Will ilə bağlı cümlələr: Will mövzu izahı - Wordly Danışır ...

Will ilə bağlı cümlələr: Will mövzu izahı


Will ilə bağlı cümlələr Will mövzu izahı

İngilis dilində bilməli olduğumuz ən vacib mövzulardan biri “Will”-dir. Çünki “Will”-in bir çox fərqli istifadə forması mövcuddur. Odur ki, bu yazımızda “Will”-in bütün istifadə formalarına toxunacaq, cümlə nümunələri ilə tanış olacağıq.

İngilis dilində Will Nədir?

İngilis dilində gələcək zamanla (Future Tense) bağlı hal və hərəkətləri, alınan qərarları ifadə edən “will”, cümlə içərisində məsdər olaraq istifadə edilən feildən əvvəl gəlir. Sözün mənası “-acaq2” şəklindədir. İnkar forması “will not” ilə düzəlir və qısaldılmış formada “won’t”  kimi olur.

İngilis dilində Will istifadəsi necədir?

İngilis dilində Will-in bir neçə istifadə forması mövcuddur. Bunlar aşağıdakılardır:

  1. Gələcək zamanla bağlı:

Will, gələcək zamanla bağlı olacağını düşündüyümüz hal və hərəkətləri ifadə etmək üçün istifadə edilir. Bunlar təxmin, hesablamanın nəticəsi, ümid, gözlənti, iananc ola bilər.

  • It will snow tomorrow -sabah qar yağacaq.
  • They will consume less organic food tomorrow -onlar sabah daha az orqanik qida qəbul edəcək.
  • We’ll win the match -biz oyunu qazanacağıq.
  • The quiz won’t be easy -imtahan asan olmayacaq.

2. Müəyyən sözlər ilə birlikdə:

I’m afraid (qorxuram ki), I hope (ümid edirəm ki), I expect (gözləntim odur ki), I am sure (əminəm), perhaps (bəlkə), probably (ehtimal ki), certainly/definetely (mütləq ki) kimi sözlərlə birlikdə tez-tez istifadə edilir.

  • I’m afraid David will forget my birthday again -qorxuram ki, David yenə mənim doğum günümü unudacaq.
  • Perhaps they will be late for the lesson -bəlkə dərsə gecikəcəklər.
  • You’ll probably see Jennifer when you go to the wedding -sən toya getdiyin zaman yəqin ki, Jenniferi görəcəksəm.
  • They certainly won’t earn money -onlar əminliklə pul qazanmayacaqlar.

3. Ani verilən qərarlar

Müəyyən bir şeyi etmək üçün qəflətən bir qərar verirsinizsə, bunu bildirərlən “wil” qəlibindən istifadə etməlisiniz. Bu, adətən danışıq əsnasında verilən qərarlar (planlanmamış, əvvəlcədən qərar vermədiyimiz)  üçün nəzərdə tutulur:

  • A: Did you post those books? -sən o kitabları göndərdinmi?
  • B: No, I forgot. I will post books tomorrow -xeyr, unutdum. Mən kitabları sabah göndərəcəyəm.

 

  • A: I am hungry -mən acmışam.
  • B: Ok. I will make you something to eat -yaxşı, mən yemək üçün sənə bir şey hazırlayaram.

 

  • A: I’m cold -mən üşüyürəm.
  • B: Then I’ll turn  on the heater -onda isidicini açım.

 

  • A: There’s a elephant in the garden -bağçada fil var.
  • B: I’ll call the zoo -zooparka zəng edim.

 

  • A: What would you like to have? -sən nə almaq istəyərsən?
  • B: I’ll have some apple juice -alma suyu alım.

