Work Felinin İkinci ve Üçüncu Forması - Wordly Danışır ...

Work Felinin İkinci ve Üçüncu Forması


Work Felinin İkinci ve Üçüncu Forması

İngilis dili qrammatikasının tələbələrə yaşatdığı bir sıra çətinliklər vardır. Bu çətinliklər hər bir tələbəyə görə dəyişiklik göstərsə də, çoxluq təşkil edən tələbələrin ortaq problemləri olur. Tədris mərkəzləri isə bu ortaq problemləri aradan qaldırmaq üçün həmin mövzulara daha detallı şəkildə vaxt ayıraraq məlumatları daha asan anlaşılacaq şəkildə tələbələrlə paylaşır. Tələbələr üçün aktual problem halına gələn ingilis dili mövzularından biri də fellərdir. Bəs, nə üçün fellər?

Ana dilimizdə öyrəndiyimiz nitq hissələri ingilis dilində bir sıra fərqliliklərlə əvəzlənə bilər. Bu gün isə mövzumuz nitq hissələrindən fel olacaq. Zamanlar, fellərin zamanlara görə istifadə olunması, qaydalı və qaydasız fellər vs. Bu xırdalıqların üstəsindən gələ bilmək üçün fel mövzusu tələbələrə maksimal dərəcədə detallı şəkildə anladılmalıdır. Biz də bu problemi aradan qaldırmaq adına aktiv şəkildə gündəlik istifadə olunan fellərin sizlər üçün seçib onları fellərin halları, zamanlarına görə anladacayıq.

Bu günün bloq yazısını “work” – yəni, “çalışmaq, işləmək” felinə ayıracayıq. “Work” felinin 2-ci və 3-cü hallarını sizlərlə birlikdə analiz edəcək və ingilis dili zamanlarına görə “work” kəliməsini təsnif edəcəyik.

Work: tərcüməsi çalışmaq olan bu kəlimənin kökü sözün özüdür və felin birinci halındadır. Gəlin, ikinci və üçüncü halları üçün qaydalara nəzər salaq.

Work Felinin İkinci Forması

Etiraf etməliyik ki, work feli tələbələrin ən sevdiyi fellər siyahısına girə bilər. Çünki, özü qaydalı fellər arasındadır. Yəni, work felinin ikinci halı “ed” şəkilçisi ilə formalaşır. Worked şəklində yazılır və keçmiş zamanlarda (Perfect Tense xaricində) istifadə olunur. Irregular verbs haqqında məlumatı buradan ala bilərsiniz.

Work Felinin İkinci Forması ilə Nümunə Cümlələr

  • I worked alone last year.- Keçən il tək çalışdım.
  • Kissing his chin, she worked her way around to his cheek. – Çənəsini öpərək yanağına qədər qədər davam etdi.
  • The workers worked around the clock.- İşçilər gecə- gündüz çalışdılar.
  • Though he worked hard, he remained poor as ever.- Çox çalışsa da, həmişəki kimi yoxsul qaldı.
  • Everyone knows that he worked hard to get to the top of the company.- Hər kəs şirkətin zirvəsinə çatmaq üçün çox çalışdığını bilir.

Work Felinin Üçüncü Forması

Work feli qaydalı olduğu üçün üçüncü halı da “ed” şəkilçisi ilə düzəlir və worked olaraq yazılır. Perfect tense-lər üçün və passive voice (məçhul növ) cümlələr üçün istifadə olunan fel halıdır.

Work Felinin Üçüncü Forması ilə Nümunə Cümlələr

  • I’ve worked with Tom for three years.- Üç ildir Tomla işləmişəm.
  • I usually work from 9:00 a.m. to 5:00 p.m., but today I worked until 10:00 p.m.- Ümumiyyətlə səhər 9: 00-dan 17: 00- dək işləyirəm, amma bu gün saat 22: 00-dək çalışdım.
  • Has anyone here ever worked in California? – Burada heç kimsə Kaliforniyada iş görübmü?
  • This system worked well until the 1840s.- Bu sistem 1840- cı illərə qədər yaxşı işləyirdi.
  • I have worked in London for four years. – Dörd ildir Londonda işləmişəm.

