Whom istifadəsi: Who və Whom fərqi, cümlə nümunələri - Wordly Danışır ...

Whom istifadəsi: Who və Whom fərqi, cümlə nümunələri


Whom istifadəsi_Who vəWhom fərqi, cümlə nümunələri

İngilis dilində Who və Whom sözləri, eyni zamanda Relative Clauses mövzusu daima qarışıqlıq yaradan, çətin başa düşülən, tez-tez unudulan mövzulardandır. Əslində isə olduqca sadə və əyləncəli mövzudur. Adından da məlum olduğu kimi bu mövzumuz “Whom istifadəsi: Who və Whom fərqi, cümlə nümunələri” ilə bağlıdır. Bu mövzumuzda siz aşağıdakı başlıqlar ilə tanış olacaqsınız:

  • Who və Whom arasındakı fərq nədir?
  • Relative Clauses nədir?
  • Who və Whom ilə bağlı cümlə nümunələri
  • Who və Whose arasındakı fərq nədir?

Who və Whom arasındakı fərq nədir?

İngilis dilini öyrənənlər arasında who və whom arasında qarışıqlıq tez-tez baş verir.  Qrammatik qaydalara görə who sözü cümlənin mübtədası, whom isə cümlənin tamamlığı və ya obyekti olduğu zamanlarda və ya ədatdan sonra istifadə edilir. Who subyekt əvəzliyi, whom isə obyekt əvəzliyi olaraq istifadə edilir. İkisi arasındakı qarşılaşdırma:

  • Alan was playing the guitar – Alan gitar çalırdı.
  • Who was playing the guitar? – Kim gitar çalırdı?
  • He was playing the guitar – O gitar çalırdı.
  • I saw Ivan at the party – Partidə Ivanı gördüm.
  • Whom did you see at the party? – Partidə kimi gördün?
  • I saw him at the party – mən partidə onu gördüm.

Bu nümunələrdən də göründüyü kimi qayda tam olaraq belədir: Əgər “o” əvəzliyi istifadə edilirsə o zaman who, “onu” əvəzliyi istifadə edilirsə, o zaman da whom uyğundur.

  • The policeman was talking to the man – Polis məmuru kişi ilə danışırdı.
  • To whom was the policeman talking? – Polis məmuru kiminlə danışırdı?
  • The man who was carrying the bags is Mary’s brother – O çantaları daşıyan adam Marynin qardaşıdır.
  • The girl whom I saw at the party is my friend’s ex-girlfriend – Partidə gördüyüm qız dostumun köhnə sevgilisidir.
  • The girl to whom the ugly man was talking is Jim’s daughter – Çirkin adamın danışdığı qız Jimin qızıdır.

Bu cümlələrdə who cümlənin mübtədası, whom isə tamamlığı və ya obyekti rolundadır. Whom eyni zamanda ədatlardan sonra da istifadə edilir. Whom sadəcə obyekt rolunda və ya ədatlardan sonra istifadə edilə bildiyi halda, who həm mübtəda, həm də obyekt rolunda çıxış edə bilir.  

Whom yazı dilində və rəsmi danışıqlarda istifadə edilən bir söz olmasına rəğmən, bu günün gündəlik danışıq dilində çox istifadə edilməz. Bir cümlənin ədatı və isimi bir-birindən ayrıla bilməyəcək qədər uzun və qarışıq olarsa, o zaman whom ədatla birlikdə danışıq dilində də istifadə edilir.

Whom, əvəzliyi feilin subyekti olan dependent clause cümlələrində istifadə edilir: The people who just boarded the plane are in a rock band – Təyyarəyə yeni minən insanlar rok qrupundadır. Bu cümlədə Əvəzlik board feilin subyektidir.

Whom, əvəzliyi feilin obyekti olan dependent clause cümlələrində istifadə edilir: The cousin whom we met at the family reunion is coming to visit – Ailənin birləşməsi zamanı tanış olduğumuz xala uşağı ziyarətə gəlir. Bu cümlədə Əvəzlik, met feilinin obyektidir.

Whom, əvəzliyi sözönünün obyekti olan dependent clause cümlələrində istifadə edilir: The agent with whom I spoke was able to help me – Danışdığım agent mənə kömək edə bildi. Burada Əvəzlik, with sözönünün obyektidir.

who və whom arasındakı fərq, adətən yazı dilində danışıqda olduğundan daha vacibdir. Danışıq dilində, xüsusən də normal danışıqlarda hər ikisindən də istifadə edilir. Ancaq yenə də bu qaydaları bilmək lazımdır.

Relative Clauses nədir?

