"This","That", "These", "Those" əvəzliklərinin izahı və nümunə cümlələr - Wordly Danışır ...

“This”,”That”, “These”, “Those” əvəzliklərinin izahı və nümunə cümlələr


"This","That", "These", "Those" əvəzliklərinin izahı və nümunə cümlələr

Şәхslәri, әşyаlаrı vә yа оnlаrа хаs оlаn әlаmәt vә kеyfiyyәtlәri аdlаndırmаdаn bildirәn nitq hissәsinә әvәzlik dеyilir. Әvәzlik әsаs nitq hissәlәrindәn biri оlub, mаlik оlduğu lеksik-qrаmmаtik mənа bахımındаn digər nitq hissәlәrindәn fәrqlәnir: әvәzliklәrin bildirdiyi mənа, аdәtәn, nisbi оlur, оnlаrın әvәz еtdiklәri sözün mənаsındаn аsılı оlmur. Mәsәlәn, üçüncü şәхs tәk әvәzliyi it tәkdә оlаn müхtәlif isimlәri әvәz еdә bilir: a book—it, a table—it, a tree — it və s.

   Әvәzliklәri digər nitq hissәlәrindәn fәrqlәndirәn хüsusiyyәtlәrdәn biri dә оnlаrın ümumilәşdirmә хаssәsinә mаlik оlmаsıdır. Fәrdi хüsusiyyәt vә kеyfiyyәtlәrinә bахmаyаrаq bütün dаnışаnlаr I, dinlәyәnlәr you, hаqqındа dаnışılаnlаr isә he (she, it) әvәzliyi ilә göstərilir.

İngilis dilindә еlә әvәzliklәr dә vаr ki, оnlаr cümlәdә hәm isim, hәm dә sifәt kimi çıхış еdә bilir. Bunа misal оlаrаq işаrә әvәzliklәrini (this—these, that—those), qeyri-müәyyәn әvәzliklәri (some, any, other, all və s.) göstərmək оlаr.

İngilis dilindә mövcud оlаn әvәzliklәr istәr mаlik оlduqlаrı lеksik-qrаmmаtik mənа, istәr sintаktik funksiyа, istәrsә dә mоrfоlоji kаtеqоriyа bахımındаn bir-birindәn fәrqlәnir. Bunа görә dә әvәzliklәr müхtәlif qruplarа аyrılır: 

  •  Şәхs әvәzliklәri (Personal Pronouns).
  • Yiyәlik әvәzliklәri (Possessive Pronouns).
  • Qаyıdış әvәzliklәri (Reflexive Pronouns).
  • Qаrşılıq әvәzliklәri (Reciprocal Pronouns).
  • Işаrә әvәzliklәri (Demonstrative Pronouns).
  • Suаl әvәzliklәri (İnterrogative Pronouns).
  • Nisbi әvәzliklәr (Relative Pronouns).
  • Bаğlаyıcı әvәzliklәr (Conjunctive Pronouns).
  • Təyin әvәzliklәri (Defining Pronouns).
  • Qеyri-müәyyәn әvәzliklәr (İndefinite Pronouns).
  • Inkаr әvәzliklәri (Negative Pronouns).

İşarə əvəzlikləri İngilis dilində gündəlik danışıqlarda tez-tez istifadə olunur, buna görə öyrənmək vacibdir. Burda  mən sizə İşarə əvəzliklərini (Demonstrative pronouns) izah edəcəm.

İşarə əvəzlikləri bunlardır: this (these), that (those)

This (bu)that (o) işarə əvəzliklərinin cəm formaları bunlardır: these, those. Cümlədə onlar mübtəda, tamamlıq və təyin funksiyasında işlənə bilirlər.

Əvvəl haqqında danışılan ismi təkrar etməmək üçün  həmin ismin əvəzinə this (these) deyil that (those) işarə əvəzliyindən istifadə olunur.

Məsələn:

Compare these pictures with those in the book.