4. Will ifadələri söz vermək, fikir bildirmək, rədd, təklif və s. kimi mənalara gəlir.

Cümlə nümunələrinə baxaq:

  • I’ll remember to water the trees, I promise -ağacları sulamağı xatırlayacam, söz verirəm.
  • I won’t forget David’s birthday again -mən Davidin doğum gününü təkrarən unutmayacağam.
  • If they don’t stop making noise, I’ll call the police -əgər onlar səs-küy salmağı saxlamasalar, mən polisə zəng edəcəyəm.
  • We won’t discuss to you again -biz səninlə bir daha müzakirə etməyəcəyik.
  • I’ll bring you something to drink -sənə içmək üçün nə isə gətirim.
  • I’ll open the door for Jennifer -Jenniferə qapını açım.

5. Qeyri-rəsmi təklif və xahişlər:

Will you? rəsmi olmayan təklif və xahişlər üçün istifadə edilir. Nümunələrlə tanış olaq:

  • Will you join us? -Bizə qoşulacaqsan?
  • Will you have juice with me? -Mənimlə meyvə suyu içəcəksən?
  • Will you clean the table? -Masanı təmizləyəcəksən?
  • Will you pass me the salt, please? -Xahiş edirəm mənə istiot ötürərsən?

Will istifadəsinin qrammatik formulu necədir?

İngilis dilində Will-n istifadə edildiyi təsdiq cümlələrini qurmaq üçün, İngilis dilində təsdiq cümlələrinin necə qurulduğunun formulunu, dolayısı ilə qrammatikasını bilmək lazımdır. Bu zaman formasının cümlə formulu Subject + Will + Verb şəklindədir. Bu halda Will, hər zaman özündən sonra feil tələb edir. Aşağıda verilmiş cümlə nümunələrinə nəzər salaq:

  • I will take a quiz tomorrow -mən sabah imtahana girəcəyəm.
  • Jennifer will graduate in two months -Jennifer iki aya məzun olacaq.
  • I will clean the garden -mən bağı təmizləyəcəyəm.
  • They will go to the university -onlar universitetə gedəcəklər.
  • Jennifer is too tired now. She will wash the dishes tomorrow -Jennifer indi çox yorğundur. O, qabları sabah yuyacaq.

İngilis dilində Will necə qısaldılır?

İngilis dilində Will-i qısaltmaq üçün apostrof işarəsindən istifadə edilir və “ll” qısaltması əlavə olunur. Çünki “will” qısaldılaraq ‘ll şəklində yazıla bilir. Bununla bağlı nümunələr aşağıdakı kimidir:

  • He’ll come here in the morning -o, buraya səhər gələcək.
  • I’ll drink juice -mən meyvə suyu içəcəyəm.
  • We’ll play basketball -biz basketbol oynayacağıq.
  • We’ll paint the garden -biz bağı rəngləyəcəyik.

İngilis dilində Will-in inkar forması necədir?

İngilis dilində Will-n istifadə edildiyi inkar cümlələrini qurmaq üçün, İngilis dilində inkar cümlələrinin necə qurulduğunun formulunu, dolayısı ilə qrammatikasını bilmək lazımdır. Belə ki, Will ilə qurulan inkar cümlələrində cümlənin quruluşu Subject + Won’t + Verb

şəklində olur. Yəni inkar cümləsi qurularkən “will” özündən sonra “not” inkar hissəciyi tələb edir. Qeyd: Will not = won’t. Aşağıda bu qayda ilə bağlı cümlə nümunələri verilmişdir:

  • Jennifer won’t go to school tomorrow -Jennifer sabah məktəbə getməyəcək.
  • I won’t tell them again -Mən onlara bir daha danışmayacağam.
  • They won’t eat dinner tonight -onlar bu gecə nahar etməyəcəklər.
  • We won’t disappoint my sister again -biz bir daha bacımı məyus etməyəcəyik.
  • Tomorrow is Sunday. We won’t go to university -sabah bazar günüdür. Universitetə getməyəcəyik.
  • A: Will the director be here tomorrow? -Direktor sabah burada olacaq?
  • B: No, he won’t -Xeyr, olmayacaq.
  • Jennifer won’t have lunch. She says she isn’t hungry -Jennifer nahar yeməyəcək. Ac olmadığını söyləyir.
  • My mother won’t be at home before midnight -Gecə yarısından əvvəl anam evdə olmayacaq.
  • Don’t call me tonight. I won’t be at home -Bu gecə mənə zəng etmə. Evde olmayacam.
  • I don’t like cake. I won’t eat it -Tortu sevmirəm. Mən yeməyəcəm.
  • I’m in a hurry. I won’t wait for the bus. I will take a taxi -Tələsirəm. Avtobus gözləməyəcəm. Mən bir taksiyə minəcəyəm.

