To Be istifadəsi və mövzu izahı: Am, Is, Are ilə cümlə nümunələri -

To Be istifadəsi və mövzu izahı: Am, Is, Are ilə cümlə nümunələri


İngilis dilində to be mövzu izahı

“to be” yəni “olmaq” feili İngilis dilini öyrənməyə başlayan hər kəs üçün çox vacib mövzulardan biri hesab edilir. Çünki bu köməkçi feil sayəsində İngilis dilində təməl olan bütün cümlələri  qura bilirik. “To be” mövzusu ilə birlikdə istifadə edilən ən önəmli digər mövzulardan biri də şəxs əvəzlikləridir. Əgər İngilis dilində şəxs əvəzlikləri mövzusunu bilmirsinizsə, o zaman əvvəlcə həmin mövzunu oxumağınızda fayda var. Beləliklə, bu mövzumuzda siz aşağıdakı başlıqlar ilə tanış olacaqsınız:

  • İngilis dilində To Be necə istifadə edilir?
  • İngilis dilində To Be qısaltmaları
  • Sifətlərdə To Be istifadəsi
  • Köməkçi feillərdə To Be istifadəsi
  • İngilis dilində Am İs Are haralarda istifadə edilir?
  • İngilis dilində To Be ilə bağlı cümlələr
  • İngilis dilində To Be təsdiq cümlələri
  • İngilis dilində To Be inkar cümlələri
  • İngilis dilində To Be sual cümlələri

İngilis dilində To Be necə istifadə edilir?

Azərbaycan dilində “mən müəlliməm”, “sən tələbəsən”, “o həkimdir” deyirik. İngilis dilində isə bu növ cümlələri qurmaq üçün “be”-olmaq feilindən istifadə edilir. To Be feilinin şəxs əvəzliklərinə görə uyğun formaları am, is və are-dır. İngilis dilində to be feili hər hansı bir şeyi etmək mənasına yox, “olmaq” mənasına gəlir. Digər sözlə, “be” feilinin mübtədaya görə uyğun formalarının Azərbaycan dilindəki qarşılığı “-m”, “-sən”, “-dır” və s. formasındadır. Məsələn, mən müəlliməm – i am a teacher.

To Be (Am, is, are) istifadəsi

“be” feilini canlı varlıqların və ya obyektlərin təsviri, yerləri və vəziyyətlərini bildirmək istədiyimiz zamanlarda istifadə edirik. Buna aid nümunələr aşağıda verilmişdir. Bir şəxsin kim olduğunu və ya bir obyektin nə olduğunu bildirmək üçün aşağıdakılar kimi cümlələr qurulur:

  • He is David -o, Daviddir.
  • She is Jennifer -o, Jenniferdir.
  • It is a toy -o, oyuncaqdır.
  • They are books -onlar kitabdırlar.

Müəyyən bir şəxsin haradan və ya haralı olduğunu bildirmək üçün isə buradakı kimi cümlələrdən istifadə edilir:

  • David is American -David amerikandır.
  • Jennifer is German -Jennifer almandır.
  • David and Jennifer are Dutch -David və Jennifer hollandiyalıdırlar.
  • Opel is German -Opel almandır.
  • This phone is Japanese -Bu telefon yapondur.

Burada Opel almandır və telefon yapondur deyərkən nəzərdə tutulan həmin cihazların harada istehsal edildiyidir.

İnsanların ixtisaslarından bəhs etmək üçün isə;

  • Jennifer is a nurse -Jennifer tibb bacısıdır.
  • David is a butcher -David qəssabdır.
  • John is an engineer -John mühəndisdir.

Yaşımızdan və ya başqa birinin yaşından bəhs etmək üçün;

  • I am seventeen years old -mən on yeddiyaşındayam.
  • Jennifer is twenty years old -Jennifer iyirmi yaşındadır.

Birisinin harada olduğundan bəhs etmək üçün;

  • Jennifer is on the bus -Jennifer təyyarədədir.
  • I am on the bus -mən avtobusdayam.
  • Eiffel tower is Paris– Eyfel qülləsi Parisdədir.

Müəyyən bir şeyin qiymətini bildirmək üçün;

  • This tshirt is 50 USD -bu kofta 50 dollardır.
  • It is 20 AZN -onun qiyməti 20 manatdır.

Ən asan ifadə ilə desək, özümüzün və ya başqa birinin harada olduğunu, necə olduğunu, neçə yaşında olduğunu və s. bildirmək üçün “to be” feilindən istifadə edirik.