Relative Clause, İngilis dilində arasında bağlantı olan iki cümləni birləşdirmək məqsədilə istifadə edilən quruluşdur. İngilis dilini öyrənən şəxslər üçün bir az qorxuducu və çətin görünsə də, əslində asan və bir o qədər də əyləncəli mövzudur.

İngilis dilində arasında əlaqə olan iki cümləni bağlamaq məqsədilə “who, which, that, whom, where” kimi sözlərdən istifadə edilir və bu sözlərə “Relative Pronoun” adı verilir. Relative clause iki yerə ayrılır. Bunlar;

1) defining relative clause: adından da məlum olduğu kimi “defining” yəni izah edici sifət quruluşları, izah etdiyimiz söz haqqında vacib bir məlumat verməkdədir. Kimdən və ya nədən bəhs etdiyimizin başa düşülməsi üçün bu məlumatın verilməsi vacibdir. Belə “relative clause”lara “defining relative clause” deyilir. Məsələn;

There are ten people who protest the new rules – Yeni qaydalara qarşı çıxan 10 nəfər var. Bu cümlədəki relative clause defining relative clause’dur. Relative clause olan hissə cümlədən çıxarıldığı zaman sadəcə “there are ten people” demiş oluruq və beləliklə, vermək istədiyimiz “yeni qaydalara qarşı çıxan 10 nəfər var” mesajı verilməmiş olur.

2) non-defining relative clause: bu tür relative clause-lar, təyin edilən söz haqqında əlavə məlumat verməkdədir. Yəni mövzunun başa düşülməsi üçün vacib olmayan məlumat da verilir. Məsələn;

My sister, who is twelve years old, is good at maths – On iki yaşındaki bacım riyaziyyatda yaxşıdır. Bu cümlədəki relative clause non-defining relative clause-dur. Bu cümlədə bacımın on iki yaşında olması lazımsız və artıq məlumatdır. Cümlədə verilmək istənən əsl mesaj bacımın riyaziyyatda yaxşı olmasıdır.

Əslində isə İngilis dilində danışarkən relative clause-un defining, yoxsa non-defining olması önəmli deyil, çünki hər ikisində də eyni quruluşdan istifadə edilir. Aralarındakı tək fərq, non-defining relative clause-dan əvvəl vergüldən istifadə edilməsi və “that” relative pronoun-n sadəcə defining relative clause-da istifadə edilməsidir.

Which: insandan başqa canlıları və əşyaları müəyyən edən sözdür.

  • I saw a dog which was wounded – mən yaralı it gördüm.
  • The windows which kids broke, cost a fortune. – uşaqların qırdığı pəncərə baha başa gəldi.
  • I saw a black cat – mən qara pişik gördüm.
  • It brings bad luck – o pis şans gətirir.
  • I saw a black cat, which brings bad luck – mən pis şans gətirən qara pişik gördüm.
  • This hotel, which was built in 1889, is a significant landmark of this city. (1889-cu ildə tikilən bu otel, bu şəhərin ən vacib simvoludur.

That: Defining relative clause-da who və which əvəzinə istifadə edilə bilir.

  • The windows that kids broke cost a fortune – uşaqların qırdığı pəncərə baha başa gəldi.
  • The musician that won the award is Canadian – mükafatı qazanan musiqiçi Kanadalıdır.
  • The car that Jason bought runs on electricity and gas – Jasonun aldığı maşın elektrik və qazla işləyir.
  • The dog that is chasing the squirrels belongs to Bridget – Sincabları qovalayan it Bridget-e aiddir.

Who və Whom ilə bağlı cümlə nümunələri

  • David is someone who loves cats – David pişikləri sevən biridir.
  • The mayor who is 45 years old, is a friendly woman – 45 yaşında olan bələdiyyə sədri dostsevər bir qadındır.
  • There will always be people who hate your works and also love your works – Sənin işlərini hər zaman bəyənən və nifrət edən insanlar olacaqdır.
  • I have a friend who works for Fuji Film – Mənim Fuji Film firmasında işləyən dostum var.
  • Thanks to everybody who came here – Buraya gələn hər kəsə təşəkkür edirəm. Bu cümlədəki  Who əvəzliyi gəlmək feilini icra edən hər kəsi təyin edir.
  • That’s the guy whom Nelly married. – O, Nellynin evləndiyi adamdır.

Burada evlənmə feilini reallaşdıra şəxs Nelly, bundan təsirlənən insan isə kişidir. Bu səbəbdən də kişini təsvir edərkən whom istifadə edilir.