Will ilə bağlı cümlələr

Növbəti başlıqların hər birində Will ilə bağlı müxtəlif növ cümlə nümunələri ilə tanış olacaqsınız. Bunlara Will və Won’t ilə qurulmuş nümunələr daxildir:

Will ilə bağlı sual cümlələri

İngilis dilində Will-n istifadə edildiyi sual cümlələrini qurmaq üçün,  İngilis dilində sual cümlələrinin necə qurulduğunun formulunu, dolayısı ilə qrammatikasını bilmək lazımdır. Belə ki, Will ilə qurulan sual cümlələrində cümlənin quruluşu Will + Subject + Verb şəklində olur. Yəni sual cümləsi qurularkən “will” mübtədanın əvvəlinə keçir:

  • Will you talk to your sister? -sən bacınla danışacaqsan?
  • Will Jennifer do her homework? -Jennifer ev tapşırığını yerinə yetirəcəkmi?
  • Will you eat their meal? -sən onların yeməyini yeyəcəksən?
  • Will you go to to cinema tomorrow? -Sabah kinoteatra gedəcəksiniz?
  • What will Jennifer drink at breakfast? -Jennifer səhər yeməyində nə içəcək?
  • Will we learn Russian next year? -Gələn il rus dilini öyrənəcəyik?
  • Will they come to see us in Autumn? -Payızda bizi görməyə gələcəklər?
  • Will Jennifer make a cake on Friday? -Jennifer Cümə günü bir tort hazırlayacaq?
  • Will you give all your articles to the teacher? -sən bütün məqalələrini müəllimə verəcəksənmi?
  • When will they come to Baku? -onlar Bakıya nə vaxt gələcəklər?
  • How will David paint this wall? -David bu divarı necə çəkəcək?
  • Where will you go tomorrow? -sən sabah hara gedəcəksən?
  • What will your brother give you? -qardaşın sənə nə verəcək?

Davamı

  • Where will they play football on Monday? -onlar Bazar ertəsi harada futbol oynayacaqlar?
  • Will Jennifer come to the cinema with us today? -Jennifer bu gün bizimlə kinoteatra gələcəkmi?
  • What will Jennifer do at the post office? -Jennifer poçtda nə edəcək?
  • When will Jennifer get married? -Jennifer nə vaxt evlənəcək?
  • Will the internet become popular? -İnternet populyarlaşacaqmı?
  • When will my sister get better? -mənim bacım nə vaxt yaxşılaşacaq?
  • Where will you travel the next day? -sən növbəti gün haraya səyahət edəcəksən?
  • Who will they meet tomorrow? -onlar sabah kimlə görüşəcəklər?
  • What will you buy for your sister’s birthday? -sən bacının ad günü üçün nə alacaqsan?
  • Where will they study after university? -Universitetdən sonra harada oxuyacaqlar?
  • Will you fail the quiz? -sən imtahandan keçə bilməyəcəksən?
  • Will you be a famous volleyball player? -sən məşhur voleybolçu olacaqsan?
  • How old will you be next year? -gələn il sənin neçə yaşın olacaq?