İngilis dilində To Be qısaltmaları

  • I am – I’m
  • You are – You’re
  • He is – He’s
  • She is –  She’s
  • It is – It’s
  • We are – We’re
  • They are – They’re

Ümumiləşdirmə edərək deyə bilərik ki, təkdə olan mübtədalarla “is”, cəmdə olan mübtədalarla isə “are” köməkçi feilindən istifadə edilir. Mübtəda “I” olduğu zaman “am” köməkçi feilindən istifadə edilir. Bundan əlavə, İngilis dilində sən və siz şəxs əvəzliklərinin hər ikisinin də qarşılığı “you” olur. Hər iki halda da tək və cəm fərqi olmadan bu şəxs əvəzliyində “are” köməkçi feilindən istifadə edilir. Aşağıda bununla bağlı cümlə nümunələri verilmişdir:

  • Baku is a city -Bakı şəhərdir.
  • Baku and Sumgait are cities -Bakı və Sumqayıt şəhərdirlər.
  • My sister is a teacher -Mənim bacım müəllimdir.
  • My sisters are teachers -Mənim bacılarım müəllimdirlər.
  • I am a harworking doctor -Mən çox işləyən həkiməm.
  • Jennifer and I are hard working doctors -Jennifer və mən çox işləyən həkimlərik.

Sifətlərdə To Be istifadəsi

Sifət, şəxsin və ya əşyanın necəliyini təyin edən nitq hissəsidir. Məsələn, David is old.

Bu cümlədə “old” sifətdir və David-i izah edir. Sifətlərlə birlikdə tez-tez “to be” istifadə edilir. Formulu to be + adjective (sifət) şəklindədir.

Aşağıda To be + adjective formuluna aid olan nümunələr verilmişdir:

  • I am tired -mən yorulmuşam.
  • You are jelaous -sən qısqancsan.
  • He is short -o, qısadır.
  • She is happy -o, xoşbəxtdir.
  • It is triangle -o, üçbucaqdır.
  • We are beautiful -biz gözəlik.
  • You are angry -sən hirslisən.
  • They are ugly -onlar çirkindirlər.

Sifətlərlə birlikdə to be istifadəsi zamanı inkar cümləsinin düzəldilməsi

İngilis dilində sifətlərlə birlikdə işlənən “to be” feilinin inkar forması aşağıdakı qaydaya əsasən qurulur. İnkar cümləni düzəltmək üçün To Be + Not + Adjective formulundan istifadə edilir. Məsələn; “old” sifətinin antonimi “young”-dır. Bu səbəblə də Davidin yaşlı olduğunu inkar formada bildirmək istəyiriksə, o zaman “old” sözünün antonimindən istifadə etməliyik. Beləliklə, David is not young.

Aşağıda mövzu ilə bağlı digər nümunələr də verilmişdir:

  • I am not tired.
  • She is not nervous.

Unutmayın ki, “are not” və “is not” cümlədə qısaldılmış formada da istifadə edilə bilər. Məsələn, Jennifer is not nervous və ya Jennifer isn’t nervous. Digər nümunələr;

  • He is not short -o, qısa deyil.
  • She is not happy -o, xoşbəxt deyil.
  • It is not triangle -o, üçbucaq deyil.
  • We are not beautiful -biz gözəl deyilik.
  • You are not angry -sən hirsli deyilsən.
  • They are not ugly -onlar çirkin deyil.

Aşağıda sifətlə birlikdə işlənən “to be” feilinə aid olan inkar cümlələr və onların Azərbaycan dilində tərcümələri verilmişdir.

  • Tea isn’t hot. It is cold -çay isti deyil. Soyuqdur.
  • Candies aren’t sour. They are sweet -şirniyyatlar turş deyil. Onlar şirindir.
  • This exercise isn’t easy. It is difficult -bu tapşırıq asan deyil. Bu çətindir.
  • A guitar isn’t heavy. It is light -gitara ağır deyil. Yüngüldür.
  • Elephants aren’t small. They are big -fillər balaca deyil. Onlar böyükdürlər.
  • My shoes aren’t dirty. They are clean -mənim ayaqqabılarım çirkli deyil. Onlar təmizdirlər.

Sifətlərdə to be istifadəsi zamanı sual cümləsinin düzəldilməsi

İngilis dilində sifətlərlə işlənən “to be” feilinə aid olan cümlələrin sual forması aşağıdakı qaydalara əsasən qurulur:

David is happy -David xoşbəxtdir. Bu cümlə təsdiq cümləsidir və cümləni sual formasına gətirmək üçün “to be” feilinin yeri dəyişdirilir. Beləliklə, “is” mübtədadan, yəni David-dən əvəvlə keçir. Cümlə “is David happy?” formasında olur. Bu cümləyə “yes, he is”- bəli və ya “no, he isn’t” -xeyr şəklində qısa cavablar verilə bilər.

Digər nümunə: Jennifer is nervous.

