxem
  • Similar: oxşar
  • Size: ölçü
  • Template: şablon
  • Warning: xəbərdarlıq

Texniki İngilis dili dərsləri nələrdir?

Texniki İngilis dili təhsili almaq və akademik olaraq texniki İngilis dilini öyrənmək istəyirsinizsə, o zaman online təhsil ala bilər, ehtiyacınız olan İngilis dili təhsilini alaraq qısa müddətdə texniki İngilis dilini öyrənə bilərsiniz. Danışaraq öyrədən online təhsillərlə ən düzgün tələffüzləri öyrənir, bir neçə ayda axıcı formada danışmağa başlayaraq texniki İngilis dili məlumatlarınızı inkişaf etdirə bilərsiniz. Texniki İngilis dili üçün online İngilis dili təhsili lüğətindən istifadə edə bilər, professional İngilis dili təhsili alaraq hədəfinizə çata bilərsiniz. İstər iş İngilis dili, istərsə də texniki İngilis dili və digər təhsillər üçün online İngilis dili təhsili ən düzgün seçimdir.

Texniki İngilis dili və THY imtahanı

Türkiyənin ən köklü şirkətlərindən biri olan Türk Hava Yolları, bir çox insanın işləmək istədiyi bir yerdir. Avropanın ən böyük hava yolları mükafatını heç bir rəqibinin almasına icazə verməyən bu şirkət yeni məzunlar üçün bir xəyal rolunu oynayır.

Öz saytından əldə etdiyimiz məlumata görə Türk Hava Yollarının əsas missiyası SHT sektorunda Türkiyə Respublikasının bayraq daşıyıcısı kimliyi ilə, uçuşun güvənliyi, xidmət keyfiyyəti və rəqabətə davamlı olması ilə seçilən, Avropanın ən öndə gələn və qlobal ölçüdə fəal olan havayolu şirkəti olmaqdır. Yaxşı şərtləri, prestijli yönü və karyera baxımından hamının öz CV-nə yazmaq istəyəcəyi növdə bir yer olmasının da bunda rolu var. THY İngilis dili imtahanı və müsahibə mərhələsi haqqında sizə maraqlı olan hər şeyi bu yazımızda bir araya gətirdik. Bundan əlavə, ümumi bacarıq imtahanı və istifadə edilən DynED sistemi haqqında da detallı məlumatı yazımızda tapa bilərsiniz. Bəs yaxşı, Türk Hava Yollarına necə qəbul olmaq mümkündür? Sizin üçün Türk Hava Yollarına qəbul mərhələsində tətbiq edilən İngilis dili imtahanı haqqında məlumatları topladıq və bu yazımızda bir araya gətirdik.

THY-a qəbul olmaq üçün namizədlər iki yazılı imtahan və bir dənə də müsahibəyə girməlidirlər. Yazılı imtahanlar iki başlıq altında reallaşdırılır. Bunlar ümumi bacarıq imtahanı və İngilis dili imtahanıdır.

İmtahanlar adətən namizədlərin həll edə biləcəyi suallardan ibarət olsa da, xüsusi ilə qoyulmuş suallara da var ki, bir sonrakı mərhələyə keçmək mövzusunda önəmli ola bilər. Namizədlər bu imtahandan tələb olunan balı əldə etsələr, o zaman növbəti mərhələ olan müsahibə mərhələsinə dəvət olunurlar. Bu müsahibələr qismən Türkcə, qismən isə İngilis dilində həyata keçirilir. İndi isə gəlin İngilis dili imtahanı haqqında detalları paylaşaq:

THY İngilis dili imtahanı

Türk Hava Yollarına qəbul olmaq üçün silsilə imtahanlar arasında təbii ki, İngilis dili imtahanı da qarşınıza çıxacaqdır. Dünyanın bir çox nöqtəsinə uçan Türk Hava Yollarında işləmək üçün İngilis dilini yaxşı dərəcədə bilmək təbii ki, şərtdir.

Pilotlar, kabin komandası, yer xidmətləri və digər personal ilə, sərnişinlərlə İngilis dilində ünsiyyət saxlamaq vacibdir. Bunun üçün də bu şirkətə qəbul olmaq istəyənlər THY İngilis dili imtahanının şərtlərini yaxşı bilməli və ona uyğun olaraq hazırlaşmalıdırlar. THY İngilis dili imtahanında 3 növ sual olur və bu 3 sual tip suala listening (dinləmə), seçməli suallar və qutu yerləşdirmə kimi sual növləri daxildir.

Kompüter mühəndisləri üçün texniki İngilis dili terminləri

  • computer = kompüter
  • device = cihaz
  • compute = hesablamaq
  • calculate = hesablamaq
  • reckon = saymaq, hesablamaq
  • frame: gövdə, skelet, çərçivə
  • contemporary: müasir
  • possess: sahib olmaq
  • receive = almaq, qəbul etmək
  • accuracy = doğruluq
  • store = saxlamaq
  • instruction = instruksiya
  • switch = açar
  • wire = tel, kabel
  • motor = motor
  • integrated circuit: dövrə
  • microprocessor: mikroprosessor
  • harddisk: sabit disk
  • floppy disk: disket
  • main board: ana kart
  • network: şəbəkə
  • computer system: kompüter sistemi
  • adding: toplama
  • subtracting: çıxarma
  • equations: tənlik
  • print: basmaq, print etmək
  • draw: çəkmək
  • plot: plan, xəritə çəkmək
  • sort: sıralamaq
  • data: verilən
  • merge: birləşdirmək

