Wash Felinin İkinci və Üçüncü Formaları - Wordly Danışır ...

Wash Felinin İkinci və Üçüncü Formaları


Wash Felinin İkinci və Üçüncü Formaları

Tələbələr ingilis dili qrammatikasını öyrənərkən motivasiyasını düşürəcək bir sıra qəlizliklərlə üz üzə qala bilirlər. Bu qəlizliklər, ingilis dili qrammatikasını öyrənməkdə axsamalar yarada bilir. Mövzumuza verə biləcəyimiz ən ideal nümunə isə ingiliscə fellərdir. İngilis fellər, ana dilimizlə müqayisədə qarşılığı olmayacaq ünsurlarla əhatəlidir. Bu ünsurları yaxşı mənimsəyə bilmək üçün ingilis dili qrammatikası detallı, sağlam və doğru addımlarla öyrənilməlidir ki, tələbələr üçün hər hansı bir məqamda çətinliklər yaratmasın.

Fellər bildiyiniz üzərə ingilis dilində qaydalı və qaydasız olaraq iki yerə bölünür. Çətinlik, eləcə, buradan başlayır. Çünki, qaydalı felləri öyrənmək asan olsa da, (ikinci və üçüncü halında “ed” şəkilçisini qəbul edən hər bir fel qaydalı fel sayılır) qaydasız felləri öyrənmək olduqca vaxt aparıcıdır. Çünki, qaydasız fellər kökdən dəyişmə xüsusiyyətinə sahibdir və tələbələrin burada qaydasız felləri əzbərləməkdən başqa çarələri qalmır. Bəs, əzbərləməkdən savayı, qaydasız felləri necə daha yadda qalan etmək mümkündür?

Qaydasız felləri yadda qalan etmək üçün hansı halların hansı cümlələrdə, hansı mənsubiyyətlər və zaman qəlibləri ilə istifadə olunduğunu öyrənmək lazımdır. Bunun üçün, bu gün bloq yazımızda qaydasız fellərdən biri olan “Wash  ” felinin ikinci və üçüncü hallarını sizlərlə birlikdə təsnif edəcəyik. Beləliklə, felin birinci, ikinci və üçüncü hallarını daha detallı şəkildə öyrənəcək və çalışmalarla praktik edərək daha yadda qalan hala gətirəcəksiniz. Giriş məlumatlarla başlayaq:

Wash  feli sözün öz köküdür və birinci hal şəklində istifadə olunur.

Wash feli – yumaq, yuyunmaq, suvarmaq, yuyulma, yuyunma – şəklində tərcümə olunur

Wash  Felinin İkinci Forması

Wash felinin ikinci halı washed yazılır. Simple Past Tense üçün istifadə olunur.

Wash  Felinin İkinci Forması ilə Nümunələr

  • I had all my clothes washed by my mother.- Bütün paltarımı anam yudu.
  • That storm washed a lot of crabs up on the shore.- O fırtına sahildə çox sayda xərçəng yudu.
  • I was just wondering how much it would cost to have my car washed and waxed.- Sadəcə avtomobilimi yuyub mumlaşdırmağın nə qədər başa gələcəyini düşünürdüm.
  • Tom swept the kitchen floor while Mary washed the dishes.- Mary qabları yuyarkən Tom mətbəxin döşəməsini süpürdü.
  • He got his car washed at the filling station.- Avtomobili yanacaqdoldurma məntəqəsində yudu.
  • She washed her dirty hands before the meal.-  Yeməkdən əvvəl çirkli əllərini yudu.
  • Tom hadn’t washed dishes in a week, so the sink was full of dirty dishes.- Tom bir həftə qab yuymamışdı, buna görə də lavabo çirkli qablarla dolmuşdu.

Wash  Felinin Üçüncü Forması

Wash  felinin üçüncü halı washed olarak yazılır. Cümlələrdən ayıra bilməyiniz üçün cümlədə istifadə olunan zaman qəliblərini müəyyənləşdirməlisiniz. Üçüncü hal Perfect Tense və Passive Voice cümlələri üçün keçərlidir.