Work Past Tense ilə Qrammatik Quruluşu

Work feli qaydalı fel olduğu üçün və felin ikinci və üçüncü hallarında köklü dəyişimə uğramadan sadəcə “ed” şəkilçisi qəbul etdiyi üçün yadda qalan fellər sırasında yer alır. Fellərin ikinci və üçüncü halları keçmiş zamanlarda istifadə olunur. Qaydalı fellər ikinci və üçüncü halları ilə istifadə olunarkən sadəcə “ed” şəkilçisi əlavə edilir. Keçmiş zaman üzərindən bir nümunə ilə izahımızı aydınlaşdıraq:

  • During the summer she worked as a lifeguard. – Yay ərəfələrində o, mühafizəçi olaraq çalışdı.

Bu cümləyə baxdıqda ağlınızda bir sual yaranacaq ki, cümlədə istifadə olunan zamanın köməkçi feli haradadır? Lakin, xatırladaq ki, Simple Past Tense üçün köməkçi fel “did” olaraq qəbul edilmişdir və nəqli cümlələrdə isə “did” köməkçi feli isifadə olunmur, çünki, worked felindəki “ed” şəkilçisi Simple Past Tense üçün kifayət edir. İndi isə, biraz qəliz zaman qəlibi ilə nümunəmizi zənginləşdirək:

  • When I was your age, I have worked on the farm. – Mən gənc yaşımda olarkən fermada işləmişəm.

Perfect Tense- lər üçün felə əlavə etdiyimiz “ed” şəkilçisi kifayət etmədiyindən, feldən əvvəl lazımi olan köməkçi fel əlavə olunur.

  • I worked
  • you worked
  • he/ she/ it worked
  • we worked
  • you worked
  • they worked

Work Felinin Zamanlara və Mübtədaya Görə İstifadə Qaydaları

Work felinin zamanlarla birlikdə necə istifadə olunduğunu daha detallı şəkildə mənimsəmək istəyirsinizsə, sizlərə bir neçə zaman qəlibləri ilə birlikdə nümunələr təqdim edəcəyik.

Work Felinin Present Tense ilə İstifadəsi

Work felinin sözü gedən zaman qəlibi ilə istifadəsi aşağıdaki cümlə quruluş qaydalarına riayət edir:

  • Is the work too hard for you?- İş sizin üçün çox çətindir?
  • The work was completed in under half an hour.- İş yarım saatın altında tamamlandı.
  • She works at jobs she do not like. – O, (qadın) sevmədiyi işlərdə işləyir.
  • My uncle works in this office.- Dayım bu ofisdə işləyir.
  • My father works for the company as an engineer.- Atam şirkətdə mühəndis işləyir.
  • I’ll demonstrate how this machine works.- Bu maşının necə işlədiyini nümayiş etdirəcəyəm.

Sual cümlələri ilə Present Tense zaman qəlibinin work feli ilə istifadəsi aşağıdaki kimidir:

  • Do I work like that you want? – İstədiyiniz kimi işləyirəm?

Passive Voice (Məçhul Növ) cümlələr ilə work felini aşağıdaki cümlə quruluş qaydalarına görə istifadə edə bilərsiniz:

  • Active Voice: I work for the company. – Mən şirkət üçün çalışıram.
  • Passive Voice: The company is worked for by me. – Şirkət mənim üçün mənim tərəfimdən çalışır.

Work Present Perfect Tense İstifadəsi

Work felinin sözü gedən zaman qəlibi ilə istifadəsi aşağıdaki cümlə quruluş qaydalarına riayət edir:

  • I have worked in an advisory capacity with many hospitals. – Mən bir çox xəstəxalanarda məsləhətçi işləmişəm.
  • You have worked in an advisory capacity with many hospitals. – Sən bir çox xəstəxalanarda məsləhətçi işləmisən.
  • We have worked in an advisory capacity with many hospitals. – Biz bir çox xəstəxalanarda məsləhətçi işləmişik.
  • They have worked in an advisory capacity with many hospitals. – Onlar, bir çox xəstəxalanarda məsləhətçi işləyiblər.
  • He has worked in an advisory capacity with many hospitals. – O, bir çox xəstəxalanarda məsləhətçi işləyib.
  • She has worked in an advisory capacity with many hospitals. – O, bir çox xəstəxalanarda məsləhətçi işləyib.
  • It have worked very well. – O, yaxşı işləyib.