Won’t ilə bağlı cümlə nümunələri

Aşağıda gələcək zamanın bir digər inkar forması olan Won’t ilə bağlı cüml nümunələri verilmişdir:

  • I won’t go to university tomorrow -mən sabah universitetə getməyəcəm.
  • Jennifer won’t have dinner -Jennifer nahar etməyəcək.
  • They won’t watch TV tonight -onlar bu gecə televizora baxmayacaqlar.
  • We won’t invite Jennifer to the party -biz Jenniferi qonaqlığa dəvət etməyəcəyik.
  • David won’t wash his car tomorrow -David sabah maşınını yumayacaq.
  • Jennifer won’t read this novel -Jennifer bu romanı oxumayacaq.
  • Children won’t listen to their teacher -Uşaqlar müəllimlərinə qulaq asmayacaqlar.
  • My aunt won’t visit the museum with me -xalam mənimlə muzeyi ziyarət etməyəcək.
  • David and Jennifer won’t work in Russia -David və Jennifer Rusiyada işləməyəcəklər.
  • Jennifer won’t take part in the competition -Jennifer yarışmada iştirak etməyəcək.

Won’t ilə bağlı sual cümlələri

Aşağıda gələcək zamanın bir digər inkar forması olan Won’t ilə bağlı sual cümləsi nümunələri verilmişdir:

  • Won’t I go to university tomorrow? -mən sabah universitetə getməyəcəm?
  • Won’t Jennifer have dinner? -Jennifer nahar etməyəcək?
  • Won’t they watch TV tonight? -onlar bu gecə televizora baxmayacaqlar?
  • Won’t we invite Jennifer to the party? -biz Jenniferi qonaqlığa dəvət etməyəcəyik?
  • Won’t David wash his car tomorrow? -David sabah maşınını yumayacaq?
  • won’t Jennifer read this novel? -Jennifer bu romanı oxumayacaq?
  • won’t children listen to their teacher? -Uşaqlar müəllimlərinə qulaq asmayacaqlar?
  • won’t my aunt visit the museum with me? -xalam mənimlə muzeyi ziyarət etməyəcək?
  • won’t David and Jennifer work in Russia? -David və Jennifer Rusiyada işləməyəcəklər?
  • won’t Jennifer take part in the competition? -Jennifer yarışmada iştirak etməyəcək?

Will ilə bağlı sual nümunələri

Bu başlıq altında Will mövzusu ilə bağlı boşluq doldurma testi ilə tanış ola bilərsiniz:

People will ____ on the moon in the future

  • A) living
  • B) live
  • C) are live
  • D) be live

I _____ return the book tomorrow.

  • A) will
  • B) am
  • C) not
  • D) did

David _____ at eight tomorrow morning.

  • A) will arrives
  • B) arrives
  • C) will going arrive
  • D) will arrive

When Tom arrives we _____ a party.

  • A) will has
  • B) have
  • C) are going to has
  • D) will have

A: This letter is in French, and I don’t know French. Can you help me? B: Sure, I _______ it for you.

  • A) translates
  • B) won´t translate
  • C) will translate
  • D) am translate

A: Can you give Jennifer a message for me? B: Sure, Probably I _____ him at the meeting this evening.

  • A) will see
  • B) see
  • C) saw
  • D) am seeing

I am not sure but It _____ tomorrow.

  • A) rain
  • B) will rains
  • C) will going to rain
  • D) will rain

Nobody ______ recognize you in that wig.

  • A) are going to
  • B) will
  • C) won´t
  • D) isn´t go to

Choose the correct sentence.

  • A) He will comes tomorrow
  • B) They will do it for me
  • C) He wills be at the meeting
  • D) Where will you be now?

I will ______ right here until Jessica comes.

  • A) wait
  • B) waiting
  • C) waits
  • D) not waiting

İngilis dilində Will ilə bağlı test nümunələri PDF

PDF formasında olan test nümunələri ilə tanış olmaq üçün bu bağlantıdan istifadə edə bilərsiniz.

Will ilə Modal feillər arasındakı oxşarlıq nədədir?