Wash Felinin Üçüncü Halı ilə Cümlələr

  • Tom brushed his teeth and washed his face.- Tom dişlərini fırçaladı və üzünü yudu.
  • Tom’s new shirt shrunk when he washed it and now it doesn’t fit.- Tomun yeni köynəyi yuyanda kiçildi və indi sığmır.
  • Have you ever washed your face with body soap?- Üzünüzü bədən sabunu ilə yudunuzmu?
  • Every Monday Mrs. Evans washed all the family’s clothes in the tin bath.- Xanım Evans hər bazar ertəsi ailənin bütün paltarlarını qalay hamamında yuyurdu.
  • Having washed my skirt in the cold water of a spring, I sat a while.- Etəyimi bir bulağın soyuq suyunda yuyub biraz oturdum.
  • Alex washed his face and combed his hair.– Alex üzünü yudu və saçlarını daradı.
  • It rained so hard that the shrine was washed away.- O qədər yağış yağırdı ki, ziyarətgahı yuyub aparırdılar.
  • Jenny washed the kitchen wall twice a year.- Jenny ildə iki dəfə mətbəx divarını yuyurdu.

Wash  Felinin Past Tense ilə İstifadəsi

Wash  felini müxtəlif zamanlarda istifadə edərkən çaşqınlıq yaşaya bilərsiniz. Cümlədə wash felini görərkən hansı halda olduğunu müəyyənləşdirmək istəyirsinizsə, cümlədə işlədilən zamana diqqət yetirməlisiniz. Past Simple zamanının istifadə olunduğu cümlədə wash felinin mütləq ikinci halı istifadə olunur. Past Participle cümlələrdə isə wash felin üçüncü halı işlədilir.

Wash felini keçmiş zaman qəlibləri ilə istifadə edərkən felin neçənci halını istifadə edəcəyinizi yaxşı bilməlisiniz. Cümlələrdə istifadə olunan zaman qəliblərini bir- birindən ayırd edə bilmək üçün köməkçi fellərə baxmağınız kifayət edir. Mübtəda + Köməkçi Fel + Fel (ikinci və ya üçüncü hal) + İkinci Dərəcəli Üzvlər qaydasına diqqət etsəniz, felin ikinci və üçüncü halları ilə rahatlıqla cümlələr qura bilərsiniz.

Wash Felinin Zaman və Mənsubiyyətə Görə Təsnifi

Wash feli də digər fellər kimi cümlədə istifadə olunarkən zamana və mənsubiyyətə görə dəyişir. Hər ikisinə görə cümlədə istifadə qaydalarına riayət edib, cümlə quruluş strukturunda yanlışa yol vermək istəmirsinizsə, o zaman, aşağıda həm şəxs əvəzliklərinə, həm də zamana görə təsnif edilmiş wash felinin istifadə qaydalarına baxa bilərsiniz.

Wash Simple Present Tense Istifadəsi

Present Simple  Tense, dilimizə indiki zaman kimi tərcümə olunur. I, you, we, they əvəzliklərinə cavab verən köməkçi felləri “do”,  he, she, it əvəzliklərinin  köməkçi felləri “does”`dır. Köməkçi felə “not” şəkilçisi əlavə etməklə mənfi formaya keçir. He, she, it əvəzlikləri ilə qurulan cümlələrdə “does” köməkçi felinə malikdir, lakin bu köməkçi felə “-s, -ies, -es” şəklində əlavə olunur. Mənfi cümlələrdə fel düz qalır. Eyni vəziyyət sual cümləsi üçündə keçərlidir. Ümumi həqiqətləri, təkrarlanan hərəkətləri, vərdişləri, mövcud vəziyyəti, ümumi fikri, istəyi ifadə etmək üçün istifadə olunur. Bir zaman qrafiki ilə başlamaq və ya təkrarlamaq üçün əvvəlcədən təyin edilmiş hərəkətlər üçün istifadə olunur. Əmrlər, təlimatlar vermək üçün istifadə olunur.

1 st form of Verb + s (es)

  • I wash
  • you wash
  • he washes
  • we wash
  • you wash
  • they wash

I wash my clothes.- Paltarımı yuyuram.

My father made me wash the car.- Atam məni maşını yumağa məcbur etdi.

He washes the car every week.- Hər həftə maşını yuyur.

Wash Present Perfect Tense Istifadəsi

Present Perfect Tense təkrarlanan hərəkətlər üçün istifadə edilir, hansı ki, konkret zaman forması bu hərəkətlər üçün önəmli deyil və hadisə keçmişdə başlayıb, lakin hələ də bitməyib, davam etməkdədir. Present Perfect Tense   keçmiş bir hadisə və ya vəziyyət ilə bu gün arasında bir əlaqə yaradır. Xüsusilə “just” zərfində çox yaxın bir hərəkət üçün istifadə olunur, ancaq nə qədər vaxt keçdiyini göstərmir. “Yet” zərfi hələ edilməmiş, lakin edilməsi ehtimalı olan hərəkətlər üçün və ya belə bir ehtimalın olub- olmadığını soruşmaq üçün istifadə edilir. “Never” zərfi keçmişdə müəyyən bir nöqtədən heç bir hərəkət edilmədiyini və ya belə bir vəziyyətlə qarşılaşmadığını ifadə etmək üçün istifadə olunur.

has/ have + 3 rd form of Verb

  • I have washed
  • you have washed
  • he has washed
  • we have washed
  • you have washed
  • they have washed

I have just washed the dishes.- Qab- qacaq təzə yudum.