Sual cümlələri ilə Present Perfect Tense zaman qəlibinin work feli ilə istifadəsi aşağıdaki kimidir:

  • Have I worked like that you want? – İstədiyiniz kimi işləmişəm?

Passive Voice (Məçhul Növ) cümlələr ilə work felini aşağıdaki cümlə quruluş qaydalarına görə istifadə edə bilərsiniz:

  • Active Voice: I have worked for the company. – Mən şirkət üçün çalışmışam.
  • Passive Voice: The company have been worked for by me. – Şirkət mənim üçün mənim tərəfimdən çalışıb.

Work Present Continuous  Tense İstifadəsi

Bu zaman formasında hadisənin nə zaman başladığı və ya nə qədər müddət davam etdiyi önəmli deyil. Hadisənin danışıq əsnasında davam etməkdə olduğunu vurğulayır. O halda, bu zaman forması danışıq əsnasında davam etməkdə olan hadisələr üçün istifadə edilir. Bu hadisə bir sürədir davam etməkdə olan, amma danışıq əsnasında edilməyən bir hadisə də ola bilər. Cümlə nümunələri ilə tanış olaq:

Zaman ifadələri: now (indi), right now (indi),at the moment (hazırda), still (hələ)

Present Continuous Tense always, constantly, forever  kimi zərflərlə birlikdə əkrarlayan və ümumiyyətlə narahat edən hərəkətlər üçün istifadə olunur. Present Continuous Tense ondan sonra istifadə olunan gələcək zamanla birlikdə gələcəkdə əvvəlcədən planlaşdırılan bir hərəkətin baş verəcəyi deməkdir.

  • I am working
  • You are working
  • He/ She/ It is working
  • We are working
  • You are working
  • They are working

Work Felinin Present Perfect  Tense ilə İstifadəsi

Present Perfect Tense: has/ have + 3rd form of Verb

Present Perfect Tense təkrarlanan hərəkətlər üçün istifadə edilir, hansı ki, konkret zaman forması bu hərəkətlər üçün önəmli deyil və hadisə keçmişdə başlayıb, lakin hələ də bitməyib, davam etməkdədir. Present Perfect Tense   keçmiş bir hadisə və ya vəziyyət ilə bu gün arasında bir əlaqə yaradır. Xüsusilə “just” zərfində çox yaxın bir hərəkət üçün istifadə olunur, ancaq nə qədər vaxt keçdiyini göstərmir. “Yet” zərfi hələ edilməmiş, lakin edilməsi ehtimalı olan hərəkətlər üçün və ya belə bir ehtimalın olub- olmadığını soruşmaq üçün istifadə edilir.  “Never” zərfi keçmişdə müəyyən bir nöqtədən heç bir hərəkət edilmədiyini və ya belə bir vəziyyətlə qarşılaşmadığını ifadə etmək üçün istifadə olunur

  • I have worked
  • you have worked
  • he/ she/ it has worked
  • we have worked
  • you have worked
  • they have worked

Work Felinin Simple Past Tense ilə İstifadəsi

Azərbaycan dilindəki qarşılığı keçmiş sadə zaman olan Past Simple Tense, keçmiş zamanda baş verən hadisələrdən bəhs etmək üçün istifadə edilir. Keçmişdə tamamlanan bir hadisəni, işi, vəziyyəti və ya hərəkəti təsvir etmək üçün istifadə olunur. Hadisənin nə qədər əvvəl baş verməsinin heç bir əhəmiyyəti yoxdur. Bu yaxınlarda baş vermiş ola bilər və ya çox köhnə ola bilər. Keçmişə aid yalnız bir hərəkət varsa, bu hərəkətin nə qədər köhnə olmasına baxmayaraq bu zaman istifadə olunmalıdır. Hadisənin keçmişdə nə zaman baş verdiyini ifadə edən bir zaman ifadəsi ilə istifadə olunmalıdır.