Bu şəkilləri kitabdakı şəkillərlə müqayisə et.

“These” və “Those” da həm isimlə həm də isimsiz işlənir. Ancaq bu əvəzliklər işləndiyi cümlədə xəbər cəmdə olur :

  • These are books.

Bunlar kitablardır.

  • Those books are interesting.

O kitablar maraqlıdır.

This (these) vә that (those) әvәzliklәrinin işlәnmәsindә  bir fәrq vаr:

1) Zаmаn vә yа mәkаncа yахın оlаn şәхs vә yа әşyаlаrı göstərәrkәn this (these). Əgər cümlədə “here” sözü işlənibsə,  həmin vaxt  this (these) işarə əvəzliyindən istifadə olunur.

Məsələn:

1) This book is mine.

Bu kitab mənimdir.

2) This is an orange.

Bu portağaldır.

3) These are my books.

Bunlar mənim kitablarımdır.

4) These flowers are red.

Bu çiçəklər qırmızıdır.

2) Uzаq оlаn şәхs yахud әşyаlаrı göstərәrkәn isә that (those) әvәzliyi işlәdilir. Əgər cümlədə “ over there” sözü işlənibsə, həmin vaxt that (those) işarə əvəzliyindən istifadə olunur.

Məsələn:  

1) That book is yours.

O kitab sənindir.

2) That girl over there is my best friend.

 Oradakı qız mənim ən yaxın dostumdur.

3) Those flowers are yellow.

  O çiçəklər sarıdır.

4)  Those are your pencils.

Bunlar sizin qələmlərinizdir.

5) Who is that  person over there?

Orada kim var?

This (these), that (those) әvәzliklәri еyni оlаrаq hәm şәхsi, hәm dә әşyаlаrı bildirmәk üçün işlәnә bilir. This әvәzliyi Аzәrbаycаn dilinә bu, that әvәzliyi isә о işаrә әvәzliyi vаsitәsilә tәrcümә еdilir.

Mәsәlәn:

1) This man is our teacher.

Bu kişi bizim müәllimimizdir.

2) That man is not our teacher.

O kişi bizim müәllimimiz dеyil.

3) This book is mine, that book is yours.

( Bu kitаb mәnimkidir, kitаb sәninkidir.

İşarə  sifətləri nədir və onlardan necə istifadə edirik?

İşarə sifətləri bizə  isim və ya əvəzlik haqqında əlavə məlumat verir. İşarə sifətləri bizə bir isim və ya əvəzliyin keyfiyyəti haqqında bir şey söyləyir. İşarə sifətləri bir əşyanın yaxın və ya uzaq olub olmadığını söyləyir. 4 işarət sifəti var.

  • This – refers to a single person, place or thing that is near the speaker.

( Bu – danışanın yaxınında olan tek bir adamı, yeri və ya əşyanı ifadə edir. )

  • That – refers to a single person, place or thing that is far from the speaker.

( O – danışanın uzağında olan tek bir adamı, yeri və ya əşyanı  ifadə edir.)

  • These – refers to more than one persons, places or things that are near the speaker.

(Bunlar – danışanın yaxınında olan birdən çox adamı, yeri və ya əşyanı ifadə edir. )

  • Those – refers to more than one persons, places or things that are far from the speaker.

( Onlar- danışanın uzağında olan birdən çox adamı, yeri  və ya əşyanı ifadə edir. )

İşarə  əvəzlikləri ( Demonstrative Pronouns ) və  İşarə sifətlər ( Demonstrative Adjectives ) arasındakı fərq:

İşarə  əvəzlikləri ( Demonstrative Pronouns ) cümlədə tək olur,  İşarə sifətləri ( Demonstrative Adjectives ) isə cümlədə bir ismi göstərir.

Demonstrative Adjectives + Noun

Demonstrative Pronouns + Verb

Məsələn:

That is good.

O yaxşıdır.

( That bu cümlədə İşarə əvəzliyidi. ) ( Demonstrative Pronouns )

That soup is good. 