  • There is a girl who is waiting for you – Səni gözləyən bir qız var.
  • Do you know someone whom I can talk about photography – Fotoqrafiya haqqında danışa biləcəyim birini tanıyırsanmı?
  • There were 30 people at the party, 12 of whom I know. – Partidə 12 nəfərini tanıdığım toplam 30 nəfər var idi.
  • Let’s give booklet to guests whom will visit our stand at the fair – Kitabçanı sərgidə stendimizi ziyarət edəcək olan ziyarətçilərə verək.
  • He has two million followers on twitter, at least half of whom are clearly fake – O Twitterdə ən az yarısı saxta olan 2 milyon izləyiciyə sahibdir.
  • His friend who lives in Austin came to visit – Onun Austində yaşayan dostu ziyarətə gəldi.
  • I wasn’t the one who made him feel unwelcome – Onu arzuolunmaz hiss edən mən deyildim.
  • People who take time to be kind are rewarded for their good deeds – Mehriban olmağa vaxt ayıran insanlar yaxşı əməllərinə görə mükafatlandırılırlar.
  • Couples who hold hands stay together longer – Əllərini tutan cütlüklər daha uzun müddət birlikdə olurlar.
  • He is the one whom I love – o mənim sevdiyim adamdır.
  • Why are we running and from whom are we running? – biz niyə qaçırıq və kimdən qaçırıq?
  • Who let the dogs out? – İtləri çölə kim buraxdı?
  • Who handed it to him? – Kim onu təhvil verib?
  • Whom do you believe? – Sən kimə inanırsan?
  • Joelle is the girl who got the job – Joelle işi olan qızdır.
  • I don’t know who won the challenge – Mən yarışmanı kimin qazandığını bilmirəm.
  • Those flowers came from whom? – O güllər kimdən gəldi?
  • He is our savior whom we adore – O, pərəstiş etdiyimiz xilaskarımızdır.
  • Who would like to go on vacation? – Kim tətilə getmək istəyir?
  • Who made these awesome quesadillas? – Bu zəhmli quesadillaları kim yaratdı?
  • To whom was the letter addressed? – Məktub kimə ünvanlanıb?
  • I do not know with whom I will go to the prom – Mən baloya kiminlə gedəcəyimi bilmirəm.
  • The office was disrupted by the man, whom many consider to be rude – Onun ofisi çoxlarının kobud hesab etdiyi adam tərəfindən pozuldu.
  • The man who ran through the office was very rude – Ofisə girən adam çox kobud idi.
  • Those who do not know history are doomed to repeat it – Tarixi bilməyənlər bunu təkrar etməyə məhkumdurlar.
  • He saw the faces of those whom he loved at his birthday celebration – o, doğum günündə sevdiyi insanların üzlərini gördü.
  • She saw a lady whom she presumed worked at the store, and she asked her a question – Mağazada işlədiyi ehtimal olunan bir xanımı gördü və ona bir sual verdi.
  • Here dwells an old woman with whom I would like to converse – Burada danışmaq istədiyim yaşlı bir qadın yaşayır.
  • Whom do you think we should support in the upcoming Presidential election? – Sizcə, qarşıdakı Prezident seçkilərində kimə dəstək olmalıyıq?
  • The man whom you met on Saturday is coming to dinner – Şənbə günü görüşdüyünüz adam yeməyə gəlir.
  • This is the man whom I told you about – Bu barəsində sizə danışdığım adamdır.
  • John is the man whom you met at diner last week – John, keçən həftə axşam yeməyində görüşdüyünüz adamdır.
  • Lisa is the girl with whom I’m driving to Maine – Lisa, Maine’yə apardığım qızdır.
  • Whom shall I call? – Kimə zəng edim?
  • We had already known the man who became the head of the office – Biz ofisin müdiri olan kişini onsuzda tanıyırdıq.
  • The clients who need more information can write an email to customer support service. – Daha çox məlumata ehtiyacı olan müştərilər müştəri dəstək xidmətinə e-mail yaza bilər.
  • Who did you see at the party? – Sən partidə kimi gördün?
  • Whom did you see at the party? – Sən partidə kimi gördün?
  • Who was the ugly man talking to? – Çirkin adam kimlə danışırdı?
  • To whom was the ugly man talking? – Çirkin adam kimlə danışırdı?
  • Who can we call in case of emergency? – Təcili vəziyyətdə kimə zəng edə bilərik?
  • Whom can we call in case of emergency? – Təcili vəziyyətdə kimə zəng edə bilərik?