After you have washed your shirt, you have to rinse it twice with clean warm water.- Köynəyini yuduqdan sonra təmiz isti su ilə iki dəfə yaxalamalısan.

Tom  hasn’t washed  his hair for two weeks.- Tom iki həftədir saçlarını yumur.

Wash Present Progressive Tense Istifadəsi

Adından da göründüyü kimi Continuous ifadədəsindən  əvvəlki Present ifadəsi  be + V- ing şəklində köməkçi felin indiki, yəni am, is, are şəklində istifadə olunmasını  həm də dəvam edən hadisənin keçid vaxtının indi olduğunu ifadə edir. Hadisənin nə vaxt başladığı və nə qədər davam etdiği vacib deyil. Yalnız bir danışma anında bir hadisənin davam etdiyini vurğulayır. Hal- hazırda davam etməkdə olan hərəkətləri izah etmək üçün bu zaman formasından istifadə edilir.

Zaman ifadələri: now(indi), right now (indi), at the moment (hazırda), still (hələ)

Present Continuous Tense always, constantly, forever  kimi zərflərlə birlikdə əkrarlayan və ümumiyyətlə narahat edən hərəkətlər üçün istifadə olunur. Present Continuous Tense ondan sonra istifadə olunan gələcək zamanla birlikdə gələcəkdə əvvəlcədən planlaşdırılan bir hərəkətin baş verəcəyi deməkdir.

is/ am/ are + 1 st form of Verb + ing

  • I am washing
  • you are washing
  • he is washing
  • we are washing
  • you are washing
  • they are washing

Tom is washing dishes.- Tom qab yuyur.

They are washing their hands.- Əllərini yuyurlar.

I am washing my brother’s car.- Qardaşımın maşınını yuyuram.

Wash Present Perfect Progressive Tense Istifadəsi

Dilimizə indiki bitmiş davamedici zaman kimi tərcümə edilən Present Perfect Continuous Tense, keçmişdə müəyyən bir zamanda başlayan və hal- hazırda davam etməkdə olan hal və hərəkətlərdən bəhs etmək üçün istifadə edilir. Bu səbəblə Continuous halda istifadə edilə bilməyən fellərlə istifadə edilə bilməz.

Hal- hazırda etdiyimiz hərəkəti ifadə etmək üçün indiki davamedici zamandan istifadə edilir: I’m reading a book now -mən indi bir kitab oxuyuram. Ancaq keçmiş zamanda başlayan və hələ də davam edən bir hadisə üçün Present Perfect Continuous Tense istifadə edilir. Hadisə keçmiş zamanda başlamış və indi davam edir, hətta gələcəkdə də davam etmə ehtimalı mövcuddur: I have been reading a book for two hours -mən iki saatdır kitab oxuyuram. Bu cümlə kitab oxumağa iki saat əvvəl başladığımı, hələ də davam etdiyimi göstərir. Nə qədər davam edəcəyi haqqında məlumatımız yoxdur.

has/ have + been + 1 st form of Verb + ing

  • I have been washing
  • you have been washing
  • he has been washing
  • we have been washing
  • you have been washing
  • they have been washing

More than 400 dead dolphins had been washed ashore.- 400-dən çox ölü delfin sahilə çıxarıldı.

Tom has just finished washing dishes.- Tom qab- qacaq yuyub bitirmişdi.

Wash Simple Past  Tense Istifadəsi

Azərbaycan dilindəki qarşılığı keçmiş sadə zaman olan Past Simple Tense, keçmiş zamanda baş verən hadisələrdən bəhs etmək üçün istifadə edilir. Keçmişdə tamamlanan bir hadisəni, işi, vəziyyəti və ya hərəkəti təsvir etmək üçün istifadə olunur. Hadisənin nə qədər əvvəl baş verməsinin heç bir əhəmiyyəti yoxdur. Bu yaxınlarda baş vermiş ola bilər və ya çox köhnə ola bilər. Keçmişə aid yalnız bir hərəkət varsa, bu hərəkətin nə qədər köhnə olmasına baxmayaraq bu zaman istifadə olunmalıdır. Hadisənin keçmişdə nə zaman baş verdiyini ifadə edən bir zaman ifadəsi ilə istifadə olunmalıdır.