Is Jennifer nervous? -Jennifer əsəbidir? Bu cümləyə də “Yes, she is” -bəli və ya “No, she isn’t” -xeyr şəklində qısa cavablar verilər bilər..

Köməkçi feillərdə To Be istifadəsi

İngilis dilində indiki davamedici zamanda “to be” feili köməkçi feil olaraq istifadə edilir. Cümlənin strukturu bu formada olur: Mübtəda + to be + feil + obyekt

  • Jennifer is reading a book -Jennifer kitab oxuyur.
  • You are listening Russian -Sən Rus dilində qulaq asırsan.
  • We are playing basketball -Biz basketbol oynayırıq.
  • They are writing a letter -Onlar məktub yazırlar.
  • David is drinking a cup of tea -David bir fincan çay içir.

İngilis dilində Am Is Are hansı hallarda istifadə edilir?

“var olmaq” mənasında işlənir:

  • To be or not to be: that is the question -olmaq ya da olmamaq: sual budur.
  • To live or not to live: that is the question -yaşamaq ya yaşamamaq: sual budur.
  • I think, therefore I am -mən düşünürəm, elə isə varam.
  • I exist because I think (Descartes) -mən varam, çünki düşünürəm.

Köməkçi feil olması ilə yanaşı aşağıdakıları da ifadə edə bilir:

Özündən sonra feilin -ing şəkilçisi forması gəlirsə, o zaman feilin Progressive (Continuous) zaman formasını əmələ gətirir.

  • David is sleeping -David yatır (O, hal-hazırda yatır)
  • They were talking when Jennifer arrived -Jennifer gələrkən onlar danışırdılar (Jennifer tam da onların söhbət etdiyi vaxtda gəldi).

Özündən sonra feilin past participle forması gəlirsə, o zaman passiv formanı bildirir:

  • The table is set -masa hazırdır. (artıq kimsə masanı qurub)
  • The car was repaired by my father -maşın atam tərəfindən təmir edildi (və ya maşını atam təmir etdi)

Özündən sonra məsdər gələrsə, o zaman öhdəlik, vəzifə, gələcəkdə baş verməsi razılaşdırılmış hərəkətləri bildirir.

  • You are to do what they tell you to do -sən onların sənə dediklərini etməlisən.
  • The Prime Minister is to arrive this afternoon in Baku -baş nazir bu gün günortadan sonra Bakıya gələcək.
  • The interview is to take place in the boardroom -müsahibə iclas salonunda keçiriləcək.

“To Be” eyni zamanda köməkçi feillərdən əmələ gələn ifadələri də formalaşdırır. Bunlara misal olaraq be likely to (ehtimal), be sure to (əminlik), be going to (gələcək) göstərilə bilər.

to be + isim

  • Jennifer is a lawyer -Jennifer vəkildir.
  • It is a green book -bu yaşıl kitabdır.
  • They are clever sisters -onlar ağıllı bacılardır.

to be + sifət

  • Jennifer is beautiful -Jennifer gözəldir.
  • We are young -biz gəncik.
  • The pupils are tired -şagirdlər yorğundurlar.

İngilis dilində To Be ilə bağlı cümlələr

Aşağıdakı başlıqlar altında to be ilə bağlı İngilis dilində təsdiq, inkar və sual cümlələrinə aid olan nümunələr verilmişdir.

İngilis dilində To Be təsdiq cümlələri

  • The problem was that you had no Money -problem sizin pulunuzun olmaması idi.
  • The obvious explanation is that David simply forgot -açıqca izah budur ki, David sadəcə unudub.
  • The danger is that the whole thing might catch fire today -təhlükə budur ki, hər şey bu gün alovlana bilər.
  • It’s a pity that the babies aren’t here -heyif ki, körpələr burada deyil.
  • The lucky thing is that nobody was hurt yesterday -şanslı olan budur ki, dünən heç kimə zərər dəyməyib.
  • The only way is to start all over again -yeganə yol hər şeyə yenidən başlamaqdır.
  • Davids answer is to work a bit harder -Davidin cavabı bir az daha çox çalışmaqdır.
  • Jennifer’s only hope was to find a new job as soon as possible -Jenniferin yeganə ümidi ən qısa zamanda yeni bir iş tapmaq idi.
  • The easiest thing would be to ask her sister -ən asan şey onun bacısından soruşmaq olardı.
  • It was amazing how David managed to escape -Davidin qaçmağı necə bacardığı təəccübləndirici idi.

