Will və Be Going to arasındakı fərqlər və nümunələr - Wordly

Will və Be Going to arasındakı fərqlər və nümunələr


Will və Be Going to arasındakı fərqlər və nümunələr

İngilis və Azərbaycan dilləri arasında oxşar nüanslar olduğu kimi olduqca fərqli nöqtələr də mövcuddur. Məsələn, İngilis dilində Will və Going to qəliblərinin hər ikisi gələcək zaman formasını ifadə edir. Ancaq xarici dil öyrənməyə çalışanları çətinə salan nöqtələr də hər zaman elə bu mərhələdə ortaya çıxır. Bu iki qəlib eyni zamanı ifadə etmələrinə baxmayaraq fərqli yerlərdə istifadə edilir. Yəni gələcək zaman mənası daşıyan, ancaq fərqli vəziyyətləri bildirən istifadələrə sahibdirlər. Elə isə ‘will’ və ‘be going to’ hansı hallarda istifadə edilir, ikisi arasında nə kimi istifadə fərqləri mövcuddur, gəlin baxaq.

Will və Going To arasındakı fərqlər nələrdir?

‘Will’, heç bir əsası olmayan gələcək zamana aid təxminlərdə istifadə edildiyi halda, ‘going to’, güclü əsaslandırmaya malikdir.

‘Will’, hadisə anında verdiyimiz qəfil qərarlar üçün istifadə edilsə də, ‘going to’, əvvəlcədən planlanmış, yaxın gələcəkdə reallaşmasına qərar verilmiş hadisələr üçün istifadə edilir.

İngilis dilində Will hansı hallarda istifadə edilir?

‘Will’ İngilis dilində Future Tense, yəni gələcək zaman mövzusundan tanıdığımız bir sözdür və gələcək zamanı bildirmək məqsədi ilə istifadə edilən köməkçi feildir. Ümumi olaraq “-acaq2” kimi bir məna ifadə edir.

Mübtəda + Köməkçi feil + Əsas feil formuluna əsasən qurulan cümlə qəliblərinə sahibdir.

You will swim.”, deyildiyi zaman bu cümlə “sən üzəcəksən” mənasına gəlir. Verilmiş cümlə nümunələrinə baxaq:

  • David won’t play today -David bu gün oynamayacaq.
  • Will you take anything? -sən nə isə alacaqsanmı?
  • You will study this month -sən bu ay dərs oxuyacaqsan.
  • Jennifer won’t wait too much -Jennifer çox gözləməyəcək.
  • They will be successful -onlar uğurlu olacaqlar.
  1. Anidən verilən qərarlarda Will istifadə edilir

Müəyyən bir şeyi etmək üçün qəflətən bir qərar verirsinizsə, bunu bildirərlən “wil” qəlibindən istifadə etməlisiniz. Bu, adətən danışıq əsnasında verilən qərarlar (planlanmamış, əvvəlcədən qərar vermədiyimiz) üçün nəzərdə tutulur:

  • A: Did you post those books? -sən o kitabları göndərdinmi?
  • B: No, I forgot. I will post books tomorrow -xeyr, unutdum. Mən kitabları sabah göndərəcəyəm.

 

  • A: I am hungry -mən acmışam.
  • B: Ok. I will make you something to eat -yaxşı, mən yemək üçün sənə bir şey hazırlayaram.

 

  • A: I’m cold -mən üşüyürəm.
  • B: Then I’ll turn  on the heater -onda isidicini açım.

 

  • A: There’s a elephant in the garden -bağçada fil var.
  • B: I’ll call the zoo -zooparka zəng edim.

 

  • A: What would you like to have? -sən nə almaq istəyərsən?
  • B: I’ll have some apple juice -alma suyu alım.
  1. Gələcək zamanla bağlı təxminlərdə Will istifadə edilir

Gələcək zamana aid dəqiqliyi olmayan təxminlər irəli sürərkən,  ‘will’ istifadə edilir. Əgər hər hansı bir hadisənin reallaşacağı dəqiq deyilsə, ehtimal əsasında danışıq aparılırsa, o zaman bu qəlibdən istifadə edilir. Bu qayda ilə bağlı cümlə nümunələrinə nəzər salaq:

  • I am afraid we will be late for the exam -qorxuram ki, imtahan üçün gecikəcəyik.
  • Jennifer doesn’t study enough -o, kifayət qədər dərs oxumur.
  • I know. I think David won’t graduate from the school -bilirəm. Fikirləşirəm ki, David məktəbdən məzun olmayacaq.
  • ICT is developing very fast -İKT çox sürətli inkişaf edir.
  • You think we will use capsules instead of food one day -sən düşünürsən ki, bir gün yemək yemək əvəzinə kapsullardan istifadə etməyə başlayacağıq.