Zaman ifadələri; yesterday (dünən),  last month (keçən ay), last week (geçən həftə), last year (keçən il), last night (keçən gecə), two minutes ago (iki dəqiqə əvvəl), two days ago ( iki gün əvvəl), two months ago ( iki ay əvvəl),  two years ago ( iki əvvəl il)

2 nd form of Verb

  • I washed
  • you washed
  • he washed
  • we washed
  • you washed
  • they washed

I washed my hands as usual.- Həmişəki kimi əllərimi yudum.

I watched TV after I washed the dishes.- Qab- qacaq yuyandan sonra televizora baxdım

Wash Past Progressive Tense Istifadəsi

Keçmiş davamedici zaman olan Past Continuous Tense, keçmişdə baş verən və müəyyən bir müddətdə davam edən hadisələrdən bəhs etmək üçün istifadə edilir. Keçmişdə göstərilən vaxtda tamamlanmayan və buna görə də davam edən hadisələr üçün istifadə olunur. Əsas odur ki, o an davam edir, nə qədər dəvam etməsinin  fərqi yoxdur.

Always (həmişə), constantly (davamlı), forever (həmişəlik, əbədi) kimi zərflərlə birlikdə keçmişdə təkrarlanan və ümumiyyətlə bizi narahat edən hərəkətlər üçün istifadə olunur.

was/ were + 1 st form of Verb + ing

  • I was washing
  • you were washing
  • he was washing
  • we were washing
  • you were washing
  • they were washing

Wash Past Perfect Tense Istifadəsi

Keçmişdə müəyyən bir an və ya hadisədən əvvəl meydana gələn və o ana qədər davam edən hadisələr üçün istifadə olunur. Bu vaxtdan istifadə edəcəksinizsə, hansı hadisədən əvvəl suala cavab verə biləcəyiniz bir zaman cümləsi olmalıdır. Bəzən bu zamanın çox qədim hadisələr üçün istifadə edildiyi fərz edilir, lakin bu doğru deyil. Keçmişə aid yalnız bir hadisə varsa və bu hadisənin keçmişdə bir müddətdən əvvəl meydana gəldiyi ifadə edilərsə, Simple Past Tense istifadə edilməlidir.Bu zamanın istifadə edildiyi ümumi formul belədir:

subject + had + past participle = past perfect tense.

  • I had washed
  • you had washed
  • he had washed
  • we had washed
  • you had washed
  • they had washed

Wash Past Perfect Progressive Tense Istifadəsi

Bu zaman formasının Azərbaycan dilində qarşılığı olmasa da, belə izah edə bilərik ki, keçmişdə başlayan bir işdən əvvəl edilməkdə olan başqa bir işdən bəhs etmək üçün Past Perfect Continuous zamanından istifadə edilir. Məsələn: When he came, I had been waiting for him for more than two hours. (O gəldiyində mən onu 2 saatdan çox idi ki gözləyirdim.) Keçmişdə müəyyən bir vaxtda gözləməyə başladım və onun gəlişinə qədər bu gözləməyə davam etdim. Keçmişdə başlayan və keçmişdə bitən bir müddətdə hərəkəti davam etdirdim. Hadisə bir müddət ifadə ettiyi üçün  Continuous, bu müddət keçmişdə bittiği (qutardığı) üçün  Past Perfect`dən istifadə edirik.

had + 3 rd form of Verb

  • I had been washing
  • you had been washing
  • he had been washing
  • we had been washing
  • you had been washing
  • they had been washing

Wash Simple Future Tense Istifadəsi

Future Simple Tense, Azərbaycan dilinə gələcək sadə zaman kimi tərcümə edilir. Gələcək haqqında məlumat verərkən və ya gələcək hadisələrlə bağlı qeyri- müəyyən hadisələri proqnozlaşdırarkən istifadə olunur. Danışıq zamanı verilən qərarlar üçün istifadə olunur. Gələcəklə bağlı verilən vədlər üçün istifadə olunur.

shall/ will + 1 st form of Verb

  • I will wash
  • you will wash
  • he will wash
  • we will wash
  • you will wash
  • they will wash

Wash Future Progressive Tense Istifadəsi

Future Continuous Tense  Azərbaycan dilinə  gələcək davamedici zaman kimi tərcümə olunur. Gələcəkdə müəyyən bir zamanda davam edəcək hərəkətlər üçün istifadə olunur. Hadisənin  nə vaxt başladığı, nə qədər davam ettiyi və ya davam edəcəyi vacib deyil. Əhəmiyyətli olan bir hərəkətin yalnız deyilən anda davam etməsidir.