O şorba yaxşıdır.

( Bu cümlədə that işarə sifətidir çünki şorbanı ifadə edir )

İşarə əvəzlikləri ( Demonstrative Pronouns)  bir adamı və ya bir əşyanı ifadə edir.

  • This is my chair.

Bu mənim stulumdur.

  • That is Peter’s house.

Bu Peterin evidir.

  • These are her clothes.

Bunlar onun paltarlarıdır.

  • Those are migrating birds.

Bunlar köç edən quşlardır.

  • Those look dangerous.

            Bunlar təhlükəli görünür.

  • These look nice.

           Bunlar gözəl görünür.

  • This is really good.

            Bu həqiqətən yaxşıdır.

İşarə sifətlari ( Demonstrative Adjectives ) bir ismi izah edir:

  • This chair is broken.

            Bu stul sınıb.

  • That car is expensive.

            O maşın bahalıdır.

  • These clothes are wet.

            Bu paltarlar isladılıb.

  • Those birds are flying south.

            O quşlar cənuba uçur.

  • This cake is very tasty.

            Bu tort çox dadlıdır.

  • These oranges taste bad.

            Bu portağal pis dad verir.

  • Do not eat those oranges.

            Bu portağalları yeməyin.

  • This house is my grandmother’s.

Bu ev nənəmin evidir.

  • This car is new.

Bu maşın yenidir.

  • These shoes are old.

  Bu ayaqqabılar köhnədir.

  • Those pictures are nice.

O şəkillər gözəldir.

Əvəzliklərin istifadə qaydaları:

  • İsimdən əvvəl istifadə edilməsi

Can you see that house?

O evi görürsən?

  • ’one’ sözündən əvvəl istifadə edilməsi

This car looks cleaner than that one.

Bu avtomobil o avtomobildən daha təmiz görünür.

  • Sifət + isim əvvəl istifadə edilməsi

Do you remember that great day in London?

Londondakı o mükəmməl günü xatırlayırsınız?

  • İsim əvvəlcədən bilindiği  ve başa düşüldüğü zaman  tək başına istifadə edilməsi

I will never forget this.

Bunu heç vaxt unutmayacam.

This (these), that (those) әvәzliklәrinə nümünə cümlələr:

  •  This is the mum’s mobile.

Bu anamın mobil telefonudur.

  • I have to pass this exam.

Bu imtahandan keçməliyəm.

  • These are my grandparents, and those people over there are my friend’s grandparents.

Bunlar mənim nənə və babam, oradakı insanlar dostumun nənə və babalarıdır.

  • That was a great evening.

Əla bir axşam idi.

  • This is a pencil and that is a blackboard.

Bu qələmdir və o lövhədir.

  • That is my father’s car and that is my aunt’s car.

Bu mənim atamın, bu mənim xalamın maşınıdır.

  • John, take this folder and put it on the desk over there.

  John, bu qovluğu götür və masanın üstünə qoy.

  • This is my favorite teddy bear.

Bu mənim ən sevimli oyuncağımdır.

  • That is the toy I would like to buy.

Bu almaq istədiyim oyuncaqdır.

  • This is not a question. 

Bu sual deyil.

  • I can’t believe this.

Mən buna inana bilmirəm.

  • These are my favorites.

Bunlar mənim favoritlərimdir. ; Bunlar mənim bəyəndiklərimdir.

  • This is not a good idea.

Bu yaxşı bir fikir deyil.

  • This is a good new.

Bu yaxşı xəbərdir.

  • My father gave me this.

Bunu atam mənə verdi.

  • This computer is faster.

Bu kompüter daha sürətli işləyir.

  • I hate that movie.

Mən o filmə nifrət edirəm.

  • Maybe we can ask that policeman for directions.

Bəlkə həmin polisdən istiqaməti soruşa bilərik.

  • Sevinç read the book of Da Vinci’s Code, I also read that book.