İngilis dilində To Be inkar cümlələri

İngilis dilində bütün cümlələrdə olduğu kimi feilin yanına “not” hissəciyi gətirildiyi zaman cümləni inkar formaya çevirmiş oluruq. Burada köməkçi feil olan “to be”, yəni am, is və are olduğu üçün “not” inkarlıq bildirən şəkilçini onların yanına gətirib, özlərindən sonra istifadə edəcəyik. Bu halda həmin birləşmələri “is not” əvəzinə isn’t, “are not” əvəzinə “aren’t” formasında istifafə edə bilərik. Mövzunu daha dərindən başa düşmək üçün aşağıda verilmiş cümlə nümunələri ilə tanış ola bilərsiniz:

  • We aren’t doctors -biz həkim deyilik.
  • Mr.Brown isn’t in the classroom -Mr.Brown sinifdə deyil.
  • My friend David isn’t in his kitchen -dostum David mətbəxində deyil.
  • They aren’t in the queue -onlar növbədə deyillər.
  • These gloves aren’t on sale -bu əlcəklər satışda deyil.
  • Jennifer isn’t in the garden -Jennifer bağda deyil.
  • Jennifer isn’t a good choice for that role -Jennifer bu rol üçün yaxşı bir seçim deyil.
  • There aren’t any pupils in the room -otaqda heç bir şagird yoxdur.
  • You aren’t at the meeting yet -sən hələ iclasda deyilsən.
  • David isn’t happy with his new car -David yeni avtomobilindən razı deyil.

İngilis dilində To Be sual cümlələri

Bəs yaxşı, sual cümlələrini necə qurmaq lazımdır? Çox sadə. Yenə də İngilis dilindəki bütün cümlələrdə olduğu kimi köməkçi feili cümlənin əvvəlinə keçirməklə sual cümləsi yaratmış oluruq. Aşağıda bununla bağlı cümlə nümunələri verilmişdir:

Təsdiq-sual cümlələri

  • Is Jennifer a good choice for that role? -Jennifer bu rol üçün yaxşı seçimdir?
  • Is it very sunny outside? -çöldə hava çox günəşlidir?
  • Are they ready to go? -onlar getməyə hazırdırlar?
  • Is David here right now? -David indi buradadır?
  • Is Jennifer in the garden? -Jennifer bağdadır?
  • Is David happy with his new car? -David yeni avtomobilindən razıdır?
  • Are these gloves on sale? -bu əlcəklər satışdadır?
  • Are they in the queue? -onlar növbədədirlər?
  • Is my friend David in his kitchen? -mənim dostum David mətbəxindədir?
  • Is Mr. Brown in the classroom? -Cənab Brown sinifdədir?

Təsdiq-inkar cümlələr

  • Is Jennifer not a good choice for that role? -Jennifer bu rol üçün yaxşı seçim deyil?
  • Is it not very sunny outside? -çöldə hava çox günəşli deyil?
  • Are they not ready to go? -onlar getməyə hazır deyil?
  • Is David not here right now? -David indi burada deyil?
  • Is Jennifer not in the garden? -Jennifer bağda deyil?
  • Is David not happy with his new car? -David yeni avtomobilindən razı deyil?
  • Are these not gloves on sale? -bu əlcəklər satışda deyil?
  • Are they not in the queue? -onlar növbədə deyillər?
  • Is my friend David not in his kitchen? -mənim dostum David mətbəxində deyil?
  • Is Mr. Brown not in the classroom? -Cənab Brown sinifdə deyil?

Uzun zamandır İngilis dilində olan söz ehtiyatınızı təkmilləşdirməyə çalışırsınız? Hələ də sözlərin mənaları ilə bağlı problem yaşayırsınız? İngilis dilində sözlərin ən asan necə əzbərlənəcəyini bilmirsiniz? O zaman siz hələ də Wordly ilə tanış olmamısınız. Elə isə tələsin. Çünki Wordly sizə hər gün yeni sözlər öyrətməyi öz məsuliyyəti olaraq qəbul edir!

İngilizce Kelime Ezberlemek Artık Çok Kolay

Uygulamayı Ücretsiz İndir; Her gün yeni kelimeler telefonuna gelsin
Örnek cümle ve anlamlarını öğren
Hatırlatmalarla pratik yap, kalıcı öğren, unutma
Offline modu ile Internete ihtiyacın olmadan kelime öğren
İngilizce Kelime Öğrenmeye Başla

Recent Content

×
wordly-logo
Wordly İngilizce Öğrenme ve Kelime Ezberleme Uygulaması
Uygulamayı Ücretsiz İndir
Her gün yeni kelimeler telefonuna gelsin
Uygulamayı İndir
×
wordly-logo
تطبيق Wordly لتعلم اللغة الإنجليزية وحفظ المفردات الإنجليزية
تحميل التطبيق مجانا
احصل على كلمات جديدة على هاتفك كل يوم
Uygulamayı İndir
×
wordly-logo
WORDLY ingilis dili öyrənmə və söz əzbərləmə proqramı
Tətbiqi ödənişsiz yüklə
Hər gün yeni sözlər telefonuna gəlsin
Uygulamayı İndir