shall/ will + 1 st form of Verb + ing

  • I will be washing
  • you will be washing
  • he will be washing
  • we will be washing
  • you will be washing
  • they will be washing

Wash Future Perfect  Tense Istifadəsi

Müəyyən bir gələcəkdəki hadisəni  və ya vaxtdan əvvəl tamamlanacaq hərəkətlər üçün istifadə olunur. Vaxt ifadəsi və ya hadisənin sona çatması üçün verilən vaxtı göstərən cümlə olmadan istifadə olunmur.

shall/ will have + 3 rd of Verb

  • I will have washed
  • you will have washed
  • he will have washed
  • we will have washed
  • you will have washed
  • they will have washed

Wash Future Perfect Progressive Tense Istifadəsi

Future Perfect Continuous Tense Azərbaycan dilində gələcək bitmiş davamedici zaman kimi tərcümə olunur. Future Perfect Continuous Tense gələcəkdə baş verməsi planlaşdırılan hadisədən əvvəl başqa verən və bitən hadisənin olduğunu vurğulamaq üçün istifadə edilir.

Future perfect continuouns tense ilə cümlə qurularkən əvvəlcə mübtəda, daha sonra feilin ikinci forması olan past forma və to be feilinin üçüncü forması, feilin “ing” almış şəkli yerləşdirilir: will + have + been + the verb’s present participle (verb + -ing). Azərbaycan dilinə tərcümədə Future Perfect Tense ilə eyni mənanı ifadə edir.

  • I will have been washing
  • you will have been washing
  • he will have been washing
  • we will have been washing
  • you will have been washing
  • they will have been washing

Wash Feili İlə Bağlı Test Nümunələri

  1. This T- shirt ……. so many times that it’s lost its shape.
  2. The fruit …… and then graded by size.
  3. Overnight the waves …… up a lot of rubbish.
  4. While doing the ….. she found a condom in the back pocket of her son’s pants.
  5. Bob …… the dishes at that time.
  6. That storm …. a lot of crabs up on the shore.
  7. Tom …… his hair for two weeks.
  8. Many homes ….. away by the flood.
  9. More than 400 dead dolphins …… ashore.
  10. He hardly ever ….. the dishes and he rarely, if ever, does any cleaning.

Cavablar:

  1. has been washed
  2. is washed
  3. had washed
  4. wash
  5. was washing
  6. washed
  7. hasn’t washed
  8. were washed
  9. had been washed
  10. washes

İngilis Dilində Wash v2 Və Wash v3 Formalarına Aid Test Nümunələri PDF

Daha çox çalışmalarla praktik qazanmaq və öyrəndiklərinizi daha sağlam şəkildə mənimsəmək istəyirsinizsə, sizin üçün hazırladığımız PDF formatlı Wash birinci, ikinci və üçüncü formları ilə bağlı testi  klikləyərək keçid alıb həll edə bilərsiniz.

Nazrin Akhundova

Mən Nəzrin Axundova 1998-ci il sentyabr ayında Bakıda anadan olmuşam.İlk təhsilim Azərbaycanda olsa da, ali təhsilimi İstanbul şəhərində almağa başlamışam.2016-ci ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsinə daxil olmuşam.Mənim dillərə marağım məni ingilis, türk, rus, italyan dillərini öyrənməyə həvəs yaradıb.5ildən artıqdır ki,ingilis dilində müxtəlif mətn və məqalələri,oçerkləri,esseləri tərcümə edirəm.Bu işdən zövq alıram.Ən böyük istəyim,arzum bundan yararlanana bilən insanlara kömək etməkdir.

İngilizce Kelime Ezberlemek Artık Çok Kolay

Uygulamayı Ücretsiz İndir; Her gün yeni kelimeler telefonuna gelsin
Örnek cümle ve anlamlarını öğren
Hatırlatmalarla pratik yap, kalıcı öğren, unutma
Offline modu ile Internete ihtiyacın olmadan kelime öğren
İngilizce Kelime Öğrenmeye Başla

Recent Content

×
wordly-logo
Wordly İngilizce Öğrenme ve Kelime Ezberleme Uygulaması
Uygulamayı Ücretsiz İndir
Her gün yeni kelimeler telefonuna gelsin
Uygulamayı İndir
×

Ücretsiz İngilizce Öğrenme Uygulaması

Uygulamayı Yükle
Her gün yeni kelime öğren