Gələcək zamanla bağlı dəqiq olmayan ehtimallardan bəhs edərkən adətən ‘I think..’, ‘I’m afraid..’ kimi cümlələrin şahidi oluruq.

  1. Təklif edərkən və ya Söz Verərkən Will istifadə edilir

Bir insana müəyyən bir mövzu ilə bağlı söz verərkən ‘will’ istifadə edilir. Bundan əlavə, nə isə təklif edəcəyimiz zamanlarda da ‘will’ istifadə edirik. Nümunə cümlələr:

  • A: My quiz is very hard -mənim imtahanım çox çətindir.
  • B: Don’t worry! Jennifer will help you -narahat olma. Jennifer sənə kömək edəcək. (söz vermək)

 

  • A: Jennifer looks very tired -Jennifer çox yorğun görünür.
  • B: I will do the ironing for her – Onun üçün ütüləməyi mən edəcəyəm (təklif)

 

  • A: The bag is very heavy -çanta çox ağırdır.
  • B: Ok, I will carry it for Jennifer -yaxşı, Jennifer üçün mən daşıyaram (təklif)

İngilis dilində Going to hansı hallarda istifadə edilir?

‘Be going to’ eynilə will kimi Future Tense, yəni gələcək zaman mənası daşıyır və “-acaq, -əcək” mənasına gəlir. ‘Will’ ilə müqayisədə daha yaxın gələcək zamanı ifadə edir və güclü sübutlara əsaslanan vəziyyətlər üçün daha uyğundur. Mübtəda + Be Going To + Feil formuluna əsasən istifadə edilir.

‘I’m going to buy a new dress’ dediyimiz zaman ‘mən yeni don alacağam’ deyildiyi və bunun yaxın zamanda reallaşacağını başa düşürük. Aşağıda bununla bağlı cümlə nümunələri verilmişdir:

  • Jennifer is going to take her to dinner -Jennifer onu yeməyə aparacaq.
  • They are going to leave tonight -onlar bu gecə yola düşəcəklər.
  • I am going to play piano -mən piano çalmağa hazırlaşıram.
  • Jennifer isn’t going to tell -Jennifer deməyəcək.
  • It isn’t going to snow -qar yağmayacaq.
  • Are they going to join the party? -onlar əyləncəyə qoşulacaqlar?
  1. Gələcəklə bağlı planlanmış hal və hərəkətlərdə Going to istifadə edilir

əgər hər hansı hal və hərəkət əvvəlcədən planlaşdırılmayıbsa və tezliklə olmasına qərar verilibsə o zaman ‘going to’ istifadə edilir. Cümlə nümunələrinə baxaq:

  • They are going to get married in three days -onlar üç gün içərisində evlənəcəklər (planlaşdırırlar)
  • A: Did you give him his present? -sən ona hədiyyəsini verdinmi?
  • B: No. I am going to give it to David tonight at dinner -xeyr. Mən hədiyyəni ona bu gecə axşam yeməyində verəcəyəm.

 

  • A: Are you coming to the opera tonight? -sən bu gecə operaya gələcəksən?
  • B: No, I am not. I am going to go to the cinema with my mom -xeyr, gəlmirəm. Mən anamla kinoteatra gedəcəyəm.

 

  1. Müəyyən bir hadisənin reallaşdığına dair sübut varsa Going to istifadə edilir

Müəyyən bir hadisənin tezliklə baş verəcəyinə dair güclü sübut varsa, o zaman ‘be going to’ qəlibindən istifadə edilir. Nümunələrlə tanış olaq:

  • A: Look at the sky! -buludlara bax!
  • B: It is going to rain -yağış yağacaq.

 

  • A: It is very cold and the roads are frozen -hava çox soyuqdur və yollar buz tutub.
  • B: Look! That man is going to fall -bax! O kişi yıxılacaq.

 

  • A: Watch out! You are going to hit your leg -diqqətli ol! Ayağın dəyəcək.
  • B: Oh! I didn’t notice the sofa -Oh! Mən divanı görmədim.