İnşaat mühəndisləri üçün texniki İngilis dili terminləri

  • acrylic- akrilik
  • adobe, adobe brick- kerpiç
  • air compressor- hava kompresörü
  • annular (ring-shaped)- halka biçiminde
  • arcature- küçük kemerler
  • cylindirical surface – silindirik yüzey
  • damage- ziyan
  • dead load- sabit yük
  • equilibrium– tarazlıq
  • fluid mechanic– maye mexanikası
  • folded in transverse direction- eninə istiqamətdə qatlanmış
  • glass fiber- şüşə fiber
  • glued laminated timber structure- yapışdırılmış laminat taxta quruluş
  • gravitational forces- cazibə qüvvəsi qüvvətləri
  • concrete- beton
  • interior architecture- daxili (interyer) memarlıq
  • movement- hərəkət
  • radius – radius
  • reinforcing bar- beton dəmiri
  • relative effectiveness – nisbi effektivlik
  • repair- təmir
  • residantial building- yaşayış binası
  • resonant- rezonans
  • stable- qərarlı
  • static redundancy, determinacy- hiperstatiklik
  • statics- statistika
  • strain, deformation-  deformasiya
  • strenght- müqavimət
  • structure- struktur

Texniki və akademik İngilis dilinin fərqləri nələrdir?

Dil gündəlik olaraq istəsək də, istəməsək də ünsiyyət qurmaq üçün istifadə etdiyimiz bir vasitədir. İnsanı digər canlılardan ayıran ən əsas özəlliklərdən biri olan dili öz ana dilimizdə istifadə etmək müəyyən zəka səviyyəsinin üstündə olan heç kim üçün problem deyil. Ancaq bəzən heç öz ana dilimizdə belə texniki mövzularda danışa bilmirik. Bunun səbəblərindən biri də odur ki, texniki terminlər bir dilə başqa dillərdən keçir və hansısa bir termin müxtəlif dillərdə eyni mənanı ifadə edə bilir. Ancaq İngilis dilində belə deyildir. Texniki terminlərin əksəriyyəti İngilis dilində olduğu üçün və eyni zamanda başqa dillərdən söz almamaqla birlikdə öz terminologiyasını inkişaf etdirməsinin sayəsində İngilis dilində “texniki İngilis dili” adlı fərqli bir kateqoriya mövcuddur. Texniki İngilis dili gündəlik və akademik dildən fərqli olduğu üçün sırf bu sahədə kurs almağa ehtiyac duyula bilir. Belə ki, hətta Amerikan biri belə bu təhsili almağa məcbur ola bilər.

Bəs yaxşı, Akademik İngilis dili nədir?

Sinifdə oturub professora qulaq asırsınız. Başınızı sallayıb, hər şeyi təsdiqləyir, qeydlər aparırsınız. Ancaq evə qayıtdığınız zaman hər şey dəyişilir. Birdən-birə qeyd etdiyiniz bütün bu yazıların aydın olmadığının fərqinə varırsınız. Ev tapşırığına baxır və haradan başlayacağınıza dair heç bir fikrinizin olmadığı qənaətinə gəlirsiniz. Bu qarışıq sözlər nədir belə? Niyə cümlələr bu qədər uzundur? Niyə müəllif insanların danışdığı kimi yazmır?

Çünki bu dil İngilis dilinin xüsusi formasıdır – universitetlərdə, araşdırma məqalələrində və elmi kitablarda istifadə edilən academic English.

Akademik İngilis dilində rəsmi üslubdan istifadə edilir. Bunu iş şəraiti kimi düşünə bilərsiniz. Ən yaxın dostumuzla olan danışıq formamız müdirimizlə olan danışıq formamız eyni deyil. Dolayısı ilə akademik İngilis dilində arqolara, vulqar sözlərə, məişət ifadələrinə yer yoxdur. Hətta bəzən rəhbəriniz don’t əvəzinə do not istifadə etməyinizi də istəyə bilər.

Xüsusi qaydalar

Növbə gəlib çatdı yazı mövzusuna. Akademik İngilis dilinin çox qatı qaydaları var. Sadəcə cümlə strukturlarından doğru formada istifadə etmək yetərli hesab edilmir. Məqalənizi müəyyən edilmiş yazı stillərinə görə hazırladığınızdan əmin olmalısınız. Yazı stilləri yazıdakı sözləri necə təqdim edəcəyini müəyyən edir, məsələn qalın, nazik, meylli yazı tiplərindən tutmuş, səhifədəki boşluqlara, böyük hərflərin harada istifadə ediləcəyinə dair hər şey bura aiddir.

Sitatlardan istifadənin çox olması

Əgər akademik məqalə oxumusunuzsa, orada çox sayda sitatlara yer verildiyini görmüşünüz. Akademik İngilis dilində digər müəlliflərə çox sayda istinad etdiyini görəcəksiniz. Hər hansı bir professorun da dərsində başqa müəllimlərin məqalələri sıx-sıx istinad görəcəksiniz. Çünki akademik İngilis dilində sadəcə öz fikrinizi ifadə etmirsiniz, eyni zamanda güclü və akademik məqalə yazmaq üçün bu fikirləri başqa fikirlərlə və görülmüş işlərlə də dəstəkləməlisiniz.

Recent Content