Aşağıda içərisində Whom olan və telefon danışıqlarında geniş istifadə edilən ifadələr yer alır:

  • Who would you like to talk to? – Kiminlə danışmaq istərdiniz?
  • Whom did you want me to contact? – Kiminlə əlaqəyə keçməyimi istədiniz?
  • With whom did you go the meeting? – İclasa kiminlə getdiniz?
  • To whom it may concern – məsul şəxsin diqqətinə. Bu ifadə yazı yazarkən adını bilmədiyimiz şəxsə müraciət etmək üçün istifadə edilir.

İpucları:

Əgər şübhələnirsinizsə, o zaman hansı şəxs əvəzliyinə ehtiyacınızın olduğunu görmək üçün cümləni yenidən nəzərdən keçirin və aşağıdakı qaydalara uyğun olaraq who və ya whom istifadə edin.

he, she, they, we üçün WHO istifadə edilir: The people who just boarded the plane are in a rock band – Təyyarəyə yeni minən insanlar rok qrupundadır. Bu cümləni qısaltsaq, cümlə They just boarded the plane formasını alacaq. Dolayısı ilə, burada who istifadəsi məqsədəuyğundur.

him, her, them, us üçün WHOM istifadə edilir:

The cousin whom we met at the family reunion is coming to visit – Ailənin birləşməsi zamanı tanış olduğumuz xala uşağı ziyarətə gəlir. Bu cümləni qısaltsaq, cümlə We met him at the family reunion formasını alacaq ki, burada da whom istifadəsi daha uyğundur.

The agent with whom I spoke was able to help me – Danışdığım agent mənə kömək edə bildi. Bu cümlə qısaldığı zaman, I spoke with her formasını alır və bu zaman whom istifadəsi düzgün seçim qəbul edilir.

Who və Whose arasındakı fərq nədir?

Who, relative clause-da şəxslər üçün istifadə edilir və özündən sonda feil gəlir. Whose isə, relative clauses-da his, hers və theirs yerinə işlənir və özündən sonra isim gəlir. Əgər sifət cümləsini yiyəlik əvəzliyi ilə quracağıqsa, o zaman “whose” istifadə edilir.

 “Whose” obyektlər (əşyalar) üçün də istifadə edilə bilər. Aşağıda bununla bağlı nümunə cümlələr verilmişdir:

  • The girl is looking for you. Her bag is purple – Qız səni axtarır. Onun çantası bənövşəyi rəngdədir.
  • The girl whose bag is purple  is looking for you – Çantası bənövşəyi rəngdə olan qız səni axtarır.
  • I met a man. His wife works in the hospital. – Mən kişi ilə tanış oldum. Onun həyat yoldaşı xəstəxanada işləyir.
  • The musician who wrote this song is Canadian – Bu mahnını yazan musiqiçi Kanadalıdır.
  • The witnesses whom I interviewed gave conflicting evidence – Müsahibə verdiyim şahidlər ziddiyyətli dəlillər verdilər.
  • The vacuum scared our cat Scooter, who was sleeping on the rug – Vakuum xalçanın üzərində yatan pişik Scooterimizi qorxutdu.
  • The man whose daughter won the tournament is a tennis coach – Qızı turniri qazanan kişi tennis məşqçisidir.
  • A dog whose owner lets it run loose may cause an accident – Sahibinin boş qalmasına icazə verən bir it qəzaya səbəb ola bilər.
  • The tree whose branches shade my kitchen window is an oak – Budaqları mətbəx pəncərəsinə kölgə salan ağac palıddır.
  • I met a man whose wife works in the hospital – Həyat yoldaşı xəstəxanada işləyən kişi ilə tanış oldum.
  • I find a wallet whose colour is grey – Mən rəngi boz olan pul qabı tapdım.
  • The people who are in this picture are having fun – Bu şəkildəki insanlar əylənir.
  • The people who I see are having fun – mənim gördüyüm insanlar əylənir.
  • The people whose faces I am looking at seem happy – üzlərinə baxdığım insanlar xoşbəxt görünürlər.

Yuxarıdakı üç cümlənin hər birində insanlar sözünü izah edən bir sifət cümləsi var. İki cümlədə who, sonuncu cümlədə isə whose istifadə edilib. Bəs bunların nə kimi fərqi mövcuddur? Who əvəzlikdir. Adjective Clause-n subyektinin və ya obyektinin əvəzinə işlənir.  

  • The people are having fun. They are in this picture – İnsanlar əylənir. Onlar bu şəkildədirlər.
  • The people who are in this picture are having fun – Bu şəkildəki insanlar əylənir.
  • The people are having fun. I see them – insanlar əylənir. Mən onları görürəm.
  • The people who I see are having fun – mənim gördüyüm insanlar əylənir.