Zaman ifadələri; yesterday (dünən),  last month (keçən ay), last week (geçən həftə), last year (keçən il), last night (keçən gecə), two minutes ago (iki dəqiqə əvvəl), two days ago ( iki gün əvvəl), two months ago ( iki ay əvvəl),  two years ago ( iki əvvəl il)

Work felinin sözü gedən zaman qəlibi ilə istifadəsi aşağıdaki cümlə quruluş qaydalarına riayət edir:

  • I worked
  • you worked
  • he/ she/ it worked
  • we worked
  • you worked
  • they worked

Work Felinin Past Continuous Tense ilə İstifadəsi

Keçmiş davamedici zaman olan Past Continuous Tense, keçmişdə baş verən və müəyyən bir müddətdə davam edən hadisələrdən bəhs etmək üçün istifadə edilir. Keçmişdə göstərilən vaxtda tamamlanmayan və buna görə də davam edən hadisələr üçün istifadə olunur. Əsas odur ki, o an davam edir, nə qədər dəvam etməsinin  fərqi yoxdur. Always (həmişə), constantly (davamlı), forever (həmişəlik, əbədi) kimi zərflərlə birlikdə keçmişdə təkrarlanan və ümumiyyətlə bizi narahat edən hərəkətlər üçün istifadə olunur.

was/ were + 1st form of Verb + ing

  • I was working
  • you were working
  • he/ she/ it was working
  • we were working
  • you were working
  • they were working

Work Felinin Past Perfect Tense ilə İstifadəsi

Keçmişdə müəyyən bir an və ya hadisədən əvvəl meydana gələn və o ana qədər davam edən hadisələr üçün istifadə olunur. Bu vaxtdan istifadə edəcəksinizsə, hansı hadisədən əvvəl suala cavab verə biləcəyiniz bir zaman cümləsi olmalıdır. Bəzən bu zamanın çox qədim hadisələr üçün istifadə edildiyi fərz edilir, lakin bu doğru deyil. Keçmişə aid yalnız bir hadisə varsa və bu hadisənin keçmişdə bir müddətdən əvvəl meydana gəldiyi ifadə edilərsə, Simple Past Tense istifadə edilməlidir. Bu zamanın istifadə edildiyi ümumi formul belədir:

subject + had + past participle = past perfect tense.

  • I had worked
  • you had worked
  • he/ she/ it had worked
  • we had worked
  • you had worked
  • they had worked

Work Felinin Past Perfect Continuous Tense ilə İstifadəsi

Bu zaman formasının Azərbaycan dilində qarşılığı olmasa da, belə izah edə bilərik ki, keçmişdə başlayan bir işdən əvvəl edilməkdə olan başqa bir işdən bəhs etmək üçün Past Perfect Continuous zamanından istifadə edilir. Məsələn: When he came, I had been waiting for him for more than two hours. (O gəldiyində mən onu 2 saatdan çox idi ki gözləyirdim.) Keçmişdə müəyyən bir vaxtda gözləməyə başladım və onun gəlişinə qədər bu gözləməyə davam etdim. Keçmişdə başlayan və keçmişdə bitən bir müddətdə hərəkəti davam etdirdim. Hadisə bir müddət ifadə ettiyi üçün  Continuous, bu müddət keçmişdə bittiği (qutardığı) üçün  Past Perfect`dən istifadə edirik.

  • I had been working
  • you had been working
  • he/ she/ it had been working
  • we had been working
  • you had been working
  • they had been working

Work Felinin Future Tense ilə İstifadəsi

Future Simple Tense, Azərbaycan dilinə gələcək sadə zaman kimi tərcümə edilir. Gələcək haqqında məlumat verərkən və ya gələcək hadisələrlə bağlı qeyri- müəyyən hadisələri proqnozlaşdırarkən istifadə olunur. Danışıq zamanı verilən qərarlar üçün istifadə olunur. Gələcəklə bağlı verilən vədlər üçün istifadə olunur.

  • I will work
  • you will work
  • he/ she/ it will work
  • we will work
  • you will work
  • they will work

Work Felinin Future Continuous Tense ilə İstifadəsi

Future Continuous Tense  Azərbaycan dilinə  gələcək davamedici zaman kimi tərcümə olunur. Gələcəkdə müəyyən bir zamanda davam edəcək hərəkətlər üçün istifadə olunur. Hadisənin  nə vaxt başladığı, nə qədər davam ettiyi və ya davam edəcəyi vacib deyil. Əhəmiyyətli olan bir hərəkətin yalnız deyilən anda davam etməsidir.