 

  1. Gələcəyə dair güclü bir məqsəd varsa Going to istifadə edilir

Gələcək zamanla bağlı planlarımız və niyyətlərimiz üçün ‘be going to’ qəlibindən istifadə edirik. Aşağıda bununla bağlı cümlə nümunələri verilmişdir:

  • I am going to become a famous artist one day -mən bir gün məşhur sənətçi olacağam.
  • David is going to become a doctor when he finishes medical school -David tibb fakültəsini bitirəndə həkim olacaq.
  • A: You won the competition, didn’t you? -yarışmanı qazandın, elə deyilmi?
  • B: Yes. We are going to buy a big house and a new car -bəli. Biz böyük bir ev və yeni maşın alacağıq.

Be Going to Test

Bu başlıq altında “be going to” mövzusu ilə bağlı 10 test nümunəsi ilə tanış ola, testi həll etməklə mövzunu nə dərəcədə başa düşdüyünüzü ölçə bilərsiniz.

1. Going to is usually used to talk about

  • the past
  • the present
  • the future

2. What’s the base form of the verb that always comes somewhere before going to?

  • is
  • be
  • are

3. “The train is going to arrive in an hour.” Which is the infinitive verb?

  • is going
  • going to
  • to arrive

4. Complete the special going to structure: “subject + be + _______ + to-infinite”.

  • go
  • going
  • going to

5. “I’m _______ fix it today. I’m too busy.” Which is correct?

  • going not to
  • going to not
  • not going to

6. Which word goes in the space? Simon and Emma ____ going to get married.

  • don’t
  • isn’t
  • aren’t

7. Complete the question: Where ____ going to study?

  • is you
  • you are
  • are you

8. Which sentence is NOT correct?

  • They’re not going visit the castle.
  • Paul’s not going to get a job.
  • We’re going to see a film.

9. Which is the correct reply?: Are you going to meet Ruth?

  • Yes, she is.
  • Yes, we are.
  • Yes I’m.

10. Which question is correct?

  • What time we going to arrive?
  • Where you are going to stay?
  • Which television are you going to buy?

İngilis dilində Will Going to testləri

Bu başlıq altında 10 test verilmişdir. İlk beş təsti həll etmək üçün “be going to” qəlibindən istifadə etməklə mötərizədəki feilin uyğun formasını boşluqlara yazın. Tövsiyəmiz cavablarına baxmadan testləri həll etməyinizdir.

  1. Jennifer _____ economics at University. (study)
  2. I ______ that phone – it’s too expensive. (not / buy)
  3. What are you _____ while your husband is away? (do)
  4. The weather forecast says that it ____ a nice day tomorrow. (be)
  5. We ________ for James. He’s always late. (not / wait)
  • 6. A: Did you remember to buy the newspaper I asked for?
  • B: Sorry, I forgot. I ________ buy it when I go to the market again.

 

  • 7. A: What’s that on your table?
  •    B: It’s a spider. I ________ take it outside.

 

  • 8. A: These boxes are very heavy. Jennifer can’t lift them.
  •  B: I ________ carry them for her.

 

  • 9. A: I heard that you will be going to Oxford University in August.
  • B: Yes, I ________ study English and French.

 

  • 10. A: Why didn’t you tidy your room?
  • B: I ________ go out in ten minutes, so I don’t have time.

 

Düzgün cavablar:

  1. is going to study.
  2. ‘m not going to buy.
  3. going to do.
  4. ‘s going to be
  5. ‘re not going to wait
  6. Will
  7. Will
  8. Will
  9. am going to
  10. am going to

Will Going to Exercises PDF

Yuxarıda verilmiş test nümunələrini toplu formada əldə etmək üçün bu PDF-dən istifadə edə bilərsiniz.

İngilizce Kelime Ezberlemek Artık Çok Kolay

Uygulamayı Ücretsiz İndir; Her gün yeni kelimeler telefonuna gelsin
Örnek cümle ve anlamlarını öğren
Hatırlatmalarla pratik yap, kalıcı öğren, unutma
Offline modu ile Internete ihtiyacın olmadan kelime öğren
İngilizce Kelime Öğrenmeye Başla

Recent Content

×
wordly-logo
Wordly İngilizce Öğrenme ve Kelime Ezberleme Uygulaması
Uygulamayı Ücretsiz İndir
Her gün yeni kelimeler telefonuna gelsin
Uygulamayı İndir
×
wordly-logo
تطبيق Wordly لتعلم اللغة الإنجليزية وحفظ المفردات الإنجليزية
تحميل التطبيق مجانا
احصل على كلمات جديدة على هاتفك كل يوم
Uygulamayı İndir
×
wordly-logo
WORDLY ingilis dili öyrənmə və söz əzbərləmə proqramı
Tətbiqi ödənişsiz yüklə
Hər gün yeni sözlər telefonuna gəlsin
Uygulamayı İndir