Rəsmi İngilis dilində whom obyektin əvəzinə istifadə edilir. Ancaq bu günümüzdə çox nadir hallarda baş verir. Whom istifadə edildiyi yeganə yer sözönündən sonradır: The man to whom I am speaking is my boss – danışacağım adam mənim müdirimdir.

Whose isə sifət kimi davranır və My, Your, Our, Their, His, Her, Its kimi yiyəlik sifətlərinin yerinə işlənir:

  • The people seem happy. I am looking at their faces – İnsanlar xoşbəxt görünür. Mən onların üzlərinə baxıram.
  • The people whose faces I am looking at seem happy – Üzlərinə baxdığım insanlar xoşbəxt görünürlər.

Aşağıda verilmiş cümlələrdən birincisi yanlış, ikinci və üçüncüsü isə onun doğru variantıdır:

  • The men whose work downtown are busy.
  • The men are busy. They work downtown – Kişilər məşğuldur. Onlar şəhərin mərkəzində işləyirlər.
  • The men who work downtown are busy – Şəhər mərkəzində işləyən kişilər məşğuldurlar.
  • A phone who its screen is big is easier to use.
  • A phone is easier to use. Its screen is big – Bir telefon istifadə etmək daha asandır. Ekranı böyükdür.
  • A phone whose screen is big is easier to use – Ekranı böyük olan bir telefon istifadə etmək asandır.

Who’s vs. Whose

Həm who’s, həm də whose, şəxs əvəzliyi olan who-dan gəlir.  Whose yiyəlik əvəzliyidir. Bir şeyin kimə aid olduğu soruluşan zaman istifadə edilir.

  • who’s hungry? – kim acdır?
  • whose sandwich is this? – bu kimin sendviçidir?

Artıq bilirik ki, whose və who’s whom və who-dan əmələ gəlib. Bəs onların hər birindən nə zaman istifadə edirik?

Who’s: “Who’s “who + is” və ya “who + has” formasının qısaldılmasıdır və ixtisar edilmiş hərflərin yerinə apostrof işarəsindən istifadə edilir. Məsələn, Who is going to the party? – partiyə kim gedir? cümləsi başqa formada Who’s going to the party? kimi də işlənə bilər.

“who’s” ilə bağlı nümunələr aşağıda verilmişdir:

  • Who’s coming to dinner tonight? – Bu axşam yeməyə kim gəlir?
  • Who’s got a better idea? – Kimdə daha yaxşı bir fikir var?
  • Who’s excited for the new Avengers movie? – Yeni Avengers filmi kimi həyəcanlandırdı?

Whose: “who’s” ifadəsi “who” sözünün forması olsa da, “whose” sözü “whom” ilə əlaqəlidir. Whose əşyanın və ya hər hansı bir şeyin sahibinin kim olduğunu bildirən yiyəlik əvəzliyidir. Məsələn,

“Whose puppy is this?” – bu kimim küçüyüdür? cümləsi “To whom does this puppy belong?” cümləsini ifadə etməyin bir başqa yoludur.

Aşağıda “whose” istifadəsi ilə bağlı nümunələr verilmişdir:

  • Whose car alarm is going off? – Kimin avtomobilinin həyəcan siqnalı sönür?
  • Whose house are we going to? – Kimin evinə gedirik?
  • Whose shoes are these? – Bunlar kimin ayaqqabısıdır?

İngilis dilinin qrammatikasında önəmli yeri olan bir mövzumuzun daha sonuna gəldik. Əgər siz də qrammatik qaydalarla kifayətlənmək istəməyib, daimi olaraq çox sayda söz öyrənmək istəyirsinizsə, o zaman Wordly məhz sizin üçündür. Wordly sizə nə qatacaq? Bu platforma vasitəsi ilə siz hər gün səviyyənizə və maraq dairənizə uyğun olan sözləri tərcümələri ilə birlikdə görəcəksiniz. Sözlərin mənası, cümlə içərisində istifadə qaydası və cümlələrin tərcüməsi ilə tanış olacaqsınız.

Platforma bildirişlər vasitəsi ilə öyrəndiyiniz sözləri müəyyən aralıqlarla yadınıza salacaq və unutqanlığın qarşısına keçəcəkdir. Səsləndirmə vasitəsi ilə həm cümlələrin, həm də sözlərin oxunuşunu eşidəcəksiniz. İnternetsiz, offline olaraq işləyə bilmə özəlliyinə sahib olduğu üçün hər yerdə, hər zaman öyrənməyə davam edə biləcəksiniz.

Recent Content