  • I will be working
  • you will be working
  • he/ she/ it will be working
  • we will be working
  • you will be working
  • they will be working

Work Felinin Future Perfect Tense ilə İstifadəsi

Müəyyən bir gələcəkdəki hadisəni  və ya vaxtdan əvvəl tamamlanacaq hərəkətlər üçün istifadə olunur. Vaxt ifadəsi və ya hadisənin sona çatması üçün verilən vaxtı göstərən cümlə olmadan istifadə olunmur.

  • I will have worked
  • you will have worked
  • he/ she/ it will have worked
  • we will have worked
  • you will have worked
  • they will have worked

Work Felinin Future Perfect Progressive  Tense ilə İstifadəsi

Future Perfect Continuous Tense Azərbaycan dilində gələcək bitmiş davamedici zaman kimi tərcümə olunur. Future Perfect Continuous Tense gələcəkdə baş verməsi planlaşdırılan hadisədən əvvəl başqa verən və bitən hadisənin olduğunu vurğulamaq üçün istifadə edilir.

  • I will have been working
  • you will have been working
  • he/ she/ it will have been working
  • we will have been working
  • you will have been working
  • they will have been working

Work Feili İlə Bağlı Test Nümunələri

1.  Ali and Ayhan ….. every wekend

  • A) Works
  • B) Work
  • C) Do work
  • D) Does work

2. Peter ………………. (work) at a fast food restaurant last month.

  • A) was work
  • B) is working
  • C) works
  • D) worked

3. I —- (work) for big companies like this before. I know how they operate.

4. They —- (work) for two hours by the time the manager arrives at six today.

5. When Oprah Winfrey got her own TV show in 1986, she ……. (work) as a news reporter for a long time.

6. When my supervisor popped in  my office the other day, I ……  (work) on the project for nearly three hours.

7. Engineers —- (work) to save the Tower of Pisa, but they haven’t been able to do anything significant yet.

8. My dad  ……..  in the same company for more than twenty years.

9. My son …….. as an English teacher for a long time.

10. Did you hear that Ben was fired last month? He —- (work) for that import company for more than ten years and he —- (work) in almost every department.

Cavablar;

  • work
  • worked
  • have worked
  • will have been working
  • had been working
  • had been working
  • had been working
  • had been working
  • has been working
  • had been working, had worked

İngilis dilində Work v2 və Work v3 formalarına aid test nümunələri PDF

Yuxarıda verilmiş test nümunələrinə aid PDF-i bu link vasitəsi ilə tapa  bilərsiniz.

Nazrin Akhundova

Mən Nəzrin Axundova 1998-ci il sentyabr ayında Bakıda anadan olmuşam.İlk təhsilim Azərbaycanda olsa da, ali təhsilimi İstanbul şəhərində almağa başlamışam.2016-ci ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsinə daxil olmuşam.Mənim dillərə marağım məni ingilis, türk, rus, italyan dillərini öyrənməyə həvəs yaradıb.5ildən artıqdır ki,ingilis dilində müxtəlif mətn və məqalələri,oçerkləri,esseləri tərcümə edirəm.Bu işdən zövq alıram.Ən böyük istəyim,arzum bundan yararlanana bilən insanlara kömək etməkdir.

İngilizce Kelime Ezberlemek Artık Çok Kolay

Uygulamayı Ücretsiz İndir; Her gün yeni kelimeler telefonuna gelsin
Örnek cümle ve anlamlarını öğren
Hatırlatmalarla pratik yap, kalıcı öğren, unutma
Offline modu ile Internete ihtiyacın olmadan kelime öğren
İngilizce Kelime Öğrenmeye Başla

Recent Content

×
wordly-logo
Wordly İngilizce Öğrenme ve Kelime Ezberleme Uygulaması
Uygulamayı Ücretsiz İndir
Her gün yeni kelimeler telefonuna gelsin
Uygulamayı İndir