İngilis dilində Will eyni zamanda modal söz olaraq da istifadə edilir. Modal söz olaraq aşağıdakı mənaları ifadə edir:

  • Qətiyyət: I’ ll pass that exam -mən bu imtahanı verəcəyəm.
  • Gələcək haqqında fikir və təxminlər: It will snow -qar yağacaq.
  • Söz vermək: I’ll do whatever Jennifer say -Jennifer nə desə mən onu edəcəyəm.
  • Qaçılmaz situasiyalar: Accidents will happen -qəzalar olacaq.
  • Rədd etmək: I’ll not talk to Jennifer -mən Jennifer ilə danışmayacağam.
  • İstək-niyyət: I’ll help you to do the exam -imtahanını etməkdə sənə kömək edəcəyəm.
  • Dəvət-təklif: Will you have some latte? -bir az latte içərsən?

Will niyə Future Tense üçün vacibdir?

İngilis dilində sadə gələcək zamanın formulu mübtəda + köməkçi feil + əsas feil olduğu üçün Will bu zaman forması baxımından olduqca önəmlidir. Aşağıda Will ilə qurulan bu zaman formasının bütün şəxs əvəzliklərinin təsdiq, inkar və sual cümlə formaları verilmişdir.

TƏSDİQ İNKAR

SUAL

I will buy – mən alacağam. I will not (won’t) buy – mən almayacağam. Will I buy? – mən alacağam?
You will buy – sən alacaqsan. You won’t buy – sən almayacaqsan. Will you buy? – sən alacaqsan.
He will buy – o alacaq. He won’t buy – o almayacaq. Will he buy? – o alacaq?
She will buy – o alacaq. She won’t buy – o almayacaq. Will she buy? – o alacaq?
It will buy – o alacaq. It won’t buy – o almayacaq. Will it buy? – o alacaq?
We will buy – biz alacağıq. We won’t buy – biz almayacağıq. Will we buy? – biz alacağıq?
They will buy – onlar alacaqlar. They won’t buy – onlar almayacaq. Will they buy? – onlar alacaq?

Nümunə cümlələrə baxaq:

  • I will see Jennifer tomorrow -mən Jenniferi sabah görəcəyəm.
  • I will go to Baku next week -mən gələn həftə Bakıya gedəcəyəm.

Will və Going to arasındakı əlaqə nədədir?

İngilis dilində həm will, həm də be going to gələcək zamanı bildirir. To be going to, edəcəyimiz bir şeyi və ya vermiş olduğumuz qərarı vurğulamaq üçün istifadə edilir. Aşağıda bununla bağlı cümlə nümunələri verilmişdir:

  • I will go to Baku -mən Bakıya gedəcəyəm.
  • I am going to go to Baku. They have already bought the tickets! -mən Bakıya gedəcəyəm. Onlar biletləri çoxdan alıb.

Nümunə dialoq:

  • A: I will go to the cinema today. Do you want to come with me? -mən bu gün kinoya gedəcəm. Mənimlə gəlmək istəyirsən?
  • B: No, thank you. I will be busy with my lesson -xeyr, sağ olun. Mən dərsimlə məşğul olacağam.
  • A: What will you do after you finish your lesson? -sən dərsini bitirdikdən sonra nə edəcəksən?
  • B: I don’t have any plans. Shall we take a walk? -mənim heç bir planım yoxdur. Gəzməyə gedək?
  • A: Okay. I will calll you today -yaxşı. Bu gün sənə zəng edəcəyəm.

İngilizce Kelime Ezberlemek Artık Çok Kolay

Uygulamayı Ücretsiz İndir; Her gün yeni kelimeler telefonuna gelsin
Örnek cümle ve anlamlarını öğren
Hatırlatmalarla pratik yap, kalıcı öğren, unutma
Offline modu ile Internete ihtiyacın olmadan kelime öğren
İngilizce Kelime Öğrenmeye Başla

Recent Content

×
wordly-logo
Wordly İngilizce Öğrenme ve Kelime Ezberleme Uygulaması
Uygulamayı Ücretsiz İndir
Her gün yeni kelimeler telefonuna gelsin
Uygulamayı İndir
×

Ücretsiz İngilizce Öğrenme Uygulaması

Uygulamayı Yükle
Her gün yeni kelime öğren