        Sevinc Da Vinçinin Kod kitabını oxuyub, mən də o kitabı oxumuşam.

  • That is your book.

Sənin kitabın budur.

  • These are my shoes.

Bunlar mənim ayaqqabımdır.

  • This was my mother’s ring.

Bu anamın üzüyü idi.

  • That looks like the car I used to drive.

Bu mənim idarə etdiyim maşına bənzəyir.

  • These are nice shoes, but they look uncomfortable.

 Bunlar gözəl ayaqqabılardır, amma narahat görünürlər.

  • That building over there is the Chrysler Building.

Oradakı bina Chrysler Binasıdır.

  • That bottle over there is empty.

Oradakı şüşə boşdur.

  • Can you turn that off if you’re not watching it?

İzləmirsinizsə, onu söndürə bilərsinizmi?

  • I’ll post these letters on my way home.

Bu məktubları evimə gedərkən göndərəcəyəm.

  • This book is really good.

Bu kitab həqiqətən yaxşıdır.

  • I don’t understand that word.

Mən o sözü başa düşmədim.

  • These are absolutely delicious!

Bunlar tamamilə dadlıdır!

  • That car over there is the best one.

Orada olan maşın ən yaxşısıdır.

  • These are the shoes I like.

Bunlar mənim xoşladığım ayaqqabılardır.

  • Those students over there are my friends.

Oradakı tələbələr mənim dostlarımdır.

  • This is the year we’ll win the championship!

Bu, çempionluq qazanacağımız ildir!

  • Those people we met last night were really nice.

Dünən gecə tanış olduğumuz insanlar həqiqətən çox gözəl idilər.

  • I really liked those cakes. (I’m talking about the cakes we ate last week.

O tortları çox bəyəndim. (Keçən həftə yediyimiz tortlardan danışıram.

  • That shirt looks great.

O köynək əla görünür. ; O köynək qəşəng görünür.

  • Look at that man over there.

Ordakı adama baxın.

  • This is a beautiful day today.

Bu gün gözəl bir gündür.

  • I like this picture.

Bu şəkil mənim xoşuma gəlir.

  • I love these shoes but I don’t like that shirt.

Mən bu ayaqqabıları sevirəm, amma o köynəyi bəyənmirəm.

  • This book isn’t very good , but  that book’s great.

Bu kitab çox yaxşı deyil, amma o kitab əladır.

  • Those are my new jeans.

Bunlar mənim yeni cins geyimlərimdir.

  • Look at those birds up therein the tree.

Ağacdakı o quşlara baxın.

  • Those apples are red, but these apples over here are green.

O almalar qırmızıdır, amma buradakı bu almalar yaşıldır.

  • Please come here and look at  this picture.

Xahiş edirəm bura gəlin və bu şəkilə baxın.

  • This cake is delicious. When I finish it could I please have another slice?

Bu tort dadlıdır. Bitirdikdə sonra başqa bir dilim ala bilərəm?

  • That movie we saw last night was really great!

Dünən gecə baxdığımız film həqiqətən əla idi!

  • Who was that man you talked to yesterday?

Dünən danışdığın adam kim idi?

  • This is a map of France and that is a map of Spain.

Bu Fransanın xəritəsi, o da İspaniyanın xəritəsidir.

  • This dictionary is better than that one.

Bu lüğət ondan daha yaxşıdır.

  • You can use any of these five computers.

Bu beş kompüterdən hər hansı birini istifadə edə bilərsiniz.

  • These flowers are beautiful.

Bu çiçəklər gözəldir.

  • Those spiders look dangerous.

O hörümçəklər təhlükəli görünür.

  • Look at those  dogs! They are so cute.

O itlərə baxın! Çox şirindirlər.

  • Get me those keys from the table.

Masadakı açarları mənə ver.

  • Those were my co-workers at the meeting.

Bunlar iclasda mənim həmkarlarım idi.

  • Why am I still working at this company?

Niyə hələ də bu şirkətdə işləyirəm